Məhkəmə qərarları › İş №2-1(122)-545/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-545/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-545/2024 26.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “Babək qəsəbəsində (indiki Babək şəhərində) mülkiyyətinə verilmiş, beşmərtəbəli 60 mənzilli yaşayış evinin şimal-şərq hissəsində yerləşən qarajın tikilərək ona geri qaytarılması və ya qarajın sökülməsi ilə bağlı ona dəyən zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək qəsəbəsində (indiki Babək şəhərində) mülkiyyətinə verilmiş, beşmərtəbəli 60 mənzilli yaşayış evinin şimal-şərq hissəsində yerləşən qarajın tikilərək ona geri qaytarılması və ya qarajın sökülməsi ilə bağlı ona dəyən zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 26 fevral 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 16 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, məhkəmədən Babək qəsəbəsində (indiki Babək şəhərində) mülkiyyətinə verilmiş, beşmərtəbəli 60 mənzilli yaşayış evinin şimal-şərq hissəsində yerləşən qarajın tikilərək ona geri qaytarılması və ya qarajın sökülməsi ilə bağlı ona dəyən zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasından imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək qəsəbəsində (indiki Babək şəhərində) mülkiyyətinə verilmiş, beşmərtəbəli 60 mənzilli yaşayış evinin şimal-şərq hissəsində yerləşən qarajın tikilərək ona geri qaytarılması və ya qarajın sökülməsi ilə bağlı ona dəyən zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı 16 fevral 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 16 fevral 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək qəsəbəsində (indiki Babək şəhərində) mülkiyyətinə verilmiş, beşmərtəbəli 60 mənzilli yaşayış evinin şimal-şərq hissəsində yerləşən qarajın tikilərək ona geri qaytarılması və ya qarajın sökülməsi ilə bağlı ona dəyən zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar