Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-676/2025 01.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evinin ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia tələbini onunla əsaslandırmışdır ki, Sədərək rayon Məhkəməsinin 193-2(008)-7/2010 nömrəli xx.xx.2010-cu il tarixli qətnaməsi ilə “İddia təmin edilmiş, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehlər X4 adına verilmiş JN-30866C kadastr nömrəli, İddiaçı adına verilmiş JN- 3044A kadastr nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr etibarsız hesab edilmişdir. Cavabdeh Başçısının “Sədərək rayon Heydərabad qəsəbəsində vətəndaşlara mənzillər verilməsinə dair müxtəlif dövrlərdə verilmiş Cavabdeh başçısının sərəncamlarının ləğv edilməsi haqqında” 07 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamı ilə Sədərək rayonunun Heydərabad qəsəbəsində vətəndaşlara 53 ədəd mənzil verilməsinə dair rayon icra hakimiyyəti başçısı tərəfindən müxtəlif tarixlərdə verilmiş sərəncamlar ləğv edilmişdir. Deməli, açıq-aşkardır ki, vaxtı ilə vətəndaşlara mənzil verilməsinə dair Cavabdeh Başçısının Sərəncamları xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Cavabdeh Başçısının “Sədərək rayon Heydərabad qəsəbəsində dövlət balansında olan mənzillərin order əsasında 51 vətəndaşın ailəsi ilə birlikdə istifadəsinə verilməsi haqqında” 08 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamı ilə Heydərabad qəsəbəsində yerləşən dövlət balansında olan 2 mərtəbəli evlərdən 2 nömrəli mənzil (yəni İddiaçı məxsus mənzil) X4 istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən verilmiş 41 nömrəli 23 fevral 2023-cü il tarixli orderin kötüyündə göstərilir ki, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən 2 mərtəbəli, 124,6 kvadratmetr yaşayış, 687 kvadratmetr həyətyanı sahəsi olan 2 nömrəli mənzil (yəni İddiaçı məxsus mənzil) X4 və onun ailəsinin istifadəsinə verilmişdir. X7 həmin orderi xx.xx.2023-cü il tarixdə almışdır. Deməli, İddiaçı adına olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız hesab edildiyi vaxt, X4 adına olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də etibarsız hesab edilmişdir. Bir sözlə, X7 da mülkiyyətində olan torpaq sahəsinə dair Şəhadətnaməsi etibarsız hesab edildikdən sonra həmin torpaq sahəsində yerləşən evindən yəqin ki özbaşına olaraq çıxarılmış və həmin şəxs özbaşına olaraq İddiaçı mülkiyyətində olan evə yerləşdirilmiş və eləcə də, həmin ev açıq-aşkar qanunsuz olaraq X4 istifadəsinə verilmişdir. Cavabdehin təqdim etdiyi 07 nömrəli xx.xx.2023-cü il tarixli və 08 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamlar da İddiaçı mülkiyyətində olan evin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsas deyil və ola bilməz. Digər tərəfdən qanunvericiliyin tələbinə görə, cavabdehin səlahiyyəti olmadan, yəni iddiaçının xüsusi mülkiyyətində olan ev barədə, onun iradə ifadəsinə zidd olaraq digər şəxsin istifadəsinə verilməsinə dair qəbul edilmiş inzibati aktlar etibarsız hesab edilir. Belələliklə, mübahisə predmetinin obyekti olan evin xx.xx.2023-cü il tarixədək iddiaçıya məxsusluğu iddia ərizəsi ilə birlikdə xx.xx.2024-cü il tarixdə EMİS-dəki E-Kabinet vasitəsilə iş materiallarına təqdim olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli elektron arayışla da açıq-aşkar təsdiq olunur. Xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ev, Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan, eləcə də mülkiyyətçiyə xəbərdarlıq edilmədən və eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən, yəni əsassız və qanunsuz olaraq ondan alınmış və başqa bir şəxsin istifadəsinə verilmişdir. İddiaçının vəkili və nümayəndəsi qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və İddiaçı ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmənin 18 oktyabr 2024-cü il tarixli, e-2-1(122)-1092/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi tələbi"nə dair iddiası mümkün sayılmamışdır. İddiaçının vəkili və nümayəndəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2-1(122)-1092/2024 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti baxılması üçün 04 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2- 1(108)-12/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1092/2024 nömrəli qərardadı ləğv edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 avqust 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Cavabdeh tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı vəkili va nümayəndəsi Vəkil ünvanlanmış 29 aprel 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, onun Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binası olmuşdur. Həmin anbarın mülkiyyətində olmasına aid sənədlər mövuddur. Lakin həmin anbarın sökülməsinə, söküntüyə görə hər hansı bir kompensasiya ödənilməsinə dair heç bir rəsmi sənəd yoxdur. Məsələnin həlli ilə bağlı onun məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - 01/22A reyestr nömrəli, 22A inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr olan ev Azərbaycan Respublikası Prezidentinin və Milli Məclisin 463-464 nömrəli, 26 yanvar 1993-cü il tarixli Fərman və Qərarına əsasən İddiaçı adına qeydə alınmışdır. - JN – 3044A nömrəli, Kod 10101008 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən məlum olur ki, Sədərək rayon Aqrar İslahat Komissiyasının 04 yanvar 2000-ci il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı və ailə üzvü X1 0.12 hektar torpaq sahəsi verilmişdir. - Sədərək rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli, 2(088)-7/2010 nömrəli qətnaməsinin surətindən məlum olur ki, İddiaçı verilmiş JN – 3044A kadastr nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız hesab edilmişdir. - Cavabdeh başçısının 10 fevral 2023-cü il tarixli, 07 nömrəli Sədərək rayon Heydərabad qəsəbəsində vətəndaşlara mənzillər verilməsinə dair müxtəlif dövrlərdə verilmiş Cavabdeh başçısının sərəncamlarının ləğv edilməsi haqqında Sərəncamın surətindən məlum olur ki, Sədərək rayon Heydərabad qəsəbəsində vətəndaşlara 53 ədəd mənzil verilməsinə dair rayon icra hakimiyyəti başçısı tərəfindən müxtəlif tarixlərdə verilmiş sərəncamlar ləğv edilmişdir. - Cavabdeh başçısının 17 fevral 2023-cü il tarixli, 08 nömrəli Sədərək rayon Heydərabad qəsəbəsində dövlət balansında olan mənzillərin order əsasında 51 vətəndaşın ailəsi ilə birlikdə istifadəsinə verilməsi haqqında sərəncamın surətindən məlum olur ki, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən 2 nömrəli mənzil X4 istifadəsinə verilmişdir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 iyun 2024-cü il tarixli, 5-26/2-359/2024 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 29 dekabr 1998-ci il tarixli 264 nömrəli qərarı ilə nümunəvi qəsəbədə boş qalmış evlərin Sədərək rayonunun qeydiyyatında və mənzilə ehtiyacı olan vətəndaşlara müvafiq qaydaya uyğun olaraq verilməsinə, “Torpaq İslahatı” haqqında Azərbaycan Respublikası qanununda torpaq sahəsinin vətəndaşların ərizəsi əsasında mülkiyyətinə verilməsi üçün onların daimi həmin yerlərdə yaşamalarının nəzərdə tutulmasına baxmayaraq cavabdehin torpaq islahatı aparılan zaman Heydərabad qəsəbəsində yaşamamasını, strateji əhəmiyyət kəsb edən həmin sahələrin boş qalmasını, cavabdehin faktiki rayon ərazisində yaşamadığını və cavabdehin adına rəsmiləşdirilmiş torpaq sahəsində başqa şəxsin məskunlaşmasını nəzərə alaraq İddiaçı (kadastr nömrəsi JN-3044A) torpaq mülkiyyətinə dair şəhadətnaməsi Naxçıvan Muxtar Respublikası Sədərək rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli 2(088)-7/2010 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən 2 nömrəli mənzil vətəndaş İddiaçı istifadəsindən alınaraq qəsəbə ərazisində yaşayan başqa vətəndaşın istifadəsinə verilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 iyun 2024cü il tarixli, 04/564 nömrəli məktubdan məlum olur ki, Sədərək rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli 2(088)-7/2010 nömrəli qətnaməsi ilə JN – 3044A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin qeydiyyatı ləğv olunmuşdur. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və 01/22A nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 mart 2025ci il tarixli, 04/411 nömrəli məktubdan məlum olur ki, JN-3044A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı Sədərək Rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli, 2(088)-7/2011 nömrəli Qərarı əsasında ləğv olunmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat mövcud deyildir. İddia olunan yaşayış evləri Cavabdeh sərəncam və orderləri əsasında vətəndaşların yaşaması üçün verilmişdir. Xidmətin arxivində mövcud olan müvafiq sərəncam və orderlərdə yaşayış evlərinin özgəninkiləşdirilməsinin qadağan olunduğu qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 iyul 2025ci il tarixli, 04/1017 nömrəli məktubdan məlum olur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilən, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ Sədərək Rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli 2(088)-7/2010 nömrəli Qətnaməsi ilə ləğv edilmişdir. Sədərək rayon Heydərabad qəsəbəsində 1200 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.5 kv.m olan yaşayış evi Cavabdeh tərəfindən təqdim edilmiş balansda olan daşınmaz dövlət əmlakına dair “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi”nə əsasən dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Həmin əmlak Cavabdeh balansındadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: - 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin: 3.16.1-ci bəndinə görə müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir. 4.11.2-ci bəndinə görə müvafiq ərazidə dövlət mülkiyyətində olan bina və tikililərin təmiri barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlar qarşısında məsələ qaldırmaq; 4.11.3-cü bəndinə görə dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək yerli icra hakimiyyəti başçısının ümumi səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi 2 hissədən ibarətdir:
1. Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evinin iddiaçıya qaytarılması;
2. həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın ona ödənilməsi. İlk öncə qeyd edilməlidir ki, inzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə icraatı gedişində müəyyən olunmuşdur ki, Naxçıvan MSSR Nazirlər Sovetinin 20 sentyabr 1982-ci il tarixli, 305 nömrəli Qərarı ilə İliç rayonundakı Sədərək kənd “Oktyabrın 60 illiyi” sovxozunun ərazisində nümunəvi yaşayış qəsəbəsi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Naxçıvan MSSR Nazirlər Sovetinin 05 sentyabr 1984-cü il tarixli, 257 nömrəli Qərarı ilə İliç rayonunun Sədərək kəndi, “Oktyabrın 60 illiyi” adına sovxoz ərazisində tikilən yeni nümunəvi qəsəbəyə “Əcəmi ” adı verilmişdir. Naxçıvan ASSR X3 İcraiyyə Komitəsi Rayonun Baş memarının 16 avqust 1984-cü il tarixli Naxçıvan MSSR Nazirlər Sovetinə ünvanlandığı məktubdan görünür ki, həmin tikinti Naxçıvan MSSR 1 nömrəli tikinti trestinin Sədərək MSD adlı tikinti idarəsi tərəfindən aparılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1998-ci il tarixli, 04 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti X6 cənablarının Azərbaycan Respublikasında erməni təcavüzü və işğaldan azad olunmuş ərazilərin bərpası haqqında müvafiq Fərmanına uyğun olaraq Naxçıvan MR Ali Məclisi sədrinin Muxtar Respublikanın aid nazirlik, komitə və baş idarələrinin rəhbərləri ilə birlikdə dəfələrlə Sədərək rayonunda keçirdiyi müşavirələr, rayon əhalisi ilə apardığı söhbətlər, bərpa işlərinin aparılması üçün qərərgah yaradılması barədə verdiyi tapşırıqlar nəticəsində Sədərək rayonunda dağılmış qəsəbədə fərdi yaşayış evlərinin və infrastrukturanın Dünya Bankının və Beynəlxalq təşkilatlarının vəsaiti hesabına və Muxtar Respublikanın nazirlik, komitə və baş idarələrinin gücü ilə bərpa olunması üçün tədbirlər görülmüş, hazırda həmin qəsəbənin bərpası üçün Dünya Bankının və Beynəlxalq Təşkilatların şərtlərinə uyğun olaraq proqram işlənib hazırlanmış, vəsait ayrılmış və bərpa işlərinə başlanılmışdır. X9 rayonundakı nümunəvi qəsəbəyə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adı verilərək, qəsəbə “Heydərabad” qəsəbəsi adlandırılmış, qəsəbənin tikintisi, bərpası və abadlaşdırılması sahəsində işlənib hazırlanmış proqramın həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi Cavabdehnə həvalə edilmişdir. Sədərək Rayon Məhkəməsinin iddiaçı Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti, X5 və qeyrilərindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbi barədə mülki işə dair 31 may 2010-cu il tarixli qətnaməsi üzrə işin məhkəmədə araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Həydərabad qəsəbəsində yerləşən hazırda iddiaçının mübahisələndirdiyi torpaq sahələrində torpaq islahatının aparıldığı dövrdə adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmiş cavabdehlər 1992-ci ilin may ayından 1999-cu ilədək faktiki olaraq islahat aparılan torpaq sahəsinin yerləşdiyi ərazidə yaşamamış, torpaq sahələri cavabdehlərin mülkiyyətinə verilənədək onlar tərəfindən həmin sahələrin qanuni istifadələrində olmasını təsdiq edən sənədlər olmadan, torpaq islahatı haqqında qanunvericiliyin tələbi pozulmaqla torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Yekunda məhkəmənin qətnaməsi ilə iddiaçı Cavabdehlər - Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti, X2 və qeyrilərinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən cavabdeh İddiaçı da adına verilmiş JN3044A kadastr nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmişdir. Hazırda həmin mənzil (mənzillər) Cavabdeh balansındadır. İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməli, yəni iddiaçının hazırkı tələbi irəli sürməsi üçün həmin evdə yaşayaraq istifadə etməsi, əmlakın ondan alınmnası nəticəsində yaşayış sahəsindən məhrum olması, itkilərə məruz qalması, başqa sözlə pulla qiymətləndirilə bilən, iqtisadi maraq kəsb edən itkilərə məruz qalması müəyyən edilməlidir. Təqdim edilən sənədlərdən isə iddiaçının həmin evdə yaşaması, təsərrüfat aparması müəyyən edilmir. Mülki Məcəllənin 152.10-cu maddəsinə görə əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Göründüyü kimi, qanunverici mülkiyyət hüququ subyektlərini geniş səlahiyyətlərlə təmin etməklə bərabər onların üzərinə əmlakın saxlanılması kimi müəyyən vəzifələr qoyur. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. İş materiallarından müəyyən edildi ki, Sədərək Rayon Heydərabad qəsəbəsinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası bütün dövrlərdə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmiş, həmin mənzilin tikintisinə iddiaçı tərəfindən hər hansı maddi vəsait sərf edilməmişdir. Sonuncu dəfə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 avqust 2010-cu il tarixli, 96s nömrəli Sərəncamı ilə Sədərək rayon Heydərabad qəsəbəsində yaşayış evlərinin yenidənqurulması üçün ayrılmış vəsaitdən cəmi 2288910,0 manat ödənilmişdir. İstər iddiaçının istərsə də, həmin evdə yaşamayan digər şəxslərin həmin evə mülkiyyət hüququ olmamış, həmin evə dair mülkiyyətçi kimi sərəncam vermək hüquqlarına malik olmamışlar. İddiaçının mülkiyyəti olmayan, hazırkı iş üzrə mübahisə predmeti olan əmlaka dair cavabdeh tərəfindən müdaxilə qanuni olmuş və bunun nəticəsində iddiaçıya hər hansı maddi ziyan vurulmamışdır. Mübahisə predmeti olan mənzilə dair hər hansı dəyər ödəmədən və onun tikintisi üçün bilavasitə heç bir xərc çəkmədən İddiaçı həmin mənzili əldə etsə də, təyinatına uyğun istifadə etmədiyinə (yaşamadığına) görə həmin mənzil ondan alınaraq Cavabdeh Başçısının 17 fevral 2023-cü il tarixli, 08 nömrəli Sərəncamı ilə ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan X4 istifadəsinə verilmişdir. Göründüyü kimi, qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində cavabdeh tərəfindən ona ziyan vurması barədə iddiaçının dəlilləri təsdiq olunmur. Buna görə də, cavabdehin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyəti yaranmır. Odur ki, iddiaçının mübahisəli əmlaka dair qaldırdığı hazırkı tələbi üzrə cavabdehin üzərinə iddia olunan məzmunda əmlakın geri qaytarılması və ya kompensasiya ödənilməsi ilə bağlı öhdəlik qoyula bilməz. Beləliklə, İddiaçı Cavabdehnə qarşı “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı Cavabdehnə qarşı “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi tələbi"nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov