Məhkəmə qərarları › İş №2-1(122)-679/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-679/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-679/2023 31.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X29 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı “dövlət qurumu tərəfindən xx.xx.1961-ci il tarixdə “Doğum akt qeydləri kitabı"nın 12-ci səhifəsində doğum faktı qeydə alınarkən doğum aktı qeydi kitabında aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixinin xx.xx.1956-cı il tarixdən xx.xx.1956-cı il tarixə, ana adı qrafasında isə “X10” kimi qeyd olunmuş ana adının “X15” adına düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət qurumu tərəfindən xx.xx.1961-ci il tarixdə “Doğum akt qeydləri kitabı"nın 12-ci səhifəsində doğum faktı qeydə alınarkən doğum aktı qeydi kitabında aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixinin xx.xx.1956-cı il tarixdən xx.xx.1956-cı il tarixə, ana adı qrafasında isə “X10” kimi qeyd olunmuş ana adının “X15” adına düzəldilməsi öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Şərur rayon Çomaxtur kəndində anadan olmuşdur. 05 oktyabr 1960-cı il tarixdə atası X19 ilə anası X15 arasında bağlanmış nikah rəsmi qeydiyyata alındıqdan sonra valideynləri tərəfindən doğum faktının qeydə alınması məqsədi ilə müvafiq dövlət orqanına müraciət olunmuş və xx.xx.1961-ci il tarixdə Şərur Rayon Nikah Evində doğum aktı qeydi kitabının 12-ci səhifəsində doğum dövlət qurumu tərəfindən qeydə alınaraq onun adına doğum haqqında şəhadətnamə verilmişdir. 2023-cü ildə mərhum anası X4 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakın tərəfindən qəbul edilməsi üçün Şərur Rayon Nikah Evinə müraciət edərək doğum aktı qeydi kitabından çıxarış verilməsini xahiş etmişdir. Şərur rayon Nikah Evindən verilmiş doğum aktı qeydi kitabından çıxarışda doğum tarixi yanlışlıqla xx.xx.1956-cı il, anasının adı (ana adı qrafasında) isə X2 qeyd edilmişdir. Bildirir ki, onun şəxsiyyət vəsiqəsində, milli pasportunda, attestatında və ali təhsil haqqında diplomunda doğum tarixi xx.xx.1956-cı il kimi qeyd olunmuşdur. Əlavə olaraq bildirir ki, 05 oktyabr 1960-cı il tarixdə atası ilə anası arasında bağlanmış 40 saylı nikah haqqında şəhadətnamədə anasının adı, o cümlədən birgə nikahdan doğulmuş qardaş və bacıları - xx.xx.1960-cı il təvəllüdlü X8, xx.xx.1963-cü il təvəllüdlü X5, xx.xx.1966-cı il təvəllüdlü X6 və xx.xx.1972-ci il təvəllüdlü X11 doğum haqqında şəhadətnamələrində ana adı qrafasında anasının adı X3 qeyd olunmuşdur. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulduqdan xx.xx.1961-ci il tarixdə doğum faktı dövlət qurumu tərəfindən qeydə alınarkən doğum akt qeydi kitabında ana adı qrafasında yanlışlıqla anasının adı X2 qeyd olunmuşdur. X16 onun ana nənəsidir, anasının adı isə X9r. O, doğum aktı qeydi kitabında aparılmış yanlışlığın (səhvin) aradan qaldırılması məqsədi ilə Şərur Rayon Nikah Evinə ərizə ilə müraciət etmiş, Şərur Rayon Nikah Evindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15/148/2023 saylı məktubda Şərur rayon Nikah Evi tərəfindən xx.xx.1961-ci il tarixli, 12 saylı doğum akt qeydində doğum tarixi xx.xx.1956cı il və anasının adı (ana adı qrafasında) “X16" olaraq yazıldığı üçün nikah aktı qeydi kitabında düzəliş etməyin mümkün olmadığı və vətəndaşlıq vəziyyəti aktlarında düzəlişin məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Ona görə doğum aktı qeydi kitabında doğum tarixi və ana adı qrafasında olan yanlışlığın (səhvin) düzəldilməsi, doğum tarixinin xx.xx.1956-cı il qeydindən xx.xx.1956-cı il tarixə, ana adı qrafasında “X10” kimi qeyd olunmuş ana adının “X15” adına düzəliş edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən dövlət qurumu tərəfindən xx.xx.1961-ci il tarixdə “Doğum akt qeydləri kitabı"nın 12-ci səhifəsində doğum faktı qeydə alınarkən doğum aktı qeydi kitabında aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixinin xx.xx.1956cı il tarixdən xx.xx.1956-cı il tarixə, ana adı qrafasında isə “X10” kimi qeyd olunmuş ana adının “X15” adına düzəldilməsi öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 23 avqust 2023-cü il tarixli, 3-16-5/8-13-419/2023 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Şərur rayon Nikah Evinə müraciət edərək Şərur rayon Nikah Evi tərəfindən tərtib edilmiş vətəndaş xx.xx.1961-ci il tarixli, 12 nömrəli doğum haqqında akt qeydində ana məlumat qrafasında ana adının “X16” kimi qeyd olunmuş ana adının “X15” adına dəyişdirilməsini xahiş etmişdir. Şərur Rayon Nikah Evi İddiaçı müraciətinə əsasən doğum haqqında akt qeydində ana məlumat qrafasında ana adının “Ceyran” adından “Leylan’’ adına düzəliş etmək mümkün olmadıqda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsini məsləhət görmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyət aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəlar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 31 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi məhkəməyə 02 oktyabr 2023-cü il tarixli, 3-16-5/8- 13-498/2023 nömrəli məktub göndərərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayon Çomaxtur kənd sakini İddiaçı ünvanlanmış 01 iyun 2023-cü il tarixli, 3-16-5/8-15/148/2023 nömrəli məktubla belə izah olunur ki, doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olduqda yaşadıqları ərazi üzrə Nikah Evi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Məktubda İddiaçı doğum haqqında akt qeydində ana adının “Ceyran” yazıldığı üçün düzəliş etmək mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı düzəliş edilməsi məhkəmə qaydasında müəyyən edildiyi bildirilib, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli doğum akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı 20 iyul 1956-cı il tarixdə Şərur rayonu, Çomaxtur kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20 yanvar 1961-ci il tarixdə 12 nömrə ilə qeydiyyat aparılmış, atası X19, anası X10, valideynlərinin milliyəti azərbaycanlı kimi qeyd olunmuşdur. - 05 oktyabr 1960-cı il tarixli, İ-ИЕ seriyalı, 020131 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki X19 ilə X15 05 oktyabr 1960-cı il tarixdə evlənmişdirlər. - 28 fevral 1961-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 969380 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 10 dekabr 1960-cı il tarixdə Şərur rayonu, Çomaxtur kəndində doğulmuş X8 ata adı X19, ana adı qrafasında isə X15 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 yanvar 1961-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. - 02 iyul 1963-cü il tarixdə verilmiş AЭ seriyalı, 428617 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 28 iyun 1963-cü il tarixdə Şərur rayonu, Noraşen kəndində doğulmuş X5 ata adı X19, ana adı isə X15 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 02 iyul 1963-cü il tarixdə 120 nömrə ilə qeyd edilmişdir. - 03 avqust 1966-cı il tarixdə verilmiş AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 28 iyul 1966-cı il tarixdə İliç rayonu, Çomaxtur kəndində doğulmuş X6 ata adı X19, ana adı qrafasında isə X15 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 03 avqust 1966-cı il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. - 19 aprel 1972-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 260850 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 12 aprel 1972-ci il tarixdə İliç rayonu, Çomaxtur kəndində doğulmuş X11 ata adı X19, ana adı X15 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19 aprel 1972-ci il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Çomaxtur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 397 nömrəli arayışdan aydın olur ki, X15 xx.xx.2021-ci il tarixdə Çomaxtur kəndində vəfat etmişdir və vərəsələri aşağıdakı tərkibdən ibarətdir: İddiaçı, X17, X12, X7, X20, X21 (17 mart 2021-ci ildə vəfat etmişdir) - Şərur Rayon İcra Hakimiyyətinin Çomaxtur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 403 nömrəli arayışdan aydın olur ki, Axundov X1 yaşayır və qeydiyyata durur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. - 10 aprel 1978-ci il tarixli, İ-ЖГ seriyalı, 410484 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı ilə 10 iyun 1959-cu il təvəllüdlü X13 10 aprel 1978-ci il tarixdə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 aprel 1978-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1961-ci il tarixli, 12 nömrəli doğum haqqında akt qeydində İddiaçı doğum tarixində yanlışlıqla “xx xxxx 1956-cı il” əvəzinə “20 iyul 1956-cı il”, ana adı qrafasında “X15” əvəzinə “X10” yazılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.1961-ci il tarixli, 12 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” barədə qərara zidd olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum tarixinə və ana adına düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şərur Rayon Nikah Evi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı “dövlət qurumu tərəfindən xx.xx.1961-ci il tarixdə “Doğum akt qeydləri kitabı"nın 12-ci səhifəsində doğum faktı qeydə alınarkən doğum aktı qeydi kitabında aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixinin xx.xx.1956-cı il tarixdən xx.xx.1956-cı il tarixə, ana adı qrafasında isə “X10” kimi qeyd olunmuş ana adının “X15” adına düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Dövlət qurumu tərəfindən xx.xx.1961-ci il tarixdə “Doğum akt qeydləri kitabı"nın 12-ci səhifəsində doğum faktı qeydə alınarkən doğum aktı qeydi kitabında aparılmış yanlışlığın düzəldilməsi-doğum tarixinin xx.xx.1956-cı il tarixdən xx.xx.1956-cı il tarixə, ana adı qrafasında isə “X10” kimi qeyd olunmuş ana adının “X15” adına düzəldilməsi öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar