Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-537/2023 04.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Şərur rayonu, H.Aslanov küçəsində yerləşən avtotəmir, restoran olan qeyri-yaşayış binasının yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binası olan avtotəmir və restoranın dəyəri olan 500000 (beş yüz min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Şərur rayonu, H.Aslanov küçəsində yerləşən avtotəmir, restoran olan qeyri-yaşayış binasının yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binası olan avtotəmir və restoranın dəyəri olan 500000 (beş yüz min) manat kompensasiyanın cavabdeh Şərur Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 04 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 17 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Şərur rayonu, H.Aslanov küçəsində yerləşən avtotəmir, restoran olan qeyri-yaşayış binasının yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binası olan avtotəmir və restoranın dəyəri olan 500000 (beş yüz min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi tələbi”nə dair iddiası üzrə İddiaçı 17 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 17 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Şərur rayonu, H.Aslanov küçəsində yerləşən avtotəmir, restoran olan qeyri-yaşayış binasının yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binası olan avtotəmir və restoranın dəyəri olan 500000 (beş yüz min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-537/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-537/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver