Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-61/2021 07.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı və üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarının icra olunması və o qərardan irəli gələn bütün hüquqi öhdəliklərin müvafiq inzibati orqan tərəfindən icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət müəllim işlədiyindən ümumi mənzil alma növbəsinə dayanmışdır. Bunun nəticəsində Naxçıvan şəhər XDM İKnın 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı ilə vətəndaş İddiaçı 59-cu məhəllə, 19 nömrəli ünvanda yerləşən 600 m2 torpaq sahəsi ilə təmin edilmişdir. Torpaq sahəsi verildikdən sonra İddiaçı Bakı şəhərinə getmişdir. Bundan sonra başqa bir qərarla İddiaçı verilmiş torpaq sahəsi X18 eyni ölçüdə verilmişdir. Bunun nəticəsində X18 Naxçıvan şəhəri, 60-cı məhəllə, 19 nömrəli ünvanda yerləşən torpaq sahəsi ayrılaraq onun mülkiyyətinə verilmişdir. Ünvanlar fərqli olsa da, sonradan məlum olmuşdur ki, torpaq sahəsi birdir. Bunun nəticəsində X22 2009-cu ildə Naxçıvan Şəhər Məhkəməsində cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (əvvəlki adı ilə) qarşı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, həmin torpaq sahəsinə X16 adına torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Bunun nəticəsində məhkəmə prosesində cavabdeh orqan iddianı qəbul etmiş və səhvliyin onların məsuliyyətsizliyindən yarandığını bildirmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2-272/2009 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Sözügedən məhkəmə prosesinə İddiaçı maraqlı şəxs qismində cəlb edilmişdir. Lakin məhkəmə proseslərinin yeri və vaxtı barədə İddiaçı məlumat verilməmiş və mülki işin materiallarında da məlumatın verilməsini təsdiq edən heç bir sənəd aşkar olunmamışdır. İddiaçı ümumiyyətlə bu məhkəmə proseslərindən xəbəri olmamışdır. Halbuki onun mülkiyyət hüququnun taleyi həmin məhkəmədə həll olunurdu və nəticədə müvafiq qətnamə ilə qərar əsasında tərtib edilmiş İddiaçı adına olan torpaq sahəsinin plan və ölçüsü ləğv edilmişdir. Həmçinin İddiaçı sözügedən mülki işdə nümayəndə ilə təmsil olunduğu qətnamədə göstərilsə də, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə mülki işin materiallarında yoxdur. Müvafiq qətnamədən bu il xəbəri olan İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdir. İş hal-hazırda apellyasiya məhkəməsinin icraatındadır. Naxçıvan şəhəri, 60-cı məhəllə, 19 nömrəli ünvanda yerləşən torpaq sahəsini X23 X1. Yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə İddiaçı uzun müddət müəllim işlədiyinə görə Naxçıvan şəhər XDM İK-nın 30 dekabr 1992ci il tarixli, 813 nömrəli qərarı ilə Naxçıvan şəhəri, 59-cu məhəllə ünvanında 19 nömrəli torpaq sahəsi ilə təmin edilmişdir. Bu qərar əsasında İddiaçı müvafiq inzibati orqana müraciət etmiş və həmin torpaq sahəsinin plan və ölçüsünü tərtib etdirmiş və ilkin sənədləşmə işlərini apardıqdan sonra artıq tam arxayın formada işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Lakin bir müddət sonra Naxçıvan şəhər XDM İK-nın başqa bir qərarı ilə Naxçıvan şəhəri, 60-cı məhəllə ünvanında 19 nömrəli torpaq sahəsi X18 eyni ölçüdə, yəni 600 kv.m. torpaq sahəsi verilmişdir. Sonradan bəlli olmuşdur ki, əslində İddiaçı adına sənədləşmiş torpaq sahəsi 59-cu məhəllə deyil, X18 verilmiş 60-cı məhəllədir. Məhz bundan sonra İddiaçı xəbəri olmadan X22 2009-cu ildə cavabdeh orqan Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (əvvəlki adı ilə) Naxçıvan Şəhər Şöbəsinə qarşı iddia qaldırmış və həmin mülki işə İddiaçı maraqlı şəxs qismində cəlb edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2- 272/2009 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Bir sözlə sözügedən mülki işdə İddiaçı nümayəndə ilə təmsil olunmamış və o, həmçinin bu mülki işdən və qətnamədən ümumiyyətlə xəbərsiz olmuşdur. Müvafiq qətnamə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İddiaçı adına verdiyi plan və ölçü ləğv edilmiş, həmin torpaq sahəsinə X16 adına plan və ölçü tərtib edilməklə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə X16 mülkiyyət hüququ tanınmışdır. Hal-hazırda İddiaçı adına verilmiş Naxçıvan şəhər XDM İK-nın 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı mövcuddur. Bu sənəd hüquqi qüvvəsini saxlayan və hüquqi nəticələri gözlənilən sənəddir. Yəni hazırki iş üzrə iddiaçının gözlənilən və bu sənəd əsasında yaranmalı olan mülkiyyət hüququ çox kobud formada pozulmuşdur. Belə ki, bu müvafiq inzibati orqanın səhvliyi və məsuliyyətsizliyi səbəbindən olmuşdur. Əvvəlcə müvafiq torpaq sahəsi müvafiq qərar əsasında İddiaçı adına sənədləşdirilmiş, sonradan isə bunun səhv olduğu deyilmiş və nəticədə məhkəmədə iddia qaldırılmış, cavabdeh orqan məhkəmə prosesində iddianı qəbul etmiş və qeyd olunan qətnamə qəbul edilmişdir. Hal-hazırda hüquqi qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmanın əsas sənədlərindən olan qərar vardır, lakin faktiki torpaq sahəsi mövcud deyildir və müvafiq inzibati orqan o qərarın icrasını həyata keçirtmir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə yuxarıda qeyd olunan müvafiq qərarın icrasına köməklik göstərilməsi üçün yazılı surətdə ərizə ilə müraciət olunmuşdur. Lakin bir nəticəsi olmadığından və bundan imtina olunduğundan son nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia ərizəsində həmçinin qeyd olunur ki, Naxçıvan şəhər XDM İKnın hüquqi varisi hal-hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti hesab olunur və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi isə halhazırda Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətidir. İddiaçının vəkili və nümayəndəsi bir sıra qanunvericilik normalarına istinad edərək, yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmədən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarının icra olunması və o qərardan irəli gələn bütün hüquqi öhdəliklərin müvafiq inzibati orqan tərəfindən icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 28 oktyabr 2020-ci il tarixli, 481 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarından çıxarışda İddiaçı torpaq sahəsi verildiyi qeyd edilmiş, arayışa əlavə olunmuş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sxemdə isə Naxçıvan şəhərinin 59-cu məhəlləsində 19 nömrəli torpaq sahəsi göstərilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş sxemdə qeyd olunan 19 nömrəli torpaq sahəsi 59-cu məhəllədə deyil, 60-cı məhəlləyə aid olan ərazidə yerləşir. Sxemdən aydın olur ki, həmin torpaq sahəsi keçmiş “Tütün zavodu” ərazisinin qərb, Naxçıvan-Sədərək avtomobil yolunun cənub, keçmiş “Evtikmə kombinatı”na gedən yolun şərq istiqamətində yerləşir. 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsi Naxçıvan Şəhər XDM İK-nın 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün X18, Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 ünvanında yerləşən torpaq sahəsi isə Naxçıvan Şəhər XDM İK-nın 01 iyul 1992-ci il tarixli, 439 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün X12 verilmişdir. Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair A 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq 09 aprel 2009-cu il tarixdə İddiaçı təqdim olunmuşdur. Lakin X4 Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair İddiaçı adına verilmiş A 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi, həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması üçün Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 27 iyul 2009-cu il tarixli, 2-272/2009 nömrəli qətnaməsi ilə iddia əsaslı hesab edilmişdir. Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair İddiaçı verilmiş A 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək həmin torpaq sahəsinə, torpaq sahəsi üzərində olan yaşayış binasına və yardımçı tikililərə Namiq Əzimovun mülkiyyət hüququ tanınmışdır. X16 603,00 m2 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair 04 sentyabr 2009-cu il tarixli ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14145 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” hazırlanaraq ona təqdim olunmuşdur. Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontorunda 13 noyabr 2009-cu il tarixdə qeydiyyata alınan 4/Ə-453 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X25 şəhəri, 60cı məhəllə, ev 19 ünvanında mülkiyyətində olan 603,00 m2 torpaq sahəsini, torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binalarını X6 bağışlamışdır. Məhkəmə tərəfindən iş üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(122)-120/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(108)-09/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(122)- 120/2020 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş mahiyyəti üzrə baxılmaq üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. 01 aprel 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə 01 aprel 2021ci il tarixli ərizə təqdim edərək məhkəmədən ilkin olaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarının icra olunması və o qərardan irəli gələn bütün hüquqi öhdəliklərin müvafiq inzibati orqan tərəfindən icra olunması barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbin “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” olduğunu bildirib məhkəmədən həmin tələb üzrə işin davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin 01 aprel 2021-ci il tarixli, 2-1(122)-61/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2- 1(122)-61/2021 nömrəli qərardadı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 07 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçının vəkili və nümayəndəsi Vəkil Bahdur oğlu tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanan iddia ərizəsi ilə eyni məzmunlu ərizələrin surətindən görünür ki, Naxçıvan şəhər XDM İK-nın 30.12.1992-ci il tarixli, 813 nömrəli qərarı ilə İddiaçı verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 nömrəli ünvanda yerləşən 600 m2 torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, ona dair qeydiyyatın aparılması və müvafiq sənədləşmə işlərinin aparılmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən 07 oktyabr 2020ci il tarixli, 02/154 nömrəli məktubla Vəkil ünvanlanan 07 oktyabr 2020-ci il tarixli, 13/735 nömrəli Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 №-li qərarı-Naxçıvan şəhərində yaşayan bəzi vətəndaşlara mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında arxiv çıxarışından görünür ki, 1986-cı ildən ümumi mənzilalma növbəsində dayanan İddiaçı Ələsgər oğluna şəhərin 59-cu məhəlləsində 19 №-li torpaq sahəsi verilmişdir. Məktubun qeyd hissəsində XDM İK-nın 30 dekabr 1992-ci il tarixli, 813 №-li qərarında vətəndaşın ata adının Ələsgər olaraq qeyd edildiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən 08 oktyabr 2020ci il tarixli, 02/156 nömrəli məktubla Vəkil ünvanlanan 08 oktyabr 2020-ci il tarixli, 13/718 nömrəli Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 №-li qərarı-fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında arxiv çıxarışından görünür ki, 1993-cü ildən ümumi mənzilalma növbəsində dayanan X18 şəhərin 60-cı məhəlləsində 19 №-li torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhəri, Bəhruz ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanlanan 08 oktyabr 2020-ci il tarixli, 452 nömrəli məktubdan görünür ki, Naxçıvan Şəhər XDM İK-nın 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli çıxarışa əsasən İddiaçı torpaq sahəsi verildiyi qeyd edilmiş, arayışa əlavə olunmuş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sxemdə isə Naxçıvan şəhərinin 59-cu məhəlləsində 19 nömrəli torpaq sahəsi göstərilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş sxemdə qeyd olunan 19 nömrəli torpaq sahəsi 59-cu məhəllədə deyil, 60-cı məhəlləyə aid olan ərazidə yerləşir. Sxemdən aydın olur ki, həmin torpaq sahəsi keçmiş “Tütün zavodu” ərazisinin qərb, Naxçıvan-Sədərək avtomobil yolunun cənub, keçmiş “Evtikmə kombinatı”na gedən yolun şərq istiqamətində yerləşir. 60cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsi Naxçıvan Şəhər XDM İK-nın 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün X18, Naxçıvan şəhəri 59cu məhəllə, 19 ünvanında yerləşən torpaq sahəsi isə Naxçıvan şəhər XDM İK-nın 01 iyul 1992-ci il tarixli, 439 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün X12 verilmişdir. Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair A 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq 09 aprel 2009-cu il tarixdə İddiaçı təqdim olunmuşdur. Lakin X4 Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair İddiaçı adına verilmiş A 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi, həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması üçün Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 27 iyul 2009-cu il tarixli, 2-272/2009 nömrəli qətnaməsi ilə iddia əsaslı hesab edilmişdir. Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair İddiaçı verilmiş A 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək həmin torpaq sahəsinə, torpaq sahəsi üzərində olan yaşayış binasına və yardımçı tikililərə Namiq Əzimovun mülkiyyət hüququ tanınmışdır. X16 603.00 m2 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair 04 sentyabr 2009-cu il tarixli ərizəsi əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14145 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış hazırlanaraq ona təqdim olunmuşdur. Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda 13 noyabr 2009-cu il tarixdə qeydiyyata alınan 4/Ə-453 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X25 şəhəri, 60-cı məhəllə, ev 19 ünvanında mülkiyyətində olan 603.00 m2 torpaq sahəsini, torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binalarını X7 bağışlamışdır. Qeyd olunanları nəzərə alaraq torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması mümkün deyildir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 09 oktyabr 2020-ci il tarixli, 454 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 ünvanında 600 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 20 m2 olan bir otaqlı fərdi yaşayış evi 07 iyun 2007-ci il tarixdə Naxçıvan Şəhər XDM İK-nın 01 iyul 1992-ci il tarixli, 439 nömrəli qərarı və A 000144 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X10 adına qeydiyyata alınmışdır. 28 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4/ə- 362 nömrəli bağışlama müqaviləsi əsasında Fəxrəddin Əliyev fərdi yaşayış evini X13 bağışlamışdır. Əmlak üzərində məhdudiyyət (yüklülük) qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 09 oktyabr 2020-ci il tarixli, 455 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, 60-cı məhəllə, 19 ünvanında 603 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 64,47 m2 olan 2 otaqlı fərdi yaşayış evi 30 sentyabr 2009-cu il tarixdə Naxçıvan Şəhər XDM İK-nın 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı, Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2-272/2009 nömrəli qətnaməsi və A 004271 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X16 adına qeydiyyata alınmışdır. 13 noyabr 2009-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4/ə-453 nömrəli bağışlama müqaviləsi əsasında X22 fərdi yaşayış evini X6 bağışlamışdır. Əmlak üzərində məhdudiyyət (yüklülük) qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 09 oktyabr 2020-ci il tarixli, 456 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, 60-cı məhəllə, 19 ünvanında 603 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 64,47 m2 olan 2 otaqlı fərdi yaşayış evi 30 sentyabr 2009-cu il tarixdə Naxçıvan Şəhər XDM İK-nın 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı, Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2-272/2009 nömrəli qətnaməsi və A 004271 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X16 adına qeydiyyata alınmışdır. 13 noyabr 2009-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4/ə-453 nömrəli bağışlama müqaviləsi əsasında X22 fərdi yaşayış evini X6 bağışlamışdır. 16 iyun 2016-cı il tarixdə X16 adına Naxçıvan şəhər 1-ci DNK-nın 27 avqust 2002-ci il tarixli, 4/ə-215 nömrəli alq-satqı müqaviləsi, Naxçıvan Bələdiyyəsinin 23 dekabr 2011-ci il tarixli, 107 nömrəli qərarı və A 006734 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında ünvan 11 ünvanında 1239,50 m2 torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 233,59 m2 olan 4 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. 17 iyun 2016-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4ə-338 nömrəli bağışlama müqaviləsi əsasında Namiq Əzimov fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 354,74 m2-ni X14 bağışlamışdır. 02 iyun 2017-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4ə-210 nömrəli alqı-satqı müqaviləsi əsasında Namiq Əzimov qalan torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə X3. Əmlaklar üzərində məhdudiyyət (yüklülük) qeydiyyata alınmamışdır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 12 yanvar 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1960-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Cəlilkənd kəndində doğulmuş Məmmədov X15 şəhəri, B.ünvan 12 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, 01/3851 nömrəli arayışdan görünür ki, Məmmədov X15 şəhəri, B.Kəngərli, ev 24 ünvanında qeydiyyatdadır. - 08 oktyabr 2020-ci il tarixli, 65069 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarına istinad edərək həmin qərarın icra edilməsini və həmin qərarda göstərilmiş torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclaslarında verdiyi izahatlardan və cavabdeh inzibati orqanın imtina məktublarından da aydın olur ki, iddiaçının icrasını tələb etdiyi qərarda göstərilən torpaq sahəsi hazırda başqasının mülkiyyətində olduğundan onun icra edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Naxçıvan Muxtar Respublikası X29 2020-ci il 17 iyun tarixli 23-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hazırki işin hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı ilə İddiaçı Ələsgər oğluna Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 ünvanında torpaq sahəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş məktuba əsasən həmin qərarda iddiaçının ata adı Əsgər deyil, Ələsgər olaraq qeyd edilmişdir. İddiaçıya müvafiq qərar əsasında torpaq sahəsinin ayrılması işin mübahisə olunmayan hallarına aiddir. Belə ki, iş materiallarına əlavə olunmuş sübutlar da bu faktı təsdiq edir. Hazırki iş üzrə mübahisə həmin qərarın cavabdeh inzibati orqan tərəfindən icra edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə cavabdeh qismində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İddiaçının icrasını tələb etdiyi Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 ünvanında yerləşən torpaq sahəsi ona Naxçıvan Şəhər XDM İK tərəfindən 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərar ilə verilmişdir. Bu qərardan əvvəl, yəni 01 iyul 1992-ci il tarixdə eyni ünvanda yerləşən torpaq sahəsi barəsində başqa şəxsə verilmiş digər bir qərar mövcuddur. Belə ki, Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 ünvanında yerləşən torpaq sahəsi Naxçıvan Şəhər XDM İK-nın 01 iyul 1992-ci il tarixli, 439 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün X12 verilmişdir. Həmin şəxsin mülkiyyət hüquqları qeydiyyat orqanı tərəfindən dövlət qeydiyyatına alınmış və onun hüquqlarını təsdiq edən müvafiq sənədlər təqdim edilmişdir. Buna görə də Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir. Naxçıvan Şəhər XDM İK tərəfindən eyni ünvan barəsində fərqli vaxtlarda iki müxtəlif şəxsin adına qərar qəbul edilməsi hazırki mübahisənin yaranmasına səbəb olmuşdur. Qeydiyyat orqanı olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən eyni torpaq sahəsi üzərində mülkiyyət hüququnun iki müxtəlif şəxsin adına qeydiyyata alınması mümkün deyildir. Cavabdeh inzibati orqan tərəfindən eyni torpaq sahəsi barəsində iki müxtəlif şəxsin adına qeydiyyatın aparılması və müvafiq hüququ təsdiq edən sənədin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmuşdur. İddia ərizəsinin məzmununda və iş materiallarında dəfələrlə vurğulanan digər bir məsələ isə iddiaçının adına verilən Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında onun barəsində tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında ləğv edilməsi, həmin sənəddə göstərilən torpaq sahəsinin başqa bir şəxsin adına sənədləşdirilməsi, həmin proseslərin iddiaçının məlumatı olmadan icra edilməsi, hazırda iddiaçı tərəfindən həmin qətnamənin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında mübahisələndirilməsi hazırki iddia tələbinin predmeti ilə əlaqəli olmadığından məhkəmə həmin məsələlərə münasibət bildirməyi məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81, 85 və 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-61/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-61/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver