Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-647/2025 20.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddiaçı İdris oğlunun Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 9, ev 6 ünvanında yerləşən, onun faktiki istifadəsində olan və arxiv arayışı əsasında ona məxsus olan 0.15 ha torpaq sahəsinin onun adına qeydə alınması və çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İdris oğlunun Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 9, ev 6 ünvanında yerləşən, onun faktiki istifadəsində olan və arxiv arayışı əsasında ona məxsus olan 0.15 ha torpaq sahəsinin onun adına qeydə alınması və çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 20 avqust 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış 12 avqust 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Naxçıvan MR İnzibati Məhkəməsində cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı aşağıdakı tələblə bağlı iddia qaldırmışdır: "İddiaçı ünvan 1 ünvanında yerləşən, onun faktiki istifadəsində olan və arxiv arayışı əsasında ona məxsus olan 0.15 ha torpaq sahəsinin İddiaçı adına qeydə alınması və çıxarış və planölçünün verilməsi öhdəliyinin cavabdeh inzibati orqan – Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması". Mübahisə məhkəmədən kənar həll olunmuş, cavabdeh inziabti orqan tərəfindən iddiaçının tələbi təmin olunmuşdur. Buna görə də məhkəmədən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. AR İPM ... Maddə 67. İddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Qeyd edilən inzibati iddia üzrə artıq mübahisənin inzibati orqan tərəfindən həll olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi və iddia ərizəsi və əlavə olunmuş sənədlərin vəkil və nümayəndə olaraq ona qaytarılması (rəsmi qaydada) xahiş edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın elektron qaydada təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 9, ev 6 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi və 186.03 kv.m. fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 18/58 nömrəli reyestr kitabının 11383 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi-**********31-10301, **********, qeydiyyat tarixi-xx.xx.2025). Məhkəmə iddiaçı tərəfin ərizəsini, məhkəməyə təqdim edilmiş sübutları və iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırki işin hallarından və təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Belə ki, iddiaçının tələbi Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 9, ev 6 ünvanında yerləşən, onun faktiki istifadəsində olan və arxiv arayışı əsasında ona məxsus olan 0.15 ha torpaq sahəsinin onun adına qeydə alınması və çıxarış və plan-ölçünün verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, iddiaçıya müvafiq çıxarış verilmiş və tələbi təmin edilmişdir. Buna görə də hazırki vəziyyətdə iddiaçının vəkili və nümayəndəsinin də ərizədə qeyd etdiyi kimi iddiaçının heç bir tələbi mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddiaçı İdris oğlunun Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 9, ev 6 ünvanında yerləşən, onun faktiki istifadəsində olan və arxiv arayışı əsasında ona məxsus olan 0.15 ha torpaq sahəsinin onun adına qeydə alınması və çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-647/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-647/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver