Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-69/2024 23.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 12 mart 2023-cü il tarixli poçt vasitəsi ilə müraciət edilmiş məktubun cavablandırılması və 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N1-ci il tarixli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi tələbi ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin nümayəndəsi (komissiyanın üzvü) Vüsal müəllimə 15 dekabr 2021-ci il və 08 iyun 2022-ci il tarixlərdə rəsmi olaraq müraciət etmişdir. Bundan başqa 04 yanvar 2023-cü il tarixdə qəbz nömrəsi SS827859205AZ və N mart 2023-cü il tarixdə qəbz nömrəsi SS841505773AZ poçt vasitəsi ilə, eyni məzmunlu tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. 2023-cü il tarixdə fevral ayında Müdafiə Nazirliyinin saytına elektron məktubla (qeydiyyat nömrəsi 0313752) 04 yanvar 2023-cü il tarixdə göndərilmiş ərizənin cavablandırılmaması barədə şikayət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Naxçıvan poçt vasitəsi ilə qəbz nömrəsi SS827859205AZ 04 yanvar 2023-cü il və qəbz nömrəsi SS841505773AZ N mart 2023-cü il tarixlərdə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisinə ünvanlandığı ərizələr “Vətəndaşların müraciətləri haqqında" 30 sentyabr N5-ci il 1308 nömrəli Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin tələblərinə uyğun bugünə kimi cavablandırılmamışdır. İddiaçı Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə pensiya alan ehtiyatda olan zabit, 15 avqust 1998-ci il tarixdən 01 avqust N9-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci, 164-cü və “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddələrinin tələblərinə əsasən fasiləsiz 20 təqvim ili hərbi xidmət keçərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may N9-cu il tarixli, 0414 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respubtikası ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən "N6-ci il aprel" müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin xidmət illəri barədə arayışda onun xidmətdən buraxıldığı günə fasiləsiz xidmət illəri: təqvimlə - 20 il 11 ay 16 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 09 il 10 ay 10 gün, ümumi xidmət illəri isə 30 il 09 ay 26 gün təşkil edir. Onun fasiləsiz 20 il 11 ay 16 gün qüsursuz xidməti olduğundan, 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Azərbaycan Respublikası Prezidentin Fərmanı ilə yaşayış sahəsi almaq hüququ tanınmışdır. Hərbi xidmət dövründə 19 iyul 2008-ci il tarixlərdə ”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, xx.xx.2009-cu ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.N7-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla təltif olunmuşdur. Lakin xidmət illəri zamanı Füzuli Hərbi Məhkəməsinin 02 noyabr N1-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cavabdehin imtinası, iddiaçının 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.N1-ci il tarixli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməməsi, Avropa İnsan Hüquqları Konvensiyası 1 saylı Protokolun 1-ci maddəsini, Konstitusiyon normalara zidd və qanunlarla tanınan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hökm 22 noyabr N1-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Gəncə şəhəri Kəpəz rayon İcra şöbəsinin xx.xx.N2-ci il tarixli 174/11 qeydiyyatlı arayışına əsasən 28 mart N2-ci il tarixdə cəzanın çəkib qurtardığı gün hesab edilir. İddiaçı 28 mart N3-cü il tarixdə məhkumluq ödənişi başa çatmışdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir və məhkumluğu olmayan şəxs hesab edilir. Bununla da iddiaçı məhkumluğu olmayan şəxs hesab edilmiş və bunun nəticəsində onun barəsində məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun 12 mart 2023-cü il tarixli poçt vasitəsi ilə müraciət edilmiş məktubun cavablandırılması və 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 16 iyun 2023-cü il tarixli yeni iddia ərizəsi göndərərək, 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 iyul 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı 20 iyun 2023-cü il tarixli, 3-25-M/2- 2892/23 və 24 iyun 2023-cü il tarixli, 3-25-M/2-3018/23 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı Cavabdehndə 15 avqust 1998-ci il tarixdən 17 may N9-cu il tarixədək xidmət etmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ordu sıralarından ehtiyata tərxis olunmuşdur. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini tələb edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; 2. Hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməli; 3. Göstərdiyi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün kifayət etmir. Çünki “həqiqi hərbi xidmətin qüsursuz” şərti mövcud deyil. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 16 iyun 2023-cü il tarixli, 2510 nömrəli məktubdan görünür ki, İddiaçı xidmət müddətində Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin 02 noyabr N1-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, işin şərh edilən hallarını nəzərə alaraq Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından, iddiaçının iddia ərizəsi rədd olunmalıdır. İddiaçının Azərbaycan Ordusunda 20 il, 9 ay, 2 gün xidmət keçməsi müəyyən edilmişdir. Lakin, xidmət illərindən məhkumluq müddəti (bir il) çıxılsa (Azərbaycan Respublikası CMnin 83.3.2-ci maddəsinə əsasən) 20 (iyirmi) təqvim ili və daha çox xidmət müddəti olmadığına bu Fərman ona şamil edilmir. İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın rədd edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 yanvar 2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1981-ci ildə doğulmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 653 nömrəli arayışdan görünür ki, İddiaçı A.Cəlilov 17, mənzil 17 ünvanında qeydiyyatdadır. EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən N iyun 2004-cü il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N iyun 2004-cü il tarixdən N noyabr 2005-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N noyabr 2005-ci il tarixdən 14 dekabr N0-cu il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 14 dekabr N0-cu il tarixdən 18 iyul N1-ci il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 18 iyul N1-ci il tarixdən 02 oktyabr N7-ci tarixədək N nömrəli hərbi hissədə idarəetmə taqım komandiri, 02 oktyabr N7-ci il tarixdən 28 iyul N8-ci il tarixədək N nömrəli hərbi hissədə QRR və AİŞ üzrə köməkçi, 28 iyul N8-ci il tarixdən 01 avqust N9-cu il tarixədək N nömrəli hərbi hissədə RBR Q6 köməkçisi vəzifələrində işləmişdir. Hərbi biletin 9-cu səhifəsində İddiaçı Lələtəpə istiqamətində 02 aprel N6-cı il tarixdən 05 aprel N6-cı il tarixədək N saylı hərbi hissənin tərkibində idarəetmə taqım komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirməsi (əsas: N saylı hərbi hissənin N fevral 2020-ci il tarixli, 602 №-li arayışı), 14-cü səhifəsində isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması qeyd olunmuşdur. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N oktyabr 2022-ci il tarixli, 2208 nömrəli arayışdan məlum olur ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı N nömrəlihərbi hissə komandirinin N mart N6-cı il tarixli müvafiq əmri ilə bütün növ təminatlara qoyularaq N nömrəli hərbi hissənin tərkibində xx.xx.N6-cı il tarixdən 04,04,N6-cı il tarixədək 1-ci və 2-ci ordu korpuslarının müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyatlarında iştirak etmişdir. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli, 103 nömrəli arayışdan aydın olur ki, İddiaçı həqiqətən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N9-cu il tarixli, 156 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, kapitan İddiaçı, N nömrəli hərbi hissənin rabitə bölməsi (Q6) rəisinin köməkçisi (avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may N9-cu il tarixli 0414 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N9cu ilin hesabından 60 (altmış) gün müddətinə məzuniyyət verilməklə 01 avqust N9-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə göndərilmişdir. Kapitan İddiaçı, N9-cu il yanvar-iyul aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N7-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, kapitan İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki misli maaş miqdarında birdəfəlik pul müavinəti ödənilməsi, kapitan İddiaçı N9-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməsi əmr edilmişdir. N9-cu ilin növbəti məzuniyyətindən 30 (otuz) gün istifadə etdiyi, 1 (bir) misli vəzifə maaşı həcmində əlavə pul təminatı ödənildiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 3-25-8/2-M-3xx-xx/2023 nömrəli arayışdan məlum olur ki, ehtiyatda olan kapitan İddiaçı, həqiqətən 15 avqust 1998-ci il tarixdən 01 avqust N9-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 20 il 11 ay 16 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 09 il 10 ay 10 gün, ümumi xidmət illəri isə - 30 il 09 ay 26 gün təşkil edir. O, Azərbaycan Respublikası Müdafiə nazirinin 0414 nömrəli 17 may N9-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 01 avqust N9cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Gəncə şəhəri Kəpəz rayon icra şöbəsinin 28 sentyabr N2-ci il tarixli, 174/11 nömrəli arayışdan aydın olur ki, İddiaçı Fizuli Hərbi Məhkəməsinin 1(097)-183/N1 saylı 02 noyabr N1-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. O, hökm üzrə təyin olunmuş 800 manat məbləğində cəriməni Kəpəz Rayon İcra Şöbəsində xx.xx.N2-ci il tarixdə tam şəkildə ödəmişdir. Füzuli Hərbi Məhkəməsi tərəfindən verilmiş 28 yanvar N6-cı il tarixli, 183 nömrəli arayışdan görünür ki, İddiaçı Füzuli Hərbi Məhkəməsinin xx.xx.N1-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon icra şöbəsindən daxil olmuş xx.xx.N4-cü il tarixli, 635 saylı arayışdan aydın olur ki, İddiaçı ona təyin edilmiş 800 (səkkiz yüz) manat miqdarında cəriməni dövlət büdcəsinə tam şəkildə ödəmişdir. Hal-hazırda İddiaçı üzərində yuxarıda qeyd edilən hökm üzrə heç bir cərimə cəzası qalmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 26 aprel N9-cu il tarixli, M38790 nömrəli arayışdan məlum olur ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1981-ci ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik (1918-2008)” yubiley medalı barədə vəsiqənin surətindən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyul 2008-ci il tarixli, 0140 t nömrəli əmri ilə baş leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə təltif olunmuşdur. “Qüsursuz xidmətə görə” vəsiqədən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2009-cu il tarixli, 029 t nömrəli əmri ilə baş leytenant İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. “Qüsursuz xidmətə görə” vəsiqədən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun N7-ci il tarixli, 0105 t nömrəli əmr ilə baş leytenant İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. Füzuli Hərbi Məhkəməsinin xx.xx.N1-ci tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 iyun 2023-cü il tarixli, 2510 məktubundan məlum olur ki, vətəndaş İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1998-xx.xx.N9) 20 (iyirmi) il, 9 (doqquz) ay, 2 (iki) gün, Füzuli Hərbi Məhkəməsinin N1-ci il 02 noyabr tarixli 800 (səkkiz) manat cərimə cəzasına məhkum edilməyi barədə qərarına əsasən məhkumluğ müddəti 1 (bir) il təşkil edir, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə bu Fərman ona şamil edilmir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 noyabr 2023-cü il tarixli, 04/914 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Cavabdeh Mənzil-İstismar Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 yanvar 2024-cü il tarixli, 49 nömrəli məktubundan məlum olur ki, verilmiş sorğunun 1-ci hissəsinə əsasən bildirilir ki, ehtiyatda olan kapitan İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1998-xx.xx.N9) 20 (iyirmi) il, 9 (doqquz) ay, 2 (iki) gün, Füzuli Hərbi Məhkəməsinin N1-ci il 02 noyabr tarixli 800 (səkkiz) manat cərimə cəzasına məhkum edilməyi barədə qərarına əsasən məhkumluq müddəti 1 (bir) il təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında” 15 noyabr 2021ci il tarixli, 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə bu Fərman ona şamil edilmir. Sorğunun 2-ci hissəsinə əsasən bildirilir ki, iddiaçının xidmət müddəti zamanı Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil fondundan yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. 1.0.2-ci maddəsinə əsasən Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanı: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N2-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadı. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, N1-ci il 28 dekabr tarixli Fərmanına əsasən adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsinə nail olmağa yönəlmişdir. Bu zaman iddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğuna istinad edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən, xx.xx.N9-cu il tarixədək 20 il, 11 ay, 16 gün xidmət etmiş, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ordu sıralarından ehtiyata buraxılmışdır. Füzuli Hərbi Məhkəməsinin 02 noyabr N1-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Xidmət illərindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsində təsbit edilmiş bir il məhkumluq müddəti çıxıldıqda, iddiaçı qanunla müəyyən edilmiş 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu statusuna malik olmur. Həmçinin hökmün mötəbərliyi qəbul edildikdə, onun həmin məzmunda qanuni qüvvəyə mindiyi müəyyən edildiyi halda, aşağıdakılar nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N1ci il 28 dekabr tarixli, 569 nömrəli Fərman ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmış, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiya yaradılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N1ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N1-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”. Göründüyü kimi, həmin Fərmanla “qüsursuz xidmət” müddəasına izah verilmiş, məhkumluq müddəti qüsursuz xidmət müddətinin tərkibinə daxil edilməmişdir. Bununla yanaşı, Fərmanın məzmunundan göründüyü kimi, məhkumluq faktı hərbi xidmətin faktiki çəkilən müddətinin qüsursuzluğunu özü-özlüyündə aradan qaldırmır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N2-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki: Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir.... “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. .... İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralranmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust N2-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi hazırkı və oxşar mübahisələrə dair məsələlər qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Odur ki, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-69/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-69/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver