Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-714/2024 24.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş hava limanı ərazisində yerləşən qeyri-yaşayış sahəsi olan ərzaq mağazasının tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş hava limanı ərazisində yerləşən qeyri-yaşayış sahəsi olan ərzaq mağazasının tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 24 iyun 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı onun mülkiyyətində olmuş hava limanı ərazisində yerləşən qeyri-yaşayış sahəsi olan ərzaq mağazasının tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi barədə iddia qaldırdığını, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən iddiadan imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 24 iyun 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının nümayəndəsinin ərizəsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş hava limanı ərazisində yerləşən qeyriyaşayış sahəsi olan ərzaq mağazasının tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı nümayəndəsi Nümayəndə 24 iyun 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə 24 iyun 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş hava limanı ərazisində yerləşən qeyri-yaşayış sahəsi olan ərzaq mağazasının tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-714/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-714/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver