Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-587/2025 05.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə qarşı "xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 59 mh №li əmrin ləğv edilməsi, sözügedən ehtiyata buraxıldığı işə bərpa edilməyi, itirilmiş müddətin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməyi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 59 mh №-li əmrin ləğv edilməsi, sözügedən ehtiyata buraxıldığı işə bərpa edilməyi, itirilmiş müddətin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməyi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Şıxmahmud kəndində anadan olmuşdur. 2015-ci il tarixdə Sumqayıt Dövlət Universitetində Tarix ixtisasını bitirmişdir. Hazırda subaydır. Naxçıvan MR SHXÇDX-in Babək rayon çağırış komissiyası tərəfindən Hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmışdir. xx.xx.2017-ci ildə AZ MN-in xx.xx.2016-ci il tarixli, 381 №-li əmri əsasında ARSQ-dən ehtiyyata buraxılmış (təxris edilmiş) və SHXÇDX Babək Rİ idarəsinə göndərilmişdir. Təyinat yerinə gedib xx.xx.2017-ci il tarixədək hərbi qeydiyyatda durmuşdur. N №-li hərbi hissənin qərargah rəisi Polkovnik leytenant Vəli Nadirov tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə götürülmüşdür. Belə ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 92N №-li əmrlə N nömrəli hərbi hissədə atıcı kimi (HUİ 050) hərbi hissənin siyahısına daxil olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 08N №-li əmrlə N nömrəli hərbi hissədə tuşlayıcı operator kimi hərbi hissənin siyahısına daxil olmuşdur. 08N №-li əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixədək 168mh №-li əmrlə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin xx.xx.2024-cü il tarixli 59 mh №-li əmrlə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 59 mh №-li əmrin ləğv edilməsi, sözügedən ehtiyata buraxıldığı işə bərpa edilməyi, itirilmiş müddətin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməyi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılması zərurəti yaranmışdır. Belə ki, inzibati orqan tərəfindən aşağıda sadaladığı heç bir prosedur qaydalarına əməl edilməmişdir. Tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinin dispozisiyası ilə tövsif ediləcək heç bir əməl törədilməmişdir, yəni sözügedən əmr həqiqəti əks etdirmir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 59 mh №-li əmrin ləğv edilməsi, sözügedən ehtiyata buraxıldığı işə bərpa edilməyi, itirilmiş müddətin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməyi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(112)-10561/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(103)-3545/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(112)-10561/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və inzibati iş adiyyatı üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 05 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubu ünvanlanaraq iddia tələbiniz aydın ifadə olunmadığı, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxılmaqla məhkəmədə iddia qaldırıldığı bildirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi və iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 23 yanvar 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə (XKX) qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, ehtiyata buraxıldığı işə bərpa olunması, itirilmiş müddətin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Belə ki, İddiaçı XKX-nin 2024-cü il 30 yanvar tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sözügedən əmr iddiaçıya müvafiq qaydada elan edilmiş və o, həmin əmrlə 2024-cü il 13 fevral tarixində imza etməklə tanış olmuşdur. Bununla belə, İddiaçı qeyd edilən əmrin ləğv olunması ilə bağlı yalnız 2024-cü il 14 iyun tarixində məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 62.1 -ci maddəsinə uyğun olaraq, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi, birbaşa elan etmə, təqdim etmə və dərc etmə istinad olunan qanunda qəbul edilən inzibati akt barədə maraqlı şəxslərə məlumat verilməsinin alternativ üsulları kimi müəyyən olunur. Bundan başqa, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 711 - İİQ nömrəli Qanununun 14.3-cü maddəsində qeyd edilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. Sadalanan qanunvericilik aktlarında isə ehtiyata buraxılma barədə əmrin buraxılan hərbi qulluqçuya təqdim edilməsi və ya verilməsi nəzərdə tutulmur, yalnız elan olunması qaydası müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XKX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 38.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin İPM-in 22-ci maddəsinə görə həmin məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin həmin məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Mübahisələndirilən inzibati aktın İddiaçı müvafiq qaydada elan edilməsi və onun həmin əmrlə 2024-cü il 13 fevral tarixində imza etməklə tanış olması səbəbindən, qeyd olunan əmrin ləğv edilməsi ilə bağlı iddianın verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən inzibati aktın elan olunduğu vaxtdan mübahisələndirmə haqqında iddianın verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbindən, İddiaçı tərəfindən XKX-yə qarşı verilmiş “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, ehtiyata buraxıldığı işə bərpa olunması, itirilmiş müddətin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməsi” tələbinə dair iddianın mümkün sayılmaması və iddia ərizəsinin geri qaytarılması barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı anasının xəstəliyi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim edib, anasının onkoloji xəstə olduğunu, xəstəliklə bağlı müalicə aldığını, diaqnoz barədə arayışın ona gec təqdim olunduğunu, buna görə də iddia müddətinin üzrlü səbəbdən buraxıldığını bildirib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin nümayəndəsi X2 iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyünü, iddiaçının anasının xəstə olmasına dair sənədlərin 2025-ci ilə aid olduğunu, buna görə də bu halların iddia müddətinin üzrlü səbəbdən buraxılmasına əsas vermədiyini bildirib, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Həmçinin iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 59 mh №-li əmrin ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli, 59 mh №-li əmrinin surətindən aydın olur ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq sərəncamda olan gizir İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (01 gün) nəzərə alınaraq, 31 yanvar 2024-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və hərbi qeydiyyata götürülmək üçün onun müvafiq sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə baş idarəsinin Babək rayon şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş Cavabdeh xx.xx.2024-cü il tarixli, 59 mh №-li əmrinin surətindən görünür ki, əmrin arxa tərəfinə İddiaçı tərəfindən sözügedən əmrlə xx.xx.2024-cü il tarixdə tanış olması qeydi ilə imza edilmişdir. Məhkəmə iclasında iddiaçı sözügedən əmri xx.xx.2024-cü il tarixdən imza edərək aldığını etiraf etmişdir, lakin ilk öncə onun işlədiyi orqana qarşı məhkəmədə iddia qaldırmaq niyyəti olmadığından müddət buraxılmışdır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı olduğu, şəxsi heyətin siyahısından çıxarıldığı 31 yanvar 2024-cü il tarixindən başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 14 iyun 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (4 aydan artıq müddət) məhkəmədə iddia qaldırdığından bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. İddiaçının Bakı İnzibati Məhkəməsinə ünvanladığı prosessual müddətin buraxılmamış hesab edilməsi barədə vəsatətində qeyd etdiyi sözügedən əmrin ona rəsmi qaydada təqdim edilməməsi ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə iddiaçının anasının xəstə olması səbəbindən müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı irəli sürdüyü arqumentə münasibətdə hesab edir ki, həmin hal iddiaçının özünün deyil anasının onkoloji xəstə olması və bununla bağlı müvafiq müalicə alması iddiaçının əmrin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etməyinə mane olmamaqla, iddia müddətinin iddiaçı tərəfindən üzrlü səbəbdən buraxılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı tərəfindən anasının xəstəliyi ilə bağlı məhkəməyə təqdim edilmiş müayinə sənədlərindən aydın olur ki, Kəmalə Babayevaya diaqnoz qoyulması haqqında tibbi arayışın tarixi iddiaçının barəsində mübahisələndirilən əmrin verildiyi tarixdən bir il sonraya, yəni 2025-ci ilin fevral ayına təsadüf edir. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə qarşı "xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 59 mh №-li əmrin ləğv edilməsi, sözügedən ehtiyata buraxıldığı işə bərpa edilməyi, itirilmiş müddətin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməyi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə qarşı "xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 59 mh №li əmrin ləğv edilməsi, sözügedən ehtiyata buraxıldığı işə bərpa edilməyi, itirilmiş müddətin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməyi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-587/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-587/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver