Məhkəmə qərarları › İş №2-1(122)-601/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-601/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-601/2023 04.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X3 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə oğlunun və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 13.44 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 13.44 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti qarşısında öhdəlik qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 04 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə oğlu məhkəməyə dəftərxana vasitəsilə ilə daxil olmuş 17 avqust 2023-cü il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 13.44 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə oğlu məhkəməyə göndərdiyi iddiadan imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin məzmununa uyğun izahat verib, ərizənin qəbul olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının nümayəndəsinin iddiadan imtina edilməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 13.44 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi”nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə oğlunun ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi Nümayəndə oğlunun ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 13.44 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar