Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-558/2023 03.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv. m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun əvəzsiz rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən SSRİ X5 bölməsinin, 1991 -ci ildən isə SSRİ Rəssamlar İttifaqı və SSRİ dağıldıqdan sonra həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildə SSRİ X5 bölməsinin üzvü olduğuna görə Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyriyaşayış sahəsi yaradıcılıq emalatxanası olaraq onun istifadəsinə verilmişdir. 2010-cu ilin noyabr ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinə onun tərəfindən yuxarıda göstərilən sahəni özəlləşdirmək üçün Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli sərəncamına əsaslanaraq müraciət olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 03 noyabr 2010cu il tarixli, 19/31-i nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə müvafiq sərəncamla istifadəsinə verilmiş sahəni (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyri-yaşayış sahəsini) onun adına özəlləşdirilməsinə razılığını bildirmişdir. Ötən illər ərzində iddiaçının dəfələrlə müraciət etməyinə baxmayaraq adı keçən sahənin adına özəlləşdirilməsinə nail ola bilməmişdir. Sonuncu dəfə 25 yanvar 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə özəlləşdirilmə ilə bağlı etdiyi müraciətə isə qeyd edilən orqan tərəfindən 09 mart 2023-cü il tarixli, 378/2023 nömrəli məktubla cavab verilmişdir. Müvafiq məktubda isə özəlləşdirilmədən imtina edilməsi qeyri-qanuni olaraq əsaslandırılmışdır. Belə ki, sözügedən məktubda “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamı ilə Azərbaycan Rəssamlar İttifaqının balansında olan yaradıcılıq emalatxanalarının əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilməsinin nəzərdə tutulduğu, müraciətində qeyd edilən əmlakın Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığından və dövlət mülkiyyətində olan əmlakın əvəzsiz olaraq özəlləşdirilməsinə yol verilmədiyindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilməsinin mümkün olduğu qeyd edilmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının birinci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin. Müvafiq Sərəncamın ikinci bəndində isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə bu sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar X6 14 iyul 2000-ci il tarixli qərarı ilə İttifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək tapşırılmışdır. İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 25 yanvar 2023-cü il tarixli müraciətinə verilmiş cavab məktubunu qanunsuz hesab edir. Belə ki, müvafiq məktubdan belə aydın olur ki, dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının əvəzli, yəni “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilməsi, Azərbaycan Rəssamlar X6 14 iyul 2000-ci il tarixli qərarı ilə İttifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanalarının isə əvəzsiz mülkiyyətə verilməsi mümkündür. Bu qeyri-qanuni cavab məktubunun verilməsi isə “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının yanlış tövsifindən qaynaqlanır. Sərəncamın hansı məqsədlə qəbul olunduğuna diqqət yetirdikdə rəssamlara və heykəltəraşlara ölkə rəhbəri tərəfindən güzəşt edildiyi aydın başa düşülür. Belə ki, müvafiq Sərəncam Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətləri nəzərə alınaraq onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədilə qəbul olunmuşdur. Sərəncamın birinci bəndində də qeyd edildiyi kimi, qeyd şərtsiz dövlət mülkiyyətində olan Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilməsi isə Sərəncamın məqsədinə zidd olaraq rəssamların və heykəltəraşların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq vəzifəsinə xidmət etməyəcəkdir. Həmçinin, sözügedən Sərəncamda isə Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının birmənalı olaraq mülkiyyətə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının dəyəri ödənilməklə dövlət əmlakını özəlləşdirmək hüququ vardır, belə olan halda rəssamlar üçün dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının dəyəri ödənilməklə mülkiyyətə verilməsinin ayrı bir Sərəncamda əks olunması qeyri-məntiqi hesab olunur və rəssamların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq əvəzinə mövcud vəziyyətlərinin daha da çətinləşməsinə zəmin yaradır. Onsuz da var olan bir hüququn təkrarən hər hansı normativ hüquqi aktda şəraitin yaxşılaşdırılması üçün güzəşt olaraq təsbit olunması qanunvericiliyin müəyyənlik prinsipinə zidd hesab olunmalıdır və bu hüquqdan, yəni dövlət əmlakının dəyəri ödənilməklə özəlləşdirilməsi hüququndan istifadə etməyə hər zaman istənilən vətəndaşın imkanı olmaya bilər. Həmçinin iddiaçı onun müvafiq münasibət üzrə dövlət əmlakının dəyəri ödənilməklə özəlləşdirilmə yolu ilə mülkiyyət hüququndan istifadə edən adi bir vətəndaş deyil, müvafiq normativ hüquqi akt üzrə (Sərəncam) xüsusi münasibətin tərəfi, yəni rəssam olduğunu da xüsusi olaraq vurğulamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazdığı yazılı etirazını 11 sentyabr 2023-cü il tarixdə elektron qaydada məhkəməyə göndərmişdir. Cavabdehin nümayəndəsi yazılı etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv. m qeyri-yaşayış sahəsinin əvəzsiz olaraq onun adına özəlləşdirilməsi və əmlaka dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması tələbi tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamı qəbul olunmuşdur. Sərəncama əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar X6 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. İddiaçı öz ərizəsində 1989-cu ildən SSRİ X5 bölməsinin üzvü olduğunu və bu səbəbdən Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv. m qeyri-yaşayış sahəsinin yaradıcılıq emalatxanası olaraq onun istifadəsinə verildiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyri yaşayış sahəsi Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığından və dövlət mülkiyyətində olan əmlakın əvəzsiz olaraq özəlləşdirilməsinə yol verilmədiyindən, sözügedən əmlakın “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və digər normativ hüquqi aktlara uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilməsi mümkündür. Ötən müddət ərzində İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Nazirliyə daxil olmuş müraciəti araşdırılmış və 09 mart 2023-cü il tarixli, 378/2023 nömrəli cavab məktubunda qeyd olunan əmlakın Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığından əvəzsiz olaraq özəlləşdirlməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi yuxarıda qeyd olunanları və iddiaçının sonuncu müraciətinə verilmiş rəsmi cavabı nəzərə alaraq İddiaçı iddiasının əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin 26 may 2023-cü il tarixli qərardadı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 11 avqust 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirərək, "Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin “Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun əvəzsiz rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmiş və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-558/2023 nömrəli qərardadı ilə iddia tələbi “Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun əvəzsiz rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantında icraata qəbul edilmişdir. Məhkəmənin 11 avqust 2023-cü il tarixli hazırlıq iclasında üçüncü şəxs qismində cəlb olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv. m qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 sentyabr 2023-cü il tarixli, 2-1(122)-558/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 03 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X2 etiraz məktubunda qeyd olunanları təsdiq edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin emalatxanaları haqqında məlumatın surəti, yaşayış yeri haqqında arayışı, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1 -ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 09 mart 2023-cü il tarixli 378/2023 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamı ilə Azərbaycan Rəssamlar İttifaqının balansında olan yaradıcılıq emalatxanalarının əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən əmlak Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığından və dövlət mülkiyyətində olan əmlakın əvəzsiz olaraq özəlləşdirilməsinə yol verilmədiyindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilə bilər. - 18 iyun 2007-ci il tarixli Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin emalatxanaları haqqında məlumatın surətindən görünür ki, İddiaçı H.Əliyev prospekti 10 ünvanında 36 kv. metr ölçüdə emalatxanası olmuşdur. - Naxçıvan şəhər XDS İK-in 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamından görünür ki, Azərbaycan SSR X3 Təşkilatının 23 yanvar 1989-cu il tarixli məktubu ilə Naxçıvan şəhər, Lenin prospekti 10 №li yaşayış binasının birinci mərtəbəsində yerləşən sahəsi 36 kv. metr olan qeyriyaşayış otaqları yaradıcılıq emalatxanası üçün SSRİ X5 Bölməsinin üzvü Ümumittifaq və Beynəlxalq sərgilər iştirakçısı İddiaçı istifadəsinə verilmişdir. - Asan 3 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı 22 dekabr 2007-ci ildən ünvan 3 ünvanında qeydiyyatdadır və X7, X8 və X4 həmin ünvanda qeydiyyatdadırlar. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə, Naxçıvan şəhərində doğulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. 5.1-ci maddəsinə əsasən, müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının: 1.1-ci maddəsinə əsasən, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir (bundan sonra – Dövlət Xidməti). 2.3.22-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərdən biri də yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Rəssamlar ittifaqının üzvüdür. Naxçıvan şəhər XDS İK-in 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamı ilə Naxçıvan şəhər, Heydər Əliyev prospekti 10 №li yaşayış binasının birinci mərtəbəsində yerləşən sahəsi 36 kv. metr olan qeyri-yaşayış otaqları yaradıcılıq emalatxanası üçün SSRİ X5 Bölməsinin üzvü Ümumittifaq və Beynəlxalq sərgilər iştirakçısı İddiaçı istifadəsinə verilmişdir. Cavabdeh orqan Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv.m qeyri yaşayış sahəsi Azərbaycan Rəssamlar İttifaqının balansında olmamasını və dövlət mülkiyyətində olan əmlakın əvəzsiz olaraq özəlləşdirilməsinə yol verilməməsini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyindən, iddiaçı hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 19 iyun tarixli, 1251 nömrəli Sərəncamında aşağıdakılar təsbit olunmuşdur: “Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Rəssamlar ittifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar ittifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar X6 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirsin.” Göründüyü kimi, Sərəncamda Azərbaycan Rəssamlar X6 qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları ilə yanaşı həmin Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar ittifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə, mübahisə predmeti qeyri-yaşayış sahəsi Azərbaycan Rəssamlar ittifaqının balansında olmadığından, tələbin maddi əsasını “qeyd edilən Sərəncamın birinci bəndi və ona uyğun olaraq Azərbaycan Rəssamlar ittifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi” təşkil edir. Etirazın dəlilləri əsassızdır. Belə ki, istinad edilən Sərəncamın məzmunundan aşkar göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədiilə dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verildiyini Sərəncamın birinci bəndinə təsbit etmişdir. Sərəncamın ikinci bəndi isə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin üzərinə həm dövlət mülkiyyətində olan, Azərbaycan Rəssamlar ittifaqı üzvlərinin istifadəsinə verilmiş və artıq həmin Sərəncamın birinci bəndi ilə onların mülkiyyətinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının, həm də Azərbaycan Rəssamlar X6 qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanalarının üzərində rəssam və heykəltəraşların mülkiyyət hüquqlarını rəsmiləşdirmək öhdəliyi qoyulmuşdur. Başqa sözlə, öhdəlik Sərəncama əsasən əldə edilmiş mülkiyyət hüququnu qeydə almaqdan və bununla bağlı sənədləri mülkiyyətçiyə verməkdən ibarət olmuşdur. Həmin öhdəlik iddiaçıya münasibətdə hal-hazıradək icra olunmadığından, iddiaçı haqlı olaraq öhdəliyin icrasını tələb edir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv. m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun əvəzsiz rəsmiləşdirilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 52, 68, 69, 75.4, 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı Naxçıvan XDS İcraiyyə Komitəsinin 01 fevral 1989-cu il tarixli, 33 nömrəli sərəncamına əsasən fərdi yaradıcılıq emalatxanası olaraq ona verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 10 nömrəli binanın birinci mərtəbəsində yerləşən 36 kv. m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun əvəzsiz rəsmiləşdirilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV