Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-624/2025 15.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qəbrinin Naxçıvan Şəhər Qəbiristanlığına köçürülməsi məqsədilə mərhum X2 qeyri-prosessual ekshumasiyası (qəbrin açılması və başqa yerdə basdırılması) öhdəliyinin cavabdehin üzərinə qoyulması və ekshumasiya xərclərinin ona aid edilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X4 2024-cü il iyul ayının 23-də ürək infarktı keçirmiş, səhər tezdən qəflətən vəfat etmişdir. O, həyat yoldaşının qəbrinin suyun yığıldığı, zir-zibilin töküldüyü yerdə olduğunu, qəbir üstünə gedib-gəlmək onlar üçün çox əzabverici olduğunu bildirərək, qəbir yerinin dəyişdirilməsini istəyir. Köçürülmə ilə bağlı bütün xərclərin özü tərəfindən ödəniləcəyini qeyd edir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən X5 üzərinə həyat yoldaşının qəbrinin açılması və məzarının köçürülməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh X5 iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Daha sonra iddiaçı məhkəməyə 06 may 2025-ci il tarixli əsl olmayan tərəfin əvəz edilməsi, eləcə də tələbin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yeni bələdiyyələrin yaradılması haqqında” 18 oktyabr 2024-cü il tarixli qanunla X3 bələdiyyəsinə birləşdirildiyini bildirərək, iş üzrə cavabdeh olan X3 Bələdiyyəsi ilə əvəz edilməsini, eləcə də iddia tələbinə“qəbrinin Naxçıvan Şəhər Qəbiristanlığına köçürülməsi məqsədilə mərhum X2 qeyri-prosessual ekshumasiyası (qəbrin açılması) öhdəliyinin Babək rayon Bələdiyyəsinin üzərinə qoyulması və ekshumasiya xərclərinin ona aid edilməsi” kimi baxılıb nəticə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 06 may 2025-ci il tarixli, 2-1(122)-624/2024 nömrəli qərardadı ilə cavabdeh X6 əsl cavabdeh Babək rayon Bələdiyyəsi ilə əvəz edilmiş, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 01 avqust 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin “qəbrinin Naxçıvan Şəhər Qəbiristanlığına köçürülməsi məqsədilə mərhum X2 qeyri-prosessual ekshumasiyası (qəbrin açılması və başqa yerdə basdırılması) öhdəliyinin cavabdehin üzərinə qoyulması və ekshumasiya xərclərinin ona aid edilməsi” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01 avqust 2025-ci il tarixli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 avqust 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yazılı sübutlar: - Babək Rayon X6 tərəfindən Naxçıvan şəhəri, 11-ci məhəllə, ev 75-də yaşayan İddiaçı ünvanlanmış 18 dekabr 2024-cü il tarixli, 23 nömrəli məktubdan məlum olur ki, məzarın Hacıvar kəndindən Naxçıvan şəhər qəbiristanlığına köçürülməsinin bələdiyyənin səlahiyyətindən kənar olduğu bildirilmiş, vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Cavabdeh tərəfindən Naxçıvan şəhəri, 11-ci məhəllə, ev 75-də yaşayan İddiaçı ünvanlanmış 22 aprel 2025-ci il tarixli, 08 nömrəli məktubdan məlum olur ki, məzarın Hacıvar kəndindən Naxçıvan şəhər qəbiristanlığına köçürülməsi ilə bağlı vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 27 iyul 2024-cü il tarixli, AZ-İİ seriyalı, 673693 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X4 23 iyul 2024-cü il tarixdə Naxçıvan şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya Və Təbіі Sərvətlər Nazirliyi Geologiya X10 X1 tərəfindən Naxçıvan şəhəri 11-ci məhəllə, ev 75 ünvanında yaşayan İddiaçı ünvanlanmış 03 mart 2025-ci il tarixli, 3-14-32-11/2-A-3-3/2025 nömrəli məktubdan məlum olur ki, Babək rayonu ərazisinin geoloji quruluşunda Üçüncü (Q) və Dördüncü (Qv) dövrün çöküntüləri geniş yayılmışdır. Üçüncü dövr çöküntüləri Sarmat mərtəbəsindən təşkil olunmaqla, dördüncü dövr çöküntüləri altında bir növ susaxlayıcı rolu oynayır. Bu yaşlı çöküntülərin qalınlığı bir neçə yüz metrə çatır. Litoloji quruluşuna görə bu süxurlar üstdən gilcə ilə örtülmüş çınqıl, qum, qumca, bəzi yerlərdə isə əhəngdaşı və gillərlə sementləşmiş konqlomeratlardan təşkil olunmuşdur. Dördüncü dövr çöküntülərinin ümumi qalınlığı 20-50 m-dən artıq deyil. Hacıvar kənd qəbiristanlığının ərazisində yayılmış süxurlar qum fraksiyalarından ibarət olan və nisbətən az gil və ya gilcə qarışığı ehtiva edən qumlu quru qrunt növünə aid edilir. - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 avqust 2025-ci il tarixli, 06 nömrəli məktubdan məlum olur ki, X2 Naxçıvan şəhər Qəbiristanlığında dəfn olunması üçün yer vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”: - 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. - 2.1.3. qəbir yeri - ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının) və ya kremasiya olunmuş meyitin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün qazılmış yerdir. - 2.1.6. ekshumasiya - Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada (prosessual ekshumasiya) və ya bu Qaydalarda nəzərdə tutulmuş digər səbəblərdən (qeyri-prosessual ekshumasiya) meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmasıdır. - 2.1.8. ölmüş şəxsin qohumları - ölmüş şəxsin əri (arvadı), uşaqları (övladlığa götürülənlər), valideynləri (övladlığa götürənlər), bacıları və qardaşları, babaları (nənələri), nəvələri, ögey (ümumi ata və ana olan) bacıları və qardaşları, ərinin (arvadının) valideynləri, ərinin (arvadının) bacıları və qardaşları. (...) - 7.1. Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir. - 16.9. Bu Qaydaların 25.2.4-cü yarımbəndində nəzərdə tutulmuş halda ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması bu Qaydaların tələblərinə riayət edilməklə, onun qohumlarının, qanuni nümayəndələrinin və ya dəfn ilə bağlı xərcləri çəkmiş şəxslərin vəsaitləri hesabına həyata keçirilir. - 25.2. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına aşağıdakı hallarda yol verilir: (...) 25.2.4. ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə. - 25.3. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına çürümə və minerallaşma prosesləri zəif gedən yaş qrunt ərazidə 3 (üç) ildən, qumlu quru qrunt ərazidə isə 1 (bir) ildən tez olmayaraq icazə verilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: - 2. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir.... Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı mərhum həyat yoldaşı X2 başqa yerdə basdırılmasına, yəni qeyri-prosessual ekshumasiyasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” nın tələblərindən aydın olur ki, ölmüş şəxslərin ekshumasiyası (yəni meyitin qəbirdən çıxarılması) iki hissəyə 1) prosessual ekshumasiya və 2) qeyri-prosessual ekshumasiyaya bölünür. Ölmüş şəxslərin prosessual ekshumasiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 237-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Lakin qeyri-prosessual ekshumasiya ölmüş şəxsin qohumlarının vəsaiti və arzusu ilə müvafiq bələdiyyənin nəzarəti altında həyata keçirilir. Bu isə ölmüş şəxslərin qohumlarının konstitusion hüquq və azadlıqlarının qorunmasından irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, cənazə və ya onun qalıq hissələrinin çıxarılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi (qeyri-prosessual ekshumasiyası) ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə mümkün olması yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş şərtlər daxilində mümkün hesab edilmişdir. (25.2.4.) Məhkəmə qeyd edir ki, şəxsin dəfn olunacağı yerlə bağlı açıq və ya güman edilən iradəsi müəyyən edilə bilinmirsə, mərhumla belə səlahiyyəti müəyyən olunan şəxs arasındakı əlaqə və emosional intensivlik nəzərə alınmaqla, yaxın qohumunun (arvadının) iradəsi əsas götürülməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, mərhum X2 hazırda dəfn olunduğu yer qumlu quru qrunt əraziyə daxil edilir. Belə ki, yuxarıda qeyd olunan “Qaydalar”ın 25.3-cü bəndinə əsasən ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına qumlu quru qrunt ərazidə 1 (bir) ildən tez olmayaraq icazə verilir. Hazırkı iddia tələbi üzrə məzarının qeyri-prosessual ekshumasiyası nəzərdə tutulan iddiaçının mərhum əri X4 23 iyul 2024-cü il tarixdə vəfat etmişdir ki, bununla da “Qaydalarda” müəyyən olunan müddətə dair şərt də ödənilmişdir. Odur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda olan marağı yuxarıda istinad edilən normalarda nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı “qəbrinin Naxçıvan Şəhər Qəbiristanlığına köçürülməsi məqsədilə mərhum X2 qeyri-prosessual ekshumasiyası (qəbrin açılması və başqa yerdə basdırılması) öhdəliyinin cavabdehin üzərinə qoyulması və ekshumasiya xərclərinin ona aid edilməsi tələbi"nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Qəbrinin Naxçıvan Şəhər Qəbiristanlığına köçürülməsi məqsədilə mərhum X2 qeyriprosessual ekshumasiyası (qəbrin açılması və başqa yerdə basdırılması) öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ekshumasiya xərcləri İddiaçı aid edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-624/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-624/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver