Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-56/2020 12.08.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, X1liyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyası verilməsi üçün iş stajının ******* nömrəli əmək kitabçasına uyğun olaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyası verilməsi üçün iş stajının ******* nömrəli əmək kitabçasına uyğun olaraq hesablanması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,1989-cu ildən 1998-ci il tarixədək Ordubad rayonunun Aza kəndində yerləşən 26 Bakı Komissarları adına Sovxozda sürücü vəzifəsində işləməsi faktı ona verilən ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı əlilliyə görə pensiyaya çıxmaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi 08 aprel 2020-ci il tarixdə İddiaçı verdiyi cavab məktubunda göstərmişdir ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası birinci qrup əlillərə ümumilikdə sığorta stajı beş ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün dörd ay sığorta stajı olduqda təyin edilir. Sizin 61 yaşınız və birinci qrup əlilliyiniz olduğu üçün qanunvericiliyə əsasən sizə 15 il 04 ay sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.2-1-ci maddəsinə əsasən sığorta olunan əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixədək olan dövrə aid iş stajları dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyası təyin olunur. Təqdim edilən sənədlərə əsasən onun sığorta stajının 12 il 01 ayı dövlət arxivinin arayışları əsasında təsdiq olunmuşdur. Ondan 15 il 04 ay sığorta stajı tələb olunduğu halda, arxiv arayışı ilə təsdiqini tapan 12 il 01 ay sığorta stajı olduğu üçün ona birinci qrup əlilliyə görə pensiya təyin olunması mümkün deyildir. İddiaçının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə etdiyi müraciətinə 16 mart 2020-ci il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası X2 Müəssisəsinin 1979-cu ilə dair əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işə qəbul edilmə haqqında məlumat yoxdur. İddiaçı göstərilənlərə əsasən məhkəmədən əlilliyə görə əmək pensiyası verilməsi üçün iş stajının ******* nömrəli əmək kitabçasına uyğun olaraq hesablanması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinə göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 avqust 2020-ci ildə tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, 1989-cu ildən 1998-ci il tarixədək Ordubad rayonunun Aza kəndində yerləşən 26 Bakı Komissarları adına Sovxozda sürücü vəzifəsində işlədiyini, ona verilən ******* nömrəli əmək kitabçasında həmin təşkilatda 1989-cu ildən 1998-ci il tarixədək işləməsi faktının öz əksini tapdığını, ona birinci qrup əlilliyə görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinə müraciət etdiyini və həmin müraciətə verilmiş 08 aprel 2020-ci il tarixli cavab məktubunda ona birinci qrup əlilliyə görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı qeyd edildikdən sonra, bu cavabla razılaşmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirdi. Həmçinin iddiaçı göstərilənləri nəzərə alaraq, məhkəmədən əlilliyə görə əmək pensiyası verilməsi üçün iş stajının ******* nömrəli əmək kitabçasına uyğun olaraq hesablanması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin nümayəndəsi X6 izahat verərək, İddiaçı pensiya təyin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinə müraciət etdiyini, lakin “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası birinci qrup əlillərə ümumilikdə sığorta stajı beş ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edildiyini, İddiaçı birinci qrup əlil olduğu üçün ona qanunvericiliyə əsasən 15 il 04 ay sığorta stajı tələb olunduğu halda təqdim olunan sənədlərə əsasən İddiaçı 12 il 01 ay sığorta stajı dövlət arxivinin arayışları əsasında təsdiqini tapdığından ona birinci qrup əlilliyə görə əmək pensiyası təyin olunmasının qanuna müvafiq olmadığını bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin İddiaçı ünvanladığı 16 mart 2020-ci il tarixli, 13/33 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası X2 Müəssisəsinin sənədlərinə baxdıqda İddiaçı 18.12.1980-ci il tarixli, 270 №li əmrlə sürücü vəzifəsindən işdən azad edilməsi, 14.09.1981-ci il tarixli, 104 K №li əmrlə Azərbaycan Dəmir Yolu Naxçıvan – PC-10 Hissəsinə İİ dərəcəli montyor olaraq işə qəbul edilməsi, 16.05.1984-cü il tarixli 49 K №li əmrlə işdən azad edilməsi, 01.06.1998-ci il tarixli, 71 №li əmrlə Azərbaycan Dəmir Yolu Ordubad - PC-11 Hissəsinə İİ dərəcəli montyor qəbul edilməsi, 19.05.1989-cu il tarixli, 84 №li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərildiyi və Naxçıvan Muxtar Respublikası X2 Müəssisəsinin 1979-cu ilə dair əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin müəssisəyə işə qəbul edilməsi haqqında məlumatın olmadığı bildirilmişdir. - Ordubad Rayon Dövlət Arxivinin İddiaçı ünvanladığı 06 yanvar 2020-ci il tarixli arxiv arayışında ünvan 3ubad Rayon Dövlət Arxivində olan fondunda “Əmək haqlarının hesablaşmaları” kitablarında İddiaçı 1984-1987, 1990, 1992, 1996-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı göstərilmişdir. - 23 sentyabr 1979-cu il tarixdə tərtib edilmiş İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 9-cu səhifəsinin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı 14 iyun 1989-cu ildən 1 iyun 1998-ci il tarixədək Ordubad rayonu Aza kəndində yerləşən 26 Bakı Komissarları adına Sovxozda sürücü vəzifəsində işləmişdir. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayon, Aza kəndində anadan olmuş və Ordubad rayonu, Azadkənd kəndində yaşayır. - Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 09 aprel 2020-ci il tarixli, 165 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad rayonunun Azadkənd kəndində yaşayır və qeydiyyatda durur. - 23 yanvar 2020-ci il tarixli, 20830 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün "xxxx" ASC-nin Ordubad filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin İddiaçı ünvanladığı 08 aprel 2020-cu il tarixli, 04/62 nömrəli cavab məktubundan, həmçinin məhkəməyə ünvanladığı 12 iyun 2020-cu il tarixli, 04/96 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası birinci qrup əlillərə ümumillikdə sığorta stajı beş ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün dörd ay sığorta stajı olduqda təyin edilir. İddiaçı 61 yaşı və birinci qrup əlilliyi olduğu üçün qanunvericiliyə əsasən ona 15 il 04 ay sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.2-1-ci maddəsinə əsasən sığorta olunan əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixədək olan dövrə aid iş stajları dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyası təyin olunur. Təqdim edilən sənədlərə əsasən onun sığorta stajının 12 il 01 ayı dövlət arxivinin arayışları əsasında təsdiq olunmuşdur. Ona görə də 15 il 04 ay sığorta stajı tələb olunduğu halda, 12 il 01 ayı sığorta stajı olduğu üçün ona birinci qrup əlilliyə görə pensiya təyin olunmasının qanuna müvafiq olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi İddiaçı sığorta stajını hesablayarkən əmək kitabçasında öz əksini tapmış iş stajlarını nəzərə almamaqda haqsız olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı 14 iyun 1989-cu ildən 1 iyun 1998-ci il tarixədək sürücü vəzifəsində işləməsi faktı 23 sentyabr 1979-cu ildə tərtib edilmiş İT-İ seriyalı ******* saylı əmək kitabçasının 9-cu səhifəsi ilə təsdiq olunur. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən İddiaçı birinci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı hesablanarkən əmək kitabçasında göstərilmiş həmin dövr nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə konstitusion təminat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən əmək kitabçası, 3.2.2-ci bəndinə əsasən isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarından da göründüyü kimi qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə belə hesab edir ki, cavabdeh inzibati orqan İddiaçı iş stajının əmək kitabçasına uyğun olaraq hesablanmasından imtina etməkdə haqsız olmuşdur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdehNaxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyası verilməsi üçün iş stajının ******* nömrəli əmək kitabçasına uyğun olaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.1, 58.7, 68, 69, 75, 81, 85, 110.1-ci maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddia tələbi təmin edilsin. İddiaçı iş stajının ******* nömrəli əmək kitabçasına uyğun olaraq hesablanması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-56/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-56/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver