Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-71/2024 13.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “X3 məxsus Culfa rayonunun cənub hissəsindəki yoxlama-buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağazanın inşası üçün çəkilmiş 108583.87 (yüz səkkiz min beş yüz səksən üç manat 87 qəpik) manat (infilyasiya nəzərə alınmaqla) məbləğin, anbar mağazanın yerləşdiyi 8 sot torpaq sahəsi (sotu 3200 manat) üçün 25.600 manat məbləğin və 50.000 manat dəymiş zərərin İddiaçı ödənilməsi öhdəliyinin tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus Culfa rayonunun cənub hissəsindəki yoxlama-buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağazanın inşası üçün çəkilmiş 108583.87 (yüz səkkiz min beş yüz səksən üç manat 87 qəpik) manat (infilyasiya nəzərə alınmaqla) məbləğin, anbar mağazanın yerləşdiyi 8 sot torpaq sahəsi (sotu 3200 manat) üçün 25.600 manat məbləğin və 50.000 manat dəymiş zərərin İddiaçı ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 13 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi, məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixədək cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə hazırki tələb üzrə edilmiş müraciəti və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunu və anbar-mağazanın cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi barədə sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə 09 fevral 2024-cü il tarixli ərizə göndərərək xx.xx.2024 tarixə, saat 10:15-ə təyin edilmiş məhkəmə hazırlıq iclasında onun və hüquqlarını müdafiə etdiyi şəxsin iştirakının mümkün olmayacağını bildirib, məhkəmə iclaslarının onun və hüquqlarını müdafiə etdiyi şəxsin iştirakları olmadan keçirilməsi və iddia tələbi daxilində və təqdim edilmiş sübutlar əsasında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Bu aşağıdakı əsaslardan irəli gəlir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin təfsirinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir. Qeyd olunan normaların tələblərinə və qeyd olunan Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olundu ki, iddia ərizəsində qeyd olunan anbar-mağaza cavabdeh tərəfindən sökülməmişdir. Bu hal iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi video yazıdan aşkar görünür ki, bununla da iddia iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Başqa sözlə şəxsə dəyən zərərin ödənilməsinə münasibətdə Culfa Rayon İcra Hakimiyyəti cavabdeh qismində çıxış edə bilməz. İş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı əsas hüquqi marağı çəkilən xərclərin və dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə 184183.87 manat məbləğdə pulun ona ödənilməsi tələbi ilə bağlı olmuş, lakin iddia ərizəsi tərtib edilərkən iddiaçının mərhum X2 yeganə vərəsəsi olmaması diqqətə alınmamışdır. Həmçinin vəkil tərəfindən tərtib edilmiş iddia ərizəsində İddiaçı mərhum X2 gah oğlu, gah qardaşı kimi göstərilmiş, nəticəvi hissədə isə iddia tələbi natamam ifadə edilərək, iddia ərizəsinin məzmununa dair tələbə də əməl edilməmişdir ki, bu halın özü də ayrılıqda hazırki tələb üzrə mümkünlük şərtini istisna edir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “X3 məxsus Culfa rayonunun cənub hissəsindəki yoxlama-buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağazanın inşası üçün çəkilmiş 108583.87 (yüz səkkiz min beş yüz səksən üç manat 87 qəpik) manat (infilyasiya nəzərə alınmaqla) məbləğin, anbar mağazanın yerləşdiyi 8 sot torpaq sahəsi (sotu 3200 manat) üçün 25.600 manat məbləğin və 50.000 manat dəymiş zərərin İddiaçı ödənilməsi öhdəliyinin tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “X3 məxsus Culfa rayonunun cənub hissəsindəki yoxlama-buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağazanın inşası üçün çəkilmiş 108583.87 (yüz səkkiz min beş yüz səksən üç manat 87 qəpik) manat (infilyasiya nəzərə alınmaqla) məbləğin, anbar mağazanın yerləşdiyi 8 sot torpaq sahəsi (sotu 3200 manat) üçün 25.600 manat məbləğin və 50.000 manat dəymiş zərərin İddiaçı ödənilməsi öhdəliyinin tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-71/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-71/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver