Məhkəmə qərarları › İş №2-1(122)-55/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-55/2020

21.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-55/2020 21.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Hicran Xasay oğlu Muradovun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı3 nümayəndəsi Nümayəndə, iddiaçıların vəkili (İddiaçı1 və İddiaçı2 nümayəndəsi) Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 və üçüncü şəxs X8, üçüncü şəxs X8 vəkili X3 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıların vəkili (İddiaçı1 və İddiaçı2 nümayəndəsi) Vəkil və İddiaçı3 nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində X19 adına aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə aid hissədə ləğv olunması, həmin qeydiyyat əsasında verilmiş MH seriyalı, ******* nömrəli olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların nümayəndələri iddia tələbini onunla əsaslandırmışdırlar ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayonu, Bulqan kəndində X24, X14, X6 və İddiaçı2 0.21 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilməklə JN-940A, KOD 10304005 olan şəhadətnamə, yenə həmin qərarla və həmin şəxslərə 3980.0 m2 kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilməklə JN-1141 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı rəsmiləşdirimişdir. Lakin, onların razılıqları və xəbərləri olmadan xx xxxxxx 2018-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan MH seriyalı, ******* nömrəli çıxarış rəsmiləşdirilməklə həyətyanı torpaq sahəsi mərhum X19 mülkiyyətinə verilmiş, bununla da onlar mülkiyyətlərindən məhrum olunmuşlar. xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması, qeydiyyat əsasında verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın qismən etibarsız hesab olunması və paylarının müəyyən olunmaqla yeni çıxarışın verilməsi barədə ərizələri cavabdeh orqan tərəfindən öz həllini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçıların nümayəndələri yuxarıda göstərilənlərə əsasən məhkəmədən, xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində X19 adına aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə aid hissədə ləğv olunması, həmin qeydiyyat əsasında verilmiş MH seriyalı, ******* nömrəli olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndə vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində aparılmış ********** nömrəli qeydiyyatın ləğv olunması, onun əsasında verilmiş MH ******* nömrəli çıxarışın etibarsız hesab olunması və payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(078)-1144/2019 nömrəli qətnaməsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində X19 adına xx xxxxxx 2018-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 2, ev 26 ünvanında yerləşən 0.2096 hektar torpaq sahəsinə münasibətdə X19, Axundova (Əliyeva) Xanım Cəlal qızının, İddiaçı2 və Hüseynova (Əliyeva) Türkanə Qadir qızının payları hər birinə 1/4 hissədə müəyyən olunması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1144/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 tərəfindən apelyasiya şikayəti vermiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(108)- 50/2020 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1144/2019 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı qeydiyyatın ləğvi, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair hissədə ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı qeydiyyatın ləğvi, çıxarışın etibarsız hesab edilməsi, payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata iddianın “qeydiyyatın ləğvi, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair hissəsində xitam verilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə (hazırda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti adlanır) qarşı qeydiyyatın ləğvi, çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmək hüququ olması izah olunması barədə qərar verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020ci il tarixli, 2(108)-50/2020 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1144/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(078)-1144/2019 nömrəli qətnaməsi iddianın “payların müəyyən edilməsi” tələbinə dair hissəsində ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı payların müəyyən edilməsi tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 314 nömrəli məktubla iddiaya qarşı münasibət bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsində isə göstərilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Mübahisə predmeti olan həyətyanı torpaq sahəsi X19 qanuni istifadəsində olmuşdur. Bunu 1990-cı ilin iyun ayında X19 adına verilən 27 inventar nömrəli texniki pasport bir daha sübut edir. Belə ki, texniki pasportda X19 qanuni istifadəsində 2000,0 m2 həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında həmin torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir. Lakin, Qadir Əliyevin adına verilən JN-940A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ailə üzvləri kimi X9, X4 və İddiaçı2 adları qeyd olunmuşdur. JN-940A nömrəli şəhadətnamə itdiyi üçün xx xxxxx 2018-ci il tarixdə dublikat verilən zaman MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yalnız mülkiyyətçi X19 adı qeyd olunmuşdur. Aqrar islahat aparılmazdan əvvəl torpaq sahəsi X19 istifadəsində olmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri Nümayəndə və Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə xx xxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişlər ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri vasitəsilə məhkəmədə iddia qaldıraraq xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində X19 adına aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə aid hissədə ləğv olunması, həmin qeydiyyat əsasında verilmiş seriya MH, ******* nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayonu, Bulqan kəndində X24, X14, X6 və İddiaçı2 0.21 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyətlərinə verilməklə adlarına JN- 940 A, KOD 10304005 olan şəhadətnamə rəsmiləşdirilmişdir. Lakin, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində iddiaçıların xəbərləri və razılıqları olmadan həmin şəhadətnamə əsasında torpaq sahəsi X19 adına reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bununla da iddiaçılar öz qanuni mülkiyyətlərindən məhrum olmuşlar. Bu səbəbdən də hesab edirlər ki, həmin qeydiyyat düzgün aparılmamışdır. Ona görə də iddia tələblərini dəqiqləşdirərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması tələbi daxilində baxılmasını və iddialarının təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(122)-55/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri Vəkil və Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə vəsatətləri təmin olunmuş və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması kimi icraata qəbul edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- (122)-55/2020 nömrəli və xx xxxxxxx 2020-ci il tarixli qərardadları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması” tələbinə dair iddiası üzrə işə X25, X31 və X27 üçüncü şəxs qismində cəlb olunmuşlar. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, üçüncü şəxslər X20 və X15 ünvanlarına məhkəmə iclasının vaxtı və keçiriləcəyi yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, üçüncü şəxslər X20 və X15 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçıların vəkili (iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi) Vəkil iddia ərizəsində yazılanları müdafiə edərək, Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayonu, Bulqan kəndində X24, X14, X6 və İddiaçı2 0.21 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilməklə şəhadətnamə verildiyini, X19 xx xxxxxx 2003-cü il tarixdə öldüyünü, lakin şəhadətnamə itdiyindən Qadirin varisi X8 şəhadətnamənin dublikatının verilməsi ilə bağlı daşınmaz əmlaka müraciət edərək, iddiaçıların razılığı və xəbəri olmadan torpaq sahəsinə çıxarış verilməklə həmin həyətyanı torpaq sahəsinin mərhum X19 adına rəsmiləşdirildiyini, bundan təxminən 6 ay sonra X25 daşınmaz əmlaka yenidən müraciət edərək, tikili və torpaq sahəsinə birgə çıxarış aldığını, bununla da iddiaçıların mülkiyyətlərindən məhrum olunduğunu, bununla bağlı cavabdeh orqana müraciət edilsə də öz həllini tapmadığını, onlara bir şəhadətnamədə digər şəxslərin adı ola-ola və onların razılığı və xəbəri olmadan mülkiyyətin bir nəfərin adına necə keçirildiyinin onlara aydın olmadığını, cavabdeh orqanın 3-cü şəxsin müraciəti əsasında ona dublikat yox, torpaq sahəsinə qanunsuz olaraq çıxarış verildiyini, ondan sonra da yenidən həm torpağa həm də tikiliyə çıxarış verildiyini, daşınmaz əmlakın düzgün rəsmiləşdirmə aparmadığını, Qadirə sənəd verməklə iddiaçıların hüquqlarının pozulduğunu, Xanım və digər iddiaçıların orada yaşayıb, torpağın qanuni istifadəçisi olduqlarını, həmin torpağın 4 nəfərin mülkiyyəti olduğunu bildirərək, xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 nümayəndəsi Nümayəndə digər nümayəndənin dedikləri ilə eyni fikirdə olduğunu və iddia tələbini müdafiə etdiyini bildirərək, xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində X19 adına aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 izahat verərək “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verildiyini, Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verildiyini, mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin X19 qanuni istifadəsində olduğunu, bunu 1990-cı ilin iyun ayında X19 adına verilən 27 inventar nömrəli texniki pasportun bir daha sübut etdiyini, texniki pasportda X19 qanuni istifadəsində 2000,0 m2 həyətyanı torpaq sahəsinin olduğunun qeyd olunduğunu, Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 29 nömrəli qərarı əsasında həmin torpaq sahəsinin X19 mülkiyyətinə verildiyini, lakin, Qadir Əliyevin adına verilən JN- 940A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ailə üzvləri kimi X9, X4 və İddiaçı2 adlarının qeyd olunduğunu, JN-940A nömrəli şəhadətnamə itdiyi üçün xx.xx.2018-ci il tarixdə dublikat verilən zaman dublikat əvəzinə MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yalnız mülkiyyətçi X19 adı qeyd olunmaqla verildiyini, Aqrar islahat aparılmazdan əvvəl torpaq sahəsinin X19 istifadəsində olduğunu, həmin torpaq sahəsinin X19 mülkiyyətinə şəhadətnamə əsasında yox, 1990-cı il tarixdə ona verilmiş texniki pasport əsasında qanuna uyğun şəkildə verildiyini, Qadirin oğlu Elbrus 2018-ci il tarixdə ölüm kağızını sənədin itməsi barədə arayışı təqdim etdikdən sonra Qadirin adına sənəd verildiyini, həmin yerin Qadirin adında qaldığını, iddia tələbi ilə razı olmadığını, qeydiyyatın düzgün aparıldığını, tikili və istifadədə olan torpağın texniki pasportda göstərildiyini, yaşayış yerindən arayış təqdim etdikdə iddiaçıların adlarının həmin arayışda olduğunu, varisin ərizəsi əsasında mərhumun adına sənəd verilməsinin qanuni olduğunu, şəhadətnamədə ailə başçısı kimi kimin adı yazılıb onun adına sənədləşmə apardıqlarını, çıxarışı şəhadətnamənin əsasında verdiklərini, 2-ci çıxarışı isə texniki pasport əsasında verdiklərini, 2-ci çıxarış verildikdən sonra 1-ci çıxarışın qüvvədən düşdüyünü bildirərək, iddia tələbini qəbul etməyərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X25 üçüncü şəxs qismində izahat verərək, atasının ölümündən sonra şəhadətnamənin dublikatını almaq üçün daşınmaz əmlaka müraciət etdiyini, müraciəti əsasında orqan tərəfindən atasının adına torpağa çıxarış verildiyini, 2-ci dəfə ərizə ilə müraciəti əsasında texniki pasporta uyğun atasının adına çıxarış aldığını, həmin çıxarışda həm tikili həm də torpaq sahəsinin qeyd edildiyini, atasının adına verilən sənədin qanuni olduğunu, mülkiyyətin bir nəfərə verildiyini, onun da valideyn olduğunu, çıxarışın qanuni olaraq atasına verildiyini bildirərək, iddia tələbini qəbul etmədiyini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 vəkili X10 izahat verərək, 3-cü şəxsin dediklərini müdafiə etdiyini, reyestr xidməti haqqında qanunda çıxarışın texniki pasportda qeyd olunmuş ölçüdə verilməsinin göstərildiyini, şəhadətnamə olmasa da belə çıxarışın texniki pasport əsasında verilə biləcəyinin mümkün olduğunu, texniki pasport əvvəl olduğuna görə onun əsasında çıxarışın verildiyini, həmin çıxarışın düzgün verildiyini, iddianı qəbul etmədiyini bildirərək, tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndələri iddia ərizəsinə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli, 532 nömrəli və xx xxxx 2020-ci il tarixli, 147 nömrəli məktublarını, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxx 2020-ci il tarixli, 521 nömrəli, xx xxxxx 2020-ci il tarixli, 520 nömrəli və xx xxxxx 2020-ci il tarixli, 519 nömrəli arayışlarını, AA seriyalı ******* nömrəli, AZE seriyalı ******** nömrəli və AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqələrinin surətlərini, AZ-İ seriyalı, 512058 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunmasını tələb etməkdə haqlıdırlar. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan:- - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin İddiaçı1 və İddiaçı2 vəkil-nümayəndəsi Vəkil ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 147 nömrəli məktubunun surətindən müəyyən olunur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsində isə göstərilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Ərizədə qeyd edilən torpaq sahəsi X19 qanuni istifadəsində olduğundan xx xxxxxx 2018-ci il tarixdə həmin torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx xxxx 1990-cı ıl tarixdə X19 adına verilən 27 inventar nömrəli texniki pasportda torpaq sahəsinin Qadir Əliyevin qanuni istifadəsində olması öz təsdiqini tapmışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhəri, Bulqan kəndində yaşayan Axundova (Əliyeva) Xanım Cəlal qızına ünvanlandığı xx xxxxxxx 2019-cu il tarixli, 532 nömrəli məktubunun surətindən müəyyən olunur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdüyü ölçüdə verilir. Bəhs edilən həyətyanı torpaq sahəsi X19 qanuni istifadəsində olmuşdur. Bunu 1990-cı ilin iyun ayında X21 adına verilən 27 inventar nömrəli texniki pasport bır daha sübut edir. Belə kı, texniki pasportda X19 qanuni istifadəsində 2000,0 m2 həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında həmin torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir X35 adına verilən JN-940A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ailə üzvləri kimi X26, X16 və İddiaçı2 adları qeyd olunmuşdur. JN-940A nömrəli şəhadətnamə itdiyi üçün xx.xx.2018-ci ıl tarixdə dublikat verilən zaman MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yalnız mülkiyyətçi X19 adı qeyd olunmuşdur. Bir daha Axundova (Əliyeva) Xanım Cəlal qızının nəzərinə çatdırılmışdır ki, aqrar islahat aparılmazdan əvvəl də torpaq sahəsi X19 istifadəsində olmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxx 2020-ci il tarixli, 521 nömrəli arayışından müəyyən olunur ki, Axundova X18 şəhəri, Bulqan kəndində qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxx 2020-ci il tarixli, 520 nömrəli arayışından müəyyən olunur ki, Əliyeva X12 şəhəri, Bulqan kəndində qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxx 2020-ci il tarixli, 519 nömrəli arayışından müəyyən olunur ki, X1 şəhəri, Bulqan kəndində qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxxxx 1995-ci ildə doğulmuşdur. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx xxxx 1989-cu il tarixdə Babək rayonu, Cavidabad kəndində doğulmuş İddiaçı3 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. - AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx xxxxxx 1951-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş İddiaçı1 Babək rayonu, Cavidabad kəndində yaşayır. - AZ-İ seriyalı, 512058 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Nümayəndə ilə X17 arasında xx xxxxxxx 2009-cu il tarixdə nikah bağlanmış, qadına Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 27 inventar nömrəli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən müəyyən olunur ki, Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 2, ev 26 ünvanı texniki pasportda X19 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 2, ev 26 ünvanında yerləşən 0.2096 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın dövlət reyestrində 16/21 nömrəli reyestr kitabının 3816 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 2, ev 26 ünvanında yerləşən 0.2096 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın dövlət reyestrində 16/21 nömrəli reyestr kitabının 3816 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, 578 nömrəli məhkəməyə ünvanladığı məktubdan müəyyən olunur ki, X19 adına Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə 2/26 ünvanında yerləşən torpaq sahəsi 27.04 2018-ci il tarixdə qeydiyyata alınmış və onun adına ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixdə isə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak olaraq onun adına ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da torpaq sahəsinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədən düşmüşdür. İş materialları ilə müəyyən olunur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayonu, Bulqan kəndində 0.21 ha torpaq sahəsi X19 və onun ailə üzvləri X14, X6 və İddiaçı2 verilmiş və bu barədə JN-940 A kod 10304005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktı tərtib edilmişdir. Daha sonra X32 xx xxxxxx 2003-cü il tarixdə vəfat etmiş, lakin ləğv edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi həmin torpaq sahəsini digər payçıları nəzərə almadan bütünlükdə mərhum X24 məxsus olması barədə xx xxxxxx 2018-ci il tarixdə dövlət aktı tərtib etmişdir. Göründüyü kimi mübahisələndirilən dövlət aktı ilə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərın sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə mübahisələr məhkəmə qaydasında həll edilir. - 16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “X23 Bəyannaməsinin” 18-cı maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. . “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-cı maddəsinə əsasən, hər bır fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsində qeyd edilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə işin fakti hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması vəzifəsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması vəzifəsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçısı tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar