Məhkəmə qərarları › İş №2-1(122)-708/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-708/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-708/2025 11.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X20 Heydər oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14rşı "X7 adına olan ünvan 1 ünvanında yerləşən evə Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və hüquqların onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 adına olan ünvan 1 ünvanında yerləşən evə Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və hüquqların onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 11 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 12 fevral 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq qeyd olunan daşınmaz əmlakın onun mərhum babasının və ya atasının mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin və cavabdeh qismində göstərilən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X18 hazırki tələb üzrə edilmiş müraciətin və müraciətinə verilmiş cavab məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar iddiaçının diqqətinə bilavasitə çatdırılmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirib hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 nümayəndəsi X8 məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin əsaslandırması: İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum babası X2 məxsus olduğunu, babasının həmin evi atası X4 verdiyini, atasının da həmin evi ona bağışladığını, lakin həmin evin qanunsuz şəkildə X5 adına qeydiyyata alındığını, bununla bağlı müraciətinə cavab olaraq babasının adına yaşayış evinin qeydiyyata alınmadığını, qeyd edilən yaşayış evinin 1962-ci ilin noyabr ayında X6 adına inventarlaşdırıldığını, texniki pasportda inventarlaşmanın xx.xx.1939-cu il tarixli 333 nömrəli torpaq qeydi əsasında aparıldığının ona bildirildiyini göstərib həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması öhdəliyinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını tələb edir. İddiaçı eyni cavabdehə qarşı eyni məzmunlu iddia tələbi ilə əvvəllər də məhkəməyə müraciət etmiş, məhkəmənin 12 iyul 2024-cü il tarixli, 2-1(122)-739/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin məhkəmə aktından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(108)-88/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 21(122)-739/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təkrar qeyd etməyi zəruri hesab edir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum babası X2 məxsus olduğunu, babasının həmin evi atası X4 verdiyini, atasının da həmin evi ona bağışladığını göstərsə də, dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi həmin fərdi yaşayış evinin əvvəllər mərhum babasının və atasının mülkiyyətində olmasını və ona bağışlanmasını təsdiq edən hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 fevral 2024-cü il tarixli, 04/102 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X1 adına fərdi yaşayış evi qeydiyyata alınmamışdır. İddiaçı iddia etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1962-ci ilin noyabr ayında X6 adına inventarlaşdırılmış və onun adına 834 inventar nömrəli texniki pasport verilmişdir. Texniki pasportda inventarlaşdırmanın xx.xx.1939-cu il tarixli 333 nömrəli torpaq qeydi sənədi əsasında aparıldığı qeyd olunmuşdur. İddiaçı hüquqların qeydiyyatı ilə bağlı Xidmətə müraciət etmiş, iddia etdiyi fərdi yaşayış evinin onun adına qeydiyyata alınmasının qanunvericiliyə uyğun olmadığı izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X17 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. İddiaçı qeyd edilən daşınmaz əmlakın əvvəllər mərhum babasına məxsus olmasının sübutu kimi əcnəbi (fars) dildə yazılmış “sənəd”ə malik olmasına istinad edir. Diqqətə alınmalıdır ki, iddiaçının təqdim etdiyi həmin sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qiymətləndirilərək, mənzilin hazırkı dövlət qeydiyyatının ləğvi və həmin mənzilə dair hüquqların onun adına dövlət qeydiyyatına alınması barədə tələb irəli sürmək hüququnun sahibi hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Beləliklə də, sadalanan normaların tələblərinə və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14rşı "X7 adına olan ünvan 1 ünvanında yerləşən evə Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və hüquqların onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar