Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-69/2020 14.08.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X1liyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X13 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3rşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X10 xx xxxx 2020-ci il tarixli, 01/A-18 saylı imtina məktubunu əsassız hesab edərək, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barədə öhdəlik qoyulması” tələbinə dair qaldırdığı iddianın təmin olunması nəticəsində çıxarılmış və qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3rşı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X10 xx xxxx 2020-ci il tarixli, 01/A-18 saylı imtina məktubunu əsassız hesab edərək, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barədə öhdəlik qoyulması” tələbinə dair qaldırdığı iddianın təmin olunması nəticəsində çıxarılmış və qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna əvvəllər bir neçə dəfə əmək pensiyasına keçmək barədə müraciət etmişdir. Həmin orqan tərəfindən ona yazılı surətdə cavab verildikdən sonra verilmiş cavab məktubu bir vətəndaş kimi onu razı salmamış və öz konstitusion hüququndan istifadə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir (əvvəlki adı Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi). Həmin məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barədə öhdəliyin qoyulması” tələbinə dair iddia qaldırmışdır. Həmin iddia tələbi əsaslı olduğundan Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2inz(087)-02/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı ilə təmin edilmiş və onun əmək pensiyasına keçirilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bundan sonra həmin qərar qanuni qüvvəsini aldıqdan sonra onun əmək pensiyasına keçirilməyi və əmək pensiyasının təyin edilməsi məsələsi müvafiq orqan tərəfindən qismən icra edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna yenidən ərizə ilə müraciət etmişdir. Bu dəfə müvafiq orqana müraciət etməyinin məqsədi sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi tələbi ilə bağlı olmuşdur. Həmin orqan tərəfindən yenidən imtina məktubu aldıqdan sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində müvafiq inzibati orqana qarşı “sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbinə” dair iddia qaldırmışdır. Lakin, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin (əvvəlki adı ilə) xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)- 33/2014 saylı qərarı ilə iddia tələbi rədd olunmuşdur. Bundan sonra həmin yuxarıda qeyd edilən qərardan narazı qalaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (əvvəlki adı ilə) apelyasiya şikayəti ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(108)- 08/2014 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra müəyyən üzrlü səbəblərdən qeyd edilən apelyasiya qərarı tərəfindən kassasiya qaydasında mübahisəndirilməmişdir. Qanunla müəyyən edilmiş müddəti buraxdığından artıq obyektiv olaraq bu hüququnu itirmiş olmuşdur. Bundan bir xeyli müddət sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə iki dəfə ərizə ilə müraciət etmişdir. Həmin orqan ona xx xxxxxx 2020-ci il tarixli, 17/11-A-8 saylı və xx xxxxxx 2020-ci il tarixli, 17/11-A-36 saylı cavab məktubu ünvanlamışdır. Həmin cavab məktublarında tələblərə riayət edilmədən müvafiq ərizə verildiyindən ərizəyə baxılmasının qanunla mümkün olmaması qeyd edilmiş və qanunun tələbinə görə yalnız axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan 6 ay müddətində ərizənin verilməsinin mümkünlüyü qeyd edilmişdir. X8 Respublikası Dövlət Sosial Müdafiə Fonduna təkrarən müraciət etməkdə məqsədinin müraciətinə yenidən baxılması və aradakı fərqin ona ödənilməsi ilə bağlıdır. Həmçinin burada əsas məqsəd Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2inz(087)-02/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarının fikrincə sonadək icra olunmaması ilə bağlı olmasıdır. Belə ki, o vaxt məhkəməyə müraciət edən zaman da daha sonra məhkəməyə müraciət edən zaman da bildirmişdir ki, o, xx xxxxx 2005-ci il tarixində müvafiq orqana müraciət edərək ona əlilliyə görə sosial pensiya təyin edilməsini xahiş etmiş və buna görə də ona sosial pensiya təyin edilmişdir. Lakin, o vaxt müraciət edən zaman onun 1970-1978-ci illərdə islah-əmək müəssisəsində işləməyinin və bununla da həmin illərin əmək pensiyası almaq üçün staj kimi hesablandığından xəbəri olmamışdır. Bir neçə il sonra bu barədə məlumatı olmuş və bu səbəbdən də müvafiq orqana ərizə ilə müraciət etmişdir. Bundan sonra yenidən əmək pensiyasının təyini üçün müraciət etsə də imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmiş və qanunla haqlı olduğu sübut olunaraq, məhkəmənin müvafiq qərarı ilə təsdiq olunmuşdur. Daha sonra həmin qərar əsasında ona 705 manat fərq ödənilmiş və bu onunla əsaslanıdırılmışdır ki, onun müvafiq orqana müraciət etdiyi dövrdən məhkəmə qərarı çıxan dövrədək olan müddət nəzərə alınmış və o dövr üçün olan fərq ödənilmişdir. Bildirmək istəyir ki, onun pensiya hüququ 2005-ci ildə yaranmışdır. Buna görə də həmin hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Belə ki, həmin dövrdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə idi və o Qanun 1992-ci ildə qəbul edilmişdir. Daha sonra x xxxxxx 2006-cı il tarixində “Əmək pensiyaları haqqında” Qanun qəbul edildikdən sonra yuxarıda qeyd edilən qanun qüvvədən düşmüş hesab edilmişdir. Yəni onun əmək pensiyası almaq hüququ 2005-ci ildən yaranmış və buna görə də həmin dövrdə qüvvədə olan qanun tətbiq edilməklə iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi o, 1970-1978-ci illərdə islah-əmək müəssisəsində cəza çəkmiş və eyni zamanda ödənişli ictimai əməyə cəlb edilmişdir. Bununla bağlı həmin dövrdə cəza çəkən şəxslərin ictimai faydalı əməyə cəlb olunması və həmin işlədikləri vaxtın ümumi əmək stajına daxil edilməsi o dövrdə qüvvədə olan Məcəllədə nəzərdə tutulmamışdır. Lakin, sonradan 1997-ci il tarixli, 246-İQD nömrəli “Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Məcəlləyə dəyişiklik edilmiş, məhkumların işlədikləri vaxtın ümumi əmək stajına hesablanması və daxil edilməsi Məcəlləyə əlavə edilmişdir. Yəni 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqında” Qanunda islah-əmək müəssisələrində cəzaçəkmə müddətinin sığortaolunanın sığorta stajına daxil edilməməsinin göstərilməsi onun əmək pensiyası təyin edilməsi və fərqin ödənilməsinə heç bir hüquqi maneəçiliyi yoxdur. Belə ki, adı çəkilən qanun 2006-cı ildə qəbul edilmiş və bu qanun qüvvəyə mindikdən sonra yaranan hüquqi münasibətləri tənzimləyir. Onun isə bu hüququ 2005-ci ildən yaranmışdır. Bildirmək istəyir ki, o, yenidən bu məsələyə baxılması və aradakı olan fərqin onun xeyrinə ödənilməsini istəyir. Yuxarıda qeyd etdiyi kimi mövcud olan hüquq münasibətləri məhz 2005-ci il tarixində yaranmışdır, yəni ilk müraciət etdiyi zaman məhz bu münasibətlərin hüququ əsası qoyulmuşdur. Həmin vaxt əlilliklə bağlı sosial pensiya üçün müraciət etsə də, əslində o vaxt onun məhz əmək pensiyası almaq hüququ qanunla yaranmış və mövcud olmuşdur. Bu hal sonradan ona məlum olsa da, o dövrün qanununa görə onun bu hüququnun sonradan bilinməsindən asılı olmayaraq həmin vaxtdan yəni 2005-ci ildən yarandığı qəbul edilməli, qanunun tələbinə görə də o vaxtdan məhkəmə qərarı qanuni qüvvəsini aldığı tarix nəzərə alınmaqla aradakı pensiya məbləği fərq ona ödənilməlidir. Bu dəfə isə artıq müvafiq olaraq birinci qərarın sonadək icra olunmadığı üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yəni fərqin ödənilməsi ilə bağlı tələblə deyil, artıq tamam başqa əsasla məhkəməyə müraciət edir. Belə ki, ikinci dəfə müraciət edən zaman başqa iddia tələbi var idisə, artıq bu dəfə müvafiq olaraq birinci qərarın (iddia tələbinin təmin olunmuş qərarı) tam icra olunmaması ilə bağlı olmasıdır. Yəni tərəflər eyni olsa da artıq tələblər və onun əsası fərqli və iddianın predmeti də fərqlidir. Burada isə tərəflər eyni olsa da, iddia tələbi tamamilə fərqli və dolayı yolla da predmet də fərqlidir. Belə ki, bundan əvvəl o, müvafiq inzibati orqana qarşı “sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbinə” öhdəliyin qoyulması, yəni məcburetmə haqqında iddia qaldırmışdır. Bu dəfə isə yenidən müvafiq inzibati orqana qarşı İPM-nin 34-cü maddəsində nəzərdə tutulmuş “öhdəliyin icrası haqqında” iddia qaldırmışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi bu ilin iyun ayının əvvəlində müvafiq inzibati orqana ərizə ilə müraciət edərək “Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının tam şəkildə icra olunması, əvvəllər icrası tam şəkildə həyata keçirilməmiş bu qərarın icrasına yenidən baxılması, onun əlilliklə bağlı sosial pensiya təyin edilmiş vaxtdan hesablanmaqla yəni xx xxxxx 2005-ci il tarixindən hesablanmaqla Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının qanuni qüvvəsini aldığı vaxtadək olan müddətdə ödənilməmiş sosial pensiya ilə əmək pensiyası arasındakı olan fərqin hesablanmaqla onun xeyrinə ödənilməsi barədə qərar” qəbul etməyi və ona köməklik göstərməyi xahiş etmişdir. Həmin inzibati orqanın xx xxxx 2020-ci il tarixli, 01/A-18 saylı cavab məktubunda müvafiq məhkəmə qərarlarının olması qeyd edilmiş və ona 2005-ci ildən əmək pensiyasının təyin olunması və yaranan fərqin ödənilməsinin qanun xaricində olması göstərilmişdir. Məhz bu dəfə imtina məktubu onu razı salmadığı üçün o, yenidən məhkəməyə müraciət etməli olmuşdur. Hal-hazırda onun tələbi fərqin ödənilməsi deyil, müvafiq məhkəmə qərarının tam icra olunmaması ilə bağlıdır. Yuxarıda qeyd etdiyi kimi birinci qərar əsasında ona 705 manat fərq ödənilmişdir. X14 Respublikası İnzibati- İqtisadi Məhkəməsinin (əvvəlki adı ilə) xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)-33/2014 saylı qərarının 2-ci səhifəsinin sonuncu abzasında da (cavabdeh orqanın nümayəndəsinin izahatında) öz təsdiqini tapır. Yuxarıda qeyd edilən qərarla onun iddiası təmin olunsa da, bu qərar sonadək icra olunmamışdır. Həmin qərarın 2-ci səhifəsinin sonuncu abzasında da (cavabdeh orqanın nümayəndəsinin izahatı) qeyd edilmişdir ki, ona müvafiq inzibati orqan tərəfindən 705 manat fərq verilmiş, haliyədə onun 2005-ci il tarixindən sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi tələb etdiyi, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda isə həmin fərqin ödənilməsinə dair heç bir norma yoxdur. Sonuncu ərizə ilə də müvafiq orqana müraciət edən zaman ərizədə qeyd etmişdir ki, onun əmək pensiyası almaq hüququ 2005ci ildən yaranmışdır. Onun əmək pensiyası almaq hüququ xx xxxxxx 2013-cü il tarixli məhkəmə qərarı ilə yaranmışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi o, 2005-ci ildə əlilliklə bağlı sosial pensiyanın təyin olunması üçün müraciət edən zaman onun əmək pensiyasını ala bilməli olduğu ona bəlli deyildi, çünki o, hüquqşünas deyil və qanunlardan xəbərinin olmamağı tamamilə normal bir haldır. O, pensiya ilə təmin olunmaq üçün müraciət edən zaman artıq bu hüququ yaranmışdır. Onun əmək pensiyası almaq hüququ yarandığı vaxt 2005-ci ildir və o dövrdə olan qanun tətbiq edilməlidir. Belə ki, o dövrdə "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə idi və o qanunun 106-cı maddəsinə görə də pensiyanı təyin edən və ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilir. Yəni mövcud hüquq münasibətləri məhz 2005-ci ildən yarandığından məhz bu qanuna əsasən də ona bu fərq ödənilməli idi. İddiaçı yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11, 12, 33, 68, 73-cü maddələrini rəhbər tutaraq, məhkəmədən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X10 xx xxxx 2020-ci il tarixli, 01/A-18 saylı imtina məktubunu əsassız hesab edərək, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barədə öhdəlik qoyulması” tələbinə dair qaldırdığı iddianın təmin olunması nəticəsində çıxarılmış və qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarı ilə ona əmək pensiyasının təyin edildiyini, həmin qərarın tam icra edilmədiyini, 2011-ci il oktyabr ayından qərarın çıxarıldığı dövrədək 705 manat fərqin hesablanıb ona verildiyini, həmin qərara əsasən əmək pensiyasının 2005-ci ildən hesablanmalı olduğunu hesab etdiyini, lakin cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının 2005-2011-ci illər üzrə hesablanmadığını qeyd edərək, əmək pensiyasına keçmək barədə öhdəlik qoyulması tələbinə dair qaldırdığı iddianın təmin olunması nəticəsində çıxarılmış və qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X13 nümayəndəsi X6 xx xxxx 2020-ci il tarixli, 01/182 nömrəli etiraz məktubuna uyğun izahat verərək,Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarı ilə İddiaçı əmək pensiyasının təyin edildiyini, 2011-ci il oktyabr ayından qərarın çıxarıldığı dövrədək 705 manat fərqin hesablanıb İddiaçı verildiyini və həmin qərarın tam icra edildiyini qeyd edərək, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3rşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, qeydiyyatla bağlı arayışı, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarının surətini, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)- 33/2014 nömrəli qərarının surətini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(108)-08/2014 nömrəli qərarının surətini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 17/11-A-8 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, 17/11-a-36 nömrəli cavab məktublarının surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə uğurlu deyildir, yəni əsassızdır. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X10 İddiaçı ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 01/A-18 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında əmək pensiyaları 2006-cı ildə Milli Məclisdə qəbul edilən, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan və xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin olunur. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2inz(087)-02/2013 nömrəli qərarına əsasən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx xxxxxxx 2011-ci il tarixdə ərizə ilə Fondun Naxçıvan şəhər şöbəsinə müraciət edərək əmək pensiyası təyin olunması tələbini nəzərə alınaraq İnzibati-İqtisadi Məhkəmənin xx xxxxxx 2013-cü il tarixli Qərarına əsasən xx xxxxxxx 2011-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur. Ərizədə qeyd edildiyi kimi İddiaçı 2005-2011-ci illərdə əmək pensiyası təyin olunması və ödənilməsi ilə əlaqədar X8 Respublikasının İnzibati–İqtisadi Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)-33/2014 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. Həmin qərardan razı qalmadığı üçün o, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Lakin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(108)-08/2014 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin olunmamışdır. İddiaçı nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda həmin məsələ ilə bağlı yenidən iddia qaldırılması yolverilməzdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, ərizədə qeyd edilənlər üzrə İddiaçı 2005-ci il tarixdən əmək pensiyası təyin olunması və yaranan fərqin ödənilməsi qanun xaricindədir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Mənzil-İstismar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 387 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, bina 1, 44 nömrəli evdə qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əmək pensiyasına keçirilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)-33/2014 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun üzərinə sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(108)-08/2014 nömrəli qərarının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilməmiş və Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)-33/2014 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan İddiaçı ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 17/11-A-8 saylı və xx xxxxxx 2020-ci il tarixli, 17/11-A-36 saylı cavab məktublarının surətlərindən görünür ki, tələblərə riayət edilmədən müvafiq ərizə verildiyindən ərizəyə baxılmasının qanunla mümkün olmaması qeyd edilmiş və qanunun tələbinə görə yalnız axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan 6 ay müddətində ərizənin verilməsinin mümkünlüyü qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X10 məhkəməyə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 01/182 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı eyni predmet üzrə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi qarşısında iddia qaldırmış və məhkəmənin xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)-33/2014 nömrəli qərarı ilə rədd edilmişdir. Qərardan narazı qaldığı üçün iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasına apelyasiya şikayəti ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyası apelyasiya şikayətinə baxaraq xx xxxxxx 2014-cü il tarixli, 2-1(087)-08/2014 nömrəli qərarı ilə şikayəti təmin etməmişdir. İddiaçı qərardan kassasiya şikayəti verməmişdir. Beləliklə o, məhkəmənin qəbul etdiyi qərarı qəbul etmişdir. Məsələnin üzərindən 7 il keçdikdən sonra eyni predmet üzrə iddia qaldırması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə tamamilə ziddir və yolverilməzdir. İddiaçı 2005-ci ildən İİ dərəcə əlil olması barədə X15 Komissiyasının müayinə aktından çıxarışı bu günə kimi Fondun Naxçıvan şəhər şöbəsinə təqdim etmədiyi, qəbul olunan məhkəmə qərarında cavabdehin qanunvericiliyə uyğun düzgün müəyyən edilmədiyinə, cəzaçəkmə müəssisəsində işlədiyi vaxt və əmək haqqı alması barədə müvafiq arayışı təqdim etmədiyinə görə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarına yenidən baxmalı və ya İddiaçı pensiya təyin olunması barədə öhdəliyin ləğv olunması ilə bağlı qanunvericiliyə uyğun olaraq iddia qaldırılır. Bu günə qədər artıq və qanunsuz ödənilmiş pensiya məbləğinin qaytarılması barədə öhdəliyin İddiaçı üzərinə qoyulması üçün məhkəmə qarşısında vəsatət verilir. Cavabdeh inzibati orqan iddia tələbinin rədd olunması, qanunsuz və artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə öhdəliyin vətəndaş İddiaçı üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. İş materiallarından və tərəflərin izahatı ilə müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz.(087)-02/2013 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyasına keçirilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş və məhkəmənin həmin qərarı tam icra olunmuşdur. Həmçinin 2011-ci ildən, yəni vətəndaşın cavabdehə müraciət etdiyi vaxtdan, yəni 2011-ci ilin oktyabr ayından əmək pensiyası ilə sosial müavinət arasındakı 705 manat fərqi ödənilmişdir. Həmin fakt iddiaçının özü tərəfindən də təsdiq olunur. İş materiallarına əlavə edilmiş sənədlərlə və cavabdehin nümayəndəsinin izahatı ilə tam sübuta yetirilir ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarı inzibati orqan tərəfindən tam icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi tələbi ilə bağlı X8 Respublikası Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş, həmin orqanın imtina məktubunu aldıqdan sonra Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsində müvafiq inzibati orqana qarşı iddia qaldırmış, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2-1(087)-33/2014 nömrəli qərarı ilə iddia tələbi rədd olunmuş, iddiaçı qərardan narazı qalaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasına apelyasiya şikayəti ilə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(108)- 08/2014 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qəbul etdiyi qərarı mübahisələndirməmiş və qərarla razılaşmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarı tam icra edildiyindən, cavabdeh inzibati orqanın İddiaçı iddia tələbindən imtina etməsi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə belə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz.(087)-02/2013 nömrəli qərarı tam icra olunduğundan, İddiaçı iddia tələbinin təmin olunmasından imtina edilməsində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna ünvanlandığı xx xxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarının icra olunub-olunmaması barədə məlumat verilməsi tələb olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanlandığı xx xxxx 2013-cü il tarixli, 01/77 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli Fondun şəhər şöbəsi tərəfindən icra olunmuşdur. Məhkəmə cavabdehin iddiaçının iddia tələbinin eyni predmet üzrə iddia qaldırdığı üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.2-ci maddəsinə zidd olduğundan yolverilməz olması barədə fikri ilə bağlı bildirir ki, hazırki iddia tələbi Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)- 02/2013 nömrəli qərarının tam icra olunması tələbidir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası barədə iddiadır. Məhkəmə tərəfindən cavabdehə xx xxxx 2020-ci il tarixli, 01/182 saylı məktubunda qeyd etdiyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hallar üzrə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarına yenidən baxılmalı və ya İddiaçı pensiya təyin olunması barədə öhdəliyin ləğv olunması ilə bağlı qanunvericiliyə uyğun olaraq iddia qaldırması, bu günə qədər artıq və qanunsuz ödənilmiş pensiya məbləğinin qaytarılması barədə öhdəliyin İddiaçı üzərinə qoyulması üçün məhkəmə qarşısında qaldırdığı vəsatəti ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-104-cü maddələri izah edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi tələbi ilə bağlı X8 Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı qaldırdığı iddia tələbi Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014cü il tarixli, 2-1(087)-33/2014 nömrəli qərarı ilə rədd olunmuş, iddiaçı qərardan narazı qalaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına apelyasiya şikayəti ilə müraciət etmiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1(108)-08/2014 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarı tam icra edildiyindən, İddiaçı həmin qərar əsasında ona 2005-2011-ci illər arasında olan fərqin hesablanıb ödənilməsini tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3rşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X10 xx xxxx 2020-ci il tarixli, 01/A-18 saylı imtina məktubunu əsassız hesab edərək, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barədə öhdəlik qoyulması” tələbinə dair qaldırdığı iddianın təmin olunması nəticəsində çıxarılmış və qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 68, 69, 75, 81, 85 və 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3rşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X10 xx xxxx 2020-ci il tarixli, 01/A-18 saylı imtina məktubunu əsassız hesab edərək, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barədə öhdəlik qoyulması” tələbinə dair qaldırdığı iddianın təmin olunması nəticəsində çıxarılmış və qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-69/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-69/2020
14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver