Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-673/2025 27.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan Ordubad rayon Vənənd kəndində 212.79 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 154.79 kv.m yaşayış, qeyriyaşayış 25.07 kv.m köməkçi sahəsinin sökülməsi ilə bağlı verilmiş 6840 manata münasibətdə, əmlakın yenidən bazar qiymətinə münasibətdə qiymətləndirməklə dəyərin və ya dəyərin əvəzi olaraq torpaq sahəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Ordubad rayon Vənənd kəndində 212.79 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 154.79 kv.m yaşayış, qeyri-yaşayış 25.07 kv.m köməkçi sahəsinin sökülməsi ilə bağlı verilmiş 6840 manata münasibətdə, əmlakın yenidən bazar qiymətinə münasibətdə qiymətləndirməklə dəyərin və ya dəyərin əvəzi olaraq torpaq sahəsi ilə əvəz olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 27 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq qeyd olunan daşınmaz əmlakın dövlət qeydiyyatının Cavabdeh başçısının rayonun “Vənənd kəndində yerləşən tikililərin Dövlət ehtiyacları üçün alınması” haqqında 07 may 2019-cu il tarixli 19 nömrəli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 67 nömrəli Qərarı əsasında ləğv edildiyi bildirilmiş, Ordubad rayon Vənənd kəndində 212.79 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 məhkəməyə verdiyi izahatında anasına məxsus olmuş binanın Cavabdeh tərəfindən söküldüyünü, təklif edilmiş 6840 manat məbləğdə pulun az olmasını cavabdehə şifahi qaydada bildirdiklərini, cavabdeh tərəfindən əlavə torpaq sahəsinin onlara veriləcəyini şifahi qaydada bildirdiklərini, lakin verilmədiyini, sökülən binanın yararlı materiallarının (mişar daşlarının) onlara məxsus torpaq sahəsinə cavabdeh tərəfindən əvəzsiz daşınaraq verildiyini, anası İddiaçı həmin binanın dövlət mülkiyyətinə verilməsinə razı olmasına dair notarial qaydada özünün ərizə verdiyini və əmlakın dəyəri olan 6840 manat məbləğdə pulun nağdsız qaydada qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 və iddiaçının vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olmuş Ordubad rayon Vənənd kəndində 212.79 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına aldıraraq mülkiyyət hüququ əldə etdiyini, 2019-cu ildə evinin söküldüyünü, kompensasiya olaraq təklif olunan 6840 manat məbləğdə pulun oğlu Məhəmməd Məmmədov tərəfindən imza edilərək aldığını, özünün isə buna razılığının olmadığını bildirərək qeyd olunan daşınmaz əmlakın yenidən bazar qiymətinə münasibətdə qiymətləndirilməklə dəyərinin və ya dəyərin əvəzi olaraq əlavə torpaq sahəsinin verilməsini tələb edir. Məhkəmə icraatı gedişində müəyyən olunmuşdur ki, Cavabdeh başçısının rayonun Vənənd kəndində yerləşən tikililərin Dövlət ehtiyacları üçün alınması haqqında 07 may 2019-cu il tarixli 19 nömrəli Sərəncamı ilə İddiaçı adına olan 212,79 kv.m torpaq sahəsində yerləşən 154,79 kv.m yaşayış, 25,07 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin Xidmət Mərkəzinin tikintisi məqsədilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 2010-cu il tarixli 987-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununa uyğun olaraq 6840.00 (altı min səkkiz yüz qırx) manat ödənilməsi qarşılığında Dövlət ehtiyacları üçün alınmasına qərar verilmişdir. İddiaçı qeyd edilən sərəncamı mübahisələndirməmiş, 29 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə ona məxsus olan Ordubad rayon Vənənd kəndində 212.79 kv.m torpaq sahəsi üzərində yerləşən 4 otaqlı fərdi yaşayış evinin kompensasiyasının ödənilməsi qarşılığında dövlət mülkiyyətinə verilməsinə razılığını bildirmiş və sonradan əmlakın dəyəri olan məbləği cavabdehdən qəbul etmişdir. Bundan sonra, Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ordubad rayon Vənənd kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı Cavabdeh başçısının rayonun Vənənd kəndində yerləşən tikililərin Dövlət ehtiyacları üçün alınması haqqında 07 may 2019-cu il tarixli 19 nömrəli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 67 nömrəli Qərarı əsasında ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı həmin binanın dövlət mülkiyyətinə verilməsinə razı olmasına dair notarial qaydada ərizə verib, əmlakın dəyərini cavabdehdən qəbul edərək artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda, mübahisə predmeti olan əmlaka dair texniki sənədlərin kserosurətini məhkəməyə təqdim edərək, cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür Diqqətə alınmalıdır ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin baş verməsinə dair ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X8 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Beləliklə də, sadalanan normaların tələblərinə və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Odur ki, məhkəmə İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan Ordubad rayon Vənənd kəndində 212.79 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 154.79 kv.m yaşayış, qeyri-yaşayış 25.07 kv.m köməkçi sahəsinin sökülməsi ilə bağlı verilmiş 6840 manata münasibətdə, əmlakın yenidən bazar qiymətinə münasibətdə qiymətləndirməklə dəyərin və ya dəyərin əvəzi olaraq torpaq sahəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-673/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-673/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver