Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-688/2025 25.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı barəsində xx.xx.1965-ci il tarixdə 51 nömrə ilə qeydiyyata alınmış doğum haqqında akt qeydinə düzəliş edilərək adının M.Bağırdan dəyişdirilərək Məmmədbağır kimi, soyadının Quluyevdən dəyişdirilərək Quliyev kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı doğum akt qeydlər kitabında düzəliş edilərək adının Məmmədbağır, soyadının Quliyev, ata adının isə Abbas oğlu kimi qeyd edilməsinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuşdur. Onun adı Məmmədbağır, soyadı Quliyev, ata adı isə Abbas olmuşdur. Onun şəxsiyyət vəsiqəsində İddiaçı kimi yazılsa da, doğum haqqında şəhadətnamədə adı M.Bağır, soyadı Quliyev, ata adı isə Abbas kimi, orta təhsil haqqında attestatda və hərbi biletdə isə adı Bağır, soyadı Quliyev, ata adı isə Abbas oğlu kimi yazılmışdır. Haliyədə o, təqaüdçüdür və onun əmək pensiyası vəsiqəsində və 2007-ci ildə Şərur RPŞ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində onun adı Məmmədbağır, soyadı Quliyev, ata adı isə Abbas kimi yazılmışdır. O, adında düzəlişin olunması üçün ərizə ilə Şərur rayon Nikah Evinə müraciət etmişdir. Şərur rayon Nikah Evi 21 yanvar 2025-ci il tarixli məktubla onun doğum akt qeydləri kitabında və şəxsiyyət vəsiqəsi ilə bərabər digər sənədlər arasında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Onun sənədlərində adı Məmmədbağır, soyadı Quliyev, ata adı isə Abbas kimi qeyd olunmuşdur. O da doğum akt qeydləri kitabında düzəliş edilərək adının Məmmədbağır kimi yazılmasını istəyir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı doğum akt qeydlər kitabında düzəliş edilərək adının Məmmədbağır, soyadının Quliyev, ata adının isə Abbas oğlu kimi qeyd edilməsinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 13 fevral 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Şərur rayon Nikah Evinə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 51 nömrəli doğum haqqında akt qeydində adı "M.Bağır"dan "Məmmədbağır"a dəyişilməsini xahiş etmişdir. İddiaçı müraciətinə əsasən doğum haqqında akt qeydində "uşaq haqqında məlumat qrafasında adının "M.Bağır" adından "Məmmədbağır" adına düzəliş etmək mümkün olmadıqda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X5" qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəlara əsasən "X4" qeydindəki səhvlərinin düzəldilməsi və ona dəyişilik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. 29 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı doğum akt qeydlər kitabında düzəliş edilərək adının Məmmədbağır, soyadının Quliyev, ata adının isə Abbas oğlu kimi qeyd edilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi" barədə iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirərək “xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı barəsində xx.xx.1965-ci il tarixdə 51 nömrə ilə qeydiyyata alınmış doğum haqqında akt qeydinə düzəliş edilərək adının M.Bağırdan dəyişdirilərək Məmmədbağır kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi oxunmasını xahiş edib bu barədə yazdığı 29 may 2025-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 29 may 2025-ci il tarixli, 2-1(122)-688/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 iyul 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 13 iyun 2025-cü il tarixli, 3-16-5/8-13-311/2025 nömrəli məktub göndərərək 25 iyul 2025-ci il tarixdə məhkəmə prosesində işlərinin çoxluğunu nəzərə alıb işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 25 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı barəsində xx.xx.1965-ci il tarixdə 51 nömrə ilə qeydiyyata alınmış doğum haqqında akt qeydinə düzəliş edilərək adının M.Bağırdan dəyişdirilərək Məmmədbağır kimi, soyadının Quluyevdən dəyişdirilərək Quliyev kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbi kimi işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şərur rayon Nikah Evi tərəfindən Şərur rayon Alışar kəndində yaşayan İddiaçı ünvanlanmış 21 yanvar 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.1965-ci il tarixli, 51 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydində vətəndaşın adı Quluyev M.Bağır Abbas oğlu yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində adının “M.Bağır”dan “Məmmədbağır”-a düzəliş edilməsi Şərur rayon Nikah Evində mümkün olmamışdır. Göstərilənlərə əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati məhkəməsinə müraciət edilməsi məsləhət görülmüşdür. - Şərur Rayon Polis Şöbəsi tərəfindən 25 may 2007-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1953-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayon Alışar kəndində doğulmuş İddiaçı Şərur rayon Alışar kəndində pasport qeydiyyatındadır. - Şərur rayon Alışar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonunun Alışar kəndində qeydiyyatda durur və yaşayır. - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 261135 nömrəli vəsiqədən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən l qrup əlildir. - 29 iyun 1965-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Quluyev M.Bağır Abbas oğlu xx xxxx 1953-cü il tarixdə İliç rayon Alışar kəndində doğulmuşdur. Ata adı Quluyev Abbas M.Hüseyn oğlu, ana adı X10 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29 iyun 1965-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. - 25 fevral 2004-cü il tarixli, AZ-İ seriyalı, 206609 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 10 may 1991-ci il tarixdə Şərur rayon Alışar kəndində doğulmuşdur. Ata adı İddiaçı, ana adı X11 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29 may 1991-ci il tarixdə 140 nömrə ilə qeyd edilmişdir. - AA2544123 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X3 23 yanvar 1998-ci il tarixdə doğulmuşdur. - Şərur Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli, 2(110)-283/2014 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şərur rayon Dövlət Arxivi tərəfindən X9 adına verilmiş 02 iyun 2014-cü il tarixli, 06/63 saylı arayışın İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 aprel 2025-ci il tarixli, 3-13-43/2-5733/2025 nömrəli məktubdan aydın olur ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə iddiaçının adı “İddiaçı” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X4 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X4 dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 13.1-cü bəndinə əsasən X4 qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və X4 reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası X4 arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. - 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: - 13.2.1. X4 dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən X4 qeydindəki səhvlər düzəldikdə X4 qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən X4 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X4 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud X4 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1965-ci il tarixdə 51 nömrəli doğum akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Məmmədbağır” əvəzinə “M.Bağır”, soyad qrafasında yanlışlıqla “Quliyev” əvəzinə “Quluyev” yazılmışdır. İş materiallarında olan iddiaçıya məxsus doğum haqqında akt qeydindən çıxarışda iddiaçının adı “M.Bağır”, soyadı “Quluyev” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - şəxsiyyət vəsiqəsində, oğlu X1 verilmiş AZ-İ seriyalı, 206609 nömrəli doğum haqqında şəhadətnamədə və digər sənədlərdə iddiaçının adı “Məmmədbağır”, soyadı “Quliyev” kimi göstərilmişdir. Müəyyən olunmuşdur ki, doğum haqqında akt qeydində iddiaçının adının “M.Bağır”, soyadının “Quluyev” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument - X4 qeydiyyatında iddiaçının doğum haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin X4 dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum haqqında akt qeydində (iddiaçının adına və soyadına münasibətdə) düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı barəsində xx.xx.1965-ci il tarixdə 51 nömrə ilə qeydiyyata alınmış doğum haqqında akt qeydinə düzəliş edilərək adının M.Bağırdan dəyişdirilərək Məmmədbağır kimi, soyadının Quluyevdən dəyişdirilərək Quliyev kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. xx xxxx 1953-cü ildə Şərur rayonunun Alışar kəndində doğulmuş İddiaçı barəsində xx.xx.1965-ci il tarixdə 51 nömrə ilə qeydiyyata alınmış doğum haqqında akt qeydinə düzəliş edilərək adının M.Bağırdan dəyişdirilərək Məmmədbağır kimi, soyadının Quluyevdən dəyişdirilərək Quliyev kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-688/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-688/2025
25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver