Məhkəmə qərarları › İş №2-1(122)-679/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-679/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-679/2025 18.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "onun müllkiyyətində olan ünvan 1 ünvanında yerləşən mağazanın qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun müllkiyyətində olan ünvan 1 ünvanında yerləşən mağazanın qeyri-yaşayış sahəsi kimi qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzilə tam mülkiyyət hüququ ilə 15 avqust 2013-cü il tarixdə onun adına çıxarış alınmışdır. Onun müraciəti əsasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli, 235 nömrəli sərəncamı ilə həmin yaşayış sahəsi olan mənzilin küçəyə tərəf olan otağından sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün pəncərənin qapı ilə əvəz edilərək mağaza kimi istifadə üçün icazə verilmişdir. Onun sahibkarlıq fəaliyyəti ilə bağlı qeyri-yaşayış obyektindən istifadə edir ki, bununla bağlı elektrik, su, tullantı və istilik sistemindən istifadə ilə bağlı müqavilələri vardır. O, istifadə etdiyi mağazanın qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyesteri xidmətində qeydiyyata alınması üçün Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Lakin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 sentyabr 2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparıldığı qeyd olunduğunu və Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılmasnm razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Müraciətində qeyd olunan yaşayış sahəsində aparılan yenidənqurma ilə bağlı qərar və qəbul komissiyasının aktı təqdim olunmadığından dəyişikliklərin aparılmasının qanunvericiliyə uyğun olmadığı qeyd olunmaqla imtina etmişdir. O, qeyd olunan hallarla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 sentyabr 2024-cü il tarixli məktubunda onun mülkiyyətində olan mənzilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli, 235 nömrəli sərəncamı ilə mağaza kimi yəni, qeyri-yaşayış sahəsi kimi istifadəsinə icazənin verildiyi qeyd oluduğu və ona daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etməyi tövsiyyə olunmuşdur. Eyni zamanda onun mülkiyyətində olan qeyri-yaşayış obyektində yenidənqurma işlərinin başa çatması ilə bağlı 07 oktyabr 2024-cü il tarixli “Yenidənqurma və yenidən planlaşdırma və ya digər işlərin bitməsini təsdiqləyən qəbul komissiyasının akt”ı ilə öz təsdiqini tapır. O, təkrar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, lakin xidmətin 29 dekabr 2024-cü il tarixli məktubunda onun müraciətini yerinə yetirməkdən təkrar imtina etmişdir. Hesab edir ki, cavabdeh orqan olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərilən hərəkəti yerinə yetirməkdən imtinası qanunsuz və əsassızdır. Ona məxsus mağazanın qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması üçün cavabdeh orqanın üzərinə öhdəlik qoyulmalıdır. Onda məcbur qalaraq məhkəməyə müraciət etməli olur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun müllkiyyətində olan ünvan 1 ünvanında yerləşən mağazanın qeyriyaşayış sahəsi kimi qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 dekabr 2025-ci il tarixə təyin edilmişdir. 18 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək "onun müllkiyyətində olan ünvan 1 ünvanında yerləşən mağazanın qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması” tələbi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanan 11 sentyabr 2024-cü il tarixli, 06/7-M-114/1-1/2024 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra-razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərməlidir. Müraciətdə qeyd edilən yaşayış sahəsində aparılan yenidənqurma ilə bağlı müvafiq sənədlər (qərar, qəbul komissiyasının aktı) təqdim olunmadığı üçün dəyişikliklərin qeydiyyata alınması qanunvericiliyə uyğun deyildir. - ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanlanan 20 sentyabr 2024-cü il tarixli, 5- 5/7-M-1xx-xx/2024 nömrəli məktubdan məlum olur ki, xüsusi mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən mənzilin Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli, 235 nömrəli Sərəncamı ilə mağaza kimi yəni qeyri-yaşayış sahəsi kimİ istifadəsinə icazə verildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə olaraq dövlət kadastr uçotunun aparılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət etməyi tövsiyyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanan 29 dekabr 2024-cü il tarixli, 06/7-M-314/1-1/2024 nömrəli məktubdan məlum olur ki, qeyd edilən məsələ ilə bağlı xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktubunuz 11 sentyabr 2024-cü il tarixli 06/Ə-M-114/1-1/2024 nömrəli məktubla cavablandırılmışdır. Qanunvericiliklə tələb olunan sənədlər təqdim edildiyi təqdirdə müraciətin icrasına baxıla bilər. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1974-cü il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 970 nömrəli arayışdan aydın olur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 avqust 2013-cü il tarixli, MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********68-05101-093014) çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 105 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 57.80 kv.m ümumi, 41.60 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/11 nömrəli reyestr kitabının 2169 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Noyabr 2000-ci il tarixdə tərtib edilmiş, 10111 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı adına Naxçıvan şəhər 2 nömrəli DNK-nın xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən **********68-05101-093014 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli, 235 nömrəli sərəncamının surətindən məlum olur ki, Naxçıvan şəhəri, Şadliniski küçəsi, ev 1, mənzil 7də yaşayan İddiaçı ərizəsi nəzərə alınaraq, İddiaçı məxsus Naxçıvan şəhər İstiqlal küçəsi 105/27 saylı mənzilin küçəyə tərəf olan otağından sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün pəncərənin qapı ilə əvəz edilərək mağaza kimi istifadə edilməsinə icazə verilmiş, Naxçıvan şəhər 2 №-li Mənzil İstismar idarəsinə sərəncamdan irəli gələn məsələlərin həllinin təmin edilməsi tapşırılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 aprel 2025-ci il tarixli, 30 nömrəli məktubdan aydın olur ki, İstiqlal küçəsi, bina 105, mənzil 27 ünvanında qeydiyyatda olan İddiaçı aid mağazanın qeyri-yaşayış sahəsi kimi fəaliyyəti əvvəllər geyim mağazası olmuş, hal-hazırda isə gözəllik salonu kimi fəaliyyət göstərir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev tərəfindən təsdiq edilmiş Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının 07 oktyabr 2024-cü il tarixli aktında qeyd edilir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin və Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinin icrası ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi X8, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi X14, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsində böyük məsləhətçi (mühəndis) X9, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsində baş məsləhətçi (mühəndis) X6 bu aktı tərtib etmişlər ondan ötəri ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) həyata keçirmişdir. - İddiaçı tərəfindən 14 aprel 2025-ci il tarixli məktubla 2013-cü ildən 2025-ci ilə qədər olan müddətdə İstiqlal 105/27 ünvanında yerləşən əvvəllər mağaza, indi isə gözəllik salonuna aid olan kommunal xərclərin ödənilməsinə dair sənədlər (müqavilələ qəbzlər) məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 21 aprel 2025-ci il tarixli, 3-21-2-24/2-M- 1xx-xx/2025 nömrəli məktubla İddiaçı (VÖEN:**********) vergi ödənişləri ilə bağlı məlumat məhkəməyə təqdim edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 may 2025-ci il tarixli, 5-5/2-752/2025 nömrəli məktubdan məlum olur ki, araşdırma zamanı Naxçıvan MR Dövlət Arxiv İdarəsinə göndərilən sorğuya cavab olaraq İdarənin 12 may 2025-ci il tarixli, 3-48-NDA/1-2-685/2025 nömrəli məktubuna əsasən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli 235 nömrəli Sərəncam və əlavələrinin, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2010-2015-ci illərdə yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə keçirilməsi barədə (nümunə üçün hər ilə aid bir Sərəncam) Sərəncam və əlavələrinin surətləri əldə edilmişdir. Əlavə olaraq qeyd edilir ki, vətəndaş İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli, 235 nömrəli Sərəncamı əsasında 07 oktyabr 2024-cü il tarixli istismara qəbul aktı təqdim edilmişdir. Araşdırma ilə bağlı əldə edilən cavab sənədlərinin surətləri məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 iyul 2025ci il tarixli, 04/968 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) qərarı əsasında həyata keçirilir. Xidmətə təqdim edilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2010-2015-ci illərdə verilən sərəncamların əksəriyyətində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi deyil, yaşayış sahəsinin bir və ya bir neçə otağından qeyri-yaşayış məqsədləri üçün istifadə olunmasına icazə verilməsi ifadə olunduğu üçün daşınmaz əmlakın dövlət reyestrində həmin sərəncamlar əsasında qeyri-yaşayış sahələri qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 avqust 2025-ci il tarixli, 04/1186 nömrəli məktubdan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrində X2 adına ünvan 8 ünvanında qeyri-yaşayış sahəsi qeydiyyata alınmamışdır. ünvan 9 ünvanında yerləşən, X3 məxsus qeyri-yaşayış sahəsinə dair Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilən Sərəncamın surəti məhkəməyə göndərilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 oktyabr 2025-ci il tarixli, 5-5/2-1854/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə uyğun olaraq yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahə mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli, 235 nömrəli sərəncamının məzmunundan da göründüyü kimi müvafiq mənzilin mağaza kimi istifadəsinə icazə verilməsi qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq təsdiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. - 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X5 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə qeyd edir ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 105 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 57.80 kv.m ümumi, 41.60 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/11 nömrəli reyestr kitabının 2169 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının tələbi həmin daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlıdır. Cavabdeh özünün imtina məktubunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci və 26.1-ci maddələrinə əsaslanaraq hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh orqanın iddiaya dair yazılı münasibəti (etirazı) daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013cü il tarixli, 235 nömrəli sərəncamına əsasən İddiaçı məxsus Naxçıvan şəhər İstiqlal küçəsi 105/27 saylı mənzilin küçəyə tərəf olan otağından sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün pəncərənin qapı ilə əvəz edilərək mağaza kimi istifadə edilməsinə icazə verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2010-2015-ci illərdə verilmiş sərəncamların təsdiq edilmiş surətlərindən görünür ki, həmin dövrlərə aid sərəncamlar eyni qaydada və eyni formada tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli, 235 nömrəli sərəncamından sonra həmin yaşayış sahəsindən qeyriyaşayış sahəsi kimi istifadə etməklə sahibkarlıq fəaliyyətinə başlamışdır. Məhkəmənin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş yuxarıda qeyd olunan məktubda iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar müvafiq vergiləri ödəməsi qeyd olunmuşdur. Əlavə olaraq həmin ünvanın iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi ilə bağlı 2013-cü il tarixdən başlayaraq kommunal ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçı 2013-cü il tarixdən ona məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın bütün otaqlarından qeyri-yaşayış sahəsi kimi istifadə etmiş və həmin əmlakdan yaşayış sahəsi kimi istifadə edilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 oktyabr 2025-ci il tarixli, 5-5/2- 1854/2025 nömrəli məktubda da qeyd olunur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 2013-cü il tarixli 235 nömrəli sərəncamının məzmunundan göründüyü kimi müvafiq mənzilin mağaza kimi istifadə edilməsinə icazə verilməsi qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq təsdiq edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev tərəfindən təsdiq edilmiş Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının 07 oktyabr 2024-cü il tarixli aktında qeyd edilir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin və Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinin icrası ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi X8, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi X14, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsində böyük məsləhətçi (mühəndis) X9, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsində baş məsləhətçi (mühəndis) X6 bu aktı tərtib etmişlər ondan ötəri ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) həyata keçirmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı işin halları üzrə iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasından imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "onun müllkiyyətində olan ünvan 1 ünvanında yerləşən mağazanın qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı müllkiyyətində olan ünvan 1 ünvanında yerləşən mağazanın qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar