Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-701/2024 27.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və onun 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə müraciəti olub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 5 nömrəli qərarı ilə müvafiq müraciətindən imtina edilmişdir. Mübahisələnən qərarda yaşa əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi fərdi hesabında tələb olunan pensiya kapitalının və 25 il ümumi iş stajının olmaması, həmçinin 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabında qeydə alınmış minimum pensiya kapitalının olmaması göstərilmişdir. İddiaçı qeyd edir ki, onun 2006-cı ildən sonra DSMF-da fərdi hesabına sosial sığorta ödənişlər edilmişdir. Belə ki, mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəsinə görə 17 fevral 2010-cu il tarixdə 419238 nömrəli qəbzlə 4 manat, 21 fevral 2012-ci il tarixli, 042128 nömrəli qəbzlə 5 manat, 18 aprel 2012-ci il tarixli, 044752 nömrəli qəbzlə 5 manat, xx.xx.2012-ci il tarixli, 045824 nömrəli qəbzlə 3 manat, 08 iyul 2012-ci il tarixli, 166 nömrəli qəbzlə 3 manat, 30 iyul 2012-ci il tarixli, 78 nömrəli qəbzlə 3 manat, 23 avqust 2012-ci il tarixli, 78 nömrəli qəbzlə 3 manat, 06 oktyabr 2012-ci il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 24 oktyabr 2012-ci il tarixli, 51 nömrəli qəbzlə 3 manat, 10 dekabr 2012-ci il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 14 yanvar 2013-cü il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 13 fevral 2013-cü il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 01 mart 2013-cü il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 02 aprel 2013-cü il tarixli, 39 nömrəli qəbzlə 3 manat, 29 aprel 2013-cü il tarixli, 41 nömrəli qəbzlə 3 manat, 29 may 2013-cü il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 25 iyun 2013-cü il tarixli, 8 nömrəli qəbzlə 3 manat, 29 iyul 2013-cü il tarixli, 51 nömrəli qəbzlə 3 manat, 28 avqust 2013-cü il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 25 sentyabr 2013-cü il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 22 oktyabr 2013-cü il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 26 noyabr 2013-cü il tarixli, 13 nömrəli qəbzlə 3 manat, 20 dekabr 2013-cü il tarixli, 18 nömrəli qəbzlə 3 manat, 31 yanvar 2014-cü il tarixli, 31 nömrəli qəbzlə 3 manat, mart 2014-cü il tarixli, 3 nömrəli qəbzlə 3 manat, 28 aprel 2014-cü il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 05 may 2014-cü il tarixli, 15 nömrəli qəbzlə 3 manat, 26 iyun 2014-cü il tarixli, 19 nömrəli qəbzlə 3 manat, 15 iyul 2014-cü il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 20 avqust 2014-cü il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 25 sentyabr 2014-cü il tarixli, 17 nömrəli qəbzlə 3 manat, 21 oktyabr 2014-cü il tarixli, 12 nömrəli qəbzlə 3 manat, 24 noyabr 2014cü il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 24 dekabr 2014-cü il tarixli, 94 nömrəli qəbzlə 3 manat, 31 yanvar 2015-ci il tarixli, 7 nömrəli qəbzlə 3 manat, 27 fevral 2015-ci il tarixli, 33 nömrəli qəbzlə 3 manat, mart 2015-ci il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 30 aprel 2015-ci il tarixli, 87 nömrəli qəbzlə 3 manat, 29 may 2015-ci il tarixli, 20 nömrəli qəbzlə 3 manat, 3 iyun 2015-ci il tarixli, 15 nömrəli qəbzlə 3 manat, iyul 2015-ci il tarixli, 208 nömrəli qəbzlə 3 manat, 27 avqust 2015-ci il tarixli, 85 nömrəli qəbzlə 3 manat, 28 sentyabr 2015-ci il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 26 oktyabr 2015-ci il tarixli, 3 nömrəli qəbzlə 3 manat, 25 noyabr 2015-ci il tarixli, 32 nömrəli qəbzlə 3 manat, 30 dekabr 2015-ci il tarixli, 95 nömrəli qəbzlə 3 manat, 29 yanvar 2016-cı il tarixli, 427 nömrəli qəbzlə 3 manat, 29 fevral 2016-cı il tarixli, 73 nömrəli qəbzlə 3 manat, 04 aprel 2016-cı il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 04 may 2016-cı il tarixli, 27 nömrəli qəbzlə 3 manat, 04 iyul 2016-cı il tarixli, 98 nömrəli qəbzlə 6 manat, 02 avqust 2016-cı il tarixli, 41 nömrəli qəbzlə 3 manat, 04 noyabr 2016-cı il tarixli, 37 nömrəli qəbzlə 6 manat, 07 dekabr 2016-cı il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 09 yanvar 2017-ci il tarixli, 6 nömrəli qəbzlə 3 manat, 08 fevarl 2017-ci il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 06 mart 2017-ci il tarixli, 5 nömrəli qəbzlə 3 manat, 10 aprel 2017-ci il tarixli, 6 nömrəli qəbzlə 3 manat, 17 may 2017-ci il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 29 iyun 2017-ci il tarixli, 21 nömrəli qəbzlə 6 manat, 24 iyul 2017-ci il tarixli, 32 nömrəli qəbzlə 3 manat, 16 avqust 2017-ci il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 19 sentyabr 2017- ci il tarixli, 7 nömrəli qəbzlə 3 manat, 18 oktyabr 2017-ci il tarixli, 5 nömrəli qəbzlə 3 manat, 05 yanvar 2018-ci il tarixli, 68 nömrəli qəbzlə 6 manat, 07 fevral 2018-ci il tarixli, 50 nömrəli qəbzlə 3 manat, 05 mart 2018-ci il tarixli, 64 nömrəli qəbzlə 3 manat, 04 aprel 2018-ci il tarixli, 50 nömrəli qəbzlə 3 manat, 04 may 2018-ci il tarixli, 13 nömrəli qəbzlə 3 manat, 05 iyun 2018-ci il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 06 iyul 2018-ci il tarixli, 61 nömrəli qəbzlə 3 manat, 03 avqust 2018-ci il tarixli, 35 nömrəli qəbzlə 3 manat, 07 sentyabr 2018-ci il tarixli, 18 nömrəli qəbzlə 3 manat, oktyabr 2018-ci il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 26 oktyabr 2018-ci il tarixli, 34 nömrəli qəbzlə manat, 26 noyabr 2018-ci il tarixli, 13 nömrəli qəbzlə 3 manat sosial sığorta haqqı ödəmişdir. İddiaçı göstərilənlərə əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və onun 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 13 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə öhdəlik qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 01 aprel 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 08 dekabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmadığı göstərilmişdir. İddiaçı Fondun imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu il tarixdən mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsindən istifadəyə görə 2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. X14 təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarı ilə ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, sonra yenidən əmək fəaliyyətinə davam etmişdir. Beləliklə iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətlər nəzərə alınmaqla onun əmək stajı 20 il 11 ay 14 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajından azdır. Həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı təqdim etdiyi JN- 354 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna Dövlət Aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyanın 12 aprel 1997-ci il tarixli, 30 saylı qərarına əsasən 1.67 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Babək Rayon Çalxanqala kənd sakini İddiaçı və onun ailə üzvləri X2, X8, X5, X6 və X9 mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə 2010-cu il tarixdən 2018-ci il tarixədək ümumilikdə 239,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi 2019-cu il tarixdən iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hüsabatlara" əsasən məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat sığortaolunanın fərdi şəxsi hesabında əks olunmadığı üçün ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı Şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 09 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən iddia tələbinin tam dəqiq ifadə olunması üçün “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 09 yanvar 2024-cü il tarixli, 5 nömrəli qərarından məlum olur ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən vətəndaşın tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsi tətbiq edilməklə, avtomatlaşdırılmış qayda yaşa görə əmək pensiyası təyin etmək üçün 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - JN-354, KOD 10300018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.67 hektar torpaq sahəsi verilmişdir. - İddiaçı tərəfindən mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəyə görə 17 fevral 2010-cu il tarixdə 419238 nömrəli qəbzlə 4 manat, 21 fevral 2012ci il tarixli, 042128 nömrəli qəbzlə 5 manat, 18 aprel 2012-ci il tarixli, 044752 nömrəli qəbzlə 5 manat, xx.xx.2012-ci il tarixli, 045824 nömrəli qəbzlə 3 manat, 08 iyul 2012-ci il tarixli, 166 nömrəli qəbzlə 3 manat, 30 iyul 2012-ci il tarixli, 78 nömrəli qəbzlə 3 manat, 23 avqust 2012-ci il tarixli, 78 nömrəli qəbzlə 3 manat, 06 oktyabr 2012-ci il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 24 oktyabr 2012-ci il tarixli, 51 nömrəli qəbzlə 3 manat, 10 dekabr 2012-ci il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 14 yanvar 2013-cü il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 13 fevral 2013-cü il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 01 mart 2013-cü il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 02 aprel 2013-cü il tarixli, 39 nömrəli qəbzlə 3 manat, 29 aprel 2013-cü il tarixli, 41 nömrəli qəbzlə 3 manat, 29 may 2013-cü il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 25 iyun 2013-cü il tarixli, 8 nömrəli qəbzlə 3 manat, 29 iyul 2013-cü il tarixli, 51 nömrəli qəbzlə 3 manat, 28 avqust 2013-cü il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 25 sentyabr 2013-cü il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 22 oktyabr 2013-cü il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 26 noyabr 2013-cü il tarixli, 13 nömrəli qəbzlə 3 manat, 20 dekabr 2013-cü il tarixli, 18 nömrəli qəbzlə 3 manat, 31 yanvar 2014-cü il tarixli, 31 nömrəli qəbzlə 3 manat, mart 2014-cü il tarixli, 3 nömrəli qəbzlə 3 manat, 28 aprel 2014-cü il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 05 may 2014-cü il tarixli, 15 nömrəli qəbzlə 3 manat, 26 iyun 2014-cü il tarixli, 19 nömrəli qəbzlə 3 manat, 15 iyul 2014-cü il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 20 avqust 2014-cü il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 25 sentyabr 2014-cü il tarixli, 17 nömrəli qəbzlə 3 manat, 21 oktyabr 2014-cü il tarixli, 12 nömrəli qəbzlə 3 manat, 24 noyabr 2014-cü il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 24 dekabr 2014-cü il tarixli, 94 nömrəli qəbzlə 3 manat, 31 yanvar 2015-ci il tarixli, 7 nömrəli qəbzlə 3 manat, 27 fevral 2015-ci il tarixli, 33 nömrəli qəbzlə 3 manat, mart 2015-ci il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 30 aprel 2015-ci il tarixli, 87 nömrəli qəbzlə 3 manat, 29 may 2015-ci il tarixli, 20 nömrəli qəbzlə 3 manat, 3 iyun 2015-ci il tarixli, 15 nömrəli qəbzlə 3 manat, iyul 2015-ci il tarixli, 208 nömrəli qəbzlə 3 manat, 27 avqust 2015-ci il tarixli, 85 nömrəli qəbzlə 3 manat, 28 sentyabr 2015-ci il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 26 oktyabr 2015-ci il tarixli, 3 nömrəli qəbzlə 3 manat, 25 noyabr 2015-ci il tarixli, 32 nömrəli qəbzlə 3 manat, 30 dekabr 2015-ci il tarixli, 95 nömrəli qəbzlə 3 manat, 29 yanvar 2016-cı il tarixli, 427 nömrəli qəbzlə 3 manat, 29 fevral 2016-cı il tarixli, 73 nömrəli qəbzlə 3 manat, 04 aprel 2016-cı il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 04 may 2016-cı il tarixli, 27 nömrəli qəbzlə 3 manat, 04 iyul 2016-cı il tarixli, 98 nömrəli qəbzlə 6 manat, 02 avqust 2016-cı il tarixli, 41 nömrəli qəbzlə 3 manat, 04 noyabr 2016-cı il tarixli, 37 nömrəli qəbzlə 6 manat, 07 dekabr 2016-cı il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 09 yanvar 2017-ci il tarixli, 6 nömrəli qəbzlə 3 manat, 08 fevarl 2017-ci il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 06 mart 2017-ci il tarixli, 5 nömrəli qəbzlə 3 manat, 10 aprel 2017-ci il tarixli, 6 nömrəli qəbzlə 3 manat, 17 may 2017-ci il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 29 iyun 2017-ci il tarixli, 21 nömrəli qəbzlə 6 manat, 24 iyul 2017ci il tarixli, 32 nömrəli qəbzlə 3 manat, 16 avqust 2017-ci il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 19 sentyabr 2017-ci il tarixli, 7 nömrəli qəbzlə 3 manat, 18 oktyabr 2017-ci il tarixli, 5 nömrəli qəbzlə 3 manat, 05 yanvar 2018-ci il tarixli, 68 nömrəli qəbzlə 6 manat, 07 fevral 2018-ci il tarixli, 50 nömrəli qəbzlə 3 manat, 05 mart 2018-ci il tarixli, 64 nömrəli qəbzlə 3 manat, 04 aprel 2018-ci il tarixli, 50 nömrəli qəbzlə 3 manat, 04 may 2018-ci il tarixli, 13 nömrəli qəbzlə 3 manat, 05 iyun 2018-ci il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 06 iyul 2018-ci il tarixli, 61 nömrəli qəbzlə 3 manat, 03 avqust 2018-ci il tarixli, 35 nömrəli qəbzlə 3 manat, 07 sentyabr 2018-ci il tarixli, 18 nömrəli qəbzlə 3 manat, oktyabr 2018-ci il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 26 oktyabr 2018-ci il tarixli, 34 nömrəli qəbzlə manat, 26 noyabr 2018-ci il tarixli, 13 nömrəli qəbzlə 3 manat sosial sığorta haqqı ödənilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Çalxanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 28 nömrəli arayışdan görünür ki, Vəliyev X4 rayonu, Çalxanqala kəndində yaşayır və qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı pensiya hüququ yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İlk öncə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.67 hektar torpaq sahəsi verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pullarının ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2010-cu ildən 1 iyul 2018-ci il tarixinədək müxtəlif məbləğlərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Cavabdeh orqanın etirazının əsası həmin ödəniş məlumatlarının sığortaolunanın fərdi şəxsi hesabında (X7 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutu (ödəniş qəbzləri) məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənəd mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Odur ki, məhkəmə cavabdeh orqanın qərarında qeyd olunan dəlillərini əsaslı saymır. Yuxarıda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarı ləğv edilsin və İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-701/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-701/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver