Məhkəmə qərarları › İş №2-1(122)-536/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-536/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-536/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X20 Heydər oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Naxçıvan Muxtar Respublikası, Culfa rayonu,Yaycı kəndində kiçik çayxanası vardır. Çayxanadan gəlir əldə etmək məqsədilə istifadə etdiyi zamanlarda bütün illər ərzində daim dövlət vergilərini, həmçinin zəruri ödənişləri vaxtlı-vaxtında tam qaydada ödəmişdir. Bu dövrlər həmçinin onun stajına da daxil edilirdi. Onun 2023-cü il tarixində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna bir neçə dəfə müraciət etmişdir. Müraciətlərinə cavab olaraq ona imtina məktubları göndərilmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən onun 2007-2011-ci illər üzrə əmək stajı barədə zəruri məlumatlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sisteminə əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinə “2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmununda baxılmasını xahiş etmişdir. Məhkəmənin 20 may 2025-ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 21 yanvar 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1963cü il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 06 iyun 2024-cü il tarixli 3-17-9-1/1-A- 5459/2024 nömrəli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 2007-2008-2009-2010cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və göstərilən illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqqlarının sığorta alt sisteminə daxil edilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı tərəfində təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə mədaxil qəbzlərinin surətlərindən görünür ki o, xx.xx.2007-ci il tarixli, № 780670 qəbzə əsasən 18 manat, xx.xx.2007-ci il tarixli, № 780728 qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, № 782020 qəbzə əsasən 10 manat, xx.xx.2007-ci il tarixli, № 781854 qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, № 780907 qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, № 781856 qəbzə əsasən 8 manat, xx.xx.2008-ci il tarixli, № 782294 qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, № 782881 qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, № 782376 qəbzə əsasən 9 manat, xx.xx.2008-ci il tarixli, № 405443 qəbzə əsasən 7.5 manat, xx.xx.2008-ci il tarixli, № 403595 qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, № 403876 qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, № 405242 qəbzə əsasən 7.5 manat, xx.xx.2008-ci il tarixli, № 782650 qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, № 403721 qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, № 782670 qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, № 404301 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 404872 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 263826 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 404190 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 404156 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 347302 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 262224 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 346294 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 349120 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 262347 qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, № 348263 qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, № 24 qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, № 23 qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, № 14 qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, № 23 qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, № 30 qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, № 85 qəbzə əsasən 7.5 manat ümumilikdə 250.50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ödənilən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən (özü-özünü sığortaedən qismində fiziki şəxs) tərəfindən təqdim olunmuş rüblük "Məcburi dövlət sosial sığortası üzrə hesabatlar (Forma B1) və illik "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) hesabatlarında göstərilən məlumatlar əsasında fərdi şəxsi hesablarda öz əksini tapır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X2 Sistemi"nin "Sığorta" (Hesabat) altsisteminin "Sığortaedənlər" bölməsindən əldə edilən məlumatlara əsasən, özü özünü sığortaedən fiziki şəxs kimi xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövr ərzində heç bir rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim etməmişdir. Bu səbəbdən də həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fərdi sahibkar kimi 2010-cu il üzrə təqdim olunmuş hesabatlara əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı iddiaçının fərdi şəxsi hesabında öz əksini tapmışdır. Cavabdeh yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun 2007-2011-ci illər üzrə əmək stajı barədə zəruri məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sisteminə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24 yanvar 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında elan olunmuş məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 etirazda yazılanlara uyğun izahat verərək müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olan İddiaçı ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-A-5758/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaedənlər” bölməsindən əldə edilən məlumatlara əsasən özü-özünü sığortaedən fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim edilməmişdir. Nəticədə qeyd edilən ödənişlər fərdi şəxsi hesabınızda öz əksini tapmamışdır. Fərdi sahibkar kimi 2010cu il üzrə təqdim olunmuş hesabatlara əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabınızda öz əksini tapmışdır. - İddiaçı məxsus sığortaolunanın hesabından çıxarışdan məlum olur ki, İddiaçı tərəfindən 2010-cu ilin yanvar, mart, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə 49 manat məcburi dövlət sosial sığorta haqqı ödənmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olan İddiaçı ünvanlanmış 27 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-A- 9472/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaedənlər” bölməsindən əldə edilən məlumatlara əsasən, özü-özünü sığortaedən fiziki şəxs kimi xx.xx.2007-ci il tarixindən 31,12.2009-cu il tarixinədək olan dövr ərzində tərəfindən heç bir rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim edilməmişdir. Bu səbəbdən də qeyd edilən ödənişlər fərdi şəxsi hesabınızda öz əksini tapmamışdır. Bu barədə Fond tərəfindən 2024-cü il 25 iyun tarixli, 3-17-9-1/2-A-5758/2024 nömrəli məktubla müvafiq izahat verilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il **********756000 nömrəli arayışdan məlum ki, İddiaçı xx.xx.2006-cı il tarixdə qeydiyyata alınıb, hal-hazırda Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır, fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2047-ci il tarixədək dayandırılmışdır. - Azərbaycan Milli Elmlər X7 X22 Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 071/3-11 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1986-1993-cü illərdə 4 aprel 1986-cı il tarixində 60 saylı əmrlə (§ 5) Azərbaycan SSR X11 İnstitutunun "Selen" X15 Eksperimental Sahəsinə xüsusi zərərli iş şəraitində tarif normasına uyğun (0-64,2 rubl) analıq məzuniyyətində olan (xx.xx.1986) İ.T.Xudiyevanın yerinə ştat üzrə İİ dərəçəli aparatçı vəzifəsinə işə qəbul olunub. O, 1986-cı il 29 may tarixində 94 saylı əmrlə (§ 4) Azərbaycan SSR X11 İnstitutunun "Selen" Təcrübə Zavodunun həmin sahəsinə may ayının 16-dan tarif normasına uyğun (0-71,2 rubl) İİİ dərəcəli aparatçı vəzifəsinə daimi işə qəbul olunub. Azərbaycan Elmlər Akademiyasının rəyasət heyətinin 20.04.93-cü il tarixli 54 №-li sərəncamına əsasən "Selen" EİKŞ-nin X24 1993-cü ilin aprel ayının 1-dən müəyyən olunmuş qaydada ləğv edilib. "Selen" EİKŞ-nin X18 işçiləri keçirmə yolu ilə “Elektromexanika" kiçik müəssisəsinə işə keçirilib. - Azərbaycan Milli Elmlər X7 tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 8-1/2-A- 160-1-128/2024 nömrəli şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan məlum olur ki, xx.xx.1986-xx.xx.1993-cü illərdə Azərbaycan SSR X11 İnstitutunun “Selen” Təcrübə Zavodunda İİ dərəcəli aparatçı işləmiş İddiaçı işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri xüsusi zərərli iş şəraitində ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 13.1 bəndinə (yarımbəndinə) və (və ya) 3-cü abzas vəzifə koduna uyğundur. - Naxçıvan Muxtar Respublikası X3 tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı xx.xx.2011-ci il tarixindən (xx.xx.2011-ci il 120 nömrəli əmr) xx.xx.2020-ci il tarixinədək (xx.xx.2020-ci il 13 nömrəli əmr) Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Naxçıvan MR "X3” Peyk Radio-Rele Rabitə sexinin 4cü tarix dərəcəli elektro montyor vəzifəsində işləmişdir. 2012-2013-cü ilin oktyabr aylarında, 2019-cu ilin isə fevral ayında məzuniyyətə buraxılmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılmışdır. xx.xx.2020-ci il tarixindən (xx.xx.2020-ci il tarixli 13 nömrəli əmr) hazırki tarixədək Naxçıvan MR "X3” publik hüquqi şəxsin Ordubad Radio X4 Böyük mexanik vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə” əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci maddəsinə müvafiq olaraq Ordubad rayon “X1 (UQD, HAYT şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər) işləməsi üzrə iş stajı 12 il 8 ay təşkil edir. - Ukrayna Təhsil və Elm Nazirliyi Elm və Təhsil Şöbəsi Xarkov X5 tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 972 nömrəli arayışdan məlum olur ki, xx xxxxxx 1963-cü il təvəllüdlü X10 şəhərin 2 saylı rabitə fakültəsində əyani təhsil almışdır. Bitirdikdən sonra 4cü (dördüncü) dərəcəli "Radio və televiziya avadanlıqlarına texniki xidmət və təmir üzrə radiomexanik" ixtisası almışdır. - İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 780670 nömrəli qəbzə əsasən 18 manat, xx.xx.2007-ci il tarixli, 780728 nömrəli qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, 780907 nömrəli qəbzə əsasan 8 manat, xx.xx.2007-ci il tarixli, 781854 nömrəli qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, 781955 nömrəli qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, 782020 nömrəli qəbzə əsasən 10 manat, xx.xx.2008-ci il tarixli, 782294 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 782376 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 782670 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 782881 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 782650 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 403595 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 403721 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 403876 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 405242 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2008-ci il tarixli, 405443 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2008-ci il tarixli, 404301 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 404156 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 404190 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 404872 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 262224 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 262347 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 263826 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 346294 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 348263 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 347302 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 349120 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 24 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 85 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 30 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 14 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 23 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2014cü il tarixli, 16 nömrəli qəbzə əsasən 17 manat 40 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 17 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13525/2024 nömrəli məktubdan məlum olur ki, 2019-cu il 01 yanvar tarixinədək qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin müddəalarına əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya düzgün hesabat vermək sığortaedənin vəzifəsi hesab olunurdu. Ödənilmiş məcburi dövlət sosial sığorta (bundan sonra-MDSS) haqları üzrə sığortaedən (özü-özünü sığortaedən fiziki şəxs) tərəfindən təqdim olunmuş rüblük "Məcburi dövlət sosial sığortası üzrə hesabat"lar (Forma B1) və illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) hesabatlarında göstərilən məlumatlar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X2 sistemi"ndə (bundan sonra-MEİS) fərdi şəxsi hesablarda öz əksini tapır. MEİS-nin "Sığortaedənlər" bölməsindən əldə edilən məlumatlara əsasən özü-özünü sığortaedən fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövr ərzində tərəfindən rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim etmədiyi üçün qeyd olunan dövr üzrə fərdi şəxsi hesabına heç bir məlumat işlənilməmişdir. İddiaçı fiziki şəxs kimi 2010-cu il üzrə təqdim etdiyi hesabatlara əsasən ödənilmiş 6 aylıq MDSS haqları bölüşdürülmüş və fərdi şəxsi hesabında öz əksini tapmışdır. Əlavə olaraq vətəndaş İddiaçı özü-özünü sığortaedən fiziki şəxs qismində MDSS haqlarının ödənişi ilə bağlı Fondun arxivində aparılan araşdırma zamanı aşkar edilmiş qəbzlərin surəti iş materiallarına əlavə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 7 may 2025-ci il tarixli, 3-17-9-1/2-5239/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı kənd yerində digər sahələrdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeyd olunan illər üzrə 1 il staj üçün MDSS haqları aşağıdakı kimi ödənilməli idi: 2007-ci il üzrə - 58 manat; 2008-ci il üzrə - 79 manat 50 qəpik; 2009-cu il üzrə - 90 manat; 2010-cu il üzrə - 94 manat; 2014-cü il üzrə - 126 manat. T. Alquliyev tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı iş stajı olaraq aşağıdakı kimi hesablanır: 2007-ci il üzrə ödənilmiş 60 manat - 1 il sosial sığorta stajı; 2008-ci il üzrə ödənilmiş 70 manat 50 qəpik - 11 ay sosial sığorta stajı; 2009-cu il üzrə ödənilmiş 75 manat - 10 ay sosial sığorta stajı; 2010-cu il üzrə ödənilmiş 37 manat 50 qəpik - 5 ay sosial sığorta stajı; 2014-cü il üzrə ödənilmiş 17 manat 40 qəpik isə 1 ay sosial sığorta stajı. - Culfa Rayon İcra Hakimiyyətinin Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli, 360 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonu, Yaycı kəndində qeydiyyatdadır. - AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki İddiaçı xx xxxxxx 1963-cü il tarixdə, Culfa rayon Yaycı kəndində doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə görə, dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 2.0. Fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə sığortaçıya daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. 10.2. Sığortaçın vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq;[38] 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsidir. Cavabdeh inzibati orqan iddiaçının “X13 Təcrübə Zavodun”da işlədiyi 1986-1993-ci illəri, 2011-ci ildən işə qəbul edildiyi “Naxçıvan MR Radio X8n”də işlədiyi dövrlərl qəbul edərək, iddiaçının güzəştli şərtə düşən sosial sığorta stajına malik olmasını mübahisələndirmir. İddia tələbinə dair etirazında cavabdeh hazırki iş üzrə mübahisəli məsələnin iddiaçının özü özünü sığortaedən fiziki şəxs kimi xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövr ərzində heç bir rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim etmədiyini bildirir. Məhkəmə iddianı təmin edərkən aşağıdakıları nəzərə alır: Müəyyən olundu ki, İddiaçı xx.xx.1980-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək 11 il, 07 ay, 12 gün iş stajı toplamışdır. ( bax: staj hesablama cədvəli) Cavabdeh tərəfindən 2007-2010-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə topladığı iş stajı 3 il 2 ay təşkil edir. (bax: cavabdehin 07 may 2025-ci il tarixli 3-17-9-1/2-5239/2025 nömrəli arayışı, sığortaolunan haqqında 2010-cu il yanvar-dekabr ayları üzrə məlumat) xx.xx.2011-ci il tarixdən Naxçıvan MR Rabitə və informasiya Texnologiyaları Nazirliyi Naxçıvan MR Radio X8nə işə qəbul edilmişdir. (bax: Əmək kitabçası, səh.15) Göründüyü kimi iddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixə 12 il 06 aydan çox (17+) güzəştli pensiya hüququ verən iş stajı olmaqla 26 ilə yaxın ümumu iş stajını toplamışdır. Məhkəmə nəticə etibarı ilə cavabdehin əsas gətirdiyi mövqelərini qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. “İddiaçı tərəfindən ödənilən məbləğlər üzrə rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim edilməməsi” barədə cavabdehin gətirdiyi arqumentlər barədə məhkəmə qeyd edir ki, iddiaçıdan alınmış məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilib-ödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıbalınmamasına nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. İddiaçı cavabdehin məsuliyyət sferasına daxil olan hərəkətlərə görə, yəni ona təqdim edilmiş MDSS haqlarının alınması barədə qəbzlərin cavabdehin özündə saxladığı eyni nüsxələrində qeyd edilən məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə, onların etibarlı saxlanmasına, mühafizəsinin təmin edilməsinə və s. hərəkətlərə eləcə də, hazırkı iş üzrə mübahisəli illərə dair hesabat dövrlərinin uçotunun vergi orqanı tərəfindən aparılıb, lakin DSMF-nun PHŞ-i tərəfindən aparılmamasına cavabdehlik daşımır və bu hal onun əleyhinə şərh edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə hüququnun yarandığı xx.xx.2023-cü il tarixə mövcuddur. Nəticə etibarı ilə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı 2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı 2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar