Məhkəmə qərarları › İş №2-1(122)-659/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-659/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-659/2025 11.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X2 Heydər oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı "mərhum atası X1 mülkiyyətində olmuş Kəngərli rayon Qarabağlar kənd ərazisində yerləşən ümumi sahəsi 12 m2 olan bərbərxana binasının sökülməsinə görə torpaq sahəsinin geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı mərhum atası X1 mülkiyyətində olmuş Kəngərli rayon Qarabağlar kənd ərazisində yerləşən ümumi sahəsi 12 m2 olan bərbərxana binasının sökülməsinə görə torpaq sahəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 11 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 30 yanvar 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, mərhum atası X1 mülkiyyətində olmuş Kəngərli rayon Qarabağlar kənd ərazisində yerləşən ümumi sahəsi 12 m2 olan bərbərxana binasının sökülməsinə görə torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia qaldırdığını bildirmiş, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən, torpaq sahəsinin geri qaytarılması barədə razılaşma olduğundan iddiadan imtina barədə ərizənin qəbul edilib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "mərhum atası X1 mülkiyyətində olmuş Kəngərli rayon Qarabağlar kənd ərazisində yerləşən ümumi sahəsi 12 m2 olan bərbərxana binasının sökülməsinə görə torpaq sahəsinin geri qaytarılması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı 30 yanvar 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "mərhum atası X1 mülkiyyətində olmuş Kəngərli rayon Qarabağlar kənd ərazisində yerləşən ümumi sahəsi 12 m2 olan bərbərxana binasının sökülməsinə görə torpaq sahəsinin geri qaytarılması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar