Məhkəmə qərarları › İş №2-1(122)-633/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-633/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-633/2025 28.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə qarşı "Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin sədri Elşən Salmanov tərəfindən onun, yəni İddiaçı barəsində verilmiş AR ƏM-nin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 90 nömrəli əmrin etibarsız hesab edilməsi, işə bərpa məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə Naxçıvan MR Kommersiya məhkəməsində inspektor vəzifəsində daimi dövlət qulluqçusu olaraq işə qəbul edilmişdir. Həmin tarixdə 3-cü dərəcə referent ixtisası dərəcəsi verilib. xx.xx.2023-cü il tarixində 6 aylıq müqavilə bağlanıb və 2-ci dərəcəli referent ixtisas dərəcəsi verilib. xx.xx.2023-cü ildə 6 aylıq müqavilə bağlanıb. xx.xx.2024-cü il taridə 1-ci dərəcəli referent ixtisas dərəcəsi verilib. xx.xx.2024-cü ildə müqaviləsinə xitam verilib. Xitam verilməsinin səbəbi kimi hesab sənədlərin düz olmadığı bildirildi. Sonra ona məlum olmuşdur ki, qanunsuzluq edib onun yerinə X4 adlı şəxsi götürüb saxta sənədlər düzəldiblər. Həmin şəxs heç vaxt iş yerinə gəlməmiş, bu müddət ərzində rəsmi işçi olmadan işə gətirilmişdir. Hətta müqaviləsinə xitam verildiyi üçün dövlət hesabına 37 manat borclu qaldığını dediklərindən onu da ödəmişdir. Oktyabr ayında qanuni ödənişli məzuniyyət haqqı da pozulmuş maaşından 234 (iki yüz otuz dörd) manat tutulma olmuşdur. Bunla bağlı Ali Məhkəməyə də müraciət etmiş, ordada bildirilmişdir ki, daimi dövlət qulluqçusunu müqaviləylə işə götürülməsi qanunauyğun deyil. Bu işlərin hamısının qanunsuz olduğunu desələr də, bir nəticə hasil olmadı. xx.xx.2024-cü il tarixdə əmək kitabçasında müddət göstərilmədən yenidən işə qəbul edilmişdir. Ancaq bu dəfə 2 aylıq müqavilə ilə işə götürülmüşdür. Bunun səbəbini soruşduqda bildirmişdir ki, qaydası belədir, narahat olma, iki aydan sonra yenidən müddət uzadılacaq. Müddət uzadılmadı, xx.xx.2024-cü ildə işdən çıxarılacağı ilə bağlı xəbərdarlıq verildi, digər xəbərdarlığı da xx.xx.2024-cü ildə verəcəyi bildirildi. O, təktərəfli valideyndir, 1 övladı var, 2023-cü ilin mart ayında beyin əməliyyatına görə 40 min manat miqdarda borclandığını desə də heç biri nəzərə alınmamışdı. xx.xx.2024-cü ildə müqaviləsinə xitam verilmişdir. Həmin sözügedən əmr qanunvericiliyin tələbinə cavab vermədiyindən, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmaqla tərtib edildiyindən və onunla bağlanılmış əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən həmin əmrin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl məhkəmədən kənar qaydada mübahisənin həllindən ötrü Əmək müfəttişliyinə və Ali Məhkəməyə müraciət etmiş, hazırda həmin müraciətlərinə rəsmi cavab verilməsə də şifahi olaraq əmrin ləğvi ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bundan sonra cavabdehlə aralarında olan mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan hazırda qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesindən keçməkdən ötrü 25 noyabr 2024-cü il tarixdə təklif məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin təklif məktubuna 04 dekabr 2024-cü il tarixli, 4-21/1-1-135-2024 saylı məktubla mənfi cavab verərək mediasiya təklifini qəbul etməmələrini bildirmiş və bundan sonra müvafiq sənədlərlə ərazi aidiyyəti üzrə mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasına cavabdeh nümayəndəsini göndərməmiş və mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞN24-İ-01660 mömrəli mediasiya arayışı verilmişdir. Belə olan halda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmək Məcəlləsinin qeyd edilən maddəsinin məzmunundan da göründüyü kimi qanunvericiliyin bu norması dövlət qulluqçuları istisna olmaqla digər işəgötürənlərlə işçilər arasında olan əmək münasibətlərini tənzimləyir. Hazırki iş üzrə cavabdehin vəzifəli şəxsi (məhkəmənin sədri Elşən Salmanov) özünün imzaladığı 02 sentyabr 2024-cü il tarixl, 70 nömrəli əmrlə işə qəbul edərkən 1-ci dərəcə referent ixtisas dərəcəli dövlət qulluqçusu kimi dövlət qulluğuna qəbul etmiş və həmin gündən etibarən dövlət qulluqçusu olaraq Naxçıvan Kommersiya Məhkəməsində böyük mütəxəssis inspektor vəzifəsinə qəbul olunmaqla dövlət qulluqçusu olmuş və həmin andan işçi olaraq işəgötürənlə aralarında olan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə deyil, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənmişdir. Cavabdeh inzibati orqanın vəzifəli şəxsi onunla bağlanılmış əmək müqaviləsinə xitam verərkən isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə (Həmin Qanunun 33 və 34-cü maddələri ilə) müqaviləyə xitam verməli olduğu halda qanunsuz və əsassız olaraq Əmək Məcəllsi ilə xitam vermiş, halbuki dövlət qulluqçusu olmaqla Əmək Məcəlləsinin ona aid edilməməsini nəzərə almamışdır. Əmrin surətini xx.xx.2024-cü il tarixdə almışdır. İlkin Mediasiya sessiyasının keçirilməsi üçün “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.6-cı maddəsində göstərilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə cavabdehə təkilfi xx.xx.2024-cü il tarixdə göndərmişdir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Demək ki, iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdə dayanmışdır, tddia müddətinin 09 gün qaldığını nəzərə alanda “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən müddət bərpa olunur. xx.xx.2024-cü il tarixdə o, İMS haqqında arayışı almışdır. xx.xx.2024-cü il tarixdə iddia müddətinin son günüdür və demək ki, iddia üçün verilən müddəti ötürməmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin sədri Elşən Salmanov tərəfindən onun, yəni İddiaçı barəsində verilmiş AR ƏM-nin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 90 nömrəli əmrin etibarsız hesab edilməsi, işə bərpa məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 27 yanvar 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatına başlanaraq sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh orqandan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Kəngərli rayon Böyükdüz kənd sakini İddiaçı 01 mart 2022-ci il tarixli, İ-18 nömrəli ərizəsinə əsasən 01 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində vakant olan böyük mütəxəssis inspektor vəzifəsinə təyin edilmişdir. Həmçinin onunla 01 mart 2022-ci il tarixdə 1 (bir) il müddətinə olmaqla 07 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılması tam tamına aşkar görünməkdədir. Lakin baş məsləhətçi texniki səhvlik edərək əmək kitabçasına daimi dövlət quluğuna qəbul kimi qeyd etmişdir. Sonrakı ərizələrindən də məlum olduğu kimi İddiaçı müddətli əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. 01 mart 2023-cü il tarixdə həmin müqavilə 01 mart 2023-cü il tarixli ərizəsi əsas götürülməklə tərəflərin razılığı ilə 06 (altı) ay müddətinə uzadılmışdır. 01 sentyabr 2023-cü il tarixdə həmin müqavilə 01 sentyabr 2023-cü il tarixli ərizəsi əsas götürülməklə tərəflərin razılığı ilə yenidən 06 (altı) ay müddətinə uzadılmışdır. 11 mart 2024-cü il tarixde həmin müqavilə yenidən 11 mart 2024-cü il tarixli ərizəsi əsas götürülməklə başlanğıcı 01 mart 2024-cü ildən hesablanmaqla tərəflərin razılığı ilə yenidən 06 (altı) ay müddətinə uzadılmışdır. 01 avqust 2024-cü il tarixdə 58 nömrəli əmrlə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən İddiaçı 01 avqust 2024-cü il tarixli ərizəsi əsas götürülməklə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad olunmuşdur. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtlərə cavab verməməsi, yəni əmək müqaviləsinin 3.1.1 və 3.1.2-ci cavab vermədiyi ona verilmiş suallar əsasındada müəyyən edilə bilər. İddiaçı 02 sentyabr 2024-cü il tarixli, 1-1-66-1/2024 nömrəli ərizəsi əsas götürülməklə 02 sentyabr 2024-cü il tarixli, 70 nömrəli əmrlə məhkəmədə vakant olan böyük mütəxəssis-inspektor vəzifəsinə təyin edilmişdir. Onunla 02 sentyabr 2024-cü il tarixdə 2 (iki) ay müddətinə olmaqla 09 nömrəli, müddətli əmək müqaviləsi bağlanmışdır. 10 oktyabr 2024-cü il tarixdə "İşçiyə müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə işəgötürən tərəfindən xəbərdarlıq edilmiş, bildirilmişdir ki, "Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri ilə bağladığınız 09 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri onunla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyi gün xitam verilməsini istəyir. Həmçinin İddiaçı bildirilmişdir ki, xx.xx.2024-cü il tarixi həftələrarası istirahət gününə təsadüf etdiyindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir. Eyni zamanda, müqavilənin müddətinin bitməsinə 1 (bir) həftə qalmış, yəni xx.xx.2024-cü il tarixində təkrar bu barədə xəbərdar ediləcəksiniz" və xəbərdarlığı 10 oktyabr 2024-cü il tarixdə imzalayaraq qəbul etmişdir. 25 oktyabr 2024-cü il tarixdə yenidən İddiaçı "İşçiyə müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə işəgötürən tərəfindən" xəbərdarlıq edilmiş, bildirilmişdir ki, "Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri ilə bağladığı 09 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri onunla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyi gün xitam veriləcəyi barədə məlumatı onun diqqətinə çatdırmışdır. Həmçinin İddiaçı bildirilmişdir ki, xx.xx.2024-cü il tarixi həftələrarası istirahət gününə təsadüf etdiyindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir." Bu xəbərdarlıq ona təqdim olunmuş, tərəfindən oxunmuş, lakin imza edilib, qəbul edilməmişdir. Bu barədə 25 oktyabr 2024-cü il tarixli, 70 nömrəli akt tərtib edilmişdir. 01 noyabr 2024-cü il tarixli, 90 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi əsas götürülməklə 04 noyabr 2024-cü il tarixdən etibarən İddiaçı tutduğu vəzifədən azad olunmuş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İş otağının təhvil verilməsi, əmək kitabçasının alınmasından imtina etmiş və bu barədə xx.xx.2024-cü il tarixli, 75 nömrəli akt tərtib edilmiş və polis orqanına müraciət edilərək vətəndaş İddiaçı iş otağının təhvil verilməsinə şərait yaradılması xahiş edildikdən sonra vətəndaş razılığa gələrək iş otağını təhvil vermiş və əmək kitabçasını qəbzə imza etməklə təhvil almışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə götürmə və işdən azadedilmə prosedurları qanunvericiliyin tələbləri daxilində aparıldığından vətəndaş İddiaçı iddiasının rədd olunması barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Etiraza həmçinin Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən İddiaçı barəsində verilmiş əmrlər, onun ərizələri, onunla bağlanmış əmək müqavilələri, ona ünvanlanmış 10 oktyabr və 25 oktyabr 2024-cü il tarixli xəbərdarlıqlar əlavə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 28 iyul 2025-ci il tarixə təyin olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi məhkəməyə 24 iyul 2025-ci il tarixdə daxil olmuş məktub göndərərək 28 iyul 2025-ci il tarixə təyin olunmuş məhkəmə prosesində məhkəmədə olan proseslərin sayının çoxluğunu nəzərə alaraq, nümayəndəsinin iştirakı olmadan keçirərək iddia tələbi əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - X3 tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, MŞN/24-İ-01660 nömrəli arayışdan aydın olur ki, İMS-də iştirak edən tərəf İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə işə bərpa və məcburi işəburaxmaya görə əmək haqqı tələbi barədə mediasiyanın tətbiqi barədə təklifinə əsasən ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixə təyin edilmiş, Naxçıvan MR Kommersiya Məhkəməsi təyin edilmiş İMS-də iştirak etməmişdir. - Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən Kəngərli Rayon Böyükdüz kənd sakini İddiaçı ünvanlanmış 04 dekabr 2024-cü il tarixli, 4-21/1-İ- 135-2024 nömrəli məktubdan görünür ki, məhkəməyə daxil olmuş fərdi əmək mübahisəsi ilə əlaqədar mediyasiya prosesinin tətbiqi barədə təklifə cavab olaraq onunla bağlanılmış müddətli əmək müqaviləsinə qanunvericiliyin tələbləri çərçivəsində xitam verildiyini, bu əsasla mediasıya prosesinin tətbiqi barədə təklifin tərəflərindən qəbul edilmədiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli “İşçiyə müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə işəgötürən tərəfindən” xəbərdarlıqdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin böyük-mütəxəssis inspektoru İddiaçı Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri X6 ilə 2 (iki) ay müddətinə bağladığı 09 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri X2 onunla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyi gün xitam veriləcəyi barədə məlumatı onun diqqətinə çatdırılmışdır. Həmçinin bildirilmişdir ki, xx.xx.2024-cü il tarixi həftələrarası istirahət gününə təsadüf etdiyindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir. Eyni zamanda, müqavilə müddətinin bitməsinə 1 (bir) həftə qalmış, yəni xx.xx.2024-cü il tarixində təkrar bu barədə xəbərdar ediləcəyi bildirilmişdir. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Naxçıvan MR Kommersiya məhkəməsində böyük mütəxəssis-inspektor vəzifəsində daimi dövlət qulluqçusu olaraq işə qəbul edilmiş, həmin tarixdə 3-cü dərəcə referent ixtisası dərəcəsi verilmiş, xx.xx.2023-cü il tarixində onunla 1 il müddətinə bağlanmış əmək müqqviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmış, 2-ci dərəcəli referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2023-cü ildə onunla 1 il müddətinə bağlanmış əmək müqqviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmış, xx.xx.2024-cü il tarixdə onunla 1 il müddətinə bağlanmış əmək müqqviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmış, 1-ci dərəcəli referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmiş, xx.xx.2024-cü il tarixdə böyük mütəxəssis-inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1991-ci ildə doğulmuşdur. - Kəngərli Rayon İcra Hakimiyyətinin Böyükdüz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 73 nömrəli arayışdan görünür ki, İddiaçı Kəngərli rayon Böyükdüz kəndində yaşayır. - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən məhkəməyə təqdim olunmuş etiraza əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 15 noyabr 2024-cü il tarixli, 4-21/1-1654/24 nömrəli məktubundan görünür ki, o, 01 mart 2022-ci il tarixli, İ-18 nömrəli ərizəsinə əsasən 01 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində vakant olan böyük mütəxəssis inspektor vəzifəsinə təyin edilmişdir. Onunla 01 mart 2022-ci il tarixdə 1 (bir) il müddətinə olmaqla 07 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. 01 mart 2023-cü il tarixdə həmin müqavilə 01 mart 2023-cü il tarixli ərizəsi əsas götürülməklə tərəflərin razılığı ilə 06 (altı) ay müddətinə uzadılmışdır. 01 sentyabr 2023-cü il tarixdə həmin müqavilə 01 sentyabr 2023-cü il tarixli ərizəsi əsas götürülməklə tərəflərin razılığı ilə yenidən 06 (altı) ay müddətinə uzadılmışdır. 11 mart 2024-cü il tarixdə həmin müqavilə yenidən 11 mart 2024-cü il tarixli ərizəniz əsas götürülməklə başlanğıcı 01 mart 2024-cü ildən hesablanmaqla tərəflərin razılığı ilə yenidən 06 (altı) ay müddətinə uzadılmışdır. 01 avqust 2024-cü il tarixdə 58 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən 01 avqust 2024-cü il tarixli ərizəniz əsas götürülməklə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad olunmuşdur. 02 sentyabr 2024-cü il tarixli, 1-1-66-1/2024 nömrəli ərizə əsas götürülməklə 02 sentyabr 2024-cü il tarixli, 70 nömrəli əmrlə məhkəmədə vakant olan böyük mütəxəssis inspektor vəzifəsinə təyin edilmişdir. Onunla 02 sentyabr 2024-cü il tarixdə 2 (iki) ay müddətinə olmaqla 09 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. 10 oktyabr 2024-cü il tarixdə "İşçiyə müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə işəgötürən tərəfindən” xəbərdarlıq edilmiş, bildirilmişdir ki, "Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri ilə bağladığınız 09 saylı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri sizinlə bağlanmış əmək müqaviləsinə müddəti bitdiyi gün xitam verilməsini istəyir. Həmçinin sizə bildirilmişdir ki, xx.xx.2024-cü il tarixi həftələrarası istirahət gününe təsadüf etdiyindən sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir. Eyni zamanda, müqavilənin müddətinin bitməsinə 1 (bir) həftə qalmış, yəni xx.xx.2024-cü il tarixində təkrar bu barədə xəbərdar ediləcəksiniz” və xəbərdarlığı 10 oktyabr 2024-cü il tarixdə imzalayaraq qəbul etmişdir. 25 oktyabr 2024-cü il tarixdə yenidən ona "İşçiyə müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə işəgötürən tərəfindən" xəbərdarlıq edilmiş, bildirilmişdir ki, "Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri ilə bağladığınız 09 saylı. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri sizinlə bağlanmış əmək müqaviləsinə müddəti bitdiyi gün xitam veriləcəyi barədə məlumatı sizin diqqətinizə çatdırır. Həmçinin sizə bildirilir ki, xx.xx.2024-cü il tarixi həftələrarası istirahət gününə təsadüf etdiyindən sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir.” Bu xəbərdarlıq ona təqdim olunmuş, tərəfindən oxunmuş, lakin imza edilməmiş və qəbul edilməmişdir. Bu barədə 25 oktyabr 2024-cü il tarixli, 70 nömrəli akt tərtib edilmişdir. Həmçinin əmək kitabçası ona təqdim edilmiş və siz əmək kitabçasını almaqdan imtina etmiş və eyni zamanda xidməti otağı da təhvil verərək tərk etməyəcəyini bildirdiyindən sədr tərəfindən bu məsələnin həll edilməsi məqsədilə məhkəmənin inzibati binasına polis əməkdaşları dəvət edilmiş və bundan sonra onun bildirdiyinə əsasən "atam dedi ki, əmək kitabçanı al və oranı tərk et" dediyini bildirərək əmək kitabçasının alınması barədə qəbz yazaraq təhvil almış və xidməti otağı təhvil verərək məhkəmə binasını tərk etmişdir. 01 noyabr 2024-cü il tarixli 90 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi əsas götürülməklə 04 noyabr 2024-cü il tarixdən etibarən tutduğu vəzifədən azad olunmuş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. - 04 noyabr 2024-cü il tarixli, 73, 74 və 75 nömrəli "İşçinin əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi barədə əmrin surətini almaqdan imtina edilməsi və əmək kitabçasının təhvil alınması barədə qəbzin imzalanmasından imtina edilməsi barədə” və "Aktın imzalanmasından imtina edilməsi barədə” aktların surətlərindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 90 saylı əmrinə əsasən 04 noyabr 2024-cü il tarixdə İddiaçı "Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin böyük-mütəxəssis - inspektor otağı üzrə malmaterialların təhvil təslimi barədə" Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 72 saylı, 04 noyabr 2024-cü il tarixli aktını imzalamaqdan imtina etmiş, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin böyük-mütəxəssis inspektor otağı üzrə mal-materialları təhvil-təslim etmək istəməmiş və "İşçinin əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi barədə əmrin surətini almaqdan imtina edilməsi və əmək kitabçasının təhvil alınması barədə qəbzin imzalanmasından imtina edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 73 saylı, 04 noyabr 2024-cü il tarixli aktı imzalamaqdan imtina etmişdir. - 18 oktyabr 2024-cü il tarixli, 66 nömrəli “İşçinin iş yerini nahar fasiləsindən öncə tərk etməsi barədə” aktdan görünür ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin böyük mütəxəssis-inspektoru İddiaçı 18 oktyabr 2024-cü il tarixdə, saat 12:56-da iş yerini tərk etməsi barədə vəziyyəti aşkar edilmişdir. İddiaçı yazdığı izahatda 18 oktyabr 2024-cü il tarixdə, saat 12:56-da nahar fasiləsi üçün iş yerindən çıxdığını, lakin saatı düzgün işləmədiyi üçün iş yerindən çıxarkən saatın 1300 olduğunu zənn edib, getdiyini bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 70 nömrəli əmrinin surətindən məlum olur ki, dövlət qulluğunun 1-ci dərəcə referenti ixtisas dərəcəli İddiaçı 02 sentyabr 2024-cü il tarixdən etibarən dövlət qulluğuna qəbul edilərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində böyük mütəxəssis-inspektor vəzifəsinə təyin edilməsi və İddiaçı ilə əmək müqaviləsinin bağlanmasının təmin edilməsi əmr edilmişdir. - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 90 nömrəli əmrinin surətindən aydın olur ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin böyük mütəxəssisi-inspektoru İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə əsasən 02-03 noyabr 2024-cü il tarixləri həftələrarası istirahət gününə təsadüf etdiyindən 04 noyabr 2024-cü il tarixdən etibarən tutduğu vəzifədən azad olunması, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi, İddiaçı son haqq-hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi ilə məhkəmənin digər işçiləri arasında bağlanmış müddətli əmək müqavilələrinin surətləri məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. - 1.1.10-cu maddəsinə əsasən dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. - 10.6-cı maddəsinə əsasən yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. - 13.1-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir. - 30.6-cı maddəsinə əsasən yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. - 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia müddəti buraxılmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddiaçı mübahisələndirdiyi əmr ona təqdim edildikdən sonra ilkin olaraq mediasiya sessiyasında iştirak etmələri barədə tərəfə təklif göndərmiş, Naxçıvan MR Kommersiya Məhkəməsindən mediasiya sessiyasında iştirak etməkdən imtina cavabı alındıqdan sonra ona X1 arayış təqdim edilmiş və iddiaçı bundan sonra məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı ilk dəfə 01 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Naxçıvan MR Kommersiya məhkəməsində vakant olan böyük mütəxəssis-inspektor vəzifəsinə təyin edilməsini xahiş etmişdir. Onun barəsində 01 mart 2022-ci il tarixdə əmr imzalanmış, 01 mart 2022-ci il tarixdən 01 mart 2023-cü il tarixədək müddətli, 07 nömrəli əmək müqaviləsi bağlanaraq iddiaçı tərəfindən işin icrasına başlanılmışdır. İş materiallarında olan idiaçının sonrakı ərizələrindən və onun barəsində verilən əmrlərin surətlərindən məlum olduğu kimi, İddiaçı onunla 01 mart 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin 6 (altı) ay uzadılmasını xahiş etmişdir. 01 mart 2023-cü il tarixdə iddiaçının 01 mart 2023-cü il tarixli ərizəsi əsas götürülməklə tərəflərin razılığı ilə həmin müqavilə 06 (altı) ay müddətinə uzadılmışdır. 01 sentyabr 2023-cü il tarixdə iddiaçının 01 sentyabr 2023-cü il tarixli ərizəsi əsas götürülməklə tərəflərin razılığı ilə yenidən həmin müqavilə 06 (altı) ay müddətinə uzadılmışdır. 11 mart 2024-cü il tarixdə yenidən iddiaçının 11 mart 2024-cü il tarixli ərizəsi əsas götürülməklə başlanğıcı 01 mart 2024-cü ildən hesablanmaqla tərəflərin razılığı ilə yenidən həmin müqavilə 06 (altı) ay müddətinə uzadılmışdır. 01 avqust 2024-cü il tarixdə 58 nömrəli əmrlə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən İddiaçı 01 avqust 2024-cü il tarixli ərizəsi əsas götürülməklə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı 02 sentyabr 2024-cü il tarixdə ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək böyük mütəxəssis inspektor vəzifəsinə təyin olunmağı barədə müvafiq əmr verilməsi xahiş etmişdir. Cavabdehin 02 sentyabr 2024-cü il tarixli əmri əsasında iddiaçı ilə 2 (iki) ay müddətinə 09 nömrəli əmək müqaviləsi bağlanaraq Naxçıvan MR Kommersiya Məhkəməsinin sədri X6 və İddiaçı tərəfindən imzalanmışdır. MəhkƏmə qeyd edir ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.6-cı maddəsinə əsasən yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İş materiallarına aydın olur ki, cavabdeh orqan AR Əmək Məcəlləsinin 73-cü maddəsinə və əmək müqaviləsinin 9.4-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən 10 oktyabr və 25 oktyabr 2024-cü il tarixli “İşçiyə müddətli əmək müqaviləsinin müddətinin bitməsi tarixindən müddətin uzadılmaması barədə işəgötürən tərəfindən” xəbərdarlıqlar göndərmiş və 01 noyabr 2024cü il tarixdə əmr imzalayaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam vermişdir. Məhkəmə qeyd edir ki, AR Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi bağlanıla bilər. Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlanıla bilər. İş materiallarından müəyyən edilir ki, iddiaçı həmin məhkəmədə işlədiyi bütün dövrlərdə müddətli əmək müqaviləsi əsasında işləmiş və sonuncu 2 (iki) ay müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verməklə müqavilənin müddətli bağlanmasına heç bir etirazı olmadan əmək müqaviləsini imzalayaraq əmək münasibətinin tərəfi olmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi ilə 2020-2025-ci illərə dair işəgötürənlə digər işçilər arasında bağlanmış əmək müqavilələrindən də aydın olur ki, Kommersiya Məhkəməsi tərəfindən digər işçilərlə də oxşar müddətli əmək müqavilələri bağlanmışdır. İddia tələbi əmrinin ləğv edilməsi hissəsində təmin edilmədiyinə görə iddia tələbinin digər hissələrinin hüquqi müqəddəratı məhz bu tələblə bağlı mübahisənin həllindən asılı olduğundan məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə hüquqi dəyərləndirmə aparmağa lüzum görmür. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə qarşı "Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə qarşı "Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar