Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-59/2020 03.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Hicran Xasay oğlu Muradovun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair vəzifə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı və iddiaçının vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair vəzifə qoyulmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, o, xx xxxxx 1970-ci il tarixdə Şərur rayonu, Siyaqut kəndində doğulmuş, həmin kənddə orta təhsil almış, 1988-1990-ci illərdə sovet qoşunlarında hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra kəndə qayıtmışdır. xx xxx 1992-ci ildən xx xxxx 1992-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün hərbi səfərbər olunaraq Sədərək döyüşlərində iştirak etmişdir. Bu barədə Şərur Rayon Hərbi Komissarının xx xxxxxx 1997ci il tarixli, 4/221 nömrəli arayışı verilmişdir. Həmçinin həmin döyüşlərdə iştirakını onu tanıyan döyüş yoldaşları da təsdiq edər. Eyni zamanda onun həmin döyüşlərdə iştirak etməyi hərbi biletdə olan möhür və qeydlərlə də təsdiq olunur. Ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərdiyi ərizəyə xx xxxxx 2020-ci il tarixdə cavab verilərək “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Onun döyüşlərdə iştirak etməyi Şərur Rayon Hərbi Komissarının xx xxxxxx 1997-ci il tarixli arayışı ilə öz təsdiqini tapmasına baxmayaraq ona qanunsuz olaraq “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi xx xxxx 2020-ci il tarixli, 11/3249 nömrəli məktubla iddiaya qarşı etiraz bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.100 nömrəli hərbi hissədən verilən xx.xx.2020-ci il tarixli, 1099 nömrəli məktubdan görünür ki, Naxçıvan Dövlət Müdafiə Komitəsinin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun hər hansı bir hərbi hissələrin tərkibində xidmət etməsi, döyüş əməliyyatlarda iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli, 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 422 №-li Qərarına əsasən “... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 və 47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvanına məhkəmə iclasının vaxtı və keçiriləcəyi yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq icraatı iclasında Şahid2 şahid qismində ifadə verərək, xx xxx 1992-ci ildə Bəhruz və Bəylərlə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq Sədərəyə getdiklərini, orada döyüşdüklərini, Sədərəkdə N saylı hərbi hissədə olduqlarını, komandirlərinin adının Şəmistan olduğunu, ləqəbinə də sarı Şəmistan dediklərini, onlar Sədərəyə çatanda maşından düşürüb onlara Şəmistanın tabeçiliyində olduğunu bildirdiklərini, gedən döyüşlərdə bir ay döyüşdüklərini, özünə məxsus müharibə veteranı vəsiqəsini 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən aldığını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı qismində dindirilərək izahatı alınan İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, döyüşlərdə iştirak etdiyini, bununla bağlı müvafiq sənədlərinin olduğunu, hərbi biletində aparılan qeyd və arayışın döyüşlərdə iştirakını təsdiqlədiyindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddiaçının dediklərini təsdiq edərək, iddiaçının Sədərək döyüşlərində iştirak etdiyini, bunu həm hərbi biletdə aparılmış qeydiyyat, həm də komissarlıq tərəfindən verilmiş arayışla təsdiq edildiyindən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 1/Ə-6355 nömrəli məktubu, HЗ seriyalı, ******* nömrəli hərbi biletinin təsdiq olunmuş surəti, Şərur Rayon Hərbi Komissarlığının xx xxxxxx 1997-ci il tarixli, 4/221 nömrəli arayışının təsdiq olunmuş surəti, Şərur Rayon İcra Hakimiyyətinin Siyaqut Kənd X5 üzrə Nümayəndəliyinin xx xxx 2020-ci il tarixli, 69/05 nömrəli arayışı, xx.xx.2010-cu il tarixdə Şərur Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti əlavə edilmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4- cü maddələri). İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsində ifadə olunan hərəkətləri qanunidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/Ə-6355 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş teleqrama cavab olaraq təkrar bildirilir ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli, 681 nömrəli protokollar ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx xxx 1988-ci ildə verilmiş HЗ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx xxxxx 1970-ci il təvəllüdlü İddiaçı 1988-1990-cı illərdə sovet qoşunlarında hərbi xidmətdə olmuşdur. Hərbi biletin 7-ci səhifəsində iddiaçının Sədərək döyüşlərində döyüşçü kimi iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Həmin qeyd Şərur Rayon Hərbi komissarı kapitan Musayevin imzası və Komissarlığın möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Şərur Rayon Hərbi Komissarlığının xx xxxxxx 1997-ci il tarixli, 4/221 nömrəli arayışının təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1970-ci il təvəllüdlü İddiaçı həqiqətən xx xxx 1992-ci ildən xx xxxx 1992-ci ilədək Azərbaycan- Ermənistan arasında gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyətinin Siyaqut Kənd X5 üzrə Nümayəndəliyinin xx xxx 2020-ci il tarixli, 69/05 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Şərur rayonunun Siyaqut kəndində yaşayır. İş materiallarında olan Şərur Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində doğulmuş İddiaçı Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 552 nömrəli məktubunun surətindən müəyyən olunur ki, 1970-ci il təvəllüdlü İddiaçı 1992-ci il tarixdə Sədərək rayonu uğrunda gedən döyüşlərdə iştirakı barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində araşdırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 1992-ci il tarixdə Sədərək rayonu uğrunda gedən döyüşlərdə iştirakı barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin arxiv sənədlərində heç bir məlumat yoxdur. İddiaçı toplanışa göndərilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığının xx.xx.1992-ci il tarixli, 0/16 saylı telefonoqrammasına əsasən tərtib olunmuş adlı siyahının təsdiq edilmiş surətini məhkəmənin ünvanına göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığının xx.xx.1992-ci il tarixli, 0/16 saylı telefonoqrammasına əsasən tərtib olunmuş adlı siyahının təsdiq edilmiş surətindən müəyyən olunur ki, toplanışa göndərilməsi ilə əlaqədar tərtib olunmuş adlı siyahıda İddiaçı adı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin məhkəməyə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 2128 nömrəli məktubundan müəyyən olunur ki, Naxçıvan Dövlət Müdafiə Komitəsinin Arxivdə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 13/1027 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Naxçıvan Qarnizonu Hərbi Prokurorluğu xx xxxxxxxx 1992-ci il tarixdə fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluq fəaliyyət göstərdiyi müddətdə, Prokurorluqda xx xxxxx 1970-ci il təvəllüdlü İddiaçı barəsində cinayət işi olmamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 2/2503 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxx 1970-ci il təvəllüdlü İddiaçı məhkumluğu barədə məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 1099 nömrəli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı xidməti barədə Naxçıvan Dövlət Müdafiə Komitəsinin “Nizami hissə üzrə əmrlər kitabı”nda məlumat yoxdur. İş materiallarına əlavə olunmuş ünvan 3i ünvanında qeydiyyatda olan Şahid1 tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə elektron qaydada ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Əliyev X2 Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kənd sakini İddiaçı ilə birlikdə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən xx xxx 1992-ci il tarixində hərbi səfərbərliyə çağırılmış və Sədərək kəndində yerləşən N saylı hərbi hissəyə göndərilmiş və Azərbaycan-Ermənistan arasında gedən döyüşlərdə iştirak etdikləri bildirilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Məhkəmə qeyd edir ki, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq edən sənəd kimi yalnız hərbi biletə istinad edilməsi yetərli deyildir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin məhkəməyə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 2128 nömrəli məktubundan göstərilmişdir ki, Naxçıvan Dövlət Müdafiə Komitəsinin Arxivdə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. Cavabdeh imtinasını həmçinin onunla əsaslandırmışdır ki, iddiaçının hər hansı bir hərbi hissənin tərkibində xidmət etməsi döyüş əməliyyatlarında iştirak etməsi və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənəd də yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının ehtiyata qanuni əsaslarla buraxılması təsdiq olunmadığından iddia təmin edilməməlidir. İddiaçı özü də qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sübutlar təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli, 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır, Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olunmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərinin olması şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Van de Huk Niderlanda” qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkə-mə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 33.1, 68, 69, 75, 85 və 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair vəzifə qoyulması” barədə iddia tələbi təmin edilmir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçısı tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-59/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-59/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver