Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-613/2025 05.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kollegiyasının 15 mart tarixli, 01-Q nömrəli qərarı ilə təsdiq edilmiş **********61-10301 reyestr nömrəli X1 adına, sonradan X2 adına verilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 13 noyabr 2008-ci il tarixli, 1498 №-li texniki pasportun və çıxarışın, vətəndaş X2 adına verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə və X1 adına verilmiş 3384,45 m² torpaq sahəsində yerləşən ikimərtəbəli beşotaqlı fərdi evin atasının və anasının qanuni vərəsələri olan onun və bacısının mülkiyyətinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kollegiyasının 15 mart tarixli, 01-Q nömrəli qərarı ilə təsdiq edilmiş **********61-10301 reyestr nömrəli X1 adına, sonradan X2 adına verilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 13 noyabr 2008-ci il tarixli, 1498 №-li texniki pasportun və çıxarışın, vətəndaş X2 adına verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə və X1 adına verilmiş 3384,45 m² torpaq sahəsində yerləşən ikimərtəbəli beşotaqlı fərdi evin atasının və anasının qanuni vərəsələri olan onun və bacısının mülkiyyətinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 05 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə dəftərxana vasitəsilə ilə daxil olmuş 13 mart 2025-ci il tarixli ərizə göndərərək ailə vəziyyətləri ilə bağlı müəyyən müddətə Rusiya Federasiyasının Novosibirsk şəhərinə getməli olduqlarından məhkəmə proseslərində iştirak edə bilməyəcəklərini nəzərə alaraq, inzibati məhkəməyə təqdim etdikləri Muğanlı kəndində yerləşən ataları Həsənov Cəmşidə məxsus tikili evin texniki pasportunun ləğv edilməsi və atalarının adına keçirilməsinə dair iddia ərizəsinin və onunla bağlı təqdim etdikləri materialların onlara geri qaytarılmasına köməklik edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddiaçıların ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıların məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, onlar iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadırlar və iddia tələbinə baxılmasını arzu etmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kollegiyasının 15 mart tarixli, 01-Q nömrəli qərarı ilə təsdiq edilmiş **********61-10301 reyestr nömrəli X1 adına, sonradan X2 adına verilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 13 noyabr 2008-ci il tarixli, 1498 №-li texniki pasportun və çıxarışın, vətəndaş X2 adına verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə və X1 adına verilmiş 3384,45 m² torpaq sahəsində yerləşən ikimərtəbəli beşotaqlı fərdi evin atasının və anasının qanuni vərəsələri olan onun və bacısının mülkiyyətinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçıların diqqətinə çatdırılır ki, ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kollegiyasının 15 mart tarixli, 01-Q nömrəli qərarı ilə təsdiq edilmiş **********61-10301 reyestr nömrəli X1 adına, sonradan X2 adına verilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 13 noyabr 2008-ci il tarixli, 1498 №-li texniki pasportun və çıxarışın, vətəndaş X2 adına verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə və X1 adına verilmiş 3384,45 m² torpaq sahəsində yerləşən ikimərtəbəli beşotaqlı fərdi evin atasının və anasının qanuni vərəsələri olan onun və bacısının mülkiyyətinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-613/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-613/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver