Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-616/2025 04.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixdə Naxçıvan MR-nın Şərur rayonu, Xələc kəndində anadan olmuşdur və bu günə kimi də Şərur rayonu, Xələc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək ünvan 2exniki peşə məktəbində təhsil aldıqdan sonra təyinatla Bakı şəhərinə SU-46 Trest 4 tikinti müəssisəsinə üzlükçü vəzifəsində işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə həqiqi hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1979-cu il tarixdə Bakı şəhərində SU-46 trest 4 tikinti idarəsində üzlükçü olaraq işə qəbul olunmuşdur. 2001-ci ilin sonunadək müxtəlif dövlət idarə və müəssisələrdə işləmişdir. 1975-2001-ci illərdə müxtəlif dövlət idarə və müəssisələrində işləməsi xx.xx.1979-cu il tarixdə onun adına verilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında və arxiv arayışlarında qeyd edilmişdir. Haliyədə isə fərdi təsərrüfatla məşğul olur və Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şərur rayonu, Xələc kəndi ərazisində xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərməklə məşğul olur və fərdi təsərrüfatla məşğul olduğuna görə 2014, 2015, 2016, 2017, 2018 və 2019-cu illərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən tələb olunan yaş (65 yaş) həddinə çatması ilə əlaqədar müvafiq sənədləri toplayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinə müraciət etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2- A12247/2024 saylı məktubda yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsinə baxıldığını, ümumi əmək stajının 23 il 08 ay 13 gün sığorta stajı qanunla nəzərdə tutlmuş 25 il sığorta stajından 01 il 03 ay 17 gün az oluğu üçün və xx.xx.2006-cı il tarixən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsinə pensiya kapitalının qeydə alınmadığı bildirilərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı imtina qərarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. xx.xx.2014-cü il tarixli, 82 nömrəli, xx.xx.2015-ci il tarixli, MAA ******* nömrəli, xx.xx.2016-cı il tarixli, MAA ******* nömrəli, xx.xx.2017-ci il tarixli, MAA ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MAA ******* nömrəli və xx.xx.2019-cu il tarixli, MAA ******* nömrəli qəbzlərlə fərdi təsərrüfatla məşğul olduğuna görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində oz əksini tapmadığı fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının və 25 il sığorta stajının olmaması əsas gətirilərək “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22.1-ci maddələrinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. xx.xx.2014-cü il tarixli, 82 nömrəli, xx.xx.2015-ci i tarixli, MAA ******* nömrəli, xx.xx.2016-cı il tarixli, MAA ******* nömrəli, xx.xx.2017-ci il tarixli, MAA ******* nömrəli, xx.xx.2018-ci il tarixli MAA ******* nömrəli və xx.xx.2019-cu il tarixli, MAA ******* nömrəli bank qəbzlərinə əsasən fərdi təsərrüfatla məşğul olmasına görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi illər onun pensiya stajına əlavə olunmalı və ona yaşa görə əmək pensiyası müəyyən edilməlidir. İddiaçı yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33 maddələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 15 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 17 fevral 2025-ci il tarixli etirazını onunla əsaslandırmışdır ki, 25 avqust 1959-cu il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xələc kəndində yaşayan İddiaçı 10 oktyabr 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Sonuncunun 20 noyabr 2024-cü il tarixli, 53 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi qanunamüvafiq tələb olunan sığorta stajının 25 ildən az (23 il 8 ay 13 gün), pensiya kapitalının isə 40320 manatdan az (23847,66) olduğu göstərilmişdir. Vətəndaşın kəsir sığorta stajı 1 il 3 ay 10 gün, kəsir pensiya kapitalı isə 16472,34 manat təşkil edir. Həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bununla razılaşmayan İddiaçı hazırki iddia tələbini irəli sürərək tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək ünvan 2exniki peşə məktəbində təhsil aldıqdan sonra təyinatla Bakı şəhərində 4 nömrəli Tikinti Trestində üzlükçü vəzifəsində işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdən həqiqi hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuş və hərbi xidmətdən sonra xx.xx.1979-cu il tarixdə yenidən Bakı şəhərində 4 nömrəli Tikinti Trestində üzlükçü olaraq işə qəbul olunmuş, 1975-2001-ci illərdə müxtəlif dövlət idarə və müəssisələrində işləmişdir. Haliyədə isə fərdi təsərrüfatla məşğul olur və Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şərur rayonu, Xələc kəndi ərazisində xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərməklə məşğul olur və fərdi təsərrüfatla məşğul olduğuna görə 2014, 2015, 2016, 2017, 2018 və 2019-cu illərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. xx.xx.2024-cü il tarixdən etibarən tələb olunan 65 yaşı tamam olması ilə əlaqədar müvafiq sənədləri toplayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə müraciət etsə də, xx.xx.2024-cü il tarixli, 53 saylı imtina qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən də o, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 73 nömrəli arayışda İddiaçı 1982-1983-cü illərdə Şərur rayon keçmiş 1 May adına kolxozda və 1993-1996-cı illərdə Şərur rayon keçmiş Təbriz adına kolxozda işləməsi və əməkhaqqı alması göstərilmişdir. Kəngərli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 56 nömrəli arayışında İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Xok kənd Uşaq Bağçasında işləməsi və əməkhaqqı alması göstərilmişdir. Arayışda İddiaçı əmr kitablarında adına rast gəlinmədiyi, əməkhaqqı kitablarında isə bəzi aylarda iki dəfə əməkhaqqı göstərildiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli, 13/1459 nömrəli arayışa əsasən Şərur rayon 112 nömrəli Mexanikləşdirilmiş Səyyar dəstəsinin sənədlərində İddiaçı xx.xx.1988-ci il tarixli, 91/k nömrəli əmrlə İV dərəcəli üzlükçü qəbul edilməsi, xx.xx.1992-ci il tarixli, 04/k nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 22 noyabr 1979-cu il tarixli, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara və Arxiv İdarəsi tərəfindən verilmiş arayışlara əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək ünvan 2exniki peşə məktəbində təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı şəhəri 4 nömrəli Tikinti Trestində üzlükçü vəzifəsində işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən sonra yenidən Bakı şəhəri 4 nömrəli Tikinti Trestində üzlükçü vəzifəsində işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Şərur rayon Kommunal Müəssisələr Kombinatında üzlük daş düzən, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 16 nömrəli X2 fəhlə işləmiş, xx.xx.1981ci il tarixdən xx.xx.1982-ci tarixədək 121 nömrəli Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Naxçıvan MSSR Maarif Nazirliyinin Təmir Tikinti sahəsində rəngsaz, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Şərur rayon Kommunal Müəssisələr Kombinatında çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1988ci il tarixədək 1 May adına kolxozda fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Şərur rayon 112 nömrəli X2 fəhlə, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Şərur rayon keçmiş Təbriz adına kolxozda fəhlə, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci tarixədək Xok kənd Uşaq Bağçasında işləmişdir. Beləliklə, iddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlər də nəzərə alınmaqla, əmək kitabçasında və arxiv arayışlarında qeyd edilən iş illərinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial stajı 25 ildən az, yəni 23 il 8 ay 13 gün olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq hesab edilməmişdir. Həmçinin iddiaçının 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi şəxsi hesabında hər hansı məbləğdə kapital əks olunmadığından ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin MAA seriyalı, ******* ödəniş qəbzinin surətinə əsasən o, xx.xx.2015-ci il tarixdə 82,20 manat, MAA seriyalı, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-cı il tarixdə 83,80 manat, MAA seriyalı, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixdə 82,80 manat olmaqla, ümumilikdə öz adına 248,80 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Bu günədək iddiaçı tərəfindən Torpağa Mülkiyyət Hüququna dair X22 təqdim edilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajindan asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Həmin maddəyə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 01 yanvar 2019-cu il tarixdən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 01 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Peniya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Lakin iddiaçının 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 aprel 2025-ci il tarixli, 2-1(122)-616/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 04 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X13 məhkəməyə ünvanlanmış etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının təsdiq edilmiş surətlərini, arayışları və ödəniş qəbzlərinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-A- 12247/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sığorta stajına aid müvafiq sənədlərə əsasən ümumilikdə 23 il 8 ay 13 gün stajı mövcuddur. Eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 23847,66 manat pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından 16472,34 manat azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi 23 il 8 ay 13 gün sığorta stajının qanunla nəzərdə tutulan 25 il sığorta stajından 1 il 3 ay 17 gün az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, ona 2024-cü il 26 avqust tarixindən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikə) əsasən yaşa görə 220 manat sosial müavinət ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 20 noyabr 2024-cü il tarixli, 53 nömrəli qərarından görünür ki, İddiaçı qanunamüvafiq tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat olmalı olduğu halda, faktiki sığorta stajı 23 il 8 ay 13 gün, pensiya kapitalı isə 23847,66 manatdır. Kəsir sığorta stajı 1 il 3 ay 10 gün, kəsir pensiya kapitalı 16472,34 manat. Fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə pensiya kapitalı yoxdur. Ona görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25 avqust 1959-cu ildə doğulmuşdur. - ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1976-1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli, 73 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur rayon Kommunal Müəssisələr Kombinatının sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 32 nömrəli əmrlə Şərur rayon Kommunal Müəssisələr Kombinatına işə təyin olunması və xx.xx.1981-ci il tarixli, 120 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. İddiaçı xx.xx.1981ci il tarixli, 86 nömrəli əmrlə 16 nömrəli X5 işə təyin olunması və xx.xx.1981-ci il tarixli, 92 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. 121 nömrəli Texniki Peşə Məktəbinin xx.xx.1982-xx.xx.1983-cü illərə aid əmr kitabları Şərur Rayon Dövlət Arxivinə Təhvil verilməmişdir. X17 1982-1983-cü illərə aid əmr kitabları Şərur Rayon Dövlət Arxivinə Təhvil verilməmişdir. İddiaçı xx.xx.1984-cü il tarixli, 124 nömrəli əmrlə Şərur rayon Kommunal Müəssisələr Kombinatına işə təyin olunması və xx.xx.1985-ci il tarixli, 152 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. İddiaçı Şərur rayon keçmiş 1 May adına kolxozunda işləməsi və müvafiq qaydada əməkhaqqı alması arxiv sənədlərində göstərilmişdir. İddiaçı Şərur rayon keçmiş Təbriz adına kolxozunda işləməsi və müvafiq qaydada əməkhaqqı alması arxiv sənədlərində göstərilmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 56 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1997-2001-ci illərdə Xok kənd Uşaq Bağçasında işləmiş və müvafiq qaydada əmək haqqı almışdır. Arayışın qeyd hissəsində əmr kitablarında adına rast gəlinmədiyi, əməkhaqqı kitabında bəzi aylara iki dəfə əməkhaqqı qeyd edildiyi və ata adının qeyd edilmədiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli, 13/1459 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Şərur rayon 112 №-li Mexanikləşdirilmiş Səyyar dəstəsinin sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1988-ci il tarixli, 91/k №-li əmrlə İV dərəcəli üzlükçü qəbul edilməsi, xx.xx.1992-ci il tarixli, 04/k №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Şərur Peşə Liseyi publik hüquqi şəxsi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, İddiaçı 01 sentyabr 1981-ci ildə 121 №-li Texniki Peşə məktəbinin “Traktorçu maşınist” qrupuna daxil olmuş və 24 avqust 1983cü ildə həmin qrupu bitirmişdir. - Azərbaycan Respublikası Səfərbərik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur Rayon Şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli, 331 nömrəli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. - 17 mart 2014-cü il tarixli, 82 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı torpaqdan sosial sığortaya görə 9.80 manat ödəniş etmişdir. - 10 may 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı torpağa görə məcburi dövlət sosial sığorta haqqı kimi 83.80 manat ödəniş etmişdir. - 03 noyabr 2015-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı torpağa görə məcburi dövlət sosial sığorta haqqı kimi 82.20 manat ödəniş etmişdir. - 21 avqust 2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı torpağa görə məcburi dövlət sosial sığorta haqqı kimi 82.80 manat ödəniş etmişdir. - 24 iyul 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı torpağa görə məcburi dövlət sosial sığorta haqqı kimi 39.80 manat ödəniş etmişdir. - 25 iyun 2019-cu il tarixli, ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, X15 torpağa görə məcburi dövlət sosial sığorta haqqı kimi 38.40 manat ödəniş etmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Xələc Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, 267 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonu, Xələc kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - JN-0002 KOD 10207038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, X3, X9, X6, X4 və X8 Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.82 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 mart 2025-ci il tarixli, 3-17-9-1/2- 3245/2025 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilir ki, İddiaçı pensiya işində olan sığorta stajına dair müvafiq sənədlərə əsasən ümumilikdə 23 il 8 ay 13 gün stajı mövcuddur. Eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 23847,66 manat pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından 16472,34 manat azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi 23 il 8 ay 13 gün sığorta stajı qanunla nəzərdə tutulan 25 il sığorta stajından 1 il 3 ay 17 gün az olduğu üçün A.X12, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin 20 noyabr 2024-cü il tarixli, 53 nömrəli qərarı ilə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Məktuba İddiaçı İİ qrup əlilliyə görə təyin edilmiş pensiya işinin materialları, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 20 noyabr 2024-cü il tarixli, 53 nömrəli qərarı əlavə edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı aidiyyəti üzrə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmaması səbəbindən tələbinin icrasından imtina edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb onun 25 il sığorta stajının və fərdi hesabında kapitalın olmamasıdır. Həmçinin iddiaçının 2006-2018-ci illər ərzində mülkiyyətində olan torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqları X1 Sistemində öz əksini tapmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı qanunvericlikdə nəzərdə tutulmuş 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, o, 25 il sığorta stajına malik deyil, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından azdır və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı yoxdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində 20 noyabr 2024-cü il tarixdə 53 nömrəli qərar qəbul edilərək eyni səbəblər əsas gətirilməklə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22.1.1-ci maddəsinə əsasən 2019-cu ilin 01 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 01 yanvar tarixinədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının tələbinin məzmunu 2 hissədən ibarətdir: 1. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarının ləğv edilməsi; 2. ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı barəsində qəbul edilmiş mübahisələndirilən inzibati aktda iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. Ona görə də məhkəmə bu hala münasibətdə məhkəmə iddiaçıya pensiya qanunvericiliyinin normalarını tətbiq edərək araşdırılmasını zəruri hesab edir. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin edilməsindən imtina barədə qərarında istinad edilmiş 25 il staj və qanunvericilikdə tələb olunan məbləğdə pensiya kapitalı mövcud olmadığından iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarına əsasən pensiya təyinatı məsələsi yoxlanılmalıdır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqları X14 Sistemində (MEİS) öz əksini tapmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunmalıdır ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı, X3, X9, X6, X4 və X8 Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.82 hektar torpaq sahəsinin verilməsi və həmin torpaq sahəsinə görə müvafiq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə görə ödəniş qəbzlərinə əsasən ödənilmiş məbləğlərin X14 Sistemində (MEİS) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə mübahisələndirilən məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qəbzlərdən də göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə İddiaçı tərəfindən 2012, 2015, 2016 və 2018-ci illərdə, iddiaçının oğlu X15 tərəfindən isə 2019-cu ildə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş, ödənişlərin elektron sistemdə iddiaçının sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq, həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 20 noyabr 2024-cü il tarixli, 53 nömrəli qərarı ləğv edilməlidir. İddiaçının 65 yaşının tamam olduğiu xx.xx.2024-cü il tarixdən pensiya hüququ mövcud olduğundan ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarını nəzərə alaraq pensiya təyin edilməlidir. Bu isə özlüyündə iddiaçının tələbinin hər iki hissəsinin təmin edilməsi deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarının ləğv edilməli və İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 34, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı qərarı ləğv edilir. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-616/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-616/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver