Məhkəmə qərarları › İş №2-1(122)-540/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-540/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-540/2025 22.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, iddiaçının vəkili Vəkil1 və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 3-37/3- 2/b-565/2024 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci il tarixdən Dövlət Miqrasiya Xidmətində inspektor vəzifəsində işləmişdir. İşlədiyi dövrlərdə rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını dəqiq və layiqincə yerinə yetirmişdir. İşlədiyi müddət ərzində bir dəfə nöqsana yol vermiş, barəsində 2023-cü ilin oktyabr ayında “Tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tətbiq edilmişdir. O, xx.xx.2024-cü il tarixdə əmək məzuniyyətində olduğu müddətdə X8 baş idarəsinin binasında növbətçi, baş miqrasiya xidməti çavuşu Kamal Tağıyev ona vatsapdan səs ataraq X8 baş idarəsində növbətçi olduğunu bildirmişdir. Sonra onu da oraya dəvət edərək onunla tennis oynamağa gəlməyini istəmişdir. O, asudə vaxtı olduğundan onun dəvətini qəbul edərək baş idarəyə getmişdir. Oyunu oynayıb bitirdikdən sonra o, baş idarəni tərk etmişdir. Bu hadisədən on gün sonra Kamal ona zəng vuraraq ondan hansı tarixdə tennis oynamaqları barədə məlumat almışdır. Daha sonra o, 05 sentyabr 2024-cü il tarixdə əmək məzuniyyəti bitdiyi üçün işə qayıtmışdır. Ona bildirilmişdir ki, idman növü ilə həftə içi məşğul olmaq lazımdır. 11 avqust bazar gününə təsadüf edildiyindən həmin gün tennis oynamaq və idarəyə girmək qadağan imiş. Onun bu barədə heç bir məlumatı yox idi. Çünki bu barədə öncələr nə şifahi, nə də ki, yazılı heç bir məlumat verilməmişdir. İşçilər asudə vaxtlarında tennis oynayıb, idarəyə isə maneəsiz girib çıxırdılar. Keçən müddət ərzində heç bir qadağa və məhdudiyyət olmamışdır. Belə qadağa məhdudiyyət olsa idi, yəqin ki, onu idarəyə çağıran əməkdaş Kamal Tağıyev də bunu bilmiş olardı və onu çağırmazdı. Həmin vaxt ondan izahat alınmışdır. O, izahatında baş idarədə Kamalla tennis oynadığını bildirmişdir. Həm yazılı, həmdə şifahi olaraq bazar günü tennis oynamağın qadağan olmasını bilmədiyini bildirmiş və bu barədə heç vaxt xəbardar olunmadığını göstərmişdir. Onunla barəbər həmin gün Kamalın da izahatı alınmışdır. Təəssüflər olsun ki, Kamal izahatında onu dəvət etdiyini gizlədərək, özü tennis oynamaq üçün idarəyə getdiyini bildirmişdir. 01 oktyabr tarixdə ona öz ərizəsi ilə işdən azad olunması təklif edilmişdir. O, təklifi qəbul etmədiyini, işdən azad olmaq istəmədiyini bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə növbədə olduğu zaman ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmri ilə işdən azad olunması barədə məlumat verilmişdir. İddiaçı hesab edir ki, işdən çıxarılması barədə verilmiş əmr qanunsuzdur, bu səbəbdən də pozulmuş hüququnun bərpa olunmasını istəyir. Əmrdə göstərilir ki, xx.xx.2024-cü il tarixdə qeyri-iş günü, yəni bazar günü X8 baş idarəsinə icazəsiz daxil olmuşdur. Lakin nədənsə idarəyə daxil olmaq üçün hansı qanuna (normaya) riayət edilmədiyi göstərilməmişdir. Yəni hansı qanunla idarəyə girməsinə qadağa qoyulması əsaslandırılmamışdır, yalnız mülahizə xarakterli ifadələrə söykənilmişdir. Qeyd edildiyi kimi əgər idarəyə girmək qadağan olunmuşdursa nə üçün həmin xidmətdə işləyən və bu gün də orada çalışan K.N.Tağıyev vatsap vasitəsi ilə ona səs ataraq onu idarəyə çağırmışdır? İddiaçı hesab edir ki, idarəyə daxil olmasına qadağa statusu yalnız ona aid imiş. Bu isə ona olan qərəzliliyin nəticəsi idi. Qarşı tərəfin qanunsuz hərəkətləri ilə bağlı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə və Naxçıvan MR X9 ərizə ilə müraciət etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən izahatı alınaraq araşdırılma aparılmaqdadır. Cavabdeh təşkilatın əsassız və qanunsuz hərəkətləri nəticəsində ona qarşı öncədən planlı və qərəzli surətdə qurulan bu oyunlar nəticəsində bütün kariyerası ləkələnməkdədir. Bu səbəbdən də artıq qərara gəlmişdir ki, hər bir qanunsuz davranışlara hüquqi qiymət verilməsi üçün yuxarı orqanlara da müraciət etsin. Hazırda isə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, onun işdən azad olunması xidmətdə olan şəxsin və ya şəxslərin ona qarşı öncədən olan kin-küdrətindən, təqibindən qaynaqlanır və həmin şəxs və ya şəxslərin niyyəti onu ləkələyərək işdən azad etmək olmuşdur. Bu məqsədlərə nail olunması üçün həmin şəxs və ya şəxslər istənilən qanunsuzluqlara əl ataraq niyyətlərinə nail olmuşdurlar. İddiaçı qeyd edir ki, əmək kitabçası bu günədək ona verilməmişdir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 12 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 11 dekabr 2024-cü il tarixli etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Naxçıvan şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru-maliyyə üzrə vəzifəsində çalışmışdır. Lakin onun xx.xx.2024-cü il tarixdə - qeyri-iş günü sayılan həftənin bazar günü X8 baş idarəsinə icazəsiz daxil olduğu və idarədə xidməti fəaliyyətini həyata keçirən digər əməkdaş ilə saat 16:00 radələrində dəhlizdə tennis oynadıqları müəyyən edilmişdir. Qeyd olunur ki, adıçəkilən idarələr ayrı-ayrı inzibati binalarda yerləşməkdədir və əməkdaşların X8 baş idarəsinin inzibati binasına daxil olmaları üçün Mərkəz rəisinin icazəsi və “Buraxılış vərəqə”si tələb olunur. Mövcud vəziyyətdə isə belə bir icazə mövcud olmamış və bu hal ciddi nizam-intizam pozuntusuna gətirib çıxarmışdır. Məsələ ilə bağlı İddiaçı xx.xx.2024-cü il tarixdə araşdırmaya təqdim etdiyi izahatında asudə vaxtını səmərəli keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində baş idarənin əməkdaşı ilə masaüstü tennis oynadığını, inzibati binaya qeyri-iş vaxtlarında icazəsiz daxil olmağın qadağan edilməsi barədə məlumatlı olmadığını qeyd etmişdir. Halbuki, işçilərin asudə vaxtlarının səmərəli təşkili, onların işdənkənar balansını qorumaq və motivasiyalarını artıraraq işdə daha məhsuldar olmalarının təşkili üçün X8 baş idarəsində stolüstü tennis və idman zalı yaradılmışdır. Müvafiq olaraq hər iki fəaliyyət üçün konkret günlər və vaxtlar- həftə içi stolüstü tennis saat 13:05-13:55, idman saatı isə 18:00-dan sonra müəyyən edilərək aidiyyəti lövhədən bu barədə göstəriş asılmışdır. Qeyd olunan göstərişlər kifayət qədər aydın və konkret olmasına baxmayaraq, İddiaçı göstərişlərə, idarədaxili intizam qaydarına məhəl qoymadığını göstərmişdir. İddiaçının iddia tələbində ona qarşı qərəzli mövqe tutulmasına münasibətdə bildirilmişdir ki, əgər həqiqətən də ona qarşı qərəz mövcud olsa idi, o, artıq 2023-cü ildə miqrasiya orqanlarından xaric edilməli idi. Belə ki, İddiaçı ötən ildəki xidməti fəaliyyəti zamanı kobud nöqsana yol vermiş, inzibati orqan işçi tərəfindən birinci dəfə xidməti vəzifəsinin icrasına və etik davranış qaydalarının riayət etməməsinə görə onu xidmətdən xaric etməmiş, əksinə barəsində “xidməti vəzifəyə tam uyğun olmaması barədə” xəbərdarlıq elan etmişdir ki, bununla da işçiyə gələcəkdə bu növ hərəkətlərə yol verilməməsi üçün imkan yaratmışdır. Buna baxmayaraq ona tətbiq edilən intizam tənbeh tədbiri nəticəsində gözlənilən dəyişikliklər baş verməmiş, davranışında və ya fəaliyyətində lazımi inkişaf və irəliləyiş müşahidə olunmamışdır. Həmçinin, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 52-ci bəndinə uyğun olaraq İddiaçılə xx.xx.2024-cü il tarixdə keçirilən attestasiyasının nəticəsi də işçi üçün qənaətbəxş hesab edilməməsinə baxmayaraq, bir ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifədə saxlanılmışdır. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, şəxsin iddia etdiyi kimi ona qarşı heç bir qərəzdən söhbət gedə bilməz. İş üzrə materiallardan iddiaçının həmin tədbirlərdən lazımi nəticə çıxarmadığı və daha sərt tətbirlərin tətbiqinə zərurət yarandığı müəyyən olunur. Ümumiyyətlə, İddiaçı inzibati binanın təhlükəsizliyinə cavabdeh olan yeganə işçini işindən yayındıraraq birlikdə kənar fəaliyyətlə məşğul olmaları birmənalı qarşılana bilməz. Belə ki, onların sözügedən məqamda laqeyd hərəkətləri özləri ilə birlikdə başqalarını da risk altına atmış olur. Cavabdeh şəxsin öz vəzifəsini yerinə yetirməsinə dolayı yolla müdaxilə edilməsi potensial təhlükələrin vaxtında aşkarlanmasında uğursuzluqla nəticələnə bilərdi. Bu cür vəziyyət kənar şəxslərin inzibati binaya girməsi və ya digər təhlükəli vəziyyətlərin yaranması riskini qaçılmaz hala gətirir. Eyni zamanda qeyd etmək lazımdır ki, sözügedən davranış inzibati orqanın etibarlılığını və peşəkarlığını da şübhə altına atmış olardı. Nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu, o cümlədən dövlət qulluğunun xüsusi növü olan miqrasiya orqanlarında xidmət Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur. Dövlət qulluğuna qəbul edilərkən şəxs həm də qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejiminə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur. İddiaçı tərəfindən qəbul edilmiş “Miqrasiya oqranları işçisinin And”ından görünür ki, o, Azərbaycan Respublikasına sadiq olacağına, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlara əməl edəcəyinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacağına, qarşısına qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəyinə, intizamlı olacağına, dövlət sirrini və xidməti sirri qoruyacağına dair üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə miqrasiya orqanı əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuşdur. Hazırkı mübahisə üzrə də yuxarıda istinad edilən qanunvericilik normalarında təsbit olunmuş davranış standartlarının iddiaçı tərəfindən pozulduğu iş üzrə materiallarla bir daha sübuta yetirilir. Qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 27 oktyabr 2025ci il tarixli, 2-1(122)-540/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 22 yanvar 2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X14 məhkəməyə ünvanlanmış etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25 iyun 2025-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində dindirilmiş X6 iddiaçı məzuniyyətdə olduğu müddətdə baş idarədə icazəsiz tennis oynadığı üçün xidməti araşdırma aparıldığını, vəzifədən xaric olunduğunu, tennis oynamağını görmədiyini, lakin eşitdiyini, işdən sonra icazə alaraq oynaya və ya idman ilə məşğul ola bildiklərini, digər halda mərkəzi tərk etməyin qadağan olduğunu, mərkəzi tərk etmək istəyən hər bir əməkdaşın mərkəz rəisinə müraciət edib, buraxılış yazdırmalı olduğunu, bu halın onun işdən azad olunmasına əsas verib-vermədiyini bilmədiyini, baş idarə olandan sonra hər bir əməkdaşa buraxılış vərəqəsi verildiyini, bunun sistem vasitəsi ilə verildiyini, baş idarə olmamışdan əvvəl tələb olunmadığını, məzuniyyətdə olan əməkdaşlara buraxılış vərəqəsi verilmədiyini, məzuniyyət vaxtı məruzə olunmalı və icazə verilməli olduğunu, mərkəzə gələn və ya tərk edən hər bir şəxsin buraxılış əsasında gələ və ya tərk edə bildiyini, iddiaçının cəzalandırılmasının səbəbinin buraxılış vərəqəsi deyil, icazəsiz daxil olması olduğunu, idarəyə daxil olmaq üçün növbətçiyə yaxınlaşmalı olduğunu, növbətçi məruzə etdikdən sonra icazə verilsə, daxil ola biləcəyini bildirmişdir. 25 iyun 2025-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iddiaçının iş yoldaşı olduğunu, xidmətdən kənar tennis oynadığını bildiyini, işə yeni qəbul olduğunu, 2023-cü ildən işlədiyini, idarəyə gedəndə ya buraxılış vərəqəsi ilə və ya məruzə olunub icazə alındıqdan sonra getdiklərini, lakin onun istifadə etmədiyini, onun ancaq hesabatdan hesabata getdiyini, onda da adlı siyahı ilə getdiyini, adlı siyahıda hesabata gedəcək əməkdaşların adlarının qeyd olunduğunu, artıq buraxılış vərəqəsi və ya icazəyə ehtiyac olmadığını, hesabatdan kənar getmədiyini, buraxılış vərəqəsi istifadə etmədiyini, buraxılış vərəqəsi və girib-çıxmanın intizam qaydası olduğunu bildirmişdir. 25 iyun 2025-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində dindirilmiş X7 iddiaçı ilə birlikdə X2 işlədiklərini, iddiaçının tennis oynadığına görə işdən azad olunduğunu, əmr ilə işdən azad olunduğunu, lakin əmr ilə tanış olmadığını, tennis oynamağını görmədiyini, lakin eşitdiyini, əməkdaşların iş vaxtından kənar, asudə vaxtlarında gedib orada idmanla məşğul olduqlarını, lakin onun istifadə etmədiyini, onun buraxılış vərəqəsi ilə çıxmadığını, çünki növbətçi olduğunu, hesabata gedən vaxt buraxılış vərəqəsi verilmədiyini, hesabata cəm halda getdiklərini, idarəyə kənar şəxsin daxil ola bilmədiyini, əməkdaş gəldikdə belə məruzə olunduğunu, onlara verilən məlumata əsasən Miqrasiya Xidmətinin əməkdaşları bu cür istifadə edə bilərlər, fərqi yoxdur, istər X3 əməkdaşı olsun, istərsə də, Baş idarənin əməkdaşı, növbətçiyə deyilməli olduğunu, növbətçinin məruzə etməli olduğunu, onun istifadə etmədiyini, ona görə tam bilmədiyini bildirmişdir. 25 iyun 2025-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Mehman ilə 11 avqustda tennis oynadıqlarını, buna görə də iddiaçının işdən azad olunduğunu, 16:00 – 17:00 radələrinin olduğunu, uzun müddət keçdiyi üçün dəqiq xatırlamadığını, iddiaçının məzuniyyətdə olduğunu bildiyini, bazar günü olduğunu, onun işdə olduğunu, münasibətlərinin də yaxşı olduğunu, yoldaşlıq münasibəti və bazar günü olduğu üçün baş idarəyə buraxdığını, ilk dəfə belə hadisənin baş verdiyini, buraxılış ilə bağlı bölmə rəisinə, onun da baş idarə rəisinə məlumat verdiyini, həmin gün səhlənkarlıq etdiyini, ona görə məlumat vermədiyini, növbətçi yerini öz başına tərk etdiyinə və geyim qaydasını pozduğuna görə töhmət verildiyini, iddiaçını içəri buraxma səlahiyyətinin olmadığını, buna görə də cəzalandırıldığını, iddiaçını onun dəvət etdiyini, lakin özünün ona “bunu qeyd eləmə” dediyini, inzibati binaya daxil olan şəxs barədə bölmə rəisinə, o olmadıqda isə əvəz edən şəxsə məlumat verməli, həmin şəxsin icazəsi ilə içəri buraxmalı olduğunu bildirmişdir. İddiaçı iş materiallarına mübahisələndirilən əmri, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini və arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 21 oktyabr 2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində kobud və mütəmadi olaraq yol vermiş pozuntulara, habelə etik davranış və intizam qaydalarına əməl etmədiyinə, əvvəl tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmadığına görə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Naxçıvan şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru-maliyyə üzrə, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı 21 oktyabr 2024-cü il tarixdən miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi və pul təminatının son haqq-hesabının aparılması əmr edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 816 nömrəli arayışdan görünür ki, Quliyev X10 şəhəri, M.C.Mirişli 1, mənzil 11 ünvanında qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1988-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 11 dekabr 2024-cü il tarixli etiraz ilə məhkəməyə ünvanlanmış: - 14 oktyabr 2024-cü il tarixli izahatdan görünür ki, X12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Baş İdarə rəisinin şifahi tapşırığına uyğun olaraq qeyri-iş günlərində əməkdaşların inzibati binaya daxil olması qadağandır. 11 avqust 2024-cü il tarixdə əmək məzuniyyətində olduğundan İddiaçı inzibati binaya gəlməsi barədə məlumatı olmamışdır. - 14 oktyabr 2024-cü il tarixli izahatdan görünür ki, X15 Baş İdarə rəisinin şifahi tapşırığına uyğun olaraq idman saatlarından (iş vaxtı axşam 18:00-dan, şənbə günləri saat 14:00-dan sonra) başqa vaxtlarda əməkdaşların inzibati binaya daxil olması qadağandır. Mühafizə işini aparan xidmət əməkdaşları bu barədə şifahi məlumatlandırılmışdır. Həmçinin xidmət aparan mühafizə üzrə işçilər, mühafizə üzrə işin təşkilinə uyğun olaraq, iş vaxtından sonra inzibati binanın qapıları bağlı saxlanılır. İdman vaxtları idman üçün gələn əməkdaşlar üçün açılır. Digər vaxtlarda inzibati binaya daxil olmaq istəyən şəxs barəsində Baş İdarə rəhbərliyinə məruzə olunur və rəhbərliyin icazəsi ilə buraxılır. Xidməti dövründə bu kimi məsələlərdə bağlı Baş İdarə rəhbərliyinə məruzə edilməməsinin səbəbi hər hansı şəxsin qeyri-iş günü inzibati binaya gəlməməsi olmuşdur. 11 avqust 2024-cü il tarixdə İddiaçı inzibati binaya daxil olması barədə ona heç bir məlumat verilməmişdir. - 05 sentyabr 2024-cü il tarixli izahatdan görünür ki, İddiaçı 11 avqust 2024-cü il tarixdə (həftənin bazar günü), saat 19:00 radələrində asudə vaxtını səmərəli keçirmək məqsədi ilə NRMBİ-nin inzibati binasında həmin vaxt növbədə olan kiçik inspektormühafizəçi Tağıyev Kamal ilə stolüstü tenis oynamışdır. İnzibati binaya qeyri-iş vaxtlarında daxil olmasının qadağan olduğu haqqında məlumatı olmamışdır. - 06 iyul 2015-ci il və 01 sentyabr 2023-cü il tarixli İddiaçı andlarından görünür ki, Azərbaycan Respublikasına sadiq olacağına, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlara ciddi əməl edəcəyinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacağına, qarşısına qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəyinə, intizamlı olacağına, dövlət sirrini və xidməti sirri qoruyacağına and içmişdir. - 17 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2024-cü ill tarixli, 41289/d nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Naxçıvan şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru-maliyyə üzrə, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi barədə Təqdimata baxılması məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixdə iclası keçirilmişdir. İclasın nəticələrinə dair tərtib olunmuş Protokol Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunmuşdur. 15 oktyabr 2024-cü il tarixli, 4 nömrəli protokoldan görünür ki, Xidməti fəaliyyətində mütəmadi olaraq yol verdiyi pozuntulara, etik davranış və intizam qaydalarına əməl etmədiyinə, habelə əvvəl tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmadığına görə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Naxçıvan şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru-maliyyə üzrə, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. - 03 sentyabr 2024-cü il tarixli, 31 nömrəli Attestasiya komissiyasının iclas protokolundan görünür ki, inspektor-maliyyə üzrə, İ dərəcəli d.m.x.q. İddiaçı 1 (bir) il sonra təkrar attestasiyadan keçmək şərtilə attestasiyanın nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun gəlir. Fotoşəkilin mətnindən aydın olur ki, həftə içi stolüstü tennis 13:05-13:55-dək zalda, idman saat 18:00-dan sonra olduğu əməkdaşların nəzərinə çatdırılmışdır. - 19 sentyabr 2025-ci il tarixli, 06/21865/di nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən xidməti fəaliyyət dövründə əmək və icra intizamı pozulduğuna görə barəsində intizam icraatına başlanılmış və xx.xx.2024-cü il tarixdə izahatı alınmışdır. Sözügedən tarixdən əvvəl miqrasiya orqanlarının nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyinə görə Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2023-cü il tarixli, 3-37/3-2/b514/2023 nömrəli əmri ilə İddiaçı barəsində “Tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbeh tədbiri tətbiq edilmiş, əmr xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasda məhkəməyə təqdim edilməklə qəbul edilməsinə əsas olmuş faktiki hallar barədə məlumat verilmişdir. Yuxarıda qeyd olunan hal İddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntu kimi qiymətləndirilmiş və Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmri ilə o, miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. İddiaçıya 2024-cü il ərzində əmək məzuniyyətinin verilməsinə dair müvafiq əmrlərdən çıxarışlar məhkəməyə göndərilmişdir. 25 iyun 2024-cü il tarixli, 3-37/3-2/v-530/2024 nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru-maliyyə üzrə, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı 2024-cü il iyun ayının 27-də 01 (bir) gün müddətinə ailə məsələlərini həll etmək üçün ödənişsiz məzuniyyət verilmiş və 28 iyun 2024-cü il tarixdən vəzifəsinin icrasına başlaması əmr edilmişdir. 24 iyul 2024-cü il tarixli, 3-37/3-2/v-790/2024 nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru-maliyyə üzrə, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı 2024-cü il avqust ayının 01-dən sentyabr ayının 03-dək 34 (otuz dörd) gün müddətinə 2024-2025-ci iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyəti verilmiş və 04 sentyabr 2024-cü il tarixdən vəzifəsinin icrasına başlaması əmr edilmişdir. - İddiaçı vəkili Vəkil1 tərəfindən məhkəməyə ünvanlanmış 14 fevral 2025-ci il tarixli iddia ərizəsi ilə eyni məzmunlu izahatdan görünür ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 21 oktyabr 2024-cü il tarixli, 3-37/3-2/b-566/2024 nömrəli əmrindən görünür ki, etik davranış və mühafizə üzrə işin təşkilinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X8 baş idarəsi, Miqrasiya nəzarəti idarəsi, miqrasiya rejiminə nəzarət bölməsinin kiçik inspektoru-mühafizəçisi, baş miqrasiya xidməti çavuşu X13 21 oktyabr 2024-cü il tarixdən "töhmət" intizam tənbehinin tətbiq edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 13 oktyabr 2023-cü il tarixli, 3-37/3-2/b-514-2023 nömrəli əmrindən görünür ki, əcnəbi ilə bağlı ona ünvanlanmış müraciətə qərəzli yanaşmaqla miqrasiya orqanlarının nüfuzunu aşağı salan hərəkətə yol verdiyinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru-maliyyə üzrə, İ dərəcə miqrasiya xidməti qulluqçusu İddiaçı 13 oktyabr 2023-cü il tarixdən “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin tətbiq edilməsi əmr edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı onun barəsində qəbul edilmiş miqrasiya orqanlarından xaric edilmə haqqında əmri mübahisələndirərək, həmin əmrin ləğv edilməsini və məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmasını tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı etirazdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı xidmətdə kobud və mütəmadi pozuntulara yol verdiyindən mübahisələndirilən əmr verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 23-cü maddəsində qeyd olunur ki, hər bir insan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli iş şəraitinə malik olmaq və işsizlikdən müdafiə olunmaq hüququna malikdir. Hər bir insan, heç bir ayrıseçkiliyə məruz qalmadan, bərabər əməyə görə bərabər haqq almaq hüququna malikdir. İşləyən hər bir insan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edən, ədalətli və qənaətbəxş həcmdə zəruri hallarda isə digər sosial təminat vəsaitləri ona əlavə edilməklə haqq almaq hüququna malikdir. Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən: 1. Bütün zəhmətkeşlər üçün ən azı: a) ədalətli əmək haqqı və eyni dəyərli iş üçün heç bir fərq qoyulmadan hamının bərabər mükafatlandırılması; bu zaman qadınlara kişilər üçün olduğundan pis olmayan iş şəraiti təmin edilməli və eyni əmək üçün bərabər haqq ödənilməlidir; b) onların özləri və ailələri üçün bu Paktın qərarlarına müvafiq olaraq qənaətbəxş yaşayış. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin: - 1-ci bəndinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. - 2-ci bəndinə əsasən miqrasiya orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş miqrasiya orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Miqrasiya orqanlarının işçiləri qulluq keçərkən, qanunun tələblərini rəhbər tutaraq, səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. - 6-cı bəndinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. - 7-ci bəndinə əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının miqrasiya orqanlarında qulluq etmək hüququ vardır. - 95-ci bəndinə əsasən miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 95.1. irad tutma; 95.2. töhmət; 95.3. şiddətli töhmət; 95.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 95.5. aşağı vəzifəyə keçirmə; 95.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 95.7. vəzifədən azad etmə (bu halda miqrasiya orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin miqrasiya orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, miqrasiya orqanlarında işə təyin edilir); 95.8. miqrasiya orqanlarından xaric etmə; 95.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə miqrasiya orqanlarından xaric etmə. - 96-cı bəndinə əsasən miqrasiya orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən, onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. - 99-cu bəndinə əsasən bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. - 110-cu bəndinə əsasən miqrasiya orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə şikayət verə bilər. - 111-ci bəndinə əsasən aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 111.11. miqrasiya orqanlarından xaric edildikdə. - 113-cü bəndinə əsasən miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli, 560 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin 16.5-ci maddəsinə əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya Xidmətinin baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, işin faktiki hallarında aydın olur ki, iddiaçı 2015-ci ildən miqrasiya orqanlarında qulluq keçir. 24 iyul 2024-cü il tarixli, 3-37/3-2/v-790/2024 nömrəli əmrlə İddiaçı 2024-cü il avqust ayının 01-dən sentyabr ayının 03-dək 34 (otuz dörd) gün müddətinə 2024-2025-ci iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyəti verilmiş və 04 sentyabr 2024-cü il tarixdən vəzifəsinin icrasına başlaması əmr edilmişdir. Məzuniyyətdə olduğu 11 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X8 baş idarəsinin inzibati binasında növbətçiliyi həyata keçirən baş miqrasiya xidməti çavuşu K.N.Tağıyev ilə masaüstü tennis oynamışdır. İddiaçı inzibati binaya Tağıyev Kamalın dəvəti əsasında getdiyini bildirərək, bununla bağlı müvafiq maddi sübut olan səs yazısını da iş materiallarına əlavə etmişdir. Bundan sonra iddiaçının mövcud hərəkəti ilə bağlı icraat açılmış, izahatlar alınmış və nəticədə həmin əməl kobud pozuntu kimi qiymətləndirilərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmri ilə İddiaçı miqrasiya orqanlarından xaric edilmişdir. İddiaçı müvafiq orqanlara müraciət etdikdən sonra 19 noyabr 2024-cü il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmri mübahisələndirmişdir. Məhkəmə iddiaçının tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qaydasında mübahisələndirilən və iddiaçının hüquqlarını məhdudlaşdıran müvafiq əmr İddiaçı xidməti fəaliyyəti dövründə yol verdiyi kobud pozuntu kimi səciyyələndirilərək qəbul edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə xidmətdə olmamış, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə növbəti əmək məzuniyyətində olmuşdur. İddiaçının əmək məzuniyyətində olduğu dövrdə törədilmiş əməl onun xidməti fəaliyyəti ilə əlaqələndirilə bilməz. Digər tərəfdən əmrin hüquqi əsası kimi “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 99-cu maddəsinə istinad edilmişdir. Həmin maddənin məzmununda miqrasiya orqanlarından xaric etmə intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. Hazırki iş üzrə iddiaçıya münasibətdə Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlər müəyyən edilmədiyindən onun barəsində miqrasiya orqanlarından xaric etmə intizam tənbehinin vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara görə tətbiq edildiyi aydın olur. Bu hala münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işin hallarına əsasən iddiaçı vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verməmişdir. İddiaçının məzuniyyətdə olduğu müddətdə baş idarənin inzibati binasında tennis oynaması kobud pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində kobud pozuntu halları sadalanmışdır ki, hazırki mübahisə üzrə iddiaçının törətdiyi hüquq pozuntusu həmin hallardan hər hansı birinə aid deyil. Bu hal ilə bağlı onun əvvəlcədən şifahi və ya yazılı qaydada xəbərdar olması, xəbərdar olmaması, iş vaxtından kənar işçilərin rəhbərin icazəsi olmadan inzibati binaya daxil olmaması ilə bağlı göstərişin olması buna təsir etmir. Bu hal intizamsızlıq kimi qiymətləndirilsə belə, iddiaçı barəsində ən ağır intizam tənbehinin tətbiq edilməsi üçün əsas ola bilməz. Digər amil olan mütəmadilik anlayışına münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı barəsində 13 oktyabr 2023-cü il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin tətbiq edilməsi mütəmadilik yaratmır. Belə ki, hazırki intizam tənbehi əvvəlki intizam tənbehinin verilməsindən 1 ildən çox müddət keçdikdən sonra tətbiq edilmişdir. Əməlin törədildiyi vaxta münasibətdə isə qeyd edilməlidir ki, praktikaya əsasən mütəmadilik dedikdə, il ərzində 2 dəfədən az olmayaraq təkrar davam etmə nəzərdə tutulur. Hazırki işin hallarına görə də mütəmadi xarakter daşıyan pozuntu halı aşkarlanmamışdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndində də deyildiyi kimi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması kobud pozuntu hesab edilir. İddiaçı tərəfindən hazırki vəziyyətdə əmək funksiyası pozulmamış, digər tərəfdən isə altı aydan çox müddət keçmişdir. Digər tərəfdən 11 avqust 2024-cü il tarixdə iddiaçı məzuniyyətdə olarkən daxili intizam qaydalarını pozaraq baş idarənin inzibati binasına daxil olsa da, həmin vaxt onunla tennis oynayan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X8 baş idarəsinin əməkdaşı K.N.Tağıyev tərəfindən xidməti səlahiyyətlərini icra edərkən özünün də etiraf etdiyi kimi növbətçi yerini öz başına tərk etmiş, kənar şəxsin inzibati binaya daxil olmasına icazə vermiş və geyim qaydasını pozmuşdur. Lakin qeyd olunan əməllərə görə həmin şəxsə töhmət intizam tənbehi verilmiş, iddiaçıya isə ən ağır intizam tənbehi tətbiq edilmişdir. Bu hal isə özlüyündə bərabərlik prinsipinin pozulmasına səbəb olmuşdur. Belə ki, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən əmr qəbul edilərkən qanunvericilik normalarının tələbləri gözlənilməmiş, inzibati orqanın öz diskression səlahiyyətlərindən istifadə edərək qəbul etdiyi inzibati akt iddiaçının hüquqlarının pozulması və məhdudlaşdırılması ilə nəticələnmişdir. Bu səbəbdən də həmin inzibati akt ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, mübahisələndirilən inzibati akt ləğv edildiyindən və iddia tələbinin digər hissəsinin hüquqi taleyi həmin inzibati aktın hüquqi taleyindən asılı olduğundan, iddia tələbinin həmin hissəsi də təmin edilməli, İddiaçı məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməli və iddiaçı əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmri ləğv olunaraq İddiaçı məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 3-37/3-2/b-565/2024 nömrəli əmri ləğv olunaraq İddiaçı məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar