Məhkəmə qərarları › İş №2-1(122)-541/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-541/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-541/2024 27.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "İddiaçı təsisçisi olduğu “Aynur” kiçik müəssisəsinə verilmiş, müəssisə ləğv olunduğundan təsisçi olan İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən (Respublika Stadionunun girişi ilə üz-üzə) 26 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təsisçisi olduğu “Aynur” kiçik müəssisəsinə verilmiş, müəssisə ləğv olunduğundan təsisçi olan İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən (Respublika Stadionunun girişi ilə üz-üzə) 26 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclasları 13 iyun 2024-cü il və 27 avqust 2024-cü il tarixlərə təyin olunmuş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, həmçinin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmanın prosessual nəticələri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdirlər. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəməyə 26 avqust 2024-cü il tarixli, 5-5/2-558/2024 nömrəli məktub göndərərək məhkəmə iclasında iş həcminin çox olması ilə əlaqədar iştirak edə bilməməklərinin üzrlü hesab edilməsini, məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "İddiaçı təsisçisi olduğu “Aynur” kiçik müəssisəsinə verilmiş, müəssisə ləğv olunduğundan təsisçi olan İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən (Respublika Stadionunun girişi ilə üz-üzə) 26 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "İddiaçı təsisçisi olduğu “Aynur” kiçik müəssisəsinə verilmiş, müəssisə ləğv olunduğundan təsisçi olan İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən (Respublika Stadionunun girişi ilə üz-üzə) 26 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar