Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-66/2020 13.08.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarının qismən ləğv edilməsi (X9 və X8 münasibətdə) və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamənin ləğv olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarının qismən ləğv edilməsi (X9 və X8 münasibətdə) və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamənin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 1983-cü il tarixdən mərhum atası X6 Babək rayon Yarımca kəndində ona tikdiyi evdə həmin tarixdən 24 iyun 2019-cu il tarixədək ailə və uşaqları ilə birlikdə yaşamışdır. Onun evinin bir yolu olub, hal-hazırda qardaşı Qocaman istifadə etməyə imkan vermir. İddiaçı mərhum atasının və anasının ölümündən sonra da həmin yoldan istifadə etmişdir. Onun məlumatı olmadan qardaşı X1 Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək rayon İdarəsinə müraciət edərək mərhum atası X6 adına Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və torpağın mülkiyyətə verilməsinə dair 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında torpaq sahəsini və evi ölçdürmüş, həmin mülkə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Babək rayon Yarımca kəndində mərhum atası X5 miras qalan torpaq sahəsinə və evə ölçü aparılan zaman düzgün ölçü aparılmayaraq onun evinə gedən yol mərhum atasının torpaq sahəsinin üzərinə ölçülmüşdür. X2 Babək Rayon Məhkəməsində mərhum atasından qalan mirasın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar iddia qaldıranda məlumatı olmuşdur ki, qardaşı Qocaman Mahmudov mərhum atası Baba Mahmudovun adına onun yolu nəzərə alınmadan çıxarış almışdır. Onun evinə gedən yol Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə verilən zaman düzgün ölçülməmiş və onun əsasında da torpaq həmin əmlakın üzərinə hesablanmışdır. İddiaçı hesab edir ki, bunlara baxmayaraq, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan Qocaman Mahmudovun iddiası Babək Rayon Məhkəməsində təmin edilmişdir. O, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apelyasiya şikayəti vermişdir. İddiaçının evinə gedən yol sahəsi torpaq ölçülən zaman yol nəzərə alınmadan ölçülmüşdür. Ona aid yolun küçədən girişinə böyük qapı darvaza olub, həmin darvaza 1990-cı ildən orada yerləşir. Qardaşı atasından qalmış mirası qəbul etməklə onun 40 illik evə gedən yolunu bağlayıb, iddiaçı öz evinə gedə bilmir. Çıxarışın etibarsızlığı ilə əlaqədar Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmə gedişində iddianı dayandırmış və yenidən Babək Rayon Məhkəməsində X6 adına verilmiş Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamənin qismən etibarsızlığı barədə iddia qaldırmışdır. Bundan əlavə olaraq, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək rayon İdarəsinin rəyində qeyd edilir ki, iddia olunan gediş-gəliş yolu torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və texniki pasportda göstərilən həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin islahat dövrü gediş-gəliş yolu ilə təmin olunmadığı qeyd edilir. İddiaçı mülkiyyətində olan evə gediş-gəliş yolu olmadığından məcbur qalıb evi bağlayıb, evdən çıxaraq Naxçıvan şəhərində kirayə yaşayır. O hesab edir ki, iş tamamilə araşdırılıb X6 adına verilmiş Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə qismən ləğv edilməklə onun evinə gediş-gəliş yolu müəyyən olunacaqdır. İddiaçı qeyd edilənlərə əsasən İddiaçı Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarının qismən ləğv edilməsi (X9 və X8 münasibətdə) və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamənin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 13 avqust 2020-ci il tarixə təyin edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış keçirərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh orqana müraciəti və ya orqan tərəfindən müraciətdən imtina edilməsi barədə cavab məktubu iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh orqana rəsmi müraciət etmədiyini, elə bu səbəbdən də məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin arasında cavabdeh şəxsin imtina məktubunun olmadığını bildirsə də, iddiasının mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 izahat verərək, iddiaçı tərəfindən təmsil etdiyi orqana iddia tələbi ilə bağlı rəsmən müraciət edilmədiyini bildirərək iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı müvafiq sənədləri iddia ərizəsinə əlavə etmədiyindən hazırki vəziyyətdə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Əvvələn, məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı iddia tələbi ilə bağlı yuxarıda qeyd edilən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7.8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarının qismən ləğv edilməsi (X9 və X8 münasibətdə) və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamənin ləğv olunmasına dair iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələnin həlli üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə rəsmən müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı çatışmayan sənədləri iddia ərizəsinə əlavə etməklə məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarının qismən ləğv edilməsi (X9 və X8 münasibətdə) və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamənin ləğv olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-66/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-66/2020
13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver