Məhkəmə qərarları › İş №2-1(122)-599/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-599/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-599/2023 06.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən ona məxsus “aptek binası” və Ordubad şəhəri, M.S.Ordubadi küçəsində yerləşən “komissiyon mağaza”sının qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünkü bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi və həmin obyektlərin yenidən tikilməsi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək qəsəbəsi ərazisində M.Hüseynzadə küçəsinin sol tərəfində 20 kv.m torpaq sahəsinin geri qaytarılması öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 06 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə notarial qaydada təsdiq edilmiş 05 sentyabr 2023-cü il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində Ordubad Rayon İcra Hakimiyyətinə qarşı Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən ona məxsus “aptek binası” və Ordubad şəhəri, M.S.Ordubadi küçəsində yerləşən “komissiyon mağaza”nın qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünkü qiymətlərlə hesablanaraq ödənilməsi ilə bağlı 2- 1(122)-599/2023 nömrəli iş üzrə iddia qaldırıldığını, cavabdeh tərəfindən mağazanın yenidən bərpa edilməsi üçün Ordubad şəhərində 300 kv.m torpaq sahəsi ilə təmin olunduğu üçün iddiadan imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən ona məxsus “aptek binası” və Ordubad şəhəri, M.S.Ordubadi küçəsində yerləşən “komissiyon mağaza”sının qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünkü bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi və həmin obyektlərin yenidən tikilməsi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə iddiaçının nümayəndəsi X1 05 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi X1 05 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən ona məxsus “aptek binası” və Ordubad şəhəri, M.S.Ordubadi küçəsində yerləşən “komissiyon mağaza”sının qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünkü bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi və həmin obyektlərin yenidən tikilməsi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar