Məhkəmə qərarları › İş №2-1(122)-670/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-670/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-670/2025 15.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehdən mülkiyyətlərində olan Naxçıvan şəhər 1 №-li bazarın ortasında yerləşən 5x7.0 (52.5 kvm) ölçüdə olan radio-televizor sexinin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən mülkiyyətlərində olan Naxçıvan şəhər 1 №-li bazarın ortasında yerləşən 5x7.0 (52.5 kvm) ölçüdə olan radio-televizor sexinin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 15 aprel 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətindən mülkiyyətlərində olan Naxçıvan şəhər 1 №-li bazarın ortasında yerləşən 5x7.0 (52.5 kvm) ölçüdə olan radio-televizor sexinin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddia qaldırdığını, məhkəmədən kənar Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə razılıq əldə edildiyindən iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, imtina barədə ərizənin qəbul edilib iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və bu barədə yazdığı 15 aprel 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iddiaçının iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehdən mülkiyyətlərində olan Naxçıvan şəhər 1 №-li bazarın ortasında yerləşən 5x7.0 (52.5 kvm) ölçüdə olan radio-televizor sexinin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya ödənilməsi tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı 15 aprel 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehdən mülkiyyətlərində olan Naxçıvan şəhər 1 №-li bazarın ortasında yerləşən 5x7.0 (52.5 kvm) ölçüdə olan radio-televizor sexinin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya ödənilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar