Məhkəmə qərarları › İş №2-1(122)-61/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-61/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-61/2023 17.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək aktiv əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddət ərzində müxtəlif vaxtlarda müxtəlif idarə və təşkilatlarda işləmişdir. Bundan əlavə xx.xx.1974-cü il tarixdə 97 nömrəli əmrlə texnikumun "aqronom" ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildə isə texnikumu bitirmişdir. Uzun müddət "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. Bu onun əmək kitabçasında da öz təsdiqini tapır. Lakin işlədiyi müvafiq QSC-də son iki il əmək haqqı cədvəlində qeyd olunmamışdır. Həmçinin arxiv sənədlərində QSC-dən işdən azad olunmağı ilə bağlı da hər hansı bir məlumat yoxdur. Halbuki o, həmin iki il ərzində də orada işləmiş və əmək haqqı almışdır. O, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində uzun müddət işləsə də, iki ilik müddətdə arxiv arayışlarında onun əmək haqları barədə heç bir məlumat tapılmır. Lakin həmin müddətdə müvafiq QSC-də işlədiyi əmək kitabçası ilə öz təsdiqini tapır. Bununla bağlı, yəni ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X11 Şəxsin Babək rayon şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Həmin qurumun ona yazılı surətdə ünvanladığı xx.xx.2022-ci il tarixli, 03/198 saylı cavab məktubunda ərizəsinin icrasından imtina olunmuşdur. Belə ki, həmin cavab məktubunda qanunvericiliyin müxtəlif normalarına istinad edilərək arxiv arayışlarında əmək haqqı alması ilə bağlı təsdiqedici sənədlər olmadığından ona əmək pensiyasının təyin olunmasının qanunvericilik baxımından mümkün olmaması qeyd olunmuşdur. O da həmin məktubdan narazı qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 10 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 05 yanvar 2023-cü il tarixli, 03/02 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1957-ci il tarixdə Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş. Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 01 dekabr 2022-ci il tarixdə ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 noyabr 2022-ci il tarixli, 13/1521 nömrəli arayışda iddiaçının xx.xx.1974-cü il tarixli, 97 nömrəli əmrlə Naxçıvan sovxoz texnikumuna “aqronom” ixtisasına qəbul olunması və əyani təhsil alması, xx.xx.1976-cı tarixli, 21 nömrəli əmrlə hərbi xidmətə çağırılması, xx.xx.1978-ci il tarixli, 51 nömrəli əmrlə hərbi xidmətdən geri qayıtması, xx.xx.1980-cı il tarixli, 15 nömrəli əmrlə həmin texnikumu bitirməsi əmr kitablarında göstərildiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən Fondun Babək Rayon İdarəsinə təqdim edilmiş 29 mart 1979-cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək (11 ay 12 gün) Dövlət Sığorta İdarəsində sahə rəisi, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 3 ay 17 gün) Tikinti- Montaj İdarəsində fəhlə, xx.xx.1982-ci il tarixdən Naxçıvan Tütün-Fermantasiya Zavodunda göstərici vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 noyabr 2022-ci il tarixli, 13/1521 nömrəli arayışda iddiaçının X3 Zavodunda işlədiyi və 01 yanvar 1992-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək olan dövrlərdə əməkhaqqı alması qeyd edilsə də, adı çəkilən zavodun əmr kitabları 1989-cu il tarixədək olduğundan iddiaçının işdən azad olması barədə məlumatın olmadığı göstərilmişdir. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd edək ki, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında da bu nəticəyə gəlinərək qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2- 1(122)-61/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmiş və cavabdehin ünvanına yenidən sərəncam göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yeni iddia tələbinə qarşı əvvəlki yazılı münasibət ilə eyni məzmunlu yazılı münasibəti 31 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 14 mart 2023-cü il tarixli, 2-1(122)-61/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 17 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat vermiş və əlavə olaraq iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 25 ildən çox iş stajının olmasının müəyyən edildiyini, lakin mübahisəli olan 1998-2000-ci illərin arxiv arayışı ilə öz təsdiqini tapmadığını, buna görə də həmin dövrlər stajdan çıxıldıqda iddiaçının qanunvericiliklə tələb olunan minimum 25 il stajının ödənilmədiyini bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, arxiv arayışlarını, əmək kitabçasının təsdiq olunmuş surətini, hərbi xidmətdə olması barədə arayışı, yaşayış yerindən arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, qəbzi və ərizəni əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin Babək rayonu, Cəhri qəsəbə sakini İddiaçı ünvanladığı 07 dekabr 2022-ci il tarixli, 07/798 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır. 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanm əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq təqdim edilmiş sənədlərə əsasən ümumi əmək stajı 25 ildən az olduğuna görə, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı olmadığı üçün əmək pensiyasının təyin olunması qanunvericilik xaricindədir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 13/1521 nömrəli arxiv arayışından görünür ki, Hüseynov X8 Tütün-Fermantasiya zavodunda işləmiş 1992-1998-ci illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində əməkhaqqı cədvəllərinin 1998-ci ilə qədər olduğu qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 13/1521 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Tütün-Fermantasiya zavodunun sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı 30 oktyabr 1982-ci il tarixli, 118 nömrəli əmrlə “göstərici” qəbul edilməsi əmr kitabında göstərilmişdir. Əmr kitabları 1989-cu ilə qədər olduğundan işdən azad olunması barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 13/1521 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X6 texnikumunun sənədlərinə baxdıqda müəyyən olundu ki, İddiaçı 02 sentyabr 1974-cü il tarixli, 97 nömrəli əmrlə “aqronom” ixtisasına qəbul olması və əyani təhsil alması, 03 may 1976-cı il tarixli, 21 nömrəli əmrlə hərbi xidmətdən geri qayıtması, 10 iyul 1978-ci il tarixli, 51 nömrəli əmrlə hərbi xidmətdən geri qayıtması, 01 mart 1980-ci il tarixli, 15 nömrəli əmrlə texnikumu bitirməsi əmr kitablarında göstərilmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (11 ay 12 gün) Dövlət Sığorta İdarəsində sahə müfəttişi, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 3 ay 17 gün) Tikinti-Montaj İdarəsində fəhlə, xx.xx.1982-ci il tarixdən Naxçıvan Tütün- Fermantasiya Zavodunda göstərici vəzifələrində işləmiş və xx.xx.2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikası X7 Cəmiyyətindən işdən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 475 nömrəli arayışından görünür ki, istefada olan əsgər 1957-ci il təvəllüdlü İddiaçı 08 may 1976-cı il tarixdən 26 iyun 1978-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsində hərbi qeydiyyatda durur. - Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli, 2311 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonunun Cəhri qəsəbəsində yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1957-ci ildə Şahbuz rayonu, Badamlı kəndində doğulmuş və Babək rayonu, Cəhri kəndində yaşayır. - 23 sentyabr 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 23 manat sosial sığorta haqqı ödəmişdir. - İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə ünvanladığı 01 dekabr 2022-ci il tarixli ərizədən müəyyən olunur ki, o, xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək aktiv əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddət ərzində müxtəlif vaxtlarda müxtəlif idarə və təşkilatlarda işləmişdir. Bundan əlavə xx.xx.1974-cü il tarixdə 97 nömrəli əmrlə texnikumun "aqronom" ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildə isə texnikumu bitirmişdir. Uzun müddət "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. Bu onun əmək kitabçasında da öz təsdiqini tapır. Lakin QSC-də işlədiyi son iki il əmək haqqı cədvəlində qeyd olunmamışdır. Həmçinin arxiv sənədlərində QSC-dən işdən azad olunmağı ilə bağlı da hər hansı bır məlumat yoxdur. Halbuki o, həmin iki il ərzində də orada işləmiş və əmək haqqı almışdır. Ona yaşa görə əmək pensiyası ilə təmin olunmasını istəyir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı "yaşa görə əmək pensiyası" ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarından görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 25 noyabr 2022-ci il tarixli, 13/1521 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X6 texnikumunun sənədlərinə baxdıqda müəyyən olundu ki, İddiaçı 02 sentyabr 1974-cü il tarixli, 97 nömrəli əmrlə “aqronom” ixtisasına qəbul olması və əyani təhsil alması, xx.xx.1976-cı il tarixli, 21 nömrəli əmrlə hərbi xidmətdən geri qayıtması, 10 iyul 1978-ci il tarixli, 51 nömrəli əmrlə hərbi xidmətdən geri qayıtması, 01 mart 1980-ci il tarixli, 15 nömrəli əmrlə texnikumu bitirməsi əmr kitablarında göstərildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən Fondun Babək Rayon İdarəsinə təqdim edilmiş 29 mart 1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (11 ay 12 gün) Dövlət Sığorta İdarəsində sahə rəisi, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 3 ay 17 gün) Tikinti-Montaj İdarəsində fəhlə, xx.xx.1982-ci il tarixdən Naxçıvan Tütün-Fermantasiya Zavodunda göstərici vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 noyabr 2022-ci il tarixli, 13/1521 nömrəli arayışda iddiaçının Naxçıvan Tütün-Fermantasiya Zavodunda işlədiyi və 01 yanvar 1992-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək olan dövrlərdə əmək haqqı alması qeyd edilsə də, adı çəkilən zavodun əmr kitabları 1989-cu il tarixədək Dövlət Arxivində olduğundan iddiaçının işdən azad olması barədə məlumatın olmadığı göstərilmişdir. Beləliklə, iddiaçı tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə təqdim edilmiş arxiv arayışları və əmək kitabçasının surətində qeyd edilən iş illəri nəzərə alınmaqla xx.xx.1998-ci il tarixədək onun cəmi 23 il 10 ay ümumi iş stajı vardır. Beləliklə, vətəndaş İddiaçı 25 il sığorta stajı olunmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməlidir. Yuxarıda qeyd edilənləri nəzər alaraq vətəndaş İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin məhkəməyə elektron qaydada ünvanladığı 17 yanvar 2023-cü il tarixli, **********352000 nömrəli sorğuya cavab məktubundan görünür ki, X3 Zavodu adlı hüquqi şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. Əlavə məlumat olaraq bildirilmişdir ki, X9 Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 15-99/S nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində xx.xx.2011-ci il tarixdə ləğv edilmiş və həmin tarixdən Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin məhkəmə ünvanladığı 08 fevral 2023-cü il tarixli, 02/46 nömrəli cavab məktubundan görünür ki, X4 Zavodunun əmr kitabları 1989-cu ilə qədər, əməkhaqqı cədvəlləri isə 1998-ci ilə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verildiyindən, vətəndaş İddiaçı 1998-ci ildən sonrakı illərə dair iş stajı ilə bağlı məlumatlar Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mövcud deyildir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən ona pensiya təyin edilməməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən 25 il sığorta stajına malik olmaması faktını əsassız hesab edərək, işlədiyi illərin əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsinin və işdən azad olunması barədə məlumatın Dövlət Arxivində olmamasının onun günahı olmadığını bildirərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçının Naxçıvan Tütün-Fermantasiya Zavodunda işlədiyi iki illik iş müddətinin əməkhaqqılarının arxiv arayışları ilə təsdiqlənmədiyindən və işdən azad olunması barədə məlumat olmadığından ümumi iş stajı aşağı düşmüş və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan iş stajı tamam olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə 97 nömrəli əmrlə texnikumun "aqronom" ixtisasının əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək aktiv əmək fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində müxtəlif vaxtlarda müxtəlif idarə və təşkilatlarda işləmişdir. Uzun müddət "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmış, bu onun əmək kitabçasında da öz təsdiqini tapmışdır. Lakin QSC-nin əməkhaqqı cədvəlləri 1998-ci ilə qədər olduğundan 1998-2000ci illərdə iddiaçının həmin müəssisədə işlədiyi müddət ərzində əməkhaqqı alması arxiv arayışları ilə öz təsdiqini tapmamışdır. Həmçinin arxiv sənədlərində QSC-dən işdən azad olunması ilə bağlı da hər hansı bir məlumat yoxdur. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi;

2. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi ilə bağlıdır. Həmin qərarın əsası kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməməsinə səbəb olaraq İddiaçı 25 il sığorta stajı olunmadığı göstərilmişdir. Cavabdeh inzibati orqan səbəbini onunla əsaslandırmışdır ki, iddiaçının Naxçıvan Tütün- Fermantasiya Zavodunda işlədiyi və 01 yanvar 1992-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək olan dövrlərdə əmək haqqı alması qeyd edilsə də, adı çəkilən zavodun əmr kitabları 1989-cu il tarixədək Dövlət Arxivində olduğundan iddiaçının işdən azad olması barədə məlumatın olmadığı göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən də iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının 1998-2000-ci illərdə işlədiyi müddətdə əməkhaqqı cədvəllərinin arxiv arayışında öz əksini tapmaması və işdən azad olunması ilə bağlı da hər hansı bir məlumatın olmaması iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini öz-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Bu da öz-özlüyündə mübahisələndirilən illərin sığorta stajı kimi qəbul edilməsinə əsas verir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il sığorta stajının olmaması ilə bağlı cavabdehin arqumenti əsassızdır və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən müddət sığorta stajı kimi nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən pensiya hüququ yarandığı tarixədək 25 ildən çox sosial sığorta stajına malik olduğundan mübahisələndirilən qərar əsassızdır və ləğv edilməlidir. Həmçinin iş materiallarında olan iddiaçının 23 sentyabr 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzi əsasında torpağa görə ödədiyi 23 manat sosial sığorta haqqı onu deməyə əsas verir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcuddur. Bu hal özlüyündə iddiaçıya münasibətdə minimum 25 il sığorta stajı tələbinin ödənilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən hal deməkdir. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi haqqında “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsa da, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarı ləğv edilməli və İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 07 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarı ləğv edilir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar