Məhkəmə qərarları › İş №2-1(122)-553/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-553/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-553/2023 31.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X1 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Şərur Rayon Vergilər İdarəsinin Cavabdeh qarşı "cavabdehə (VÖEN **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 283 manat (iki yüz səksən manat), satış dəyəri 305 manat (üç yüz beş manat) olan 220 qutu müxtəlif markalı tütün məmulatlarının (130 qutu “Vigor” markalı, 20 qutu “Oscar” lights markalı, 10 qutu “Oscar” nano silver markalı, 10 qutu “Oscar” nano one markalı, 30 qutu “Oscar” nano black markalı və 20 qutu “Oscar” nano red markalı) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Şərur Rayon Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (VÖEN **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 283 manat (iki yüz səksən manat), satış dəyəri 305 manat (üç yüz beş manat) olan 220 qutu müxtəlif markalı tütün məmulatlarının (130 qutu “Vigor” markalı, 20 qutu “Oscar” lights markalı, 10 qutu “Oscar” nano silver markalı, 10 qutu “Oscar” nano one markalı, 30 qutu “Oscar” nano black markalı və 20 qutu “Oscar” nano red markalı) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 31 may 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Şərur Rayon Vergilər İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsinə əsasən vergi orqanları vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1.-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmənin əsaslandırması: İddianın mümkünlük şərtlərindən biri həmin iddianın aidiyyəti üzrə düzgün verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri ehtiva edir. Buna görə də Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, “iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçı tərəfindən ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilib-edilməməsi yoxlanılmalıdır”. Vurğulanmalıdır ki, müsadirənin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmişdir. Həmin normaya əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki inzibati məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, İnzibati Prosessual Məcəllə ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə nəzərdə tutur ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər (1.1, 1.2). Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Digər tərəfdən isə müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir. Beləliklə, məhkəmə iddiaçı Şərur Rayon Vergilər İdarəsinin Cavabdeh qarşı "cavabdehə (VÖEN **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 283 manat (iki yüz səksən manat), satış dəyəri 305 manat (üç yüz beş manat) olan 220 qutu müxtəlif markalı tütün məmulatlarının (130 qutu “Vigor” markalı, 20 qutu “Oscar” lights markalı, 10 qutu “Oscar” nano silver markalı, 10 qutu “Oscar” nano one markalı, 30 qutu “Oscar” nano black markalı və 20 qutu “Oscar” nano red markalı) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. İşin yuxarıda qeyd edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, iddiada göstərilən cavabdehə qarşı ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldıra bilər. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Şərur Rayon Vergilər İdarəsinin Cavabdeh qarşı "cavabdehə (VÖEN **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 283 manat (iki yüz səksən manat), satış dəyəri 305 manat (üç yüz beş manat) olan 220 qutu müxtəlif markalı tütün məmulatlarının (130 qutu “Vigor” markalı, 20 qutu “Oscar” lights markalı, 10 qutu “Oscar” nano silver markalı, 10 qutu “Oscar” nano one markalı, 30 qutu “Oscar” nano black markalı və 20 qutu “Oscar” nano red markalı) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar