Məhkəmə qərarları › İş №2-1(122)-648/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-648/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-648/2025 30.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçı Novruzova (Hüseynova) Zəhra Fərman qızının və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "mərhum anaları X6 Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakda olan 1/3 hissə payının vərəsələri İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı tərəfindən faktiki qəbul olunması və vərəsələri arasında bölünməsi faktı Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə düzgün hesab edildiyindən, vərəsələrə çıxarışın verilərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anaları X6 Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakda olan 1/3 hissə payının vərəsələri İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı tərəfindən faktiki qəbul olunması və vərəsələri arasında bölünməsi faktı Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə düzgün hesab edildiyindən, vərəsələrə çıxarışın verilərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı daşınmaz əmlak (ev) mərhum babaları X2 miras olaraq qalmışdır. X3 aşağıdakı vərəsələri vardır: 1. X21 2. X10

3. X17 4. X15 5. X18 6. X19 7. X16 8. X20. Qeyd olunan vərəsələrdən mərhum dayıları X18, dayıları X20 və mərhum anaları X6 mərhum babaları X2 miras olaraq qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakı (evi) faktiki olaraq bərabər paylarda qəbul etməkləri Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur. Mərhum anaları X6 aşağıdakı vərəsələri vardır: 1. X11 2. İddiaçı1 3. İddiaçı2. Məlum qətnamə qüvvəsini aldıqdan sonra dayıları X20 payını qeydiyyatdan keçirərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alsa da, mərhum Əjdər Qasımov və Səidə Qasımova sağlıqlarında nə özləri, nə də ki, vəfatlarından sonra vərəsələri olaraq iddiaçılar (analarına münasibətdə) babalarından qalan mirası faktiki yaşamaqla qəbul etsələr də, qeydiyyata aldırmamışdırlar. Bu səbəbdən də həmin daşınmaz əmlakın (evin) 1/3 hissəsi dayıları Malik Qasımovun adına qeydiyyata alınmış, 2/3 hissəsi isə miras qoyan mərhum babaları X3 adında qalmışdır. Belə ki, mərhum dayıları Əjdər Qasımov və mərhum anaları Səidə Qasımovanın məlum qətnamə ilə payları müəyyən edilmiş miras əmlakda hazırda yaşayan vərəsələri olaraq biz öz valideyinləriə münasibətdə mirası faktiki qəbul etsələr də miras əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə heç bir əməliyyat apara bilməmişdirlər. Bu səbəbdən də miras əmlakın 2/3 hissəsi miras qoyan mərhum X3 adında qalmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsinin 10-cu səhifəsinin 3-cü abzasında və 12-ci səhifəsinin 2-ci abzasında mərhum X2 miras olaraq qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakın (evin) vərəsələri mərhum dayıları X18, dayıları X20 və mərhum anaları X6 faktiki olaraq 1/3 hissədə olmaqla bərabər paylarda qəbul etməsi və Səidə Qasımovanın qəbul etdiyi 1/3 hissə payı vərəsələri olaraq da onların - Novruzova (Hüseynova) Zəhra Fərman qızı və X4 arasında bölünməsini düzgün hesab etmişdir. Hal-hazırda ünvan 2 ünvanınındakı daşınmaz əmlakın onlara çatan hissəsini rəsmiləşdirmək üçün məhkəmə qərarı olması zərurəti yaranmışdır. Mərhum analarından miras qalan əmlaka (1/3 hissəyə) dair vərəsə olaraq cavabdeh orqandan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəsələr də, cavabdeh orqan çıxarışın verilməsindən imtina etmişdir. Onlar həmin daşınmaz əmlakdakı 1/3 hissədə miras payı ilə bağlı heç bir hüquqlarını həyata keçirə bilmirlər. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət edərək daşınmaz əmlaka dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını istəyirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş və məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq iddia tələbinin aydın ifadə olunmadığı, həmçinin iddia ərizəsinə mərhum X2 və mərhum anaları X5 qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsinin və ya miras əmlakın hansı hissədə qəbul edildiyinə dair digər hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi bildirilmiş, hazırki iddia tələbi üzrə hüquqi maraqlarının təmin edilməsi məqsədilə ilkin olaraq iddia etdikləri miras əmlaka dair miras paylarının müəyyən edilməsi faktı barədə müvafiq məhkəməyə müraciət etməklərinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 30 may 2025-ci il tarixə təyin edilərək məhkəmə tərəfindən iddiaçı tərəfə yenidən yardım məktubu göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Novruzova (Hüseynova) Zəhra Fərman qızı göndərilən yardım məktublarından xəbərdar olduğunu bildirib, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X8 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmənin əsaslandırması: Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçı tərəfin ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək onlara zəruri hüquqi yardım göstərilmiş, hüquqi nəticələr barədə bilavasitə məlumatlandırılmışlar. Məhkəmə qeyd edir ki, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia tələbinin məzmunundan belə müəyyən edilir ki, iddiaçıların tələbi mərhum anaları X6 Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakda olan 1/3 hissə payının vərəsələri İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı tərəfindən faktiki qəbul olunması və vərəsələri arasında bölünməsi faktı Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə düzgün hesab edildiyindən, vərəsələrə çıxarışın verilərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən vərəsələrin mirası qəbul etməsini təsdiq edən sənəd vərəsəlik şəhadətnaməsidir. Hazırkı vəziyyətdə iddiaçıların məhrum anaları X5 qalan miras əmlaka dair vərəsəlik şəhadətnamələrinin olmaması (ən azından bu hal iş materialları ilə təsdiq edilmir) iddiaçıların tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna edir. Başqa sözlə iddiaçılar mirasın qəbuluna dair və miras qalan daşınmaz əmlaka dair paylarının müəyyən edilməsi barədə sübut təqdim etmədiklərindən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları istisna olunur. İddiaçılar mərhum anaları X6 Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakda olan 1/3 hissə payının vərəsələri İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı tərəfindən faktiki qəbul olunması və vərəsələri arasında bölünməsi faktının Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə müəyyən edilməsinə istinad etmişdirlər. Lakin iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsindən aydın olur ki, iddiaçı X9 cavabdehlər X7, X12, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və X13 qarşı mərhum X3 mülkiyyətində olan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi, mərhum X2 qalan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanında yerləşən miras əmlakın X20 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanında yerləşən miras əmlakda X9 payının 1/3 hissə olması müəyyən olunması qət edilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin nəticə hissəsi hüquqi baxımdan yekun, yəni icra edilən hissədir. Lakin təsviri, əsaslandırıcı hissə isə qərarın əsaslarını izah edən, lakin icra və hüquqi nəticə doğurmayan hissəsidir. Başqa sözlə, qətnamənin təsviri və əsaslandırıcı hissəsində iddiaçıların anasının adına 1/3 paydan bəhs olunur, lakin qətnamənin nəticə hissəsində onun hüququ qəti şəkildə tanınmamış, həmçinin həmin payın İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı tərəfindən faktiki qəbul olunması və onlar arasında bölünməsi faktı ilə bağlı hər hansı müddəa mövcud deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçılar qətnamənin yalnız əsaslandırıcı hissəsinə istinad etməklə analarının payına dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüququna malik deyildirlər. İşin halları baxımından iddiaçıların hazırkı tələblə bağlı subyektiv hüququ tərəflərin razılaşması və ya yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin müvafiq maddələrinin tələbi baxımından onlar arasında mülki məhkəmə icraatı qaydasında qanuni qüvvəsini almış məhkəmə aktı ilə yarana bilər. Məhz bu barədə məhkəmə aktı qanuni qüvvəyə mindiyi təqdirdə həmin hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməkdə haqlı hesab oluna bilərlər. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "mərhum anaları X6 Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakda olan 1/3 hissə payının vərəsələri İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı tərəfindən faktiki qəbul olunması və vərəsələri arasında bölünməsi faktı Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)- 661/2020 nömrəli qətnaməsi ilə düzgün hesab edildiyindən, vərəsələrə çıxarışın verilərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddiaçılar İddiaçı1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "mərhum anaları X6 Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 8, ev 4 ünvanındakı daşınmaz əmlakda olan 1/3 hissə payının vərəsələri X14 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı tərəfindən faktiki qəbul olunması və vərəsələri arasında bölünməsi faktı Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə düzgün hesab edildiyindən, vərəsələrə çıxarışın verilərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar