Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-70/2025 03.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2015-ci ildə verilmiş texniki pasportunda, 1962-ci ildə tərtib olunmuş texniki pasportdakı B tikilisi nəzərə alınmadığından, 30 dekabr 2015-ci il tarixdə reyestr nömrəsi **********87- 10301 ilə qeydə alınmış daşınmaz əmlakın texniki pasportunun qismən ləğv edilib, 1962-ci ilin texniki pasportunda göstərilən sərhədlərə istinadən B tikilisinin torpaq sahəsi nəzərə alınmaqla yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri müəyyən olunarkən 1960-cı ilin texniki pasportunda göstərilən B tikilisi istifadəsində olduğu təqdirdə nəzərə alınmadığından, 1960-cı ilin texniki pasportundakı sərhədlərə istinadən fərdi yaşayış evini qeydiyyata alaraq çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X9 adına olan ünvan 1 ünvanında yerləşən miras əmlakını qəbul etməklə, xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli, ******* seriya MH nömrə ilə qeydə alınmış Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən çıxarış almış, həmin zaman ərazi düzgün ölçülmədiyindən ölçüdə fərq müəyyən edilmişdir. Həmin torpaq sahəsi uzun illər İddiaçı və ailəsinin mülkiyyətində olan torpaq sahəsi olub. xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ərizə yazaraq ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yerində ölçülərinin aparılmasını xahiş etmişdir. Ölçülər aparılsa da, məktubda qeyd olunan ərazinin bir neçə ölçüsü çıxarılmışdır. 1962-ci il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi babasından miras qalmış, iddiaçının atası və babası tərəfindən hasarlanmışdır. Qeyd olunan ərazi İddiaçı ərazisində, yəni hasarın daxilində olmasına baxmayaraq Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən çıxarışın verilməsi zamanı texniki pasporta işlənməmişdir. Bu səbəbdən də texniki pasportda düzəlişlər aparmaqla həmin ərazinin texniki pasporta işlənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33cü maddələrini rəhbər tutaraq məhkəmədən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri müəyyən olunarkən 1960-cı ilin texniki pasportunda göstərilən B tikilisi istifadəsində olduğu təqdirdə nəzərə alınmadığından, 1960-cı ilin texniki pasportundakı sərhədlərə istinadən fərdi yaşayış evini qeydiyyata alaraq çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 10 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair 06 oktyabr 2023-cü il tarixli, 04/662 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında Xidmətin mütəxəssisləri tərəfindən araşdırma aparılmışdır. İddiaçı X4 adına olmuş, 1962ci ildə tərtib olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportda torpaq sahəsi 719,29 m2 qeyd olunmaqla, iddia etdiyi 9,6x2,6 kv.m. ölçüdə olan tikili öz əksini tapmışdır. Lakin xx.xx.2010-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair verilən torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin 728,14 m2 olduğu qeyd olunmuşdur. Həmin dövrdə qeyd etdiyi tikili mövcud olmamış, tikilinin ərazisi plan-ölçüyə daxil olmasa da, torpaq sahəsi azalmamış, əksinə artmışdır. Yanvar ayında İddiaçı şifahi müraciəti əsasında həyətyanı torpaq sahəsi yenidən geodeziya ölçü cihazları ilə ölçülmüş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 762,2 m2 olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunduğu İddiaçı diqqətinə çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2- 1(122)-261/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2015-ci ildə verilmiş texniki pasportunda B tikilisi nəzərə alınmadığından, həmin qeydiyyatın ləğv edilməsi, 1960-cı ilin texniki pasportunda göstərilən sərhədlərə istinadən yeni pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Cavabdeh inzibati orqan yeni iddia tələbinə dair 25 aprel 2024-cü il tarixli, 04/272 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında Xidmətin mütəxəssisləri tərəfindən araşdırma aparılmışdır. İddiaçı X4 adına olmuş, 1962-ci ildə tərtib olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportda torpaq sahəsi 719,29 m2 qeyd olunmaqla, iddia etdiyi 9,6x2,6 kv.m. ölçüdə olan tikili öz əksini tapmışdır. Lakin xx.xx.2010-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair verilən torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin 728,14 m2 olduğu qeyd olunmuşdur. Həmin dövrdə qeyd edilən tikili mövcud olmamış, tikilinin ərazisi plan-ölçüyə daxil olmasa da, torpaq sahəsi azalmamış, əksinə artmışdır. İddiaçı şifahi müraciəti əsasında həyətyanı torpaq sahəsi yenidən geodeziya ölçü cihazları ilə ölçülmüş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 762,2 m2 olduğu müəyyən olunmuşdur. İddiaçı iddia etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Naxçıvan Bələdiyyəsinin 20.11,2013-cü il tarixli, 98/02 nömrəli qərarı ilə X11 mülkiyyətinə verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2- 1(122)-261/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi iddia tələbinə dair 29 may 2024-cü il tarixli, 04/39 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 06 fevral 2023-cü il tarixli ərizəsi əsasında Xidmətin mütəxəssisləri tərəfindən araşdırma aparılmışdır. İddiaçı X4 adına olmuş, 1962ci ildə tərtib olunmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportda torpaq sahəsi 719,29 m2 qeyd olunmaqla, iddia etdiyi 9,6 x 2,6 kv.m. ölçüdə olan tikili öz əksini tapmışdır. Lakin 29 iyun 2010-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair verilən torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin 728.14 m2 olduğu qeyd olunmuşdur. Həmin dövrdə qeyd etdiyi tikili mövcud olmamış, tikilinin ərazisi plan-ölçüyə daxil olmasa da, torpaq sahəsi azalmamış, əksinə artdığı müəyyən olunmuşdur. Yanvar ayında İddiaçı şifahi müraciəti əsasında həyətyanı torpaq sahəsi yenidən geodeziya ölçü cihazları ilə ölçülmüş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 762.2 m2 olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll olunduğu İddiaçı diqqətinə çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2- 1(122)-261/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2015-ci ildə verilmiş texniki pasportunda, 1962-ci ildə tərtib olunmuş texniki pasportdakı B tikilisi nəzərə alınmadığından, 30 dekabr 2015-ci il tarixdə reyestr nömrəsi **********87-10301 ilə qeydə alınmış daşınmaz əmlakın texniki pasportunun qismən ləğv edilib, 1962-ci ilin texniki pasportunda göstərilən sərhədlərə istinadən B tikilisinin torpaq sahəsi nəzərə alınmaqla yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi yeni iddia tələbinə dair 10 dekabr 2024-cü il tarixli, 04/303 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaşın ərizəsi ilə əlaqədar əmlaka yerində baxış keçirilmiş müayinə nəticəsində məlum olmuşdur ki, İddiaçı X4 adına olmuş, 1962-ci ildə tərtib olunmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki texniki pasportda torpaq sahəsi 719,29 m2 qeyd olunmaqla, qeyd olunan 9,6x2,6 kv.m. ölçüdə olan tikili öz əksini tapmışdır. Lakin xx.xx.2010-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair verilən torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin 728,14 m2 olduğu qeyd olunmuşdur. Həmin dövrdə qeyd olunan tikili mövcud olmamış, tikilinin ərazisi plan-ölçüyə daxil olmasa da, torpaq sahəsi azalmamış, əksinə artmışdır, iddiaçının şifahi müraciəti əsasında həyətyanı torpaq sahəsi yenidən geodeziya ölçü cihazları ilə ölçülmüş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 762,2 m2 olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll olunduğu İddiaçı diqqətinə çatdırılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 15 oktyabr 2025ci il tarixli, 2-1(122)-70/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 03 dekabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə İddiaçı məhkəməyə 24 noyabr 2025-ci il tarixli, AZ7010/********** nömrəli teleqram göndərərək, Naxçıvan Muxtar Respublikasi İnzibati Məhkəməsində iddia qaldırdığını, iddianı müdafiə etdiyini, məhkəmə iclasının xx.xx.2025 ci il tarixdə, saat 14:30-a təyin edildiyini, onun iştirakı olmadan işə baxıb iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçının vəkili Vəkil məhkəməyə 03 dekabr 2025-ci il tarixli məlumat göndərərək, 03 dekabr 2025-ci il tarixdə, saat 14:30-a təyin edilmiş məhkəmə iclasını iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının və onun vəkilinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X7 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat verərək, məhkəmədən müvafiq qərar verilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, ərizəni, çıxarışı, texniki pasportu və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 4 ünvanında yaşayan İddiaçı ünvanlanmış 23 avqust 2023-cü il tarixli, 06/M-215 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli ərizə əsasında Xidmətin mütəxəssisləri tərəfindən araşdırma aparılmışdır. X4 adına olmuş, 1962-ci ildə tərtib olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportda torpaq sahəsi 719,29 m2 qeyd olunmaqla, qeyd edilən 9,6x2,6 kv.m. ölçüdə olan tikili öz əksini tapmışdır. Lakin xx.xx.2010-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair verilən torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin 728,14 m2 olduğu qeyd olunmuşdur. Həmin dövrdə qeyd edilən tikili mövcud olmamış, tikilinin ərazisi plan-ölçüyə daxil olmasa da, torpaq sahəsi azalmamış, əksinə artmışdır. Yanvar ayında onun şifahi müraciəti əsasında həyətyanı torpaq sahəsi yenidən geodeziya ölçü cihazları ilə ölçülmüş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 762,2 m2 olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların qeydiyyatı ilə bağlı mübahisələri məhkəmə qaydasında həll olunduğundan, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə edilmişdir. - ünvan 4 ünvanında yaşayan İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış 08 avqust 2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cii il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yerində ölçülərin aparılmasını xahiş etmişdir. Yerində ölçülər aparılsa da, məktubda qeyd olunan ərazinin bir neçə ölçüsü çıxaarılmışdır. 1962-ci il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi babasından miras qalmış, həmin torpaq sahəsi atası-babası tərəfindən hasarlanmışdır. Qeyd olunan ərazi onun ərazisində, yəni hasarın daxilində olmasına baxmayaraq Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti çıxarışın verilməsi zamanı həmin ərazini texniki pasporta işləməmişdir. Bu səbəbdən də texniki pasportda düzəlişlər aparmaqla həmin ərazinin texniki pasporta işlənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0728 ha torpaq sahəsi və 76.04 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 18/24 nömrəli reyestr kitabının 4682 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi-**********87-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2016). - 30 dekabr 2015-ci ildə tərtib edilmiş 17358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanının hüquq subyekti kimi İddiaçı qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1975-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 15 yanvar 2025-ci il tarixli, 04/37 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında Xidmətin mütəxəssisləri tərəfindən araşdırma aparılmışdır. İddiaçı X4 adına olmuş, 1962-ci ildə tərtib olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportda torpaq sahəsi 719,29 m² qeyd olunmaqla, iddia etdiyi 9,6x2,6 metr ölçüdə olan tikili öz əksini tapmışdır. Lakin xx.xx.2010-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair verilən torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin 728,14 m² olduğu qeyd olunmuşdur. Həmin dövrdə qeyd etdiyi tikili mövcud olmamış, tikilinin ərazisi plan və ölçüyə daxil olmasa da, torpaq sahəsi azalmamış, əksinə artmışdır 2023-cü ilin yanvar ayında Sadi Məmmədovun şifahi müraciəti əsasında həyətyanı torpaq sahəsi yenidən geodeziya ölçü cihazları ilə ölçülmüş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 762,2 m² olduğu müəyyən olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında hall olunduğu İddiaçı diqqətinə çatdırılmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 30 aprel 2025-ci il tarixli, 04/241 nömrəli məktubdan görünür ki, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu əsas götürülərək mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə Naxçıvan şəhərinin bütün yaşayış məntəqələrinin torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmədən sonra publik hüquqi şəxsin informasiya bazasında İddiaçı faktiki istifadəsində 762,2 m² (sənəd üzrə sahədən 34,06 m² çox) həyətyanı torpaq sahəsi uçota alınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci ildə tərtib olunmuş texniki pasportda torpaq sahəsi 719,29 m² qeyd olunmaqla, iddia etdiyi 9,6x2,6 metr ölçüdə olan tikili öz əksini tapmışdır. Lakin xx.xx.2010-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair verilən torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin 728,14 m² olduğu qeyd olunmuşdur. Həmin dövrdə qeyd etdiyi tikili mövcud olmamış, tikilinin ərazisi plan-ölçüyə daxil olmasa da, torpaq sahəsi azalmamış, əksinə artmışdır. İddiaçı iddia etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Naxçıvan Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 98/02 nömrəli qərarı ilə X11 mülkiyyətinə verilmişdir. Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1962-ci il tarixli, 1227 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin yerləşmə sxemi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 29 iyun 2010-cu il tarixli, 1800 qeydiyyat nömrəli torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti məktuba əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən 14 may 2025-ci il tarixli, 3-48-NDA/1-2-700/2025 nömrəli məktub ilə məhkəməyə ünvanlanmış: - Naxçıvan Bələdiyyəsinin 20 noyabr 2013-cü il tarixli, 98/02 nömrəli qərarından görünür ki, Naxçıvan şəhərinin Ağamalıoğlu küçəsində yerləşən 256.5 kv.m. sahəsi olan 16 №-li həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 130.2 kv.m. torpaq sahəsinin 200 manat dəyərində qiymətləndirilməsi və müəyyən olunan məbləğ X6 bankdakı hesabına ödənildiyindən həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.0.2-ci yarımbəndinə, 16-cı maddəsinin 16.3 və 16.4-cü bəndlərinə əsasən vətərdaş X11 mülkiyyətinə verilməsi qərara alınmışdır. - 20 noyabr 2013-cü il tarixli aktın surətindən görünür ki, X16 tərəfindən bələdiyyə orqanına 18 noyabr 2013-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Naxçıvan bələdiyyə ərazisində 130.2 kv.m. torpaq sahəsinin satılması barədə 2013-cü il 20 noyabr tarixli, 98/02 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X16 tərəfindən Naxçıvan Kapital bankının ******************** saylı hesabına əvvəlcədən 200 manat haqq ödənilmişdir. - 19 noyabr 2013-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq X11 şəhərin Ağamalıoğlu küçəsi, ev 16-da yerləşən həyətyanı torpaq sahəsinə bitişik istifadə etdiyi artıq torpaq sahəsinə yerində baxış keçirilmişdir. - 18 noyabr 2013-cü il tarixli ərizənin surətindən görünür ki, X3 Bələdiyyəsindən şəhərin Ağamalıoğlu küçəsində yerləşən 16 nömrəli həyətyanı torpaq sahəsinə bitişik olan artıq torpaq sahəsinin ona verilməsinə köməklik edilməsini xahiş etmişdir. - 24 may 2007-ci il tarixli, 259531 nömrəli müqavilənin surətindən görünür ki, X2 şəhəri, Ağamalıoğlu küçəsi, ev 16-da 256.5 kv.m. torpaq sahəsində yerləşən 1 otaqlı 13.0 kv.m. yaşayış, 17.8 kv.m. köməkçi sahədən ibarət evi X1. - AZE seriyalı, 06998522 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 21 iyun 1969-cu ildə Naxçıvan şəhərində doğulmuş X3 şəhəri, H.Aslanov küçəsi, döngə 3, ev 5 ünvanında qeydiyyatdadır. - 16 may 2025-ci il tarixli aktın surətindən görünür ki, məhkəmənin icraatında olan 2-1(122)-70/2025 nömrəli inzibati işlə bağlı mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Mübahisəli ərazi müəyyən olunmuş, iddiaçının və mübahisəli ərazinin yerləşdiyi qonşu mülkiyyətçinin sərhədləri müəyyənləşdirilmişdir. 1962-ci ildə tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinin sərhədləri ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar aşkar olunmuşdur. İddiaçı öz ifadəsində bildirmişdir ki, göstərilən ünvanda yerləşən evdə anadan olmuşdur. Mübahisəli ərazidə onlara məxsus yardımçı tikili yerləşmişdir. Həmin tikilidə təndir dam olmuşdur. Həmin tikili sonralar qaraj kimi də istifadə olunmuşdur. Təxminən 7-8 il burada yaşamamışlar. Evə qayıtdıqdan sonra qonşu X11 onlara məxsus tikilini sökdüyünü və öz həyətinə qatdığını görmüşdürlər. Qonşu mülkiyyətçidən bunun səbəbini soruşduqda evini tikib qurtardıqdan sonra köhnə vəziyyətə qaytaracağını bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə qatmış və qeydiyyatdan keçirmişdir. Həmçinin İddiaçı qeyd etmişdir ki, həmin həyətə giriş Ağamalıoğlu küçəsindən olmuşdur, lakin buğun ona məxsus qaraj sökülmüş, İddiaçı küçəsinə qapı qoyulmuşdur. Baxış zamanı tərtib olunmuş planölçü və arxiv sənədləri akta əlavə olunmuşdur. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı 1962-ci ilin texniki pasportunda qeyd edilən B tikilisinin yerləşdiyi torpaq sahəsinin onun adına qeydə alınmasını tələb edir. Cavabdeh inzibati orqan isə torpaq sahəsinin hazırda başqa şəxsin mülkiyyətində olduğunu və iddiaçının adına qeydiyyata alınması üçün hər hansı əsas olmadığını bildirərək, onun tələbinin icrasında imtina etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı 1962-ci ildə tərtib edlmiş texniki pasportda B tikilisinin yerləşdiyi torpaq sahəsinin onun adına qeydiyyata alınmasından ibarətdir. Lakin sözügedən B tikilisi hazırda mövcud deyil və bu səbəbdən də onun yerləşdiyi torpaq sahəsinin yerini dəqiq müəyyənləşdirmək mümkün deyil. Digər tərəfdən iddiaçı tərəfindən iş materiallarına əlavə edilməsə də, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq məlumatlardan və bunu təsdiq edən sübutlardan aydın olur ki, 1962-ci ilin texniki pasportunda 719.29 kv.m. torpaq sahəsi qeyd edilmişdir. 2010-2015-ci illərdə aparılmış dəqiqləşmələrdən sonra tərtib edilmiş texniki pasportda isə torpaq sahəsinin ölçüsü 728.14 kv.m. olmuşdur. B tikilisi həmin vaxt mövcud olmadığından tikilinin texniki göstəricilərini özündə əks etdirən sənəddə də qeyd edilməmişdir. Göründüyü kimi 2015-ci ildə texniki pasport tərtib edilərkən iddiaçının hər hansı hüququ pozulmamış, torpaq sahəsinin ölçüləri azalmamış, əksinə artmışdır. Həmin artımın hansı səbəbdən olması işin mübahisəsiz halı olduğundan məhkəmə həmin hala münasibət bildirilməsini zəruri hesab etmir. Mübahisə predmeti olan 1962-ci ilin texniki pasportunda qeyd edilmiş B tikilisinin yerləşdiyi torpaq sahəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin sahə Naxçıvan Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Sonradan isə qonşu mülkiyyətçi X11 ərizəsi əsasında Naxçıvan Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 98/02 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmişdir. Həmin sənədləşmələrin aparılmasını təsdiq edən müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir. İddiaçının tələbinin və hüquqi marağının əsasını təşkil edən 2015-ci ildə tərtib edilmiş texniki pasportun qismən ləğv edilərək, mübahisəli ərazinin onun adına qeydə alınmasına münasibətdə qeyd edilməlidir ki, 2015-ci ildə dəqiqləşmə aparılarkən həmin ərazi artıq qonşu mülkiyyətçinin adına qeydiyyata alınmışdır. Digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün hər hansı əsas yoxdur. Həmin halın mümkünlüyü X11 adına mübahisəli torpaq sahəsinə münasibətdə aparılmış qeydiyyatın ləğvindən sonra mövcud ola bilər. Həmin qeydiyyat onun aparılması üçün əsas olmuş inzibati aktın ləğvindən sonra mübahisələndirilə bilər. Bu hala münasibətdə isə iddia müdddəti tətbiq edilir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tələbdə qeyd olunan 1962-ci ilin texniki pasportunda qeyd edilmiş B tikilisinin yerləşdiyi torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınaraq, 2015-ci ilin texniki pasportunun qismən ləğv edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2015-ci ildə verilmiş texniki pasportunda, 1962-ci ildə tərtib olunmuş texniki pasportdakı B tikilisi nəzərə alınmadığından, 30 dekabr 2015-ci il tarixdə reyestr nömrəsi **********87-10301 ilə qeydə alınmış daşınmaz əmlakın texniki pasportunun qismən ləğv edilib, 1962-ci ilin texniki pasportunda göstərilən sərhədlərə istinadən B tikilisinin torpaq sahəsi nəzərə alınmaqla yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2015-ci ildə verilmiş texniki pasportunda, 1962-ci ildə tərtib olunmuş texniki pasportdakı B tikilisi nəzərə alınmadığından, 30 dekabr 2015-ci il tarixdə reyestr nömrəsi **********87- 10301 ilə qeydə alınmış daşınmaz əmlakın texniki pasportunun qismən ləğv edilib, 1962-ci ilin texniki pasportunda göstərilən sərhədlərə istinadən B tikilisinin torpaq sahəsi nəzərə alınmaqla yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-70/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-70/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver