Məhkəmə qərarları › İş №2-1(122)-718/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-718/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-718/2025 14.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası X5 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X2rşı "Cavabdeh müdiri “Rafiq müəllim”in vətəndaşa qarşı etmiş olduğu hərəkət açıq-aşkar hörmətsizlik, onun şəxsiyyətinə və ləyaqətini alçaltma, habelə vəzifə səlahiyyətlərini sui-istifadə etmə kimi qiymətləndirilməsi və həmin vaxt ona qaytarılmayan dərman və preparatlarına, səhhətinin pisləşməsinə görə əlavə olaraq aldığı dərmanlara çəkdiyi xərc, habelə vaxtında həkim müayinəsi və müalicəsi edilmədiyinə görə səhhətində yaranmış pisləşmə ona dəymiş maddi və mənəvi zərər kimi hesablanması və cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müdiri “Rafiq müəllim”in vətəndaşa qarşı etmiş olduğu hərəkət açıq-aşkar hörmətsizlik, onun şəxsiyyətinə və ləyaqətini alçaltma, habelə vəzifə səlahiyyətlərini sui-istifadə etmə kimi qiymətləndirilməsi və həmin vaxt ona qaytarılmayan dərman və preparatlarına, səhhətinin pisləşməsinə görə əlavə olaraq aldığı dərmanlara çəkdiyi xərc, habelə vaxtında həkim müayinəsi və müalicəsi edilmədiyinə görə səhhətində yaranmış pisləşmə ona dəymiş maddi və mənəvi zərər kimi hesablanması və cavabdeh Naxçıvan Muxtar Respublikası X9 tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 may 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı 17 fevral və 25 aprel 2025-ci il tarixli eyni məzmunlu yardım məktubları ünvanlanaraq bildirilmişdir ki, məhkəməyə daxil olmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia tələbi aydın və düzgün ifadə olunmamışdır. Belə olan təqdirdə hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçının diqqətinə çatdırılmışdır ki, hazırda qaldırılmış iddia publik (ümumi) hüquq münasibətlərindən irəli gələn mübahisə olmadığından və cavabdeh orqan inzibati orqan kimi təsnif edilmədiyindən həmin tələb üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların hərəkət və hərəkətsizliyi ilə əlaqədar mübahisələrə baxılır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı fiziki şəxsin hərəkətlərindən şikayət edir. Buna görə hazırki tələb inzibati məhkəmə icraatının predmetinə aid deyil. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi üçün iclas tarixinədək müddət təyin edilmiş və əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmənin yardım məktublarını alsa da, məktubda nəzərdə tutulan halların aradan qaldırılması ilə bağlı heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, iddia tələbinə qeyd olunan formada baxılmasını, Naxçıvan Muxtar Respublikası X5 direktorundan şikayətçi olduğunu, həmin şəxsin vəzifəli şəxs hesab olunduğunu, ona görə də onun hərəkətlərindən şikayətlərə inzibati məhkəmədə baxılmalı olduğunu bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası X5 nümayəndəsi X1 Muxtar Respublikası X5 əlillik statusuna malik olan şəxslərə xidmət göstərdiyini, hər hansı dərman preparatlarından istifadə edilməklə müalicələr aparılmadığını, iddiaçının komissiya keçirilən vaxt dərman vasitələrini təqdim edərək, əlillik dərəcəsinin ağırlaşdırılmasını istədiyini, həmin vaxt Rafiq müəllimin dərmanların kimin olması ilə maraqlandığını, iddiaçıya hər hansı kobud münasibət göstərmədiyini, iddiaçının dərman vasitələrini oturduğu stulda qoyaraq getdiyini, dəfələrdə dərman vasitələrini götürməsi barədə təkliflər edilməsinə baxmayaraq, məhəl qoymadığını, bugündə dərman vasitələrinin orada qaldığını bildirərək, məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikası X6 həkim qəbulunda olarkən, özünün ifadə etdiyi dil ilə “Rafiq müəllim” ilə mübahisə yaşanmış, mübahisə əsasında iddiaçı həmin ünvanı tərk etmiş, dərmanları orada qalmış, sonraki müraciətləri hər hansı nəticə verməmiş, sonradan dəvət əsasında yenidən həmin orqana getsə də, mübahisə davam etmişdir. İddiaçı tələbinin məzmununda Naxçıvan Muxtar Respublikası X5 müdirinin hərəkətlərindən şikayətlənərək, həmin hərəkətlər nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir. Göründüyü kimi, iddiaçının hazırki iddianın qaldırılmasında olan əsas hüquqi marağı fiziki şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisədə cavabdeh qismində göstərilmiş Naxçıvan Muxtar Respublikası X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən inzibati orqan kimi təsnif edilməmişdir. Bu halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün nəzərdə tutulmuş şərtlərdən biri-tərəflərdən birinin inzibati orqan olması ödənilməmiş olur. Qanunvericiliyin tələbinə əsasən tərəflərdən biri inzibati orqan olmadığı halda da, tərəflər arasında yaranmış münasibətlər publik hüquq münasibətlərindən irəli gəldikdə həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki mübahisə üzrə digər tələb tərəflər arasında yaranmış hüquq münasibətlərinin inzibati xarakterli olması ilə bağlıdır. Belə ki, fiziki şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsi Naxçıvan Muxtar Respublikası X5 publik hüquq-hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlmədiyindən digər şərt də hazırki mübahisəyə münasibətdə ödənilməmiş olur. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri təsnif edilmişdir. Lakin iddiaçının tələbi həmin iddia növlərindən hər hansı birinə uyğun olmadığından iddianın növünü müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən isə iddiaçı tələbini əsaslandıra bilməmişdir. Belə ki, iddia tələbinin məzmununa əsasən iddiaçı müvafiq hərəkətlər nəticəsində hüququnun pozulduğunu iddia etsə də, bu halı sübut edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bu hal isə özlüyündə iddianın mümkünlük şərtlərinin ödənilməməsinə səbəb olur. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış etmiş, iddiaçı tərəfə müvafiq yardım məktubları ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırılmışdır. Həmçinin 23 aprel və 14 may 2025-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında şifahi qaydada iddiaçıya yardımlar edilmişdir. Hazırki vəziyyətdə iddianın mümkünsüzlüyünə əsas olmuş hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirilməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə inzibati orqanın ümumi (publik) hüquq sahəsində həyata keçirdiyi ictimai idarəetmə fəaliyyətindən irəli gəlməməklə, hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X2rşı "Cavabdeh müdiri “Rafiq müəllim”in vətəndaşa qarşı etmiş olduğu hərəkət açıq-aşkar hörmətsizlik, onun şəxsiyyətinə və ləyaqətini alçaltma, habelə vəzifə səlahiyyətlərini sui-istifadə etmə kimi qiymətləndirilməsi və həmin vaxt ona qaytarılmayan dərman və preparatlarına, səhhətinin pisləşməsinə görə əlavə olaraq aldığı dərmanlara çəkdiyim xərc, habelə vaxtında həkim müayinəsi və müalicəsi edilmədiyinə görə səhhətində yaranmış pisləşmə ona dəymiş maddi və mənəvi zərər kimi hesablanması və cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. İddiaçıya izah edilir ki, hazırki iddia tələbinin həlli istiqamətində aidiyyəti üzrə müvafiq məhkəmədə iddia qaldırmaq və müvafiq orqanlara müraciət etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X2rşı "Cavabdeh müdiri “Rafiq müəllim”in vətəndaşa qarşı etmiş olduğu hərəkət açıq-aşkar hörmətsizlik, onun şəxsiyyətinə və ləyaqətini alçaltma, habelə vəzifə səlahiyyətlərini sui-istifadə etmə kimi qiymətləndirilməsi və həmin vaxt ona qaytarılmayan dərman və preparatlarına, səhhətinin pisləşməsinə görə əlavə olaraq aldığı dərmanlara çəkdiyim xərc, habelə vaxtında həkim müayinəsi və müalicəsi edilmədiyinə görə səhhətində yaranmış pisləşmə ona dəymiş maddi və mənəvi zərər kimi hesablanması və cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar