Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-648/2023 10.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur şəhəri Nizami küçəsində yerləşən və Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 225 saylı sərəncamı əsasında xx.xx.1999-cu il tarixli 000580 nömrəsi ilə 5 nömrəli reyestr kitabında səhifə 35-də 179 nömrəli qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmiş ona məxsus olan 55.2 m/kv olan və 2010-cu ildə ona bildirilmədən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “X1” MMC-nin nəfinə keçirilən çayxanaya görə ona vurulmuş 100000 manat pulun cavabdehdən və üçüncü şəxslərdən tutularaq ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur şəhəri Nizami küçəsində yerləşən və Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 225 saylı sərəncamı əsasında xx.xx.1999-cu il tarixli 000580 nömrəsi ilə 5 nömrəli reyestr kitabında səhifə 35-də 179 nömrəli qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmiş ona məxsus olan 55.2 m/kv olan və 2010-cu ildə ona bildirilmədən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “X1” MMC-nin nəfinə keçirilən çayxanaya görə ona vurulmuş 100000 manat pulun cavabdehdən və üçüncü şəxslərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 10 iyul 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi X3 tərəfindən dəftərxana vasitəsi ilə məhkəməyə daxil olmuş 10 iyul 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur şəhəri Nizami küçəsində yerləşən və Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 225 saylı sərəncamı əsasında xx.xx.1999-cu il tarixli, 000580 nömrəsi ilə 5 nömrəli reyestr kitabında səhifə 35-də 179 nömrəli qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmiş ona məxsus olan 55.2 m/kv olan və 2010-cu ildə ona bildirilmədən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “X1” MMC-nin nəfinə keçirilən çayxanaya görə ona vurulmuş 100000 manat pulun cavabdehdən və üçüncü şəxslərdən tutularaq ona ödənilməsi barədə iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin 10 iyul 2022-ci il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur şəhəri Nizami küçəsində yerləşən və Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 225 saylı sərəncamı əsasında xx.xx.1999-cu il tarixli 000580 nömrəsi ilə 5 nömrəli reyestr kitabında səhifə 35-də 179 nömrəli qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmiş ona məxsus olan 55.2 m/kv olan və 2010-cu ildə ona bildirilmədən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “X1” MMC-nin nəfinə keçirilən çayxanaya görə ona vurulmuş 100000 manat pulun cavabdehdən və üçüncü şəxslərdən tutularaq ona ödənilməsi tələbi”nə dair iddiası üzrə İddiaçı və iddiaçının vəkili və nümayəndəsi X2 10 iyul 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı və iddiaçının vəkili və nümayəndəsi X2 10 iyul 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur şəhəri Nizami küçəsində yerləşən və Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 225 saylı sərəncamı əsasında xx.xx.1999-cu il tarixli 000580 nömrəsi ilə 5 nömrəli reyestr kitabında səhifə 35-də 179 nömrəli qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmiş ona məxsus olan 55.2 m/kv olan və 2010-cu ildə ona bildirilmədən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “X1” MMC-nin nəfinə keçirilən çayxanaya görə ona vurulmuş 100000 manat pulun cavabdehdən və üçüncü şəxslərdən tutularaq ona ödənilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-648/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-648/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver