Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-66/2021 30.06.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 26 fevral 2021-ci il tarixli, 06/146 saylı imtina məktubunun əsassız sayılması, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə Şahbuz rayonu, Güney Qışlaq kəndində İddiaçı JN 340 B (KOD- ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndə və vəkil vasitəsilə məhkəməyə müraciət edərək, 26 fevral 2021-ci il tarixli, 06/146 saylı imtina məktubunun əsassız sayılması, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə Şahbuz rayonu, Güney Qışlaq kəndində İddiaçı JN 340 B (kod********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması və müvafiq torpaq sahəsinə plan-ölçünün verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. 15 aprel 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuşdur. 22 aprel 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı iclasında iddiaçının vəkili Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə 12 aprel 2021-ci il tarixli ərizəni müdafiə edərək hazırki iddia tələbinin “Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 26 fevral 2021-ci il tarixli, 06/146 saylı imtina məktubunun əsassız sayılması, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə Şahbuz rayonu, Güney Qışlaq kəndində İddiaçı JN 340 B (KOD-********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi olduğunu bildirərək, iddia tələbinin yuxarıda göstərilən formada icraata qəbul edilməsini xahiş etmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2- 1(122)-66/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddiaçının vəkili Vəkil məhkəməyə 20 may 2021-ci il tarixli və 10 iyun 2021-ci il tarixli ərizə göndərərək, işin məhkəmədənkənar həlli məqsədilə hazırlıq icraatı iclasının müəyyən tarixə təxirə salınmasını xahiş etmişdir. Buna görə də hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 30 iyun 2021-ci il tarixə təyin olunmuşdur. İddiaçı X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil 26 fevral 2021-ci il tarixli, 06/146 saylı imtina məktubunun əsassız sayılması, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə Şahbuz rayonu, Güney Qışlaq kəndində İddiaçı JN 340 B (kod-********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia qaldırdıqlarını, 10 iyun 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tələbin cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar təmin olunması üçün məhkəmə iclasının təxirə salınaraq 20 gün müddət təyin edilməsini xahiş etdiklərini, cavabdeh tərəfindən tələb təmin edildiyindən və mübahisə ilə bağlı tələb mövcud olmadığından, yəni cavabdeh inzibati orqan tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyindən iş üzrə icraata xitam verilməsini xahiş edərək, bu barədə yazdıqları 30 iyun 2021-ci il tarixli ərizəni, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətini məhkəməyə təqdim etmişdirlər. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı çıxarışın verilməsi barədə iddia qaldırdığını, məhkəmənin gedişatında iddiaçının tələbinin xidmət tərəfindən təmin olunduğunu bildirərək, bu barədə yazdığı 30 iyun 2021-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X5 Xidməti tərəfindən verilmiş 17.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şahbuz rayonu, Güney Qışlaq kəndində yerləşən 0.2322 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən 20/7 nömrəli reyestr kitabının 1198 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim etdikləri ərizələri və sənədləri nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırki işin hallarından, tərəflərin məhkəmədəki izahatlarından, təqdim etdikləri ərizələrdən və sənədlərdən də görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırki vəziyyətdə iddiaçının heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3, 80 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 26 fevral 2021-ci il tarixli, 06/146 saylı imtina məktubunun əsassız sayılması, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə Şahbuz rayonu, Güney Qışlaq kəndində İddiaçı JN 340 B (KOD- ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İş üzrə icraata xitam verildiyindən prosessual xərclər iddiaçıya aid edilsin. Bu qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-66/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-66/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver