Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-60/2020 01.06.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlu, Şikayətçi İddiaçı Bakı şəhəri, Nərimanov rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********682300 nömrəli, 26 noyabr 2019-cu il tarixli icra sənədi əsasında icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq, müəyyən e t d i m: Şikayətçi İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********682300 nömrəli, 26 noyabr 2019-cu il tarixli icra sənədi əsasında icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Şikayətçi İddiaçı 31 may 2020-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək şikayət və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi İddiaçı teleqaramını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, şikayət geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Hesab edirəm ki, hazırki vəziyyətdə şikayətçi 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə ünvanladığı teleqramda şikayətinin baxılmadan qaytarılmasını tələb etməklə şikayətə mahiyyəti üzrə baxılmasından imtina etmişdir. Şikayətin verilməsini və eləcə də ondan imtina edilməsini onun iradə ifadəsi kimi qiymətləndirərək belə qənaətə gəlirəm ki, şikayətçinin şikayətinin qaytarılması barədə teleqramı şikayətdən imtina kimi qəbul edilsə də, hüquqi nəticəsinə görə şikayətçinin eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Şikayətçiyə ərizənin geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin müddəaları izah edilir. Məhkəmənin həmin qərardadından apelyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə hesab edirəm ki, şikayətçi İddiaçı Bakı şəhəri, Nərimanov rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********682300 nömrəli, 26 noyabr 2019-cu il tarixli icra sənədi əsasında icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə şikayəti geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı teleqramı təmin edilsin. Şikayətçi İddiaçı Bakı şəhəri, Nərimanov rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********682300 nömrəli, 26 noyabr 2019-cu il tarixli icra sənədi əsasında icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə şikayəti geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. HAKİM: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-60/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-60/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver