Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-567/2024 18.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı "onlara dəymiş ziyanın, mağazanın bərpa olunması üçün torpaq sahəsi ilə əvəzləşdirilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı onlara dəymiş ziyanın, mağazanın bərpa olunması üçün torpaq sahəsi ilə əvəzləşdirilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 18 aprel 2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 01 aprel 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək iddiaçının Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində Culfa Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Culfa şəhərində yerləşən ümumi sahəsi 30 kvadrat metr olan mağaza binası üçün ayrılmış torpaq sahəsinin özünə qaytarılması və ya həmin binanın qanunsuz sökülməsi və torpaq sahəsinin qanunsuz olaraq əlindən alınması əvəzində ona dəymiş zərərə görə torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırıldığını, həmin iddia ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən ona torpaq sahəsi ayrılacağı üçün iddianı geri götürdüyünü, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah edildiyini, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı "onlara dəymiş ziyanın, mağazanın bərpa olunması üçün torpaq sahəsi ilə əvəzləşdirilməsi tələbi”nə dair iş üzrə iddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı "onlara dəymiş ziyanın, mağazanın bərpa olunması üçün torpaq sahəsi ilə əvəzləşdirilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-567/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-567/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver