Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-546/2025 25.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X13 Heydər oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X3 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı "xx.xx.2024-cü il tarixdə doğulmuş "Zeynəb"-ə doğum haqqında şəhadətnamənin verilməsi və həmin şəhadətnamənin ata qrafasında X4 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə, dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2024-cü il tarixdə doğulmuş "Zeynəb"-ə doğum haqqında şəhadətnamənin verilməsi, doğum akt qeydində və həmin şəhadətnamənin ata qrafasında X4 yazılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Şərur rayon Püsyan kənd sakini X5 arasında Şərur Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmaqla xx.xx.2015-ci il tarixdə 16 saylı akt qeydi ilə nikah bağlanmış və bu nikahdan xx.xx.2015-ci il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X8 adında iki övladı doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında münasibətləri yaxşı olsa da, sonradan müxtəlif səbəblərdən yola gedə bilməmiş, 2022-ci ilin sonlarından faktiki olaraq ayrılmışlar. Bundan sonra S.Məmmədov nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmış və Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-622/2023 saylı qətnaməsi ilə aralarındakı nikah rəsmən pozulmuşdur. Faktiki olaraq ayrı yasadıqları vaxtdan yəni məhkəmə icraatı başlamadığı zamanlarda o, Kəngərli rayon Şahtaxtı kənd sakini X4 ilə tanış olmuş və onunla qeyri-rəsmi nikah münasibəti quraraq Kəngərli rayon Şahtaxtı kəndində yaşamağa başlamışdır. S.Məmmədovla aralarındakı nikah pozulduqdan sonra o, C.Məmmədovla münasibətlərini rəsmiləşdirmiş və onunla olan nikahı 16 fevral 2024-cü il tarixdə Cavabdehndə 08 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Birgə yaşadıqları bu müddətdə yəni, xx.xx.2024-cü il tarixdə isə onların "Zeynəb " adında bir övladı doğulmuşdur. Hansı ki, o, hazırda yeni doğulmuş övladı Zeynəbə müvafiq doğum haqqında şəhadətnamə alınmasında çətinliklərlə qarşılaşmaqdadır. Belə ki, bununla bağlı cavabdeh orqana etdiyi müraciətlər nəticəsiz qalmış, övladının atası tərəfindən ərizə verilməsinə baxmayaraq vaxtı ilə S.Məmmədovla evli olmağı əsas göstərməklə övladına veriləcək doğum haqqında şəhadətnamədə atası X2 adının yazılmasının mümkünsüzlüyü səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Artıq dörd aydan çoxdur ki, o, yeni doğulmuş övladına müvafiq doğum haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmənin 21 yanvar 2025-ci il tarixli, 2-1(122)-546/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı "xx.xx.2024-cü il tarixdə doğulmuş "Zeynəb"-ə doğum haqqında şəhadətnamənin verilməsi və həmin şəhadətnamənin ata qrafasında X4 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə inzibati məhkəmə icraatına X5 və X4 üçüncü şəxs qismində cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 aprel 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə 10 aprel 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktub göndərərək 25 aprel 2025-ci il tarixli məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X4 məhkəmə iclaslarında verdiyi izahatında 2022-ci ilin aprel ayında Gülzarla tanış olduğunu, həmin tarixdən birgə yaşadıqlarını, Zeynəbin onun öz qızı olduğunu, uşağın doğum xərclərini özünün qarşıladığını, uşağın şəxsiyyət vəsiqəsi olmadığı üçün səhhətində problem yarananda xəstəxanaların onu qeydiyyata almaqdan imtina etdiyini bildirib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 məhkəmə iclasında verdiyi izahatında İddiaçı ilə 2022-ci ilin oktyabr ayından, hətta ondan da əvvəl ayrı yaşadıqlarını, həmin dövrdə hüquqi olaraq, evli olsalar da faktiki olaraq ayrı yaşadıqlarını, xx.xx.2024-cü ildə doğulmuş Zeynəbin onun qızı olmadığını, doğum akt qeydləri kitabında və Zeynəbə veriləcək doğum haqqında şəhadətnamənin ata qrafasında X2 adının yazılmasına etiraz etmədiyini bildirib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən Şərur rayon Püsyan kənd sakini İddiaçı ünvanlanmış 01 avqust 2024-cü il tarixli, 3-16-5/8-15-142/2024 nömrəli məktubla belə izah olunmuşdur ki, onun X5 ilə nikahı xx.xx.2015-ci il tarixdə Şərur rayon Nikah Evində bağlanmışdır. Həmin nikah Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 2(110)-622/2023 nömrəli Qətnaməsi əsasında, Şərur rayon Nikah Evinin xx.xx.2024-cü il tarixli 06 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2.-ci maddəsinə əsasən: “Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur”. Yuxarıda göstərilənləri nəzərə alaraq uşağın doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində uşağın atası qismində X2 göstərilməsi mümkün deyildir. İmtina barədə qərardan məhkəməyə şikayət etmə hüququ izah olunmuşdur. - Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(110)- 622/2023 nömrəli qətnaməsinin surətindən məlum olur ki, X5 ilə İddiaçı arasındakı Şərur rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2015-ci il tarixli 16 saylı nikah pozulması qət edilmişdir. - Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəz tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, TQ seriyalı, 103 nömrəli doğum haqqında tibbi şəhadətnamənin surətindən məlum olur ki, uşaq haqqında məlumat qismində ata qrafasında “Cəmaləddin” qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05 fevral 2025-ci il tarixli, K-6/25 nömrəli məktubla göndərilmiş X3 cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların anadan alınıb ataya verilməsi tələbinə dair 2(110)-622/2023 nömrəli mülki iş üzrə elektron uçot-qeydiyyat kartoçkasından məlum olur ki, qeyd olunan tələblə ilə bağlı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. - AZ-İİ seriyalı, 514335 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə İddiaçı Şərur rayonu, Şahtaxtı kəndində 16 fevral 2024-cü il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2024-cü ilin 02 ayının 16 günündə 08 nömrə ilə qeyd edilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyəti Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 236 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şərur rayonu, Şahtaxtı kəndində qeydiyyatda durmur, haliyədə Şahtaxtı kəndində yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 23 avqust 1995-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.3-ci maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2-ci maddəsinə görə, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun: 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 20.2-ci bəndinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci bəndinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci bəndinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın: 23-cü maddəsinin 1-ci bəndinə əsasən ailə cəmiyyətin təbii və əsas özəyidir, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir. 2-ci bəndinə əsasən nikah yaşına çatmış kişi və qadınların nikah bağlamaq hüququ və ailə qurmaq hüququ qəbul edilir. 4-cü bəndinə əsasən hazırkı Paktda iştirak edən dövlətlər, nikah bağlayarkən, nikah vəziyyətində olarkən və bu nikahı pozarkən ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin olunması üçün lazımi tədbirlər görməlidirlər. Nikahın pozulması halında bütün uşaqlar üçün zəruri müdafiə nəzərdə tutulmalıdır. 24-cü maddəsinin 1-ci bəndinə əsasən hər bir uşaq irqi, dərisinin rəngi, cinsi, dili, dini, milli və ya sosial mənsubiyyəti, əmlak vəziyyəti və doğuşu əlamətinə görə heç bir ayrı-seçkiliyə yol verilmədən, elə müdafiə tədbirləri hüququna malikdir ki, bu müdafiə tədbirləri, kiçik yaşlı vəziyyətində olduğuna görə, onun ailəsindən, cəmiyyətdən və dövlətdən tələb olunur. 2-ci bəndinə əsasən hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilmiş “Uşaq hüquqları haqqında Konvensiya”nın 7-ci maddəsinin 1-ci bəndinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 2-ci bəndinə əsasən iştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata keçirilməsini və öz öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun yerinə yetirilməsini, o cümlədən əks təqdirdə uşağın vətəndaşlığa malik olmayacağı halda təmin edirlər. 8-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər. 2-ci bəndinə əsasən əgər uşaq öz fərdiliyinin ünsürlərinin bir qismindən və ya hamısından qanunsuz məhrum edilirsə, iştirakçı dövlətlər onun fərdiliyinin ən tez zamanda bərpa edilməsi üçün ona lazımi köməyi və müdafiəni təmin edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 10-cu maddəsinə əsasən hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bu aşağıdakı əsaslardan irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə dörə, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə hazırkı iş üzrə hüquq normalarının tətbiqində qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığını nəzərə alır. Belə ki, X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “onunla İddiaçı aralarında bağlanmış nikahın pozulması, uşaqların anadan alınıb ataya verilməsi” barədə iddia qaldırmışdır. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş və həmin mülki iş üzrə X5 məhkəməyə verdiyi izahatında İddiaçı bir ildir ki, (yəni 2022-ci ildən) xalasigilə getdiyini, 60 yaşlı kişi ilə qeyri-rəsmi şəkildə evlənib onunla bərabər yaşadığını bildirmişdir. X10 hazırkı iş üzrə məhkəmə iclasında verdiyi izahatında İddiaçı ilə 2022-ci ilin oktyabr ayından, hətta ondan da əvvəl ayrı yaşadıqlarını, həmin dövrdə hüquqi olaraq, evli olsalar da faktiki olaraq ayrı yaşadıqlarını, xx.xx.2024-cü ildə doğulmuş Zeynəbin onun qızı olmadığını, doğum akt qeydləri kitabında və Zeynəbə veriləcək doğum haqqında şəhadətnamənin ata qrafasında X2 adının yazılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsində uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunması təsbit edilmişdir. Qanun normasının məzmunundan da göründüyü kimi, ər-arvad arasında nikah qeydiyyatı olmadıqda sadələşdirilmiş üsulla, heç bir mübahisəyə yol verilmədən atalıq müəyyən edilir, yəni uşağın atası ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək ondan doğulmuş uşağın özünün olduğunu etiraf edir, uşağın anası isə bu barədə razılıq ərizəsini verir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsində nəzərdə tutulan işin obyektiv araşdırılması istiqamətində məsələnin həlli üçün əhəmiyyət kəsb edən, maraqlı şəxslərin xeyrinə olan halları hərtərəfli, tam və obyektiv araşdırmadan Ailə Məcəlləsinin 44.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına istinad edərək iddiaçının müraciətindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 16 mart 2022-ci il Qərardadında formalaşdırılan hüquqi mövqeyə görə, “uşaqların mənafeyi” anlayışı sahələrarası anlayış olduğundan, onun nəzərdə tutduğu məna da hansı hüquq sahəsində tətbiq edilməsindən asılı olur. Belə ki, uşaqların mənafeyi tək ailə hüquq münasibətləri deyil, bütün hüquq münasibətləri müstəvisində təmin edilməlidir. Burada nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Beləliklə, məhkəmə hesab edir ki, araşdırma zamanı toplanmış sübutlar, işin halları, bu qərarda istinad olunan qanun normaları və uşağın üstün mənafeyi baxımından İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı "xx.xx.2024cü il tarixdə doğulmuş "Zeynəb"-ə doğum haqqında şəhadətnamənin verilməsi, doğum akt qeydində və həmin şəhadətnamənin ata qrafasında X4 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdə doğulmuş "Zeynəb"-ə doğum haqqında şəhadətnamənin verilməsi, doğum akt qeydində və həmin şəhadətnamənin ata qrafasında X4 yazılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-546/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-546/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver