Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-706/2024 08.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq məhkəmə iclasları 31 may 2024-cü il və 08 iyul 2024-cü il tarixlərə təyin olunmuşdur. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, həmçinin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmanın prosessual nəticələri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə icraatı gedişində iddianın mümkün sayılmamasına səbəb olan hallar aşkar edildiyindən mübahisənin faktiki və hüquqi hallarının iddiaçı ilə müzakirə edilməsi məqsədilə ağlabatan vaxt təyin edilərək məhkəmə iclasları təxirə salınmışdır. Lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-706/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-706/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver