Məhkəmə qərarları › İş №2-1(122)-7/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-7/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-7/2020 29.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçıların nümayəndəsi X4, iddiaçıların vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı2, Filiz (İbrahimova) Çiçək Həsən qızının və Cavabdeh nümayəndəsinin iştirakları olmadan, iddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızının Cavabdehnə qarşı “26 aprel 1960-cı ildə anadan olmuş İddiaçı2 və 23 mart 1964-cü ildə anadan olmuş X8 məxsus (ataları azərbaycanlı, X3 və anaları azərbaycanlı, X10) doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 1960-cı ildə anadan olmuş İddiaçı2 və 23 mart 1964-cü ildə anadan olmuş X8 məxsus (ataları azərbaycanlı, X3 və anaları azərbaycanlı, X10) doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 ərizəsini onunla əsaslandırmışdır ki, 26 aprel 1960-cı ildə Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuşdur. 01 avqust 1995-ci ildə Türkiyə Respublikası vətəndaşı X21 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu hal Sədərək Rayon Sədərək Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 155135 nömrəli nikah haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Nikaha daxil olduqdan sonra həyat yoldaşı Türkiyə Respublikası vətəndaşı X21 ilə birlikdə yaşamaq məqsədi ilə Türkiyə Respublikasına getmişdir. Hal-hazırda Türkiyə Respublikasında yaşayır, bir övlad anasıdır. Filiz (İbrahimova) Çiçək Həsən qızı iddia ərizəsində göstərmişdir ki, 23 mart 1964cü ildə Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuşdur. Filiz (İbrahimova) Çiçək Həsən qızı 11 iyul 1997-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı X19 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu hal Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 156297 nömrəli nikah haqqında şəhadətnamə ilə öz təsdiqini tapmaqdadır. Nikaha daxil olduqdan sonra həyat yoldaşı Türkiyə Respublikası vətəndaşı X19 ilə birlikdə yaşamaq məqsədi ilə Türkiyə Respublikasına getmişdir. Hal-hazırda Türkiyə Respublikasında yaşayır, iki övlad anasıdır. İddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) X15 Respublikası vətəndaşlığını əldə etmək məqsədilə Türkiyə Respublikasında müvafiq dövlət orqanlarına müraciət etmişlər və orada onlara bildirilmişdir ki, vətəndaşlıq məsələsinin həll olunması üçün doğum haqqında şəhadətnamə olmalıdır. Bundan sonra iddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızı doğum haqqında akt qeydlərinin bərpa edilməsi barədə nümayəndələri (anaları) X10 vasitəsi ilə Cavabdehnə müraciət etmişdirlər. Cavabdeh 20 noyabr 2019-cu il tarixli, 161/02 nömrəli məktubuna əsasən doğum haqqında aktların bərpasının yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduğu təqdirdə və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilməsinin mümkünlüyü barədə iddiaçıların nümayəndəsinə yazılı cavab verilmişdir. Bundan sonra iddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızı doğum haqqında şəhadətnaməni arxivdən almaq üçün nümayəndələri (anaları) X10 vasitəsi ilə Kəngərli Rayon Arxiv İdarəsinə müraciət etmişdirlər.Arxiv İdarəsinin 25 noyabr 2019-cu il tarixli, 21 saylı məktubuna əsasən Kəngərli Rayon Şahtaxtı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1969-1971-ci illərə dair 15 nömrəli “Təsərrüfatbaşına kitab”da İddiaçı2 – 26 aprel 1960-cı il doğumlu və X12 isə -23 mart 1964-cü il doğumlu kimi göstərilməklə ataları X2 ailə başçısı olduğu ailə üzvləri siyahısının tərkibində olduqları göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a görə itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İddiaçılar yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrinə əsasən məhkəmədən 26 aprel 1960-cı ildə anadan olmuş İddiaçı2 və 23 mart 1964-cü ildə anadan olmuş X8 məxsus (ataları azərbaycanlı, X3 və anaları azərbaycanlı, X10) doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh inzibati orqan 09 yanvar 2020-ci il tarixli, 04 nömrəli məktubla iddia ərizəsinə münasibət bildirərək, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə iddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızının nümayəndəsi X4 20 noyabr 2019-cu il tarixdə Cavabdehnə müraciət etdiyini, lakin doğum akt qeydləri Cavabdeh arxivindən tapılmadığı səbəbindən həmin akt qeydlərinin bərpası Qeydiyyat şöbəsi tərəfindən mümkün olmadığı üçün (doğum akt qeydinin əvvəllər olduğunu təsdiq edən təqdim olunmadığından) X4 müvafiq məhkəməyə müraciət etməsi məsləhət görülərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 saylı qərarının 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərinin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. İşin hazırlıq mərhələsi təyin edilmiş, iddiaçıların nümayəndəsinin və iddiaçıların vəkilinin mülahizələri dinlənilmiş, işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı 29 yanvar 2020-ci il tarixə təyin edilmişdir. İddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızına şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdeh ünvanına məhkəmə iclasının vaxtı və keçiriləcəyi yer barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh inzibati orqan heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məktubla müraciət edərək, məhkəmə iclasında iştirakları olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçıların və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə iclasında iddiaçıların nümayəndəsi X10 izahatında İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızına uşaq olan vaxtlarında doğum haqqında şəhadətnamə almadıqlarını, onlar məktəbə getdikləri dövrlərdə məktəbin direktoru da onlardan doğum haqqında şəhadətnamə tələb etmədiyini, sonradan ərindən boşandığı üçün doğum haqqında şəhadətnamənin alınmasına cəhd etmədiklərini, indi isə Cavabdeh İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızına doğum haqqında şəhadətnamələrin verilməsindən imtina etdiyini qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızının vəkili Vəkil çıxışında iddia ərizəsində yazılanları müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçıların nümayəndəsinin və iddiaçıların vəkilinin izahat və çıxışını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Kəngərli Rayon Şahtaxtı kənd sakini X5 ünvanlandığı 20 noyabr 2019-cu il tarixli, 16/102 nömrəli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 doğum haqqında akt qeydlərinin bərpa edilməsi haqqında Cavabdehnə daxil olmuş ərizəyə baxılmışdır. Doğum haqqında akt qeydlərinin bərpa edilməsi üçün həmin qeydlərin əvvəllər olmasını təsdiq edən sənədlərin təqdim edilməsi bildirilmişdir. İş materiallarında olan Kəngərli Rayon Dövlət Arxivinin 25 noyabr 2019-cu il tarixli, 21 nömrəli məktubundan görünür ki, Kəngərli Rayon Şahtaxtı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1969-1971-ci illərə dair 15 nömrəli təsərrüfatbaşına kitabında 1932-ci ildə anadan olmuş mərhum X3 ailə başçısı olmaqla qızları İddiaçı2 (26 aprel 1960cı il doğumlu) və X12 (23 mart 1964-cü il doğumlu) onun ailə üzvləri kimi göstərilmişdir. İş materiallarında olan İ-JQ seriyalı, 418134 nömrəli Boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X6 arasında olan nikah 16 iyun 1988-ci il tarixdə ləğv edilmiş və qadına Rəsulova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 02234663 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyul 1939-cu il tarixdə doğulmuş X1 Muxtar Respublikası, Kəngərli rayonu, Şahtaxtı kəndində yaşayır. İş materiallarında olan Kəngərli Rayon Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 noyabr 2019-cu il tarixli, 147 nömrəli arayışından görünür ki, İddiaçı2 Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda durur. İş materiallarında olan İddiaçı2 adına olan pasportun surətindən görünür ki, İddiaçı2 doğum tarixi 1960-cı il, doğum yeri isə İliç rayonu qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur rayonu X23 Deputatları Məclisinin İcraiyyə Komitəsinin 01 fevral 2001-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı2 həqiqətən 26 aprel 1960-cı il tarixdə Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuşdur. İş materiallarında olan X18 Sovetinin 15 iyul 1981-cil tarixli, 15/Vİİ 81 nömrəli arayışının surətindən görünür ki, İddiaçı2 26 aprel 1960-cı ildə Qıvraq kənd təsərrüfatı kitabında anadan olması qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 155135 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə İddiaçı2 aralarında 01 avqust 1995-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli, 683 nömrəli arayışdan görünür ki, Cavabdeh üzrə 1960-cı ilə aid İddiaçı2 barəsində Cavabdeh Arxivində 1960-1970-ci illər üzrə doğum akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan 21 noyabr 2019-cu il tarixli, 3092 nömrəli arayışdan görünür ki, Cavabdeh üzrə 1960-cı ilə aid İddiaçı2 barəsində Cavabdeh Arxivində 1957-1980-ci illər üzrə doğum akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan 27359 nömrəli vəkalətnamənin surətindən görünür ki, İddiaçı2 Azərbaycan Respublikasının ərazisi daxilində olan bütün orqanlarda özünə aid bütün hüquqlarının qurunmasını Firəngiz Rəsulovaya etibar etmişdir. İş materiallarında olan Kəngərli Rayon Şahtaxtı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 noyabr 2019-cu il tarixli, 148 nömrəli arayışından görünür ki, Filiz (İbrahimova) Çiçək Həsən qızı həqiqətən Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda durur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1964-cü ildə doğulmuş Filiz X13 rayonu, Şahtaxtı kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı, ********* nömrəli pasportun surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1964-cü ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 156297 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X12 arasında 11 iyul 1997-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Şahtaxtı Kənd Ərazi İcra Nümayəndəliyinin 01 fevral 2001-ci il tarixli arayışının surətindən görünür ki, X12 23 mart 1964-cü ildə Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuşdur. İş materiallarında olan X18 Sovetinin 15 iyul 1981-ci il tarixli, 15/Vİİ81 nömrəli arayışının surətindən görünür ki, X7 Qıvraq kənd təsərrüfatı kitabında xx xxxxx 1964-cü ildə anadan olması qeyd olunmuşdur. İş materiallarında olan B seriyalı, 107664 nömrəli diplomun surətindən görünür ki, X12 avtomobil, traktor və kənd təsərrüfatı maşınları təmiri peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək, ona imtahan komissiyasının 26 iyun 1989-cu il tarixli qərarı ilə İV dərəcəli təmirçi - çilingər ixtisası verilmişdir. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli, 160/02 nömrəli arayışdan görünür ki, Cavabdeh üzrə 1964-cü ilə aid İddiaçı1 barəsində Cavabdeh Arxivində 1964- 1971-ci illər üzrə doğum akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan 21 noyabr 2019-cu il tarixli, 8093 nömrəli arayışdan görünür ki, Cavabdeh üzrə 1964-cü ilə aid İddiaçı1 barəsində Cavabdeh Arxivində 1960-1980-ci illər üzrə doğum akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan etibarnamədə təsdiq qeydindən görünür ki, İddiaçı1 bütün məhkəmə orqanlarında ona aid olan işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün zəruri hərəkətləri etməyi, onu təmsil etmək hüququnu Azərbaycan Respublikası vətəndaşı X5 etibar etmişdir. İş materiallarında olan 26 noyabr 2019-cu il tarixli, TT**********43510 nömrəli qəbzdən görünür ki, X10 məhkəmədə iddia qaldırılması üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanlandığı 09 yanvar 2020-ci il tarixli, 04 nömrəli məktubdan görünür ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə iddiaçılar İddiaçı2 və Filiz (İbrahimova) Çiçək Həsən qızının nümayəndəsi X10 20 noyabr 2019-cu il tarixdə Cavabdehnə müraciət etmişdir. Lakin doğum haqqında akt qeydləri Cavabdeh arxivindən tapılmadığı səbəbindən həmin akt qeydlərinin bərpası Qeydiyyat şöbəsi tərəfindən mümkün olmadığından (doğum akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd təqdim olunmadığından) X5 müvafiq məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkili, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Həmin Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmçinin Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçılar barəsində doğum haqqında akt qeydlərinin bərpa edilməsi üçün həmin qeydlərin əvvəllər olmasını təsdiq edən sənədlərin təqdim edilmədiyini əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunması, başqa bir tərəfdən də hər hansı şəxslərin iddiaçını təmsil etmələri üçün (onların 16 yaşları tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınmalı olması qaydaları bir-birinə ziddiyyət təşkil edir. X18 Soveti tərəfindən verilmiş 15 iyul 1981-ci il tarixli arayışlarda İddiaçı2 26 aprel 1960-cı il tarixdə və X7 xx xxxxx 1964-cü il tarixdə Şahtaxtı kəndində anadan olmaları və bu barədə Qıvraq kənd təsərrüfatı kitabında qeydiyyatın aparılması göstərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuz olmaqla iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd edlənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 26 aprel 1960-cı ildə anadan olmuş İddiaçı2 və 23 mart 1964cü ildə anadan olmuş X8 məxsus (ataları azərbaycanlı, X3 və anaları azərbaycanlı, X10) doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar bu iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıların nümayəndəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 23.1, 33.1, 52, 58, 68, 69, 73.1, 75.4, 81, 85.1 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 26 aprel 1960-cı ildə anadan olmuş İddiaçı2 və 23 mart 1964-cü ildə anadan olmuş X8 məxsus (ataları azərbaycanlı, X3 və anaları azərbaycanlı, X10) doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İşə baxılması ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıların nümayəndəsi X5 aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar