Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-562/2024 17.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun istifadəsinə Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun istifadəsinə Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 17 yanvar 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı onun istifadəsinə Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 17 yanvar 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun istifadəsinə Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı 17 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 17 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun istifadəsinə Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-562/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-562/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver