Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-546/2024 01.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X4-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X4-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci ildən Naxçıvan MR Ədliyyə Nazirliyində işə başlamış, 13 iyun 2023-cü il tarixinə kimi bu qurumda müxtəlif vəzifələrdə xidmət etmişdir. Xidmət etdiyi bu 16 il ərzində heç bir nöqsana yol verməmiş, hər zaman rəhbərlik tərəfindən ona verilən tapşırıqları vaxtı-vaxtında və dəqiqliklə icar etməyə çalışmış, eyni zamanda öz vəzifə borcunu (ona aid olan vəzifə təlimatına uyğun olaraq) lazımi qaydada yerinə yetirməyə çalışmışdır. Həmin qurumda sonuncu iş yeri (vəzifəsi) isə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X4nəzarət şöbəsinin böyük inspektoru olmuş və bu şöbədə mayor rütbəsində xidmət etmişdir. Xidmət etdiyi bu illər ərzində hər zaman xidmətdə fərqlənməyə çalışmış, eyni zamanda qüsursuz xidmət göstərməyə can atmışdır. Bunun nəticəsi olaraq da qanunverciliklə nəzərdə tutulmuş qaydada rütbələrini vaxtı-vaxtında (heç bir gecikmə olmadan) almışdır. Əgər xidmətində hər hansı bir nöqsan olsa idi, təbii ki, ona rütbə də qanunvericiliklə nəzərdə tutulmuş müddət daxilində deyil, müəyyən gecikmələrlə verilə bilərdi. Lakin xx.xx.2023-cü il tarixli əmrlə o, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən orqandan xaric edilmişdir. Müvafiq əmrdə guya onun “X1 İntizam Qaydaları”nın tələblərini pozaraq məhkumlara qarşı qəddar və insan ləyaqətini alçaldan hərəkətlər yol vermiş və bunun nəticəsi olaraq da müvafiq maddə ilə o, ədliyyə orqanlarından xaric edilmişdir. Əlavə olaraq onu qeyd etmək istəyir ki, o, işdən çıxarılan zaman məlumatı olmamış, sadəcə ona işə gəlməməyi barədə şifahi deyilmiş, ona əmrin surəti və eyni zamanda əmək kitabçası da verilməmişdir. Halbuki qanuna müvafiq olaraq işçi işdən çıxarılan gün ona əmək kitabçası, son haqqhesab və eyni zamanda əmək kitabçası da verilməli idi. O, yazılı ərizə ilə müraciət edərək, barəsində olan əmrin surətini və eyni zamanda əmək kitabçasını 14 noyabr 2023-cü ildə Naxçıvan MR Ədliyyə Nazirliyindən rəsmi qaydada almışdır. Eyni zamanda ərizə ilə qeyd edilən inzibati orqana müraciət edərək, onun barəsində olan əmrin ləğv edilməsini, bunun qanunsuz və əsassız olduğunu bildirmiş, onu işə bərpa etmələrini xahiş etsə də, müvafiq qurumdan ona imtina cavabı verilmişdir. Eyni zamanda o, mübahisənin məhkəmədənkənar həlli üçün X3 müraciət etsə də, həmin qurumdan bu işlərə mediasiyanın məcburi olmadığı və birbaşa məhkəməyə müraciət edə bilcəyi ona bildirilmişdir. O da son ümid yeri olaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 01 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, barəsində olan əmrin surətini və eyni zamanda əmək kitabçasını 14 noyabr 2023-cü ildə Naxçıvan MR Ədliyyə Nazirliyindən rəsmi qaydada aldığını, iddia tələbi üzrə müəyyən olunmuş müddətin tərəfindən ondan asılı olmayan, üzrlü səbəblərdən buraxıldığını bildirib müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia müddətini buraxmadıqlarını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 İddiaçı işdən azad olunması ilə bağlı əmrin iddiaçıya elan edildiyini, iddiaçı səs-küy salaraq idarəni tərk etdiyindən əmək kitabçasını həmin vaxt götürməkdən imtina etdiyini, iddiaçının bir neçə dəfə telefon vasitəsi ilə nazirliyə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etdiyini, iddia müddətinin buraxılması səbəbindən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: . 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. 6.2-ci bəndinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. 6.3-cü bəndinə əsasən işçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İş materiallarından aydın olur ki, iddiaçı onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrin ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h nömrəli əmrinin surətindən aydın olur ki, xidməti vəzifələrinin icrası zamanı kobud nöqsanlara yol verdiyinə (“X1 İntizam Qaydaları”nın tələblərini pozaraq məhkumlara qarşı qəddar və insan ləyaqətini alçaldan hərəkətlərə yol verdiyinə) görə Penitensiar Xidmətin Qarışıq rejimli X4-nəzarət şöbəsinin böyük inspektoru ədliyyə mayoru İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Hazırki işin faktiki hallarından görünür ki, mübahisələndirilən əmrin rəsmi daşıyıcı vasitəsi ilə iddiaçıya hansı tarixdə təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı həmin əmrdən qəbul edildiyi vaxtdan xəbərdar olmuşdur. Belə ki, iddiaçı barəsində qəbul edilmiş 13 mart 2023-cü il tarixli əmr onun xidmətdən xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü (doqquz ay) ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçının həmin əmrin surətini və ya əmək kitabçasını almaması ona məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri və ya əmək kitabçasını almadığına görə iddiaçının məhkəməyə iddia müddəti keçdikdən sonra müraciət etməsi üzrlü səbəb hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı vaxtdan olduğu müddətdə başlamış, lakin iddiaçı həmin inzibati aktıın mübahisələndirilməsi ilə bağlı 13 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Beləliklə, iddiaçı qeyd olunan əmrlə onun hüququnun məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023cü il tarixli, 08ş/h saylı əmrin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X4-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X4-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-546/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-546/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver