Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-535/2025 08.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "Cavabdehndən onun tikdiyi və istifadə etdiyi Babək rayon Şıxmahmud kəndi ərazisində (daxilində) 100 kv.m kommersiya-komission mağazasının və Şıxmahmud kəndinin Qəbirstalığının kənarında 60 kv.rn Qəbir Daşı sexinin və komission mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 40000 (iyirmi min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat olmaqla, cəmi 240000 (iki yüz qırx min) manat pulun, yaxud dəyərinə uyğun olaraq torpaq sahəsi ilə əvəz olunmaqla ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun tikdiyi və istifadə etdiyi Babək rayon Şıxmahmud kəndi ərazisində (daxilində) 100 kv.m kommersiyakomission mağazasının və Şıxmahmud kəndinin Qəbirstalığının kənarında 60 kv.rn Qəbir Daşı sexinin və komission mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 40000 (iyirmi min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat olmaqla, cəmi 240000 (iki yüz qırx min) manat pulun, yaxud dəyərinə uyğun olaraq torpaq sahəsi ilə əvəz olunmaqla ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 08 aprel 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 07 aprel 2025-ci il tarixli ərizə göndərərək 2-1(122)-535/2025 nömrəli işin məhkəmənin icraatında olduğunu, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən iddiadan imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "Cavabdehndən onun tikdiyi və istifadə etdiyi Babək rayon Şıxmahmud kəndi ərazisində (daxilində) 100 kv.m kommersiya-komission mağazasının və Şıxmahmud kəndinin Qəbirstalığının kənarında 60 kv.rn Qəbir Daşı sexinin və komission mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 40000 (iyirmi min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat olmaqla, cəmi 240000 (iki yüz qırx min) manat pulun, yaxud dəyərinə uyğun olaraq torpaq sahəsi ilə əvəz olunmaqla ona ödənilməsi tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı 07 aprel 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "Cavabdehndən onun tikdiyi və istifadə etdiyi Babək rayon Şıxmahmud kəndi ərazisində (daxilində) 100 kv.m kommersiya-komission mağazasının və Şıxmahmud kəndinin Qəbirstalığının kənarında 60 kv.rn Qəbir Daşı sexinin və komission mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 40000 (iyirmi min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat olmaqla, cəmi 240000 (iki yüz qırx min) manat pulun, yaxud dəyərinə uyğun olaraq torpaq sahəsi ilə əvəz olunmaqla ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-535/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-535/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver