Məhkəmə qərarları › İş №2-1(122)-553/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-553/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-553/2025 08.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X14 Heydər oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin nümayəndəsi X8 və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "mərhum həyat yoldaşı X5 şəhid statusu, ona isə şəhid ailəsi statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X6 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək sürücü, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində xidmət keçmişdir. xx.xx.2006-cı il tarixdə qeyd olunan hərbi hissənin avtomobil bölüyünün avtomobil tağımının (döyüş sursatı daşıyan) tağım komandirinin müavini-manqa komandiri Qulaməli Əliyev döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. O, həyat yoldaşına şəhid və ona şəhid ailəsi statusu verilməsi ilə bağlı uzun müddətdir ki, müvafiq orqanlara yazılı və şifahi müraciətlər etsə də, bunun bir nəticəsi olmamışdır. İddiaçı göstərilənlərə əsasən mərhum həyat yoldaşı X5 şəhid statusu, ona- İddiaçı isə şəhid ailəsi statusu verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, iddia tələbinə “mərhum həyat yoldaşı X5 şəhid statusu, ona isə şəhid ailəsi statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 mart 2025-ci il tarixli 2-1(122)-553/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-553/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "mərhum həyat yoldaşı X5 şəhid statusu, ona isə şəhid ailəsi statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə inzibati məhkəmə icraatına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Üçüncü şəxsin yazılı etirazının qısa xülasəsi: Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 25 may 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissədə MAHHX HQ qismində xidmət etmiş mərhum əsgər X6 ona təhkim olunmuş və özünün idarə etdiyi KAMAZ markalı N8-73 AO nömrəli avtomobillə birlikdə xx.xx.2006-cı ildə N nömrəli hərbi hissənin 5-ci (Soyuq) taboruna hərbi yüklərin daşınması üçün həmin hərbi hissəyə ezam olunmuşdur. xx.xx.2006-cı ildə "Kiçik Soyuq" müdafiə mövqeyinə yük boşaltdıqdan sonra geriyə, Ordubad rayonunda yerləşən Artilleriya Divizionuna qayıdan zaman avtomobilin dağlıq ərazidə aşması nəticəsində həlak olmuşdur. Qeyd olunan faktla bağlı Naxçıvan Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılmış və xx.xx.2006-cı il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar" qəbul edilmişdir. Naxçıvan MR Hərbi Prokurorluğundan alınmış həmin qərardan görünür ki, sürücü Q.Əliyevin idarə etdiyi KAMAZ markalı N8-73 nömrəli avtomobil 21 oktyabr 2006-cı ildə N nömrəli hərbi hissənin artilleriya divizonunun xidmət apardığı Ordubad şəhərindən yüklənərək 5-ci taborun dayaq məntəqəsinin yerləşdiyi “Soyuq” müdafiə mövqeyinə sərt dağlıq aşırımlı yollarla yükü aparmış, boşaltdıqdan sonra hərbi hissəyə aparılması üçün yeşik, geyilmiş paltarları və digər əşyaları maşına yükləmiş, hərbi hissəyə həmin yolla qayıdarkən maşında texniki nasazlıq olmamış, maşın qəzaya uğradığı döngədə sürücü Q.Əliyev maşını döngəli yolda kəskin surətdə sola tərəf döndərmiş, bunun da nəticəsində sol qabaq təkər yolun solunda kürənmiş torpaqlığa girmiş, bundan sonra o, sükanı yolun sağına tərəf qaytarmağa çalışsa da təkər yoldan çıxıb bərkimiş torpaq sahəsinə keçdiyindən döndərib yola qaytara bilməmiş, sükan mexanizmində ağırlaşma əmələ gəlmiş, belə bir vəziyyətdə sürücü Q.Əlivev əvvəlcəden əyləcdən istifadə edib maşını saxlayıb təhlükəsizlik tədbirləri görməli olduğu halda bunu etməmiş, maşını döndərib yola qaytaracağına ümid edərək kabinədə olan əsgər X1 istifadə etməklə sükanı döndərməyə çalışmış, lakin maşının qabaq sol təkəri boşluğa düşdüyündən qayıtmamış, Q.Əliyev maşına bir neçə dəfə qaz verdikdən sonra ayağını tormozdan götürüb muftaya qoyub sürətlər qutusunu dəyişmək istəmiş, bu zaman maşın enişə doğru hərəkət edərək arxası üstə çevrilmiş, sürücü Əliyev Qulaməli hadisə yerində ölmüş, maşında olan digər əsgərlər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Həmçinin N nömrəli hərbi hissə komandirinin N oktyabr 2006-cı il tarixli əmrindən də görünür ki, mərhum X6 21 oktyabr 2006-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirən zaman avtoqəza nəticəsində vəfat etmişdir. Həmin qərarda Q.Əliyev təqsirli olduğu göstərilmiş, lakin sonuncu həlak olduğu üçün faktla bağlı cinayət işinin başlanması CPM-nin 3N.1.5-ci maddəsinə (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, mərhumun sağ qalacağı halda cinayət məsuliyyətinə cəlb ediləcəyi qəbul edilmiş qərardan açıq-aşkar görünür. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçının iddiası qanunauyğun olmadığı üçün təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 08 avqust 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin nümayəndəsi X12 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X13 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası, Babək rayon, Cəhri qəsəbəsində yaşayan, İddiaçı ünvanlanmış 14 noyabr 2024-cü il tarixli, 3-43-75/2-Ə-11xx/xx/2024 nömrəli məktubundan məlum olur ki, mərhum həyat yoldaşı X6 barəsində, keçmiş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 01 04.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə sorğu edilmiş və alınmış xx.xx.2022-ci il tarixli cavab məktubunda N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X3 xx.xx.2006-cı il tarixdə N nömrəli hərbi hissənin 5-ci (Soyuq) taboruna hərbi yüklərin daşınması üçün idarə etdiyi “KAMAZ” markalı avtomobillə birlikdə N nömrəli hərbi hissəyə ezam olunduğu, xx.xx.2006-cı il tarixdə "Kiçik Soyuq” müdafiə mövqeyinə yükü boşaltdıqdan sonra geriyə, Ordubad rayonunda yerləşən Artilleriya Divizionuna qayıdan zaman, avtomobilin dağlıq ərazidən aşması nəticəsində həlak olduğu bildirilmiş, mərhum X3 xx.xx.2006-cı il tarixdə Ordubad rayonundan N nömrəli hərbi hissənin "Soyuq” müdafiə mövqeyinə hərbi yükləri (ərzaq və yanacaq) daşıması maddi-texniki təminat növünə aid olması və maddi-texniki təminat növünün isə döyüş təminatı ilə bağlı tapşırıqlara aid edilməməsi qeyd edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1NN4-cü il 15 yanvar tarixli 10 saylı Qərarının 1.2.6-cı və 4.1 -ci bəndinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsində dəyişikliklər edilməsi haqqında 14 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.4.2-ci bəndinə müvafiq olaraq, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X5 “Şəhid” və ailəsinə “şəhid ailəsi” statusunun verilməsinin mümkün olmadığı bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli, 1N6 nömrəli məktubdan məlum olur ki, xx.xx.1N60-cı il təvəllüdlü mərhum X6 xx.xx.1N7N-cu il tarixdən xx.xx.1N81-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində sürücü, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində xidmət keçmişdir. N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2006-cı il tarixli, № 135-li bildirişə əsasən həmin hərbi hissənin avtomobil bölüyünün avtomobil tağımının (döyüş sursatı daşıyan) tağım komandirinin müavini manqa komandiri əsgər X6 hərbi xidmət vaxtı yol nəqliyyat qəzası zamanı əzilmiş döş qəfəsi xəsarəti nəticəsində xx.xx.2006-cı il tarixində Ordubad rayonunun Gənzə kəndində vəfat etmişdir. Mərhum əsgər X6 şəxsi işində onun "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-cı maddəsinə müvafiq olaraq (vəfat etdiyinə görə) xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları heyətinin siyahısından çıxarıldığı, ölümünün hərbi xidməti vəzifəsinin icrası ilə bağlı olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyun 2022-ci il tarixli, 2N54 nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissənin sabiq MAHHX HQ-su əsgər X6 xx.xx.2006-cı ildə “maddi-texniki təminat” növündə tapşırığın icrası zamanı avtomobil qəzasında həlak olmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli e/2-A-15xx-xx/2024 nömrəli məktubdan məlum olur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 2006-cı il tarixli “Qaytarılmaz itkilər haqqında məlumatlar” kitablarında X6 barəsində məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 15 oktyabr 2024-cü il tarixli 5-22/2-1217/2024 nömrəli məktubdan məlum olur ki, Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində Babək rayonu üzrə şəhidlərin siyahısında Cəhri qəsəbəsindən olan mərhum X3 adı yoxdur və həmin şəxsin şəhid olması ilə bağlı heç bir məlumat daxil olmamışdır. - Naxçıvan Hərbi Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11 dekabr 2024-cü il tarixli 3-3-250/2-0044N76/2024 nömrəli məktub ilə göndərilmiş 0N noyabr 2006-cı il tarixli qərarın surətindən məlum olur ki, N №-li hərbi hissəyə məxsus KAMAZ markalı N8-73 AO №-li avtomaşının Ordubad rayon Gənzə kəndi yaxınlığında dərəyə aşması barədə toplanmış materiallar üzrə sürücü Əliyev Qulaməlinin hadisə nəticəsində ölməsi nəzərə alınaraq cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 24 fevral 2025-ci il tarixli, 061 nömrəli məktubla göndərilmiş X3 şəxsi işindən çıxarışlar iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 iyul 2025-ci il tarixli, 3-25-210/2- 25NN/2025 nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissədə МАННХ HQ qismində xidmət etmiş mərhum əsgər X6 ona təhkim olunmuş və özünün idarə etdiyi KAMAZ markalı N8-73 АО nömrəli avtomobillə birlikdə xx.xx.2006-cı ildə N nömrəli hərbi hissənin 5-ci (Soyuq) taboruna hərbi yüklərin daşınması üçün həmin hərbi hissəyə ezam olunmuş, xx.xx.2006-сı ildə "Kiçik Soyuq" müdafiə mövqeyinə yük boşaltdıqdan sonra geriyə, Ordubad rayonunda yerləşən Artilleriya Divizionuna qayıdan zaman Gənzə kəndi ərazisində dağlıq ərazidə avtomobilin idarəetməsini itirməsi nəticəsində baş vermiş qəza zamanı həlak olmuşdur. Naxçıvan MR Hərbi Prokurorluğunda aparılmış araşdırma nəticəsində hadisənin Q.M.Əliyevin təqsirindən baş verməsi və əməlinin cinayət tərkibli olması müəyyən edilmişdir. Q.M.Əliyevin həlak olması döyüş tapşırığının icrası ilə əlaqədar deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1NN4-cü 15 yanvar tarixli 10 saylı Qərarının: - 1.1-ci maddəsinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1.2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - 1.2.6-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. - 4.1-ci maddəsinə əsasən: ... Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mərhum əri X5 “Şəhid” statusu, ona isə “Şəhid ailəsi” statusu verilməsinə nail olmasından ibarətdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1NN4-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1NN3-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə Naxçıvan Hərbi Prokurorluğu tərəfindən 0N noyabr 2006-cı il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının hazırkı iş üzrə mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini hesab edir. Belə ki, həmin qərarla müəyyən edilmişdir ki, Kamaz markalı N8-73 nömrəli avtomaşın 21 oktyabr 2006-cı ildə N nömrəli hərbi hissənin artilleriya divizonunun xidmət apardığı Ordubad şəhərindən yüklənərək həmin hərbi hissənin xidmət apardığı döyüş şəraitində yerləşən 5-ci taborun dayaq məntəqəsinin yerləşdiyi “Soyuq” müdafiə mövqeyinə sərt dağlıq aşırımlı yollarla yükü aparıb boşaldarkən maşında heç bir texniki nasazlıq olmamışdır. Avtomaşının yükü boşaldıldıqdan sonra hərbi hissəyə aparılması üçün sursat yeşikləri, geyilmiş əsgər paltarları və çəkmələri, plastmas su qabları yığılmış, hərbi hissəyə həmin yolla qayıdarkən yenə avtomaşında texniki nasazlıq olmamış, avtomaşın qəzaya uğradığı döngədə sürücü Q.Əliyev avtomaşını döngəli yolda kəskin surətdə sola tərəf döndərmiş, bunun da nəticəsində sol qabaq təkər yolun solunda kürənmiş torpaqlığa girmiş, bundan sonra o, sükanı yolun sağına tərəf qaytarmağa çalışsa da təkər yoldan çıxıb bərkimiş torpaq sahəsinə keçdiyindən döndərib yola qaytara bilməmiş, sükan mexanizmində ağırlaşma əmələ gəlmiş, belə bir vəziyyətdə sürücü Q.Əliyev əvvəlcədən əyləcdən istifadə edib maşını saxlayıb təhlükəsizlik tədbirləri görməli olduğu halda bunu etməmiş, avtomaşını döndərib yola qaytaracağına ümid edərək kabinədə olan əsgər X1 istifadə etməklə sükanı döndərməyə çalışmış, lakin maşının qabaq sol təkəri boşluğa düşdüyündən qayıtmamış, Q.Əliyev maşına bir neçə dəfə qaz verdikdən sonra ayağını əyləcdən götürüb muftaya qoyub sürət qutusunu dəyişmək istəmiş, bu zaman maşın enişə doğru hərəkət edərək arxası üstə çevrilmiş, sürücü Əliyev Qulaməli hadisə yerində ölmüş, avtomaşında olan digər əsgərlər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. X11 əməlində cinayət tərkibi olsa belə hadisə nəticəsində onun ölməsi nəzərə alınaraq toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, mərhum Qulaməli Əliyevin ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır. Odur ki, mərhum Qulaməli Əliyevin hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Çünki, yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Məhkəmə yuxarıda qeyd edilən normativ hüquqi aktlara istinad edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1NN4-cü 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların”da şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişdir. Lakin iddiaçının mərhum əri həmin kateqoriya şəxslərin statusuna malik olmamış, bununla da inzibati orqanın iddiaçının mərhum ərinə şəhid statusunun, özünə isə şəhid ailəsi statusunun verilməsi barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, qeyd olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "mərhum həyat yoldaşı X5 şəhid statusu, ona isə şəhid ailəsi statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 6N, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "mərhum həyat yoldaşı X5 şəhid statusu, ona isə şəhid ailəsi statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar