Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-707/2024 29.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X4 Cavabdehndə hakim işlədiyi 2020-2021-ci illərdə əmək haqqı məbləğinin 2 (iki misli) miqdarında müavinət və müalicə olunması ilə bağlı 2020-ci il üçün 6336 (altı min üç yüz otuz altı) manat, 2021-ci il üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir məzuniyyət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 Cavabdehndə hakim işlədiyi 2020-2021-ci illərdə əmək haqqı məbləğinin 2 (iki misli) miqdarında müavinət və müalicə olunması ilə bağlı 2020-ci il üçün 6336 (altı min üç yüz otuz altı) manat, 2021-ci il üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir məzuniyyət pulunun ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X6 2007- 2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhəkəməsinin hakimi vəzifəsində işləmişdir. Mərhum həyat yoldaşı İsfəndiyar Nağıyev 31 may 2023-cü il tarixdə qəfildən vəfat etmişdir. 2020-2021-ci illərdə mərhum həyat yoldaşı qanunla müəyyən edilmiş əmək məzuniyyətinə çıxarkən həmin illərdə ona əmək məzuniyyəti üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilməmişdir. Bununla bağlı 19 yanvar 2024-cü il tarixdə həmin ödənilməmiş məzuniyyət pulunun ödənilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh 22 yanvar 2024-cü il tarixli cavab məktubunda Cavabdeh sabiq hakimi X3nun məzuniyyətə çıxdığı 2020-2021-ci illərdə əmək haqqı məbləğinin iki misli miqdarında müavinət və müalicə olunması ilə əlaqədar əmək haqqı məbləğinin iki misli miqdarında pul təminatı 2020-ci il üçün 6336 (altı min üç yuüz otuz altı) manat, 2021-ci ıil üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir ödənilmişdir. Kəsir məbləğin ödənilməsi üçün Cavabdeh 2024-cü ildə saxlanması xərclər smetasında nəzərdə tutulmadığından vəsaitin ödənilməsinin mümkün olmadığını bildirərək imtina etmişdir. İddiaçı isə məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən mərhum həyat yoldaşı X4 Cavabdehndə hakim işlədiyi 2020-2021-ci illərdə əmək haqqı məbləğinin 2 (iki misli) miqdarında müavinət və müalicə olunması ilə bağlı 2020-ci il üçün 6336 (altı min üç yüz otuz altı) manat, 2021-ci il üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir məzuniyyət pulunun ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti 05 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 01 fevral 2024-cü il tarixli, 2-7/2024 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, X3 həqiqətən 2007-2023-cü illərdə Cavabdeh hakimi işləmiş, 31 may 2023-cü ildə ölmüşdür. Mərhum X1 Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində işlədiyi 2020-2021-ci illərdə müavinət və müalicə üçün nəzərdə tutulmuş pulu almamışdır. Ona 2020-ci il üçün 6336 manat, 2021-ci il üçün 7920 manat kəsr ödənilmişdir. Kəsr məbləğinin ödənilməsi üçün lazım olan vəsait Cavabdeh 2024-cü ildə saxlanılması xərclər smetasında nəzərdə tutulmadığından ödənilməsi mümkün olmamış, bu səbəbdən imtina edilmişdir. Cavabdeh inzibati orqan olaraq bildirilmişdir ki, mərhumun arvadının iddia tələbi qanunidir və iddia tələbi qəbul edilmişdir. Lakin yuxarıda göstərilən səbəbə görə ödənilməsi mümkün deyildir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin tələblərinə uyğun müvafiq qərar qəbul edilməsinə etirazları yoxdur. İşlərinin çoxluğunu nəzərə alıb iddia tələbinə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 29 aprel 2024-cü il tarixli, 2-1(122)-707/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 29 may 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə İddiaçı məhkəməyə 27 may 2024-cü il tarixli ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş və Cavabdeh məhkəməyə 08 may 2024-cü il tarixli, 42 nömrəli məktub göndərərək, 29 may 2024-cü il tarixdə şifahi məhkəmə baxışı iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, yaşayış yeri haqqında arayışı, şəxsiyyət vəsiqəsinin, ölüm və nikahın bağlanması haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərini, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən inzibati orqan kimi təsnif edilməsə də, hazırki iş üzrə yaranmış hüquq münasibəti orqanın inzibati fəaliyyəti nəticəsində yarandığından və publik hüquq münasibəti hesab olunduğundan hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti baxımından həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh 22 yanvar 2024-cü il tarixli, 5 nömrəli məktubundan görünür ki, Cavabdeh sabiq hakimi X3nun məzuniyyətə çıxdığı 2020-ci və 2021-ci illərdə əmək haqqı məbləğinin iki misli miqdarında müavinət və müalicə olunması ilə əlaqədar əmək haqqı məbləğinin iki misli miqdarında pul təminatı 2020-ci il üçün 6336 (altı min üç yüz otuz altı) manat, 2021-ci il üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir ödənilmişdir. Kəsir məbləğin ödənilməsi üçün Cavabdeh 2024-cü ildə saxlanması xərclər smetasında nəzərdə tutulmadığından vəsaitin ödənilməsi mümkün olmamışdır. - Şərur Rayon İcra Hakimiyyətinin İbadulla Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonu, İbadulla kəndində yaşayır və qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 avqust 1967-ci ildə doğulmuşdur. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, AZ-İİ 296069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 may 2023-cü ildə Şərur rayonu, İbadulla kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 19-cu günündə 200 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi ürək dayanması göstərilmişdir. - 20 noyabr 1985-ci il tarixli, 477509 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 01 oktyabr 1960-cı ildə İlic rayonu, İbadulla kəndində doğulmuş X6 ilə 13 avqust 1967-ci ildə İlic rayonu, Qışlaqabbas kəndində doğulmuş X2 20 noyabr 1985-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1985-ci ilin noyabr ayının 20-ci günündə 44 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra qadına Nağıyeva soyadı verilmişdir. - 27 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş-X4 vərəsələri: Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 - Naxçıvan DİN Səyyar, FİN:xxxxxxx, d/t: xx.xx.1967) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-Naxçıvan Bank ASC-də və Kapital Bank ASC-nin Şərur fillialında 0 (sıfır) manat olan 416973******0775 pan nömrəli bir bank cashback debet kartı, qalığı 0 (sıfır) manat olan 676867******7662 pan nömrəli aqro kartı, qalığı 444.000 manat olan 416974******3050 pan nömrəli sosial kartı, qalığı 0.84 qəpik olan AZ11AİİB410100D**********133 cari hesabında olan pul məbləğlərindən ibarətdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. - 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. - 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. - 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. - 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 107-ci maddəsinin İ hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. - 109-cu maddəsinin İ hissəsinə əsasən hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. - 109-cu maddəsinin İV hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. İşin faktiki hallarından görünür ki, İddiaçı mərhum əri X4 Cavabdehndə hakim işlədiyi 2020-2021-ci illərdə əmək haqqı məbləğinin 2 (iki misli) miqdarında müavinət və müalicə olunması ilə bağlı 2020-ci il üçün 6336 (altı min üç yüz otuz altı) manat, 2021-ci il üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir məzuniyyət pulunun ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, mərhum ərinin işlədiyi 2020-2021-ci illərdə ödənilməli olduğu halda, müavinət və müalicə pulları ödənilməmişdir. Bu hal isə mərhum ərinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Onun ölümündən sonra qanun üzrə vərəsəsi qismində iddia qaldıraraq, həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbinin icrasından imtina etməyərək, iddianı qəbul etdiklərini, iddiaçının iddia qaldıqmaqda haqlı olduğunu bildirərək, tələbin icra edilməsinin mümkünsüzlüyünü Cavabdeh 2024-cü ildə saxlanılması xərclər smetasında nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının tələbinə və cavabdeh orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini icra etməməkdə haqsız olmuşdur. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçının mərhum əri İsfəndiyar Nağıyev 31 may 2023-cü il tarixdə vəfat etmişdir. Onun işlədiyi müddətdə qanunvericilikdə nəzərdə tutulmuş məzuniyyət və müavinətləri ödənilməli olduğu halda ödənilməmişdir. Bu hal isə İsfəndiyar Nağıyevin hüquqlarının pozulmasına səbəb olmuşdur. Onun ölümündən sonra hazırki iş üzrə iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra iddiaçı mərhum ərinin hüquqlarının müdafiəçisi qismində müəyyən tələb hüququna malik olmuşdur. Cavabdeh orqan iddiaçının tələbini qanuni hesab edərək, onun icra edilməsindən imtina etməmişdir. Tələbin icrasının mümkünsüzlüyünü müvafiq smetanın olmaması ilə əlaqələndirmişdir. Məhkəmə cavabdeh orqan tərəfindən irəli sürülən bu arqumentə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh orqan iddiaçının tələbinin icrasının mümkünsüzlüyünü hər hansı qanunvericilik norması ilə əlaqələndirməmişdir. Cavabdeh inzibati orqanın müvafiq smetasının mövcud olmaması iddiaçının hüquqlarının pozulmasına əsas verən hal qismində qiymətləndirilə bilməz. Cavabdeh orqanın özünün də etiraf etdiyi kimi iddiaçı tələbində haqlı olmuşdur. Buna görə də iddiaçının tələbi cavabdeh orqan tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı mərhum həyat yoldaşı X4 Cavabdehndə hakim işlədiyi 2020-2021-ci illərdə əmək haqqı məbləğinin 2 (iki misli) miqdarında müavinət və müalicə olunması ilə bağlı 2020-ci il üçün 6336 (altı min üç yüz otuz altı) manat, 2021-ci il üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir məzuniyyət pulunun ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 2, 4.1, 52, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mərhum həyat yoldaşı X4 Cavabdehndə hakim işlədiyi 2020-2021-ci illərdə əmək haqqı məbləğinin 2 (iki misli) miqdarında müavinət və müalicə olunması ilə bağlı 2020-ci il üçün 6336 (altı min üç yüz otuz altı) manat, 2021-ci il üçün 7920 (yeddi min doqquz yüz iyirmi) manat kəsir məzuniyyət pulunun ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Cavabdeh üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-707/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-707/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver