Məhkəmə qərarları › İş №2-1(122)-714/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-714/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-714/2023 25.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən 16.18 kvm qeyri yaşayış sahəsi qanunsuz olaraq söküldüyündən həmin ərazidə mülkiyyətində olan sahəyə uyğun qeyriyaşayış sahəsi ilə təmin olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən 16.18 kvm qeyri yaşayış sahəsi qanunsuz olaraq söküldüyündən həmin ərazidə mülkiyyətində olan sahəyə uyğun qeyri-yaşayış sahəsi ilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 25 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə 11 sentyabr 2023-cü il tarixli ərizə göndərərək Ordubad Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı mülkiyyətində olan Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən 16.18 kvm qeyri yaşayış sahəsi qanunsuz olaraq söküldüyündən həmin ərazidə mülkiyyətində olan sahəyə uyğun qeyri-yaşayış sahəsi ilə təmin olunması ilə bağlı iddia qaldırdığını, iddia tələbi cavabdeh orqan tərəfindən əvəzləşdirilərək 200 kv. metr torpaq sahəsi verildiyindən iddiadan imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil 11 sentyabr 2023-cü il tarixli ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil 11 sentyabr 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı “onun mülkiyyətində olan Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən 16.18 kvm qeyri yaşayış sahəsi qanunsuz olaraq söküldüyündən həmin ərazidə mülkiyyətində olan sahəyə uyğun qeyri-yaşayış sahəsi ilə təmin olunması tələbi”nə dair iddiası üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil 11 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçının vəkili və nümayəndəsi Vəkil 11 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı onun mülkiyyətində olan Ordubad şəhəri, F.Zeynalov küçəsində yerləşən 16.18 kvm qeyri yaşayış sahəsi qanunsuz olaraq söküldüyündən həmin ərazidə mülkiyyətində olan sahəyə uyğun qeyri-yaşayış sahəsi ilə təmin olunması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar